• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
Qaragilənin az bilinən faydaları
Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
Zelenski Azərbaycana təşəkkür etdi
İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Paşinyan sülh sazişinin tarixindən danışır - İki şərt isə icra olunmayıb

Xəbərlər

28-05-2025, 19:31

Paşinyan sülh sazişinin tarixindən danışır - İki şərt isə icra olunmayıb



Ermənistanın Baş naziri Nikol Paşinyanın "İrəvan və Bakı sülh sazişinin imzalanmasının tarixini razılaşdırmaq üçün ikitərəfli məsləhətləşmələr aparır" açıqlaması heç də birmənalı mövqenin ifadəsi kimi başa düşülmür. Faktiki olaraq, Azərbaycanın sülhlə bağlı iki mühüm tələbi Ermənistan konstitusiyasındakı ərazi iddialarını ehtiva edən müddəaların ləğv edilməsi və ATƏT-in Minsk qrupundan imtina ilə bağlı konsensus yoxdur. Tərəflər sülh mətni üzərində razılıq əldə etsələr də, rəsmi Bakı yekun razılaşma üçün əsas tələblərin icrasını tələb edir.

Mövzu ilə bağlı Teleqraf-a açıqlamasında politoloq Zaur Məmmədov hazırda tərəflər arasında sülh danışıqlarının dinamik olaraq davam etməsinə diqqət çəkib.

O, son açıqlamlarla Bakının şərtlərinin və İrəvanın istəyinin nədən ibarət olduğunu bildirib: “Hazırda region ətrafında da vəziyyət dəyişməkdədir. Geosiyasi konfiqurasiya və dinamikaların nədən ibarət olduğu məlumdur. 2025-ci ilin sonu, 2026-cı ildən etibarən başlayacaq regional, qlobal güclər arasında Cənubi Qafqazla bağlı dialoq və qarşıdurma bölgə ölkələri üçün yeni çağırışlar, imkanlar yaradacaq”.

Zaur Məmmədov hesab edir ki, Cənubi Qafqaz suveren regiona çevrilmək istəyirsə, keçmiş problemlər həll olunmalı və yeni səhifə açılmalıdır: “Bu isə Azərbaycan və Ermənistan arasındakı münasibətlərlə bağlıdır. Rəsmi Bakı suveren siyasət həyata keçirdiyi halda Ermənistan eyni xətti apara bilmir. Bu isə bölgədə toqquşmaları labüd edir. Beləliklə, bölgəyə böyük güclərin təsir imkanları genişlənir. Ermənistan müxalifətinin son günlər Qarabağla bağlı açıqlamaları buna misaldır. Belə olan təqdirdə isə məlum güclər “köhnə kartları” ortaya atacaqlar. Bu halda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı yeni mətləblər ortaya çıxacaq”.

“Gələcəkdə iki ölkə arasında yeni müharibənin olmaması üçün rəsmi Bakının şərtləri yerinə yetirilməlidir. ATƏT-in Minsk qrupu formatına böyük dövlətlərin qayıtmaması üçün İrəvan vaxt itirmədən addım atmalıdır. Eyni zamanda Azərbaycana qarşı ərazi iddialarına son qoymaq üçün Ermənistan özünün hüquqi-normativ sənədlərinə düzəlişlər etməlidir”, - politoloq əlavə edib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli isə Ermənistan hakimiyyətinin ənənəvi olaraq sülh ritorikasından istifadə etdiyini bildirib.

Onun fikrincə, rəsmi İrəvan sülh müstəvisində konkret addım atmalıdır: “Yekun sülh üçün iki əsas maneə var. Azərbaycan tərəfi bunu dəfələrlə bəyan edib. Bu Ermənistan konstitusiyasından ərazi iddialarını ehtiva edən müəddaların çıxarılması və ATƏT-in Minsk qrupundan imtina ilə bağlıdır. Görünən isə odur ki, erməni tərəfi bu iki məsələ ilə bağlı yaxın zamanlarda hansısa addım atmaq niyyətində deyil. Sadəcə olaraq yeni konstitusiya layihəsindən, Minsk qrupunun sülh müqaviləsindən sonra buraxılmasından danışılır”.

Mətin Məmmədli sülh müqaviləsi imzalanana qədər hər iki məsələnin həllini tapmalı olduğunu söyləyib: “Minsk qrupundan imtina ilə bağlı isə İrəvan fərqli mövqe sərgiləyir. Onlar iddia edirlər ki, sülh müqaviləsi ilə eyni vaxtda bununla bağlı birgə müraciət ünvanlana bilər. Reallıq odur ki, birgə müraciət heç də Minsk qrupunun buraxılması demək deyil. ATƏT xarici işlər nazirlərinin ötən ilin dekabrında baş vermiş oyunlara əsaslanaraq bunun mümkünsüzlüyünü söyləmək olar. Fransa kimi ölkələr Minsk qrupunun buraxılmasına qarşı çıxa bilər”.

Oxunub: 199
Paylaş:
Digər xəbərlər

Xəbərlər

15-05-2025, 18:55

Bakı və İrəvan sülhə nə qədər yaxındır? - Müharibə ritorikası da gündəmdən düşmür

Xəbərlər

14-05-2025, 19:33

Zəngəzur dəhlizi açılmadan sülh sazişi imzalana bilərmi? - AÇIQLAMA

Xəbərlər

15-04-2025, 20:16

Ermənistan Minsk Qrupunu ləğv etməyə hazırdır, amma... - Paşinyan nədən qorxur?

Xəbərlər

14-04-2025, 20:21

Ermənistan razılaşdı – 10 dəqiqə ərzində…

Xəbərlər

15-03-2025, 17:04

Sülh sazişi razılaşdırıldı: Bakının əsas narahatlığı qalır

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
Son xəbərlər
  • Dünən, 21:10
    Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
  • Dünən, 20:25
    “Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
  • Dünən, 19:32
    Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
  • Dünən, 18:46
    Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
  • Dünən, 17:26
    8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
  • Dünən, 16:10
    İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
  • Dünən, 15:37
    Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
  • Dünən, 14:44
    Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
  • Dünən, 13:19
    Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
  • Dünən, 12:21
    Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
  • Dünən, 11:33
    ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
  • Dünən, 10:22
    Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
  • Dünən, 09:00
    Qaragilənin az bilinən faydaları
  • 6-08-2026, 22:22
    Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
  • 6-08-2026, 21:34
    Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
  • 6-08-2026, 20:57
    Zelenski Azərbaycana təşəkkür etdi
  • 6-08-2026, 19:35
    İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
  • 6-08-2026, 18:17
    Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
  • 6-08-2026, 17:10
    Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
  • 6-08-2026, 16:03
    Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
  • 6-08-2026, 15:44
    Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
  • 6-08-2026, 14:26
    NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
  • 6-08-2026, 13:48
    Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
  • 6-08-2026, 12:33
    Sümükləri möhkəmləndirən qidalar
  • 6-08-2026, 11:39
    Bakıda yağış yağacaq - Bu tarixdə
  • 6-08-2026, 10:41
    Şimali Koreya Rusiyaya 120 ballistik raket yerləşdirib - Ukraynanı vuracaq
  • 6-08-2026, 09:08
    Bu 3 içki bədəndə suyu daha uzun saxlayır
  • 5-08-2026, 22:14
    Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
  • 5-08-2026, 21:30
    Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
  • 5-08-2026, 20:51
    45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə