• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İlk ginekoloji müayinə nə vaxt edilməlidir?
İranlı deputat: İraq, Bəhreyn və Küveytdə quru əməliyyatlarına başlaya bilərik
Qərbdən Rusiya ilə bağlı gözlənilməz etiraf
Psixoloq orta yaş böhranını daha rahat keçirməyin 3 yolunu açıqlayıb
O, Ərdoğanın 30 illik taktikasını təkrarlayır – Türkiyənin yeni prezidenti olacaq?
İsrailli nazirdən qalmaqallı açıqlama: Qəzzada yenidən yerləşəcəyik
Gənclərdə infarkt riski niyə artır? - Xəbərdarlıq
Türkiyə ilə bağlı sensasion iddia: Növbəti 10 ildə nələr baş verəcək?
Hörmüzə hücum olsa, Tehranı... - Tramp
Ağciyər xərçənginin səssiz əlamətləri: çox zaman göz ardı edilir
Azərbaycanda iş saatları dəyişir? – Yeni rejimlə bağlı vacib açıqlama
İşğal edilən ərazilərimizi bombalayacağıq - İran
Səhərlər yaşanan baş ağrısı bu təhlükəli xəstəliklərin əlaməti ola bilər
6000-dən çox insan "partlayıcı" ishala yoluxdu
Qastrit və baş ağrısı arasında gözlənilməz əlaqə aşkarlandı
Bakını gizli görüş yeri seçən kimlərdir? - Prezident Berlin səfərindən öncə DSX-dən məlumat alıb
İsrail nəhəng bənd tikir, Qəzzanı iki yerə bölür
Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
Qərbdən Zelenskiyə gözlənilməz təzyiq: “Bunu tezliklə həll et, əks halda…”
Türkiyədə idarəetmə sistemi dəyişir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Azərbaycan hədəfdə: Türkiyəni hədələdilər, Rusiya və İrana qarşı isə...

Xəbərlər

30-11-2023, 10:12

Azərbaycan hədəfdə: Türkiyəni hədələdilər, Rusiya və İrana qarşı isə...


Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- ABŞ dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə telefon zəngi nədən xəbər verir: münasibətlər normallaşırmı?

- ABŞ nə qədər böyük dövlət olsa da, bilir ki, kiçik ölkələrin qaldırdığı məsələləri bütün cəmiyyətlər qəbul edir. Əlbəttə, birdən-birə Azərbaycanı itirmək istəmir, buna görə də Azərbaycan prezidentinə zəng etdilər. Prezident telefon danışığında Obraynın yanlış etdiyini dilə gətirib, qarşı tərəf də onun Azərbaycana gəlməsi üçün icazə istəyib. Əvəzində Prezident İlham Əliyev Azərbaycanın yüksək çinli məmurlarının ABŞ-a səfərlərinə qoyulan qadağanın götürülməsini tələb edib. Belə bir razılaşma varsa, demək, tərəflər qarşıdurmada maraqlı deyillər. İndi şəraitdə bu, heç kimə lazım deyil.

ABŞ yaxşı anlamalıdır ki, Azərbaycan nə onun, nə də Rusiyanın müstəmləkəsidir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və sərbəst siyasət yürüdür. Siyasi dünyanın sahibi yoxdur. Amma ABŞ-a elə gəlir ki, siyasi dünyanı o idarə edir və etməlidir. ABŞ bəzi vaxtlarda öz maraqlarını təmin etmək üçün belə addımlar atır. İndi ABŞ belə bir yanlış addımı Azərbaycana qarşı atdı. Çünki ABŞ 30 il ərzində Azərbaycan ərazilərinin işğalı ilə bağlı bir müsbət söz deməyib, xristian həmrəyliyi göstərdi. Əgər 340 milyonluq bir dövlət 1 milyonluq erməni diasporunun əlində əsir-yesirdirsə, onun siyasətini erməni lobbisi yönəldirsə, demək, o dövlətin çox ciddi problemləri var. ABŞ bununla maraqlansın.



Maraqlıdır ki, Ermənistanı dəstəkləyən siyasətçilərin, senatorların hamısı sonra rüşvətxor və korrupsioner çıxır. Yaxşı olardı ki, Blinken bu məsələni öz aralarında müzakirəyə qoysun. ABŞ-ın Azərbaycana göstəriş və məsləhət vermək hüququ yoxdur. ABŞ ya Azərbaycanla bərabərtərəfli tərəfdaş kimi davranmalıdır və ölkəmizin maraqlarına hörmət etməlidir, ya birdəfəlik ABŞ-Azərbaycan münasibətlərinin pis olduğunu açıqlamalıdır. Başqa formada olmur: bir gün acı, bir gün şirin. ABŞ indi bütün dövlətlərlə belə davranır. Amma bunun da sonu çatıb. Yəni dünya ABŞ-ı bu şəkildə qəbul etmək istəmir, bunu anlamalıdırlar.

ABŞ hakimiyyətinin içində ən ağıllısı elə Blinkendir. Amerika indi siyasi ideologiyanın formalaşması, yeni dünya düzəninin qurulması sahələrində böhran yaşayır. Çünki onların artıq Bjezinskisi, Madlen Olbraytı yoxdur, Kissincer yaşlıdır, heç nə edə bilmir. Bir az dövlət katiblərinin siyasi cəhətdən səviyyəsi var, Bayden də həm özünün, həm də Amerikanın sonunu gətirir. Oğlu həbs olunmasın deyə, o boyda Amerikanı öz şəxsi maraqlarına qurban verir. Senatorlar da o gündə... Nümayəndələr Palatası neçə müddət sonra güc-bəla ilə özünə bir sədr seçdi, ABŞ-da seçkilərin saxtalaşdırıldığı gündəmə gəldi və sair. Yənin ABŞ bu dəqiqə siyasi böhran içindədir. ABŞ-ın bu halda “mənəm-mənəm siyasəti” onu iflasa aparır.

- Diqqətçəkən bir məqam da Blinkenin Cemys Obraynı – Azərbaycana əsassız ittihamlar irəli sürən, iki ölkə arasında münasibətləri gərginləşdirən köməkçisini Bakıya göndərməsidir. Niyə Obrayn, bunu necə izah etmək olar?

- ABŞ-da həddən artıq yekəxanalıq, mənəm-mənəmlik var. Guya Obraynı bura göndərməklə siyasi iradələrindən dönmədiklərini gündəmə gətirirlər. Çünki ABŞ-ın sonuncu milli strategiyası Obamanın vaxtında qəbul edilib. Nə vaxt ki ABŞ-da hakimiyyətə demokratlar gəlir, demokratiyadan uzaq olur. Demokratları həmişə hakimiyyətə silah satıcıları gətirir, arxalarında Pentaqon dayanıb. İndi də belədir. Guya Obraynı Bakıya göndərməklə göstərirlər ki, Amerika güclüdür. Azərbaycanın öz milli maraqları var. Obrayn kimdir ki, gəlib burada nəyisə dəyişə bilsin?! Əgər İlham Əliyev onun bura gəlməsinə icazə veribsə, demək, A və B planı ilə yanaşı, bir C planı da var. İlham Əliyev nə baş verdiyini bilir, çünki çox güclü siyasi strateqdir.

- Məlum oldu ki, ABŞ 44 günlük müharibədə Azərbaycana dəstəyi kəsməsi üçün Türkiyəni təhdid edib. Bunu da Türkiyənin hakim partiyasının (AKP) sözçüsü Ömər Çelik açıqladı. Sizcə, bunda ABŞ-ın məqsədi nə idi?

- Bu, ABŞ-dakı erməni lobbisi tərəfindən verilən təklifdir. Guya ABŞ Ermənistana ona görə dəstək verir ki, Rusiyanı bölgədən çıxarmaq istəyir. Amma ağılsız siyasi gedişdir. Azərbaycan 44 günlük müharibədə öz ərazi bütövlüyünü bərpa etmək istəyirdi, başqa şey etmirdi. Rusiyaya gücü çatmır, Türkiyəni nəyəsə məcbur etməyə çalışır. Türkiyə NATO üzvüdür, İslam dünyası və Yaxın Şərqdə “alyansın vuran əli”dir. Amma onlar bir şeyi anlamırlar ki, türklər haradadırlarsa, bir-birlərinin yanlarındadır. ABŞ elə bilirdi ki, bu deyəcək, Ərdoğan da edəcək. Yanlış bilirdi, çünki artıq göstərişlə hərəkət edən Türkiyə yoxdur.

AKP-nin sözçüsü təsadüfən danışmadı. Görünür, bunu açıqlamağın zamanı indi idi. Çünki Türkiyə bunu o zaman açıqlasaydı, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək məsələsində Rusiya faktoru ilə üzləşə bilərdi.

Azərbaycan niyə öz maraqlarını qoyub, kiminsə maraqlarına xidmət etməlidir? Türkiyə son milli strategiyasını 2015-ci ildə qəbul edib, orada türk dövlətləri ilə əlaqələrin yaxınlaşdırılması məsələsi qoyulub. Bu milli strategiya qəbul edildikdən bir il sonra Türkiyədə hakimiyyət çevrilişinə cəhd edildi. Demək, ABŞ və onun dəstəklədiyi FETÖ türk dünyasının birləşməsini istəmir. Amma bu planları baş tutmadı.

Türkiyədən verilən açıqlama ABŞ-ın Azərbaycana sədiq tərəfdaş olmadığını gündəmə gətirir. Yanlış bir olar, iki olar, ikidən sonra bu qanunauyğunluqdur. Belə məlum oldu ki, ABŞ Azərbaycanla bağlı siyasətində səmimi deyil. Niyə indi Azərbaycan onun istədiyini etməlidir? Nə olsun ki, onlar 340, biz 10 milyonuq? Həmişə kiçik dövlətlərin siyasətində uzaqgörənlik olanda böyük dövlətləri də məğlub edə bilir. ABŞ siyasi cəhətdən Cənubi Qafqazda məğlub oldu.

ABŞ bu addımı atmaqla Rusiyanın imperiya siyasətinə xidmət etdi. Belə çıxır ki, ABŞ-la Rusiyanın gizli razılaşması var. Çünki Azərbaycanı birmənalı şəkildə Rusiyaya tərəf itələyirlər. Amma Azərbaycan göstərdi ki, ona nə ABŞ, nə də Rusiya lazımdır. Bəli, bir qonşu kimi lazımdır, ancaq biz türk dünyası ilə birlikdəyik, tək də deyilik. Türk dünyasının əhalisi ABŞ əhalisindən çoxdur, bunu anlamalıdırlar. Bütün dünya ermənilərinin sayı Azərbaycanda yaşayan əhalinin sayından azdır. İndi maraqlarını ermənilərə satırlarsa, demək, ABŞ-ın xarici siyasəti düzgün qurulmayıb. Amerika bu haqda fikirləşsin: artıq Ukraynada uduzub, Cənubi Qafqazda da məğlub oldu. Amerika Azərbaycana qarşı atdığı addımlarla heç nə qazanmadı.

Bizi kiçik dövlət hesab edirlər, amma unutmasınlar ki, kiçik dövlətlərin yaddaşı çox güclü olur. Nə bizə edilən yaxşılığı itirərik, nə də ədalətsizliyi unudarıq.

- Rusiyanın mövqeyi aydındır, bəs ABŞ-ı “əbədi düşmən”, “Böyük Şeytan” elan edən İran niyə onun bölgədə - Ermənistanda yerləşmək səylərini sükut içində izləyir?

- İranın xarici siyasəti Bakı küləyi kimidir, orada oturuşmuş siyasi komanda yoxdur. Adətən molla səviyyəsində düşünürlər. Elə şeylər var ki, özlərini “çox ağıllı” hesab edirlər. Azərbaycana qarşı atdıqları addımları onunla əsaslandırmağa çalışırlar ki, guya biz Cənubi Azərbaycanla birləşmək istəyirdik. Halbuki Azərbaycan əraziləri işğal altındaydı, biz bu haqda necə fikirləşə bilərdik? Uzaqgörən siaysətçiləri olan dövlət belə addımlar atmamamlı idi. İranı parçalamaq istəyən Amerikadır, bizim elə xarici siyasətimiz yoxdur, olacağı da hələ gündəlikdə yoxdur.

Tehrandakılar gözləmirdilər ki, Azərbaycan bir gün bu addımlara qarşı çox kəskin reaksiya verəcək. İran da başa düşdü ki, ermənilər onun da maraqlarını satırlar. Çünki bölgəyə kənar oyunçuları, elə ABŞ-ı gətirən ermənilərdir.

Rusiya da ağıllanmalıdır, 195 ildir Azərbaycanı ermənilərlə təhdid edirlər, 200 min kvadratkilometrlik ərazimizi 86.6 minə salıblar. Bununla belə düşünürlər ki, elə də davam edəcəkdi. Ədalətin də üzünün döndüyü bir vaxt olur, indi ədalət bizim yanımızdadır. Dövlət gücünü göstərdikdən sonra İran da, Rusiya da başa düşdü ki, Azərbaycan dövləti öz problemlərini həll edir, başqalarına problem yaratmır. Bizə başqa dövlətin ərazisi və problemləri lazım deyil. Biz öz problemlərimizi həll etməyə qadirik.

ABŞ yenə İrana qarşı addımlarını atır, Tehrandakılar bunu düşünsələr yaxşı olar. Bizdən İrana bəla gəlməyəcək, amma Ermənistandan gələcək. İran bunu anlamalıdır, artıq həmin bəla Ermənistandan Rusiyaya doğru gedir.

Müəllif: Mənsur Rəğbətoğlu

Oxunub: 811
Paylaş:
Digər xəbərlər

Xəbərlər

29-11-2023, 12:21

Əliyevin Blinkenə ŞƏRTİ: ABŞ yanlış mövqedən ÇƏKİLİR

Xəbərlər

14-11-2022, 15:45

Putin İlham Əliyevə zəng etdi

Xəbərlər

2-07-2019, 14:30

Azərbaycan və Belarus prezidentləri arasında telefon danışığı

Xəbərlər

2-07-2019, 20:30

Azərbaycan və Belarus prezidentləri arasında telefon danışığı

Manşet / Gündəm / Xəbərlər

8-05-2018, 07:38

İlham Əliyev Putinə zəng edib

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İlk ginekoloji müayinə nə vaxt edilməlidir?
İranlı deputat: İraq, Bəhreyn və Küveytdə quru əməliyyatlarına başlaya bilərik
Qərbdən Rusiya ilə bağlı gözlənilməz etiraf
Psixoloq orta yaş böhranını daha rahat keçirməyin 3 yolunu açıqlayıb
O, Ərdoğanın 30 illik taktikasını təkrarlayır – Türkiyənin yeni prezidenti olacaq?
İsrailli nazirdən qalmaqallı açıqlama: Qəzzada yenidən yerləşəcəyik
Son xəbərlər
  • Dünən, 21:36
    İlk ginekoloji müayinə nə vaxt edilməlidir?
  • Dünən, 20:50
    İranlı deputat: İraq, Bəhreyn və Küveytdə quru əməliyyatlarına başlaya bilərik
  • Dünən, 19:13
    Qərbdən Rusiya ilə bağlı gözlənilməz etiraf
  • Dünən, 18:21
    Psixoloq orta yaş böhranını daha rahat keçirməyin 3 yolunu açıqlayıb
  • Dünən, 17:24
    O, Ərdoğanın 30 illik taktikasını təkrarlayır – Türkiyənin yeni prezidenti olacaq?
  • Dünən, 16:11
    İsrailli nazirdən qalmaqallı açıqlama: Qəzzada yenidən yerləşəcəyik
  • Dünən, 15:39
    Gənclərdə infarkt riski niyə artır? - Xəbərdarlıq
  • Dünən, 14:53
    Türkiyə ilə bağlı sensasion iddia: Növbəti 10 ildə nələr baş verəcək?
  • Dünən, 13:26
    Hörmüzə hücum olsa, Tehranı... - Tramp
  • Dünən, 12:47
    Ağciyər xərçənginin səssiz əlamətləri: çox zaman göz ardı edilir
  • Dünən, 11:40
    Azərbaycanda iş saatları dəyişir? – Yeni rejimlə bağlı vacib açıqlama
  • Dünən, 10:28
    İşğal edilən ərazilərimizi bombalayacağıq - İran
  • Dünən, 09:09
    Səhərlər yaşanan baş ağrısı bu təhlükəli xəstəliklərin əlaməti ola bilər
  • 21-07-2026, 22:26
    6000-dən çox insan "partlayıcı" ishala yoluxdu
  • 21-07-2026, 21:42
    Qastrit və baş ağrısı arasında gözlənilməz əlaqə aşkarlandı
  • 21-07-2026, 20:58
    Bakını gizli görüş yeri seçən kimlərdir? - Prezident Berlin səfərindən öncə DSX-dən məlumat alıb
  • 21-07-2026, 19:11
    İsrail nəhəng bənd tikir, Qəzzanı iki yerə bölür
  • 21-07-2026, 18:07
    Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
  • 21-07-2026, 17:20
    Qərbdən Zelenskiyə gözlənilməz təzyiq: “Bunu tezliklə həll et, əks halda…”
  • 21-07-2026, 16:07
    Türkiyədə idarəetmə sistemi dəyişir?
  • 21-07-2026, 15:24
    Hamiləlikdə ödem: Normal hal, yoxsa xəbərdarlıq siqnalı?
  • 21-07-2026, 14:48
    Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - Merts bu yolla nəyə nail olmağa çalışır?
  • 21-07-2026, 13:15
    Onlar Paşinyana qarşı hərəkətə keçdilər: Ermənistan parlamenti boş qala bilər
  • 21-07-2026, 12:33
    Mədə yırtığı nədir? Simptomlar, səbəblər və müalicə üsulları
  • 21-07-2026, 11:33
    Neftlə bağlı xəbərdarlıq: Cəmi bir neçə gün ərzində bu qiymətə ola bilər
  • 21-07-2026, 10:17
    İran adaları ABŞ-ın quru əməliyyatına hazırlaşır: “İsti” qarşılayacağıq
  • 21-07-2026, 09:07
    İsti havalarda susuzluğun qarşısını alan 8 qida
  • 20-07-2026, 22:28
    İyulun son həftəsində şans üzünüzə güləcək - Bu bürclər varlanacaq
  • 20-07-2026, 21:33
    Gecələr niyə tərləyirik? - 5 əsas səbəb
  • 20-07-2026, 20:42
    Putinlə Xamenei arasında danışıq olacaq?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə