• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Yatmazdan əvvəl zeytun yağı və limon "shot"u içməyin möcüzəvi təsirləri
Bu şəxslər oruc tutmamalıdır - Əks halda...
Ərdoğandan Avropaya: Bunu Türkiyəsiz bacarmayacaqsınız
Sabah temperatur 4-6 dərəcə enəcək - Xəbərdarlıq
Öd kisəsi xəstəliyinin əlamətləri
Həyat dayandı: Nə yemək, nə işıq, nə də yanacaq var - Bu ölkə çökür
ABŞ Bakıya bu hərbi texnikanı göndərir - Nə baş verir?
Soyuq havalarda dəridə səpgilərin yaranmasının səbəbi
İran ABŞ-a bildirdi: Uranı Türkiyəyə yox, bu ölkəyə verməyə hazırdır - 12 bomba üçün yetər
Tramp üçün geri sayım başladı: Ukrayna böhranı yaya qədər həll edilməsə…
Ayaqlardakı sağalmayan yaralar nədən xəbər verir?
Qardaş ölkədə silahlı hücum: 11 polis öldü
Moskvadan Bakıya qarşı daha bir addım: Putin sözünü tutmadı
Təhlükəli xəstəliklərdən qoruyan – Ucuz çay
Ən ideal cütlük olan bürclər
Ayaqları yuxarı qaldırmaq ürək üçün faydalıdır
Bu ölkə Ermənistana “Harop”un analoqunu verdi
İranda rejim süqut edərsə, ABŞ hakimiyyətə kimi gətirəcək? - Təfərrüat bəlli oldu
Saat 19:00-dan sonra yemək ürəyə ciddi ziyan vurur
Ağcabədidə qardaşın 16 yaşlı bacısını öldürməsinin TƏFƏRRÜATI
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Rusiya ilə birgə, ya Rusiyaya qarşı? - İran dilemma qarşısında

Xəbərlər

25-10-2023, 17:08

Rusiya ilə birgə, ya Rusiyaya qarşı? - İran dilemma qarşısında


Almanlarla Rusiyaya qarşı, yoxsa ruslarla Prussiyaya qarşı? Bir zamanlar Polşanın ən mühüm geosiyasi dilemması beləydi. Deyəsən, İran da artıq belə dilemma qarşısındadır.

Uzun müddət Rusiya ilə birgə davranmaq təşviq olunurdusa, bir müddətdir ki, Rusiya ittiham olunmaqdadır. Həmid Xosrovşahi adlı ekspert Rusiyadan gizli narazılığı dilə gətirir: “İranın ictimai rəyində və ölkəmizin mətbuatında Qafqaz məsələlərinə dair yanlış hesablama var ki, bu da bəzi ölkələrin rolunu həddindən artıq vurğulamaqdan, Rusiya kimi ölkələrin ictimai rəy qarşısında rolunu azaltmaqdan ibarətdir. Qafqazdakı müharibədə ən böyük rol İsrail və ya Türkiyənin deyil, Rusiyanındır. Rusiyanın dəstəyi olmasaydı, heç bir müharibə başlamazdı, Rusiyanın dəstəyi olmasaydı, Azərbaycan qalib gələ bilməzdi”.

“ Eco İran” “Geosiyasi zəlzələ və erməni ruletkası” adlı yazısında Azərbaycanı “etnik təmizləmə”də və “erməni torpaqlarını işğalda” günahlandırır: “İki həftədən az bir müddətdə regionda baş verən etnik təmizləmə, Sovet İttifaqının dağılmasından sonra Qafqazın ən böyük hərəkatlarından birinə çevrilərək geosiyasi vəziyyət yaradıb. Türkiyəni gücləndirəcək geosiyasi zəlzələ İranın mövqeyini zəiflədəcək və Ermənistanın yeni demokratiyasını təhdid edəcək. Əksər ermənilər üçün bu, erməni politoloq Tiqran Qriqoryanın dediyi kimi, “1915-ci il Osmanlı erməni soyqırımından sonra ən böyük faciə” idi. Azərbaycan elə etdi ki, Dağlıq Qarabağda həyat o qədər dəhşətli olsun ki, az adam qalmaq istəsin. Azərbaycan hakimiyyəti etnik təmizləmə ittihamlarını rədd etsə də və onların qüvvələrinin “qanunsuz hərbi hədəflərə” hücum etdiyini israr etsə də, şahidlər uşaqların yaralanması və həlak olması ilə nəticələnən bombardmanlar barədə məlumat veriblər: “Hərbi cinayətlərin dörd kənddə Taqavard, Xatrek, Vardadzor və Kiolaqakda baş verib.”, - Ermənistanda yerləşən müstəqil Civilitas Fondunun rəhbəri Erik Hakobyan bildirib... “Xankəndidə küçəyə erməni soyqırımının əsas memarlarından sayılan “Gənc türklər”in lideri Ənvər Paşanın adı verilib. Qərblilərin baş verənlərə biganəliyi Əliyevi başqa torpaqları da ələ keçirməyə və yeni qan dövranının toxumlarını səpməyə cəsarətləndirə bilər. Rusiya Paşinyanı devirə və onun yerinə öz təyinatlılarını gətirə bilsə, bu, daha çox olacaq. Kreml bir tərəfi digərinə qarşı qoymaq kimi köhnə taktikasına qayıda bilər”. Burda sadəcə Rusiya yumşaq şəkildə qınanmır, Qərb KİV-inin dili mənimsənilir, Ermənistandakı “yeni demokratiya”nı gözləyən təhdidlərdən bəhs edilir. Halbuki indiyə qədər İran KİV-ləri daha çox Paşinyanı Qərbçi olmağa görə qınayır, strateji müttəfiqinin, yəni Rusiyanın maraqlarını nəzərə almamaqda ittiham edirdilər.

Rusiyanın qınanması get-gedə daha da artır. “Tahlil bazaar” (Moskvanın Dağlıq Qarabağdakı müharibədəki son hərəkətsizliyi”) narahatdır ki, Türkiyə Qafqaz uğrunda mübarizəni udur və Tehranın Bakıya təsiri məhdudlaşır: “Zəngəzur dəhlizi Azərbaycan və Türkiyəyə İrandan yan keçərək Mərkəzi Asiya ilə Avropanı birləşdirən birbaşa ticarət yolu verir və Tehranın Naxçıvan bölgəsinə çıxışı ilə bağlı Bakıya təsirini məhdudlaşdırır. Ekspertlərin fikrincə, Türkiyə ilə İran arasında geosiyasi rəqabət növbəti mərhələdə - Zəngəzur dəhlizinin yaradılmasında özünü daha qabarıq göstərəcək və Azərbaycanda baş verən hadisələr də bu qiymətləndirməni gücləndirəcək”.

İranın Livan, İordaniya və Qətərdəki sabiq səfiri Məhəmməd Əli Sübhani bir qədər də irəli gedərək “İranın Qafqazda təşəbbüsü üzərinə götürməsi”nin vacibliyini əsaslandırmağa çalışır. Xatəminin prezidentliyi zamanı İran XİN-də Yaxın Şərq üzrə idarənin baş direktor olan Sübhani hesab edir ki, Ukrayna müharibəsinə başı qarışan Rusiyanın regional və qlobal miqyasda rolu əvvəlki kimi effektli deyil və “Azərbaycanla Ermənistan arasındakı mübahisədə ABŞ-la əməkdaşlıq İranın milli maraqlarına xidmət edə bilər” (“Jamaran” -“İran Qafqazda təşəbbüs ələ almalıdır”). Amma “Jamaran” xüsusi olaraq qeyd edir ki, Azərbaycan və Ermənistan arasında böhranın həlli üçün ABŞ-la dialoq təklifi Məhəmməd Əli Sobhani tərəfindən irəli sürülüb, baxmayaraq ki, ölkə daxilində, ən azından qərarların qəbulu prosesində belə bir nəticə görünmür. Məsələn, prezident İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla bu yaxınlarda söhbətində ABŞ-ın bu məsələyə qarışmaması ilə bağlı üstüörtülü xəbərdarlıq edib və ölkəsinin üç qırmızı xəttini vurğulayıb: istənilən geosiyasi dəyişikliklər və sərhədlərin dəyişdirilməsi yolverilməzdir. 3+3 formatından kənar (Azərbaycan, Ermənistan, Gürcüstan və İran, Rusiya və Türkiyə), istənilən əcnəbi qüvvə ilə əməkdaşlıq, onunla təlimlər keçirmək və şübhəli səfərlər yalnız vəziyyəti çətinləşdirir.

“Jamaran”ın “Tehranda “dinc çevriliş”” adlı başqa bir yazısında da İranın Cənubi Qafqazda daha aktiv rol ala bilməməsinin günahkarı kimi Rusiya təqdim edilir: “Regional oyunçular arasında Rusiya İranın Qafqaz regionuna yaxınlığını məhdudlaşdırmağa və nəzarət altında saxlamağa çalışırdı”. İranı həmçinin Azərbaycanın regionda geosiyasi çəkisinin artması, “Bakı, Moskva və Ankaranın böyük konvergensiyası”, “Bakı ilə Ankaranın İranla Ermənistan arasındakı sərhədə acgözlüklə baxması”, həmçinin Ukrayna müharibəsi kontekstində Rusiyanın Türkiyəyə ehtiyacının artması ciddi narahat edir.

“Sharghdaily” də ABŞ-ın Qafqaza maraq göstərməsi zərurətinə toxunur. Qeyd edilir ki, müttəfiqlərin və düşmənlərin asanlıqla tanınmadığı Qafqazda Vaşinqton strateji ehtiyatlılıq nümayiş etdirir: “Azərbaycanla Ermənistan arasındakı münaqişədə hər iki ölkədən heç birinin rəsmi və birbaşa ABŞ-la əlaqəsi yoxdur. Amma Amerika torpaqlarında sürgün edilmiş ermənilərin böyük bir icmasının olması Vaşinqtonun münaqişəyə marağını artırdı. Bu il ABŞ dövlət katibi regionda sülh və sabitliyi təmin etmək üçün yalnız danışıqlar yolu ilə sülh sazişinin əldə olunmasını xahiş etməklə kifayətləndi. Rusiyanın 2020-ci il münaqişəsində böyük güc kimi vasitəçilik etməsi ABŞ-ın yoxluğunu qabardır”.

İranlı analitik ABŞ-a məsləhət də verir: “Amerikanın yanaşması müharibə edən tərəflərin siyasi mahiyyəti ilə bağlı analitik səhvdən irəli gəlir. Ermənistan demokratik ölkə olsa da, Vaşinqton onu Rusiyanın müttəfiqi hesab edir. Digər tərəfdən, Azərbaycan diktator ölkə olmasına baxmayaraq, bir tərəfdən NATO üzvü Türkiyəyə yaxındır, digər tərəfdən isə Avropa üçün yeni və hətta etibarlı şərti müttəfiq kimi qəbul edilir”. Yəni ABŞ-a və Avropaya məsləhət verilir ki, Azərbaycan və Türkiyə deyil, “demokratik” Ermənistan və onun müttəfiqi İranı özlərinə tərəfdaş olaraq seçsinlər.

Məsələ İrandan kənarda da müzakirə olunmaqdadır. “Aljarida” (Küveyt) hələ bir müddət əvvəl yazırdı ki, Azərbaycanın Dağlıq Qarabağda Ermənistanla xroniki münaqişəyə son qoyaraq uğur qazanmasından sonra Cənubi Qafqazda hadisələrin sürətlə inkişafı İranı strateji dilemma ilə üz- üzə qoyub. O, qüvvələr nisbətini elə dəyişmək imkanını nəzərdən keçirir ki, Bakı hərbi gücün köməyi ilə sərhədləri dəyişdirib Ermənistan ərazisində Naxçıvanla dəhliz yaradaraq, strateji müttəfiqi olan Ankara ilə quru rabitəsi əldə edə bilməsin. “Çünki bu halda onun Ermənistan vasitəsilə Avropaya gedən yolu kəsiləcək və şimaldan tamamilə mühasirəyə alınacaq”.

Nəşr iddia edirdi ki, bu fonda Ermənistan Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Armen Qriqoryan İrana səfəri zamanı İranın məzəmmətlərini və əsassız şərtlərini dinləyib, bu da Tehranın Ermənistana münasibətdə ənənəvi tonunun dəyişməsini əks etdirir. İranın Ali Milli Təhlükəsizlik Şurasındakı mənbə bildirib ki, İran rəsmiləri Qriqoryanı məlumatlandırıblar ki, İranın İrəvana hər cür yardımı iki ölkə arasında hərtərəfli təhlükəsizlik və hərbi təhlükəsizlik sazişinin imzalanması və İrəvanın İran əsgərlərinin bölgəyə sülhməramlı qüvvə kimi daxil olmasına razılıq verməsi şərti ilə mümkündür.

“İndependent”in fars xidmətinə görə isə, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi istər-istəməz strateji vəziyyəti dəyişdi və İran indi əlverişsiz vəziyyətdə qaldı. İndi İran Cənubi Qafqazda vasitəçilik edə bilmədiyi üçün çox güman ki, hazırda tədarük marşrutu olan və Zəngəzur dəhlizini tamamlamağa ümid edən Azərbaycanla diplomatik və ticarət əlaqələrini gücləndirməyə çalışacaq.

Nəyi müşahidə edirik? İran xarici siyasətində “U” dönüşü baş verəcəkmi? Yoxsa cari anti-Azərbaycan təbliğatı tezislərinin dozası artıq düşüb? İzləməyə davam...

Cəmaləddin Quliyev, siyasi analitik

Oxunub: 424
Paylaş:
Digər xəbərlər

Xəbərlər

21-06-2023, 20:07

Rusiya və İran da Türkiyəyə qoşuldu

Xəbərlər

13-04-2023, 19:45

Rusiya, İran, Çin və Pakistan ABŞ-yə qarşı bəyanatla çıxış ediblər

Xəbərlər

20-12-2022, 20:43

Aİ-dən İrana TƏLƏB: Rusiyaya dəstəyi dayandırın!

Xəbərlər

22-10-2021, 19:17

Rusiya və İran xarici işlər nazirləri AZƏRBAYCANA QARŞI - "Lavrov Putini aldadıb..."

---

30-01-2019, 21:59

SON DƏQİQƏ: Rusiya ilə İran arasında DÖYÜŞ BAŞLADI - 70 ölü

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Yatmazdan əvvəl zeytun yağı və limon "shot"u içməyin möcüzəvi təsirləri
Bu şəxslər oruc tutmamalıdır - Əks halda...
Ərdoğandan Avropaya: Bunu Türkiyəsiz bacarmayacaqsınız
Sabah temperatur 4-6 dərəcə enəcək - Xəbərdarlıq
Öd kisəsi xəstəliyinin əlamətləri
Həyat dayandı: Nə yemək, nə işıq, nə də yanacaq var - Bu ölkə çökür
Son xəbərlər
  • Dünən, 22:12
    Yatmazdan əvvəl zeytun yağı və limon "shot"u içməyin möcüzəvi təsirləri
  • Dünən, 21:07
    Bu şəxslər oruc tutmamalıdır - Əks halda...
  • Dünən, 20:56
    Ərdoğandan Avropaya: Bunu Türkiyəsiz bacarmayacaqsınız
  • Dünən, 19:35
    Sabah temperatur 4-6 dərəcə enəcək - Xəbərdarlıq
  • Dünən, 18:36
    Öd kisəsi xəstəliyinin əlamətləri
  • Dünən, 17:03
    Həyat dayandı: Nə yemək, nə işıq, nə də yanacaq var - Bu ölkə çökür
  • Dünən, 16:23
    ABŞ Bakıya bu hərbi texnikanı göndərir - Nə baş verir?
  • Dünən, 15:26
    Soyuq havalarda dəridə səpgilərin yaranmasının səbəbi
  • Dünən, 14:41
    İran ABŞ-a bildirdi: Uranı Türkiyəyə yox, bu ölkəyə verməyə hazırdır - 12 bomba üçün yetər
  • Dünən, 13:58
    Tramp üçün geri sayım başladı: Ukrayna böhranı yaya qədər həll edilməsə…
  • Dünən, 12:28
    Ayaqlardakı sağalmayan yaralar nədən xəbər verir?
  • Dünən, 11:01
    Qardaş ölkədə silahlı hücum: 11 polis öldü
  • Dünən, 10:26
    Moskvadan Bakıya qarşı daha bir addım: Putin sözünü tutmadı
  • Dünən, 09:03
    Təhlükəli xəstəliklərdən qoruyan – Ucuz çay
  • 17-02-2026, 22:19
    Ən ideal cütlük olan bürclər
  • 17-02-2026, 21:07
    Ayaqları yuxarı qaldırmaq ürək üçün faydalıdır
  • 17-02-2026, 20:46
    Bu ölkə Ermənistana “Harop”un analoqunu verdi
  • 17-02-2026, 19:14
    İranda rejim süqut edərsə, ABŞ hakimiyyətə kimi gətirəcək? - Təfərrüat bəlli oldu
  • 17-02-2026, 18:14
    Saat 19:00-dan sonra yemək ürəyə ciddi ziyan vurur
  • 17-02-2026, 17:27
    Ağcabədidə qardaşın 16 yaşlı bacısını öldürməsinin TƏFƏRRÜATI
  • 17-02-2026, 16:52
    Qırğızıstan Prezidenti ilə bağlı qərar verildi
  • 17-02-2026, 15:24
    Niyə unutqanlıq bu qədər yayılıb?
  • 17-02-2026, 14:19
    Pəhləvi meydana çıxdı, Qraham bayraq qaldırdı – Münxendə İran mesajı
  • 17-02-2026, 13:32
    Netanyahuya içərisində təhlükəli maddə olan zərf göndərildi
  • 17-02-2026, 12:25
    Qızdırma və öskürəyə diqqət: Xəstəxanaya nə vaxt getməlisiniz?
  • 17-02-2026, 11:03
    Qışda havanın qəfil istiləşməsi zəlzələ xəbərçisidir? - Mütəxəssis açıqladı
  • 17-02-2026, 10:32
    Prezidentdən İrəvana açıq mesaj: sülh üçün şərt qoydu – Ermənistanın cavabı…
  • 17-02-2026, 09:04
    Qorxunc trombları parçalaya biləcək – Aspirin təsirli qidalar
  • 16-02-2026, 22:35
    Çörək otunun hansı faydaları var?
  • 16-02-2026, 21:38
    Alzheimer xəstəliyində yaddaş itkisini yavaşlatmağın yeni yolu tapıldı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə