• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
Asiyada yeni müharibə başlayır
ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
Qaraciyər xəstəliyinin beyinə təsir edən ağırlaşması
Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi
Bakı təhlükələrə qarşı hazırlığı artırır - “Forbes”dən diqqətçəkən analiz
Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
“Ərəb nüvə bombası”na doğru: ABŞ–Səudiyyə sazişinin pərdəarxası
Seuta böhranı: Almaniya da hərəkətə keçdi...
Hər yemək arasında nə qədər fasilə olmalıdır?
Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
Ən romantik və ən qısqanc bürclər
Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
Mədə qastriti ağrı vermir? - Həkim bu mifi dağıtdı
İsrail Trampın planından şübhələnir: HƏMAS-ın silahı yerə qoyacağına inanmır
Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə razılaşma əldə olundu - Tramp
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

“Ərəb nüvə bombası”na doğru: ABŞ–Səudiyyə sazişinin pərdəarxası

Xəbərlər

Bu gün, 11:32

“Ərəb nüvə bombası”na doğru: ABŞ–Səudiyyə sazişinin pərdəarxası


ABŞ və Səudiyyə Ərəbistanı arasında nüvə əməkdaşlığı ilə bağlı imzalanan saziş, onun mahiyyəti son vaxtlar ən çox müzakirə olunan geosiyasi məsələlər sırasındadır. Bu, təkcə iki ölkə arasındakı strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyması deyil, həm də regionun təhlükəsizlik arxitekturasına və nüvə balansına təsir göstərə biləcək mühüm addım kimi qiymətləndirilir.

Atom enerjisinin dinc məqsədlərlə istifadəsini nəzərdə tutan saziş ABŞ energetika naziri Kris Rayt və Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman tərəfindən imzalanıb. İmzalandıqdan bir neçə gün sonra ABŞ Prezidenti Donald Tramp sazişə yeni şərt əlavə edərək, onun həyata keçirilməsini Səudiyyə Ərəbistanının İbrahim sazişlərinə qoşulmasından və İsraillə münasibətləri normallaşdırmasından asılı vəziyyətə gətirib.

Ər-Riyadın strateji hədəfi

Səudiyyə iqtisadiyyatını neftdən asılılıqdan çıxarmağı hədəfləyir və bu çərçivədə "Vision 2030" proqramı hazırlanıb. Bununla da enerji mənbələrinin şaxələndirilməsinə çalışılır. Bu strategiyada nüvə enerjisinin inkişafı da mühüm yer tutur. Ər-Riyad bildirir ki, məqsəd elektrik enerjisi istehsalını artırmaq, daxili neft istehlakını azaltmaq və ölkənin enerji təhlükəsizliyini möhkəmləndirməkdir. ABŞ isə Səudiyyə Ərəbistanının nüvə proqramının beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirilməsində iştirak etməyə çalışır. Vaşinqton hesab edir ki, bu əməkdaşlıq ABŞ şirkətlərinin nüvə texnologiyaları bazarında mövqeyini gücləndirməklə yanaşı, Çinin və Rusiyanın regionda artan təsirini də məhdudlaşdıra bilər.

İran və İsrail prosesləri diqqətlə izləyir

Nüvə sazişi ətrafında əsas narahatlıq uranın zənginləşdirilməsidir. ABŞ uzun müddətdir ki, Səudiyyə Ərəbistanının öz ərazisində uranı zənginləşdirməsinə ehtiyatla yanaşır. Vaşinqton hesab edir ki, bu imkan gələcəkdə hərbi məqsədlər üçün istifadə oluna bilər. Ər-Riyad isə nüvə proqramının yalnız dinc məqsədlər daşıdığını vurğulayır.

Sazişin regional geosiyasi təsirləri də genişdir. İran uzun illərdir nüvə proqramı ilə bağlı beynəlxalq mübahisələrin mərkəzindədir. Səudiyyə Ərəbistanının mülki nüvə imkanlarını genişləndirməsi Tehran tərəfindən diqqətlə izlənilir. Ekspertlər hesab edirlər ki, regionun iki əsas rəqibi arasında strateji rəqabətin yeni mərhələyə keçməsi ehtimalı mövcuddur. Digər tərəfdən, İsrail də bu prosesə xüsusi həssaslıqla yanaşır. İsrail ənənəvi olaraq Yaxın Şərqdə nüvə silahlarının yayılmasına qarşı sərt mövqe tutur.

Ərəb nüvə bombasının yaradılmasında ilk addım

İstənilən halda ABŞ-Səudiyyə Ərəbistanı müqaviləsi ərəb nüvə bombasının yaradılmasında ilk addım kimi qiymətləndirilir. Yaxın Şərq Tədqiqatları Mərkəzinin direktoru İqor Semivolos hesab edir ki, əlavə enerji mənbələri Səudiyyə Ərəbistanına həqiqətən lazımdır. Ölkənin əhalisi tədricən artır, turist sayında pozitiv dinamika var, sənaye genişlənir, binaların kondisionerləşdirilməsi və dəniz suyunun duzsuzlaşdırılması daha çox elektrik enerjisi tələb edir. Atom elektrik stansiyaları ölkəyə sabit elektrik enerjisi mənbəyi verəcək, ixrac üçün daha çox yanacaq saxlamağa imkan yaradacaq və “Vision 2030” dövlət proqramı çərçivəsində iqtisadiyyatın yenidən qurulmasını dəstəkləyəcək. Səudiyyə hakimiyyəti təkcə reaktorları deyil, həm də mütəxəssislərin hazırlanmasını, uran hasilatını və bununla bağlı sənaye proseslərini inkişaf etdirməyi planlaşdırır.

Səudiyyə-ABŞ nüvə sazişi nədir?

İmzalanan saziş onlarla milyard dollar dəyərində qiymətləndirilir və 30 illikdir. Sənəddə ABŞ-nin Ər-Riyada nüvə texnologiyaları və bilikləri ötürəcəyi qeyd olunur. Eyni zamanda, ABŞ firmaları krallığın nüvə infrastrukturunun yaradılmasında əsas mövqe tutacaq. Saziş Çin və Rusiya kimi strateji rəqiblərin Səudiyyə iqtisadiyyatında təsirinin güclənməsinin qarşısının alınmasına yönəlib. Sazişin əsas benefisiarının bir giqavattdan çox elektrik enerjisi istehsal edə bilən nüvə reaktorlarına malik ABŞ şirkəti “Westinghouse Electric Company” olacağı gözlənilir. Bəs saziş Səudiyyə Ərəbistanında uranın zənginləşdirilməsini nəzərdə tuturmu? Bu məsələ saziş ətrafındakı müzakirələrdə mərkəzi yer tutub və ziddiyyətlərə səbəb olub. Amerika rəsmilərinin bəyanatlarına əsaslanan KİV xəbərlərinə görə, saziş Səudiyyə Ərəbistanı ərazisində uranın zənginləşdirilməsi zavodunun tikilməsinə yol açır. Lakin bu, avtomatik hüquq deyil. Tərəflər belə bir obyektin zəruriliyini müəyyən edəcək iki illik birgə tədqiqatın aparılması barədə razılığa gəliblər.

Konqres sazişi bloklayacaq?

ABŞ Konqresi sazişin təqdim edilməsindən sonrakı 90 gün ərzində onu nəzərdən keçirəcək. Gözlənilir ki, saziş həm demokratlar, həm də bəzi respublikaçılar tərəfindən etirazla qarşılaşacaq. Lakin Respublikaçılar Partiyasının Konqresin hər iki palatasını nəzarətdə saxladığını nəzərə alsaq, saziş əleyhdarlarının lazımi səs çoxluğunu toplaması son dərəcə çətin görünür. Bununla belə, Trampın normallaşma ilə bağlı yeni şərtini nəzərə alsaq, sazişin ümumiyyətlə Konqresə təqdim edilib-edilməyəcəyi aydın deyil. Saziş Yaxın Şərqdə nüvə silahlanması yarışını təhrik edə bilər. Narahatlıq doğuran digər fakt odur ki, saziş İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün aparılan müharibənin qızğın vaxtında imzalanıb. Ər-Riyada uranı zənginləşdirməyə icazə verilməsi İranı öz nüvə proqramını daha da inkişaf etdirməyə təşviq edə bilər. Yüksək regional gərginlik şəraitində nüvə obyektlərinin təhlükəsizliyi ilə bağlı da narahatlıqlar mövcuddur. Sazişin gələcək taleyi tərəflərin təhlükəsizlik təminatları, beynəlxalq nəzarət mexanizmləri və regiondakı siyasi dinamika ilə sıx bağlı olacaq. ("Kaspi" qəzeti)

Oxunub: 10
Paylaş:
Digər xəbərlər

Xəbərlər

20-07-2026, 10:18

Ağ Ev "yaşıl işıq" yandırdı - Bu ölkə nüvə silahı əldə edə bilər

Xəbərlər

19-09-2025, 14:10

2 ölkə qlobal planları alt-üst edəcək tarixi sazişə imza atdı

Xəbərlər

18-04-2025, 19:41

Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir? – 20 il sonra ilk

Xəbərlər

5-07-2019, 10:41

Səudiyyə bu qadını ABŞ-a səfir göndərdi

Xəbərlər

31-03-2019, 19:22

Səudiyyə kralından Suriyaya DƏSTƏK

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
Asiyada yeni müharibə başlayır
ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
Son xəbərlər
  • Bu gün, 21:29
    Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
  • Bu gün, 20:08
    Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
  • Bu gün, 19:56
    ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
  • Bu gün, 18:20
    Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
  • Bu gün, 17:04
    Asiyada yeni müharibə başlayır
  • Bu gün, 16:35
    ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
  • Bu gün, 15:11
    Qaraciyər xəstəliyinin beyinə təsir edən ağırlaşması
  • Bu gün, 14:43
    Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi
  • Bu gün, 13:31
    Bakı təhlükələrə qarşı hazırlığı artırır - “Forbes”dən diqqətçəkən analiz
  • Bu gün, 12:19
    Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
  • Bu gün, 11:32
    “Ərəb nüvə bombası”na doğru: ABŞ–Səudiyyə sazişinin pərdəarxası
  • Bu gün, 10:23
    Seuta böhranı: Almaniya da hərəkətə keçdi...
  • Bu gün, 09:00
    Hər yemək arasında nə qədər fasilə olmalıdır?
  • Dünən, 22:53
    Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
  • Dünən, 22:19
    Ən romantik və ən qısqanc bürclər
  • Dünən, 20:50
    Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
  • Dünən, 19:37
    Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
  • Dünən, 18:05
    Mədə qastriti ağrı vermir? - Həkim bu mifi dağıtdı
  • Dünən, 17:44
    İsrail Trampın planından şübhələnir: HƏMAS-ın silahı yerə qoyacağına inanmır
  • Dünən, 16:22
    Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə razılaşma əldə olundu - Tramp
  • Dünən, 15:07
    Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
  • Dünən, 14:26
    Krım körpüsündə hərəkət qəfil dayandırıldı - Rəsmi açıqlama
  • Dünən, 13:41
    100 gün ərzində müharibənin taleyi həll ola bilər - Tusk
  • Dünən, 12:27
    Qalxanabənzər vəzin xəstəlikləri – Ən çox rast gəlinən simptomlar
  • Dünən, 11:33
    Köçəryan Paşinyanı məhkəməyə verdi, özü cərimələndi
  • Dünən, 10:32
    İspaniya Afrika anklavına qoşun göndərdi - Nə baş verir?
  • Dünən, 09:04
    İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?
  • 30-07-2026, 22:21
    Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
  • 30-07-2026, 21:53
    Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
  • 30-07-2026, 20:14
    Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə