“Fransa Ermənistana silah tədarük etdiyi üçün Azərbaycanla münasibətləri daha da gərginləşir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberq” nəşrinin yayımladığı məqalədə qeyd olunur.
Nəşr yazır ki, Parisə bu şəkildə davam etdikcə Sakit Okean, Karib hövzəsi və Latın Amerikası ərazilərində mövcud olan gərginlik daha da alovlanacaq:
“Dünyada üçüncü ən böyük erməni diasporunun yerləşdiyi Fransa Ermənistanla silah tədarükü üçün müqavilə imzalayıb. Ona görə də, kritik vəziyyət davam edəcək. Emmanuel Makronun elan etdiyi növbədənkənar parlament seçkilərinin nəticələrindən asılı olmayaraq Paris İrəvana dəstəyini davam etdirəcək”.