• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
Zoğal (Cornus) haqqında bilmədikləriniz
Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Yeni tikili binalarda bölünərək satılan mənzilləri almaq məsləhətdirmi?

Xəbərlər

13-11-2023, 18:06

Yeni tikili binalarda bölünərək satılan mənzilləri almaq məsləhətdirmi?


Bakıda MTK-lar bəzən təmirsiz (“podmayak”) bir mənzili iki və ya daha çox mənzillərə bölərək vətəndaşlara satırlar.

Belə mənzilləri almaq məsləhətdirmi?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc “Report”a açıqlamasında belə hallara tez-tez rast gəlindiyini deyib:

“Belə halların baş vermə səbəblərindən biri kiçik sahəli mənzillərə tələbatın daha böyük olmasıdır. Həm yatırım məqsədilə, həm də yeni qurulmuş ailələrin yaşaması üçün daha çox kiçik sahəli, birotaqlı və ya bir otaqdan iki otağa düzəldilmə imkanı olan mənzillər seçilir. Kirayə mənzil bazarında da kiçiksahəli mənzillərə daha çox tələbat var. Mənzil alan çalışır ki, yaşayış üçün tələb olunan hissələr həmin mənzildə olsun. Bunlar əsas yaşayış otağı, köməkçi otaqlar, yəni mətbəx və ya sanitar qovşaqdır. Kiçik sahəli mənzildə yaşayış üçün minimal şərtlər varsa, bu, həm alıcı, həm də kirayənişin üçün məqbul hesab edilir. Ona görə də daha çox birotaqlı və ya bir otaqdan iki otağa düzəldilməsi mümkün olan mənzillər tələb olunur. Odur ki, MTK sahibləri sonradan böyük sahəli mənzilləri bölürlər”.

Şaxta problemi yaşanır

O, qeyd edib ki, belə bölgü olduqda mənzillərin hər birində yaşayış üçün zəruri olan köməkçi sahələrin, sanitar qovşağın olması vacibdir:

“Vahid mənzildə bir şaxta olur. Amma mənzil bir neçə yerə bölünəndə, şaxta problemi yaşanır. Çox zaman bunu həll etmək üçün MTK-lar bölgü aparanda qonşu mənzillərin şaxtasına keçid təmin edirlər. Çünki şaxtasız mənzilin olması mümkün deyil. Belə bölgü olubsa, alıcılar ilk növbədə mənzildə bütün komponentlərin olmasına baxmalıdırlar. Yəni ən azı, əsas otaqdan əlavə sanitar qovşaq və mətbəx olmalıdır.

Eyni zamanda mənzilin şaxta çıxışının hansı yollarla təmin olunduğu müəyyən edilməlidir. Divarlar da təhlükəsizlik baxımından önəm kəsb edir. Adətən daxili planlama dəyişiləndə MTK-lar özləri də bu təhlükəsizlik məsələsinə çox ciddi yanaşır. Çünki əsas divarlar zədə görərsə, sökülərsə, bu, ümumi binaya problem yaradar. Mənzildə əsas divarlara xətər toxunmayıbsa, yaşayış üçün hər bir şərait nəzərdə tutulubsa, mənzildən mərkəzi kommunikasiya vasitələrinə çıxışlar mövcuddursa, onun alınması problemli deyil”.
Daxili planlama qaydalara uyğun aparılmır

V.Oruc bildirib ki, belə mənzillərlə bağlı sənədləşmə problemi yaranır:

“Mənzilinə çıxarış almaq istəyən vətəndaş ilkin sənədləri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edir, həmin sənədlərə baxılır. Dövlət Xidməti binanın ümumi layihəsini nəzərdən keçirir və vətəndaşa hansısa dəyişikliyin olub-olmamasını bildirir. Dəyişiklik olubsa, yenidən ölçmə işləri aparılır və bu da vətəndaşın vaxt itkisinə və problemlə üzləşməsinə səbəb olur. Belə hallarda çox zaman müəyyən edilir ki, daxili yerdəyişmə müvafiq qaydalara uyğun aparılmayıb. Məsələn, mətbəx havasız yaxud şaxtaya çıxışı olmayan yerə keçirilib, anbardan mətbəx kimi istifadə edilib, yaxud həmin yerdə sanitar qovşaq yaradılıb. Bütün bunlar əlavə problemlərə səbəb olur. Məsləhətdir ki, sənəddə göstərilən parametrlərlə tam üst-üstə düşən, daxili planlaması qaydalara uyğun aparılan mənzillərə üstünlük verilsin. Yəni bir mənzildən digər mənzilin təşkil olunması ilə yaradılan yeni mənzilləri almaq çox da məqsədəuyğun deyil. Adətən bir mənzildən başqa mənzil yaradılırsa, bu, onun estetik görünüşündə də hiss edilir”.

AQC-nin sədri hesab edir ki, vətəndaşlar MTK-lardan mənzil alarkən binanın ümumi layihəsi ilə tanış olmalıdırlar.

V.Oruc məsləhət görür ki, MTK-dan mənzilin yerləşdiyi mərtəbənin planı tələb edilməlidir:

“Həmin planda göstərilən divar və arakəsmələr dəyişilməyibsə, o mənzili almaq olar. Mənzili aldıqdan sonra orada əsas divarlara xətər gətirilmədən yerdəyişmə aparılması vətəndaşın öz səlahiyyətindədir”.

Oxunub: 610
Paylaş:
Digər xəbərlər

Xəbərlər

26-01-2022, 09:17

"Kupça" almaq istəyənlərə ŞAD XƏBƏR

Xəbərlər

24-07-2020, 13:54

Evini sənədləşdirmək istəyənlərin NƏZƏRİNƏ! - İyulun 25-də...

Xəbərlər

12-06-2019, 06:30

Prezidentdən əhaliyə gözlənilən ŞAD XƏBƏR - RƏSMİ

---

20-12-2018, 20:48

SON DƏQİQƏ!!! HAMININ ÜRƏYİNDƏN OLAN ŞAD XƏBƏR - Axır ki, bu oldu... - RƏSMİ

Manşet / Gündəm / Xəbərlər

6-04-2018, 08:34

Mənzillərin güzəştli satışına başlanıldı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Son xəbərlər
  • Dünən, 21:41
    Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
  • Dünən, 20:31
    ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
  • Dünən, 19:05
    Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
  • Dünən, 18:32
    Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
  • Dünən, 17:24
    Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
  • Dünən, 16:11
    Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
  • Dünən, 15:49
    Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
  • Dünən, 14:59
    Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
  • Dünən, 13:13
    Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
  • Dünən, 12:17
    Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
  • Dünən, 11:20
    Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
  • Dünən, 10:57
    Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
  • Dünən, 09:06
    Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
  • Dünən, 09:04
    Zoğal (Cornus) haqqında bilmədikləriniz
  • 6-09-2026, 21:26
    Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
  • 6-09-2026, 20:01
    Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
  • 6-09-2026, 19:05
    Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
  • 6-09-2026, 18:45
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
  • 6-09-2026, 17:28
    Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
  • 6-09-2026, 15:47
    Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 6-09-2026, 13:11
    Meksikada güclü partlayış: 9 nəfər öldü
  • 6-09-2026, 11:43
    İran uzun illər sonra bu qadağanı ləğv etdi
  • 6-09-2026, 10:19
    Şiddətli döyüşlər başladı: Bu ərazi ələ keçirildi
  • 5-09-2026, 19:20
    Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
  • 5-09-2026, 17:50
    Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
  • 5-09-2026, 16:08
    SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
  • 5-09-2026, 14:52
    3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
  • 5-09-2026, 13:28
    Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
  • 5-09-2026, 12:31
    Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
  • 5-09-2026, 11:51
    Pay torpaqları vətəndaşlardan alınacaq?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə