Məhkəmə Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Baş nazir Nikol Paşinyana qarşı qaldırdığı iddianı rədd edib.
Axar.az xəbər verir ki, bu barədə məlumat “Datalex.am” məhkəmə məlumatları portalında yerləşdirilib.
Bildirilib ki, Köçəryan Paşinyanın böhtan xarakterli ifadələrini geri götürməsini və mənəvi ziyana görə kompensasiya ödəməsini tələb edən iddia qaldırıb.
Məhkəmə iddianı rədd edib. Məhkəmənin qərarına əsasən, Köçəryan Paşinyana vəkil xərcləri üçün kompensasiya olaraq 200.000 dram (təxminən 550 dollar) ödəməlidir.
Qərar elan edildiyi gündən bir ay ərzində Mülki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.