Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrika yerləşən Eritreya dövlətinə aid sularda həbs edilib.
Publika.az "Bakupost"a istinadla xəbər verir ki, bu barədə uzaqsəfərlər kapitanı Səyyar Quliyev məlumat verib.
O iddia edir ki, heyət 2 aya yaxındır ac-susuz girov saxlanılır. Gəminin Bakıdan Ərəbistana yola çıxdığı, havanın küləkli olması səbəbindən Afrikaya - Eritreyaya istiqamnətinə yönəldiyi bildirilir.