ABŞ səfirlikləri İsrail və Yaxın Şərqin digər ölkələrində olan ölkə vətəndaşlarını bölgəyə səfərlərdən çəkinməyə və İranla bağlı mümkün gərginlik fonunda zərurət yaranacağı təqdirdə təxliyəyə hazır olmağa çağırıb.
Globalinfo.az-ın xəbərinə görə, bəyanatda qeyd olunur ki, Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır və gözlənilməz eskalasiya riski mövcuddur.
Bölgədə olan amerikalılara imkan daxilində ölkəni tərk etmələri və ya buna hazır olmaları, bölgədən kənarda olanlara isə Yaxın Şərqə və tranzit marşrutlarına səfər planlarını yenidən nəzərdən keçirmələri tövsiyə edilir.
Səfirliklər həmçinin bölgəyə səfər edən şəxslərə hava limanları və aviaşirkətlərin fəaliyyəti ilə bağlı yenilikləri izləməyi tövsiyə edib. Bildirilib ki, diplomatik nümayəndəliklər fəaliyyətini davam etdirir və konsulluq xidmətləri göstərilir.