İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məsul vəzifələrində çalışan komandirlər Ali rəhbər Əli Xameneiyə müraciət ediblər.
Teleqraf xəbər verir ki, onlar ölkədə nüvə silahının inkişaf etdirilməsinə əngəl olan fətvanın ləğvini istəyirlər.
Bu barədə “The Telegraph” öz mənbələrinə istinadən məlumat yayıb.
Ordudakı məmurlardan biri deyib: "Biz heç vaxt bu qədər zəif olmamışıq və bu, bəlkə də, bizim onu (nüvə silahını -red.) əldə etmək üçün son şansımız ola bilər".
Xatırladaq ki, İranın Ali rəhbəri 2025-ci ildə Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda bütün növ kütləvi qırğın silahlarının istehsalına qadağa qoyduğunu elan etmişdi.
Xəbərdə o da vurğulanır ki, Ali rəhbər ABŞ-la danışıqlara da qadağan qoyub.