• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Əsrlərdir müalicə üçün istifadə edilən, güclü antioksidant mənbəyi ÇAQA GÖBƏLƏYİ
Merz elan etdi: Ukraynada yaxın 3 gündə atəşkəs ola bilər
İrəvanın Bakıya qarşı hiyləgər planı: Moskvaya “razıyam” mesajını göndərdi
Bu insanlar ən az 90 il yaşayır - Sirri Nədir?
Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
İctimai nəqliyyatda ödəmə ilə bağlı problem yarandı
Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
Gözdə narahatlıq yaradan giləmeyvələr
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ermənilərin yeni oyunlarının məqsədi nədir?

Xəbərlər

9-08-2023, 21:35

Ermənilərin yeni oyunlarının məqsədi nədir?


Qarabağlı erməni separatçılarının lideri Araik Arutyunyan beynəlxalq təşkilatlara müraciət edərək Azərbaycandan şikayətlənib.

Azərbaycanla yekun sülh sazişini imzalamaqdan hər vəchlə boyun qaçıran, nizamlanma prosesində gün keçdikcə yeni süni əngəllər və maneələr yaratmağa çalışan Ermənistanın hakimiyyət dairələri indi "fərqli" ssenirləri reallaşdırmağa başlayıblar.

"Qarabağlı ermənilər üçün humanitar yardım" adı ilə 19 ağırtonnajlı yük maşınını Azərbaycanla Ermənistanın şərti dövlət sərhədində, Laçındakı sərhəd nəzarət-burazılış məntəqəsinin (SBNM) qarşısında artıq iki həftədir saxlayan rəsmi İrəvan "yük"ü Azərbaycan ərazisinə keçirmək arzusundan əl çəkməyib.

Halbuki baş nazir Nikol Paşinyan administrasiyası üçün bu "humanitar konvoy" sırf siyasi məqsədlərə xidmət edən aksiyadır. Əsas məqsəd qarabağlı erməni separatçılarına siyasi dəstək vermək, qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının qarşısını almaq, prosesləri ləngitmək, bununla da bölgədə süni gərginlik yaratmaqdır.

Bu məqsədlə yeni oyun başlanıb: bir tərəfdə Ermənistanda N.Paşinyanın komandasının tam kontrolundakı "ictimai hərəkat"lar və "təşkilatlar" sərhəddə qalmış 19 yük maşınını Azərbaycana buraxılması və "Laçın yolunun dərhal açılması" ilə silsilə "etiraz aksiyaları"na başlamalı, digər tərəfdənsə Xankəndindəki separatçı rejimin funksionerləri yenilənməli və Araik Arutyunyan qarabağlı ermənilərin Azərbaycanla reinteqrasiyası ilə bağlı danışıqların başlanmasına imkan verməməlidir.

Situasiyaya nəzər salaq.

Xankəndindəki "İctimai Televiziya"nın kameraları qarşısında 27 dəqiqə ərzində danışan Araik Arutyunyan BMT Təhlükəsizlik Şurasınna üzv olan dövlətləri hazırda Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərə "faktaraşdırıcı missiya yollamağa" çağırıb.

O, Avropa Şurasına da xitab edərək "Laçın yolunun dərhal, qeyd-şərtsiz açılması"nı istəyib, daha sonra isə Avropa İttifaqını Azərbaycana təzyiq göstərməyi, habelə rəsmi Bakıya qarşı sanksiyalar tətbiq etməyi təklif edib.

Araik Arutyunyanın uzun-uzadı, söz yığınlarından və nimdaş klişelərdən ibarət çıxışında ən maraqlı məqam onun guya "Ermənistanın hakimiyyət dairələrinə və siyasətçilərinə ünvanlanmış xəbərdarlığı" idi: "Ermənistan zhakimiyyəti, ictimai və siyasi xadimləri Dağlıq Qarabağla bağlı açıqlamaları ilə bəyanatlarında həddən artıq ehtiyatlı olmalı, düşünülmüş qaydada danışmalıdırlar".

"Dünya birliyinə müraciət" adlansa da, erməni dilində olan, tərcümə edilməyən, hətta videokadrları subtitrlərlə müşayiət edilməyən çıxışın yayıldığı gün Ermənistanın paytaxtı İrəvanda, baş nazir Nikol Paşinyanın iqamətgahı önündə özlərini "Səlibçilər" ("Xaçakirner") adlandıran bir qrup şəxsin etiraz aksiyası başlayıb.

Ermənistandakı revanşist qüvvələr, xüsusilə də "Laçın yolunun silahlı müdaxilə vasitəsilə açılması"nı və "Azərbaycana qarşı yeni hərbi əməliyyatlara başlanması"nı tələb edərək illüziyalara qapılmış siyasətçilərlə sabiq hərbçilər bu videomüraciəti Nikol Paşinyanla Araik Arutyunyanın "Azərbaycanla dialoqa və bəzi məsələlərdə güzəştə getməyə hazır olması" ilə izah edirlər. Onlar hesab edirlər ki, Arayik Arutyunyan "Azərbaycanla inteqrasiyanın gizli tərəfdarlarından biridir, o, açıq şəkildə "inteqrasiya olunmaması" ilə bağlı deyilənlərə qoşulur, əslində isə gizli şəkildə inteqrasiya istiqamətində addımlar atır".

İrəvanda çıxan "Hrapark" qəzetinin yazdığına görə, A.Arutyunyan bu yaxınlarda N.Paşinyanla məxvi məsləhətləşmələr aparmağa hazırlaşır: "Araik Arutyunyan qərarlar qəbul edəcək başqa bir qurum yaratmaq qərarına gəlib. Artıq Rusiyanın dəstəyindən heç bir gözləntiləri olmadığı üçün onlar başa düşürlər ki, yalnız özlərinə arxalanmalıdırlar və Qarabağda qalan insanlar nə edəcəkləri ilə bağlı kollektiv qərar verməlidirlər. Bunu isə bir nəfər nə qədər yüksək vəzifə tutsa da, həll edə bilməz. Bu qurum bütün qarabağlı ermənilərin fikrini əks etdirməlidir. Lakin həyat göstərir ki, rejimdə hakimiyyətdə olan insanlar, məsələn, keçmiş prezidentlər məsuliyyəti öz üzərinə götürməkdən imtina edirlər. Digərlərinin bir-biri ilə problemləri var və birlikdə işləyə bilmirlər. Üçüncü tərəflərin iştirakı yalnız dağıdıcıdır. Ona görə də belə qurumlar yaranır və kağız üzərində qalır".

Göründüyü kimi, İrəvandakı aksiyalarla Xankəndindəki separatçı xuntanın fəaliyyəti sinxron idarə olunan proseslər təsiri bağıqqlayırö

N.Paşinyanın iqamətgahı qarşısındakı aksiya iştirakçılarının bir neçə nəfəri vəhşicəsinqə döyüləndən, 14 etirazçı isə saxlanılaraq polis idarəsinə aparılandan sonra sosial şəbəkələri erməni seqmentində "xalqın haqlı narazılığı" ilə bağlı paylaşımların sayı sürətlə artdı.

"Xaçakirner"in rəhbəri, Ermənistan Silahlı Qüvvələrinin sabiq polkovniki Sərkis Poqosyanın dediyinə görə, onlar 19 yük maşının dayandığı Kornidzora yollanmaq üçün hakimiyyətdən iki avtobus tələb ediblər: "Tələbimiz yerinə yetirilmədi, tərəfdarlarımız tutuldu. Onların hamısı sonra buraxılsa da, dövlət qurumlarının davranışı göstərir ki, Paşinyan hakimiyyəti xalqın maraqlarını, ermənilərin tələblərini qətiyyən nəzərə almır. Humanitar yüklü maşınlar sərhəddən burazılmasa və Laçın yolu tamamən açılmasa, silahlı əməliyyatlara başlayacağıq".
Ətraflı

İrəvanda aksiya keçirənlərin heç bir halda Azərbaycanla şərti dövlət sərhədinə buraxılmayacaqları əvvəlcədən məlum olan aprior məsələ idi. Paşinyan hakimiyyəti anlayır ki, bir dəstə təxribatçı sərhədə yönələrsə və azərbaycanlı hərbçilərin mövqelərini atəşə tutmağa başlarsa, alınacaq cavab qaçılmaz və çox sərt olacaq. Rəsmi Bakı bunu Ermənistan tərəfdən silahlı aqressiya kimi dəyələndirərək erməni hərbçilərin şərti dövlət sərhədi yaxınlığındakı mövqelərini, kazarmalarını, anbarlarını, təminat məntəqələrini və s. - bir sözlə, legitim hərbi hədəf sayılan bütün obyektlərini məhv edəcək.

Bundan başqa, belə aksiyaların keçirilməsinə göstəriş verən Nikol Paşinyan administrasiyası Ermənisan cəmiyyətində və xüsusilə də siyasətindəki aqressiv revanşist qrupları cəmiyyətin gözündən salır, onların yalnız siyasi demaqogiya və küçə aksiyaları ilə məşğul olaraq kütlə tərəfindən dəstəklənmədiyini göstərməyə çalışır.

İlk baxışdan effektiv taktika təsiri bağışlaya bilər, amma Paşinyan anlayır ki, Xankəndindəki separatçı rejim tərəfindən reversiv fəaliyyət olmazsa, strateji baxımdan gözlənilən nəticəni əldə edə bilməyəccək.

Məhz bu səbəbdən qarabağlı erməni separatçıların lideri Araik Arutyunyan zahirən sərt danışır, hətta Ermənistandakı siyasətçilərə, məmurlara və ictimai xadimlərə öz aləmində xəbərdarlıq edir.

Bütün bunlarla yanaşı, A.Arutyunyaenın yaxın vaxtlarda istefa verəcəyi, ailəsi ilə birlikdə Xankəndini tərk edərək Ermənistana yollanacağı, oradan da üçüncü ölkəyə üz tutacağı ilə bağlı xəbərlər yayılır.

Belə dezinformasiyanı yayanlar və sonra da sosial şəbəkələrdə tirajlayanlar N.Paşinyan hakimiyyətinin nəzarətindəki siyasətçilər, jurnalistlər və bloqerlərdir.

Rəsmi İrəvanın yeni narrativlərinin tam əksəriyyəti guya Ermənistanın yeni müharibəyə hazırlaşması, qarabağlı erməniləri tam dəstəkləməsi və bu məqsədlə beynəlxalq təşkilatlarla qlobal geosiyasətdə Xankəndiyə yardım proseslərinə başlanması, həmçinin rəsmi Bakıya sərt təzyiqlər və alınarsa, sanksiyaların tətbiqi prosedurlarına start verilməsinə nail olmağa yönəlmiş siyasətin yürüdülməsidir.

Formalaşdırılması davam edən strateji gedişlər məcmusu görüntüsü yaratmaqda olan İrəvan Araik Arutyunyandan tutmuş, çoxdan marginallaşan və əhəmiyyətini itirən fiqurları yenidən gündəmə gətirir, onların vasitəsilə aksiyalar təşkil edir, küçələrdə polisə qarşı müqavimət səhnəciklərini reallaşdırır və sonucda Ermənistan cəmiyyətindəki narazılığı Paşinyan iqtidarına sərfəli istiqamətə yönəldir.

Ermənistanın mübtəla olduğu bəlaların əsas səbəbkarlarının İrəvandakı şakimiyyət yox, Rusiya Federasiyasından tutmuh, Pakistan və İsrailədək ən müxtəlif dövlətlər olması ilə bağlı orta statistik ermənidə rəy formalaşdırılır. Eyni zamanda, elə həmin ermənidə yanlış illüziyalar yaradılır ki, Yunanıstan, Fransa, İran və s. ölkələr Ermənistana tam dəstək verir, Paşinyana hər cür yardım göstərməyə hazırdır və s.

Beləcə, ermənilər son 30 ildə inandıqları yalanların yerinə fərqli idefikslərlə şüur zəhərlənməsinə məruz qalırlar və bunu anlamırlar.

Ermənilər hələ də dərk etmək istəmirlər ki, müharibə olarsa, onların yerinə kimsə vuruşmayaccaq.

Ümumiyyətlə, Azərbaycana qarşı yeni hərbi əməliyyatlara başlamağa Ermənistana elə hamiləri imkan verməyəcək.

Çünki belə olarsa, zatən süni dövlət olan Ermənistan sonunu gətirə bilər.

Ermənilər anlamasa da.

Elçin Alıoğlu
TREND

Oxunub: 235
Paylaş:
Digər xəbərlər

Xəbərlər

11-07-2023, 19:32

Yalan, silah, casusluq, gizli daşımalar və Qırmızı Xaç: ermənilər son şansı da itirdilər

Xəbərlər

26-04-2023, 21:33

Qarabağlı ermənilər təlaşda: Seçim zamanı azalır

Xəbərlər

18-12-2022, 19:49

"Yol açılan kimi Xankəndidən köçəcəyik" - Qarabağlı erməni

Xəbərlər

23-04-2022, 16:46

Paşinyan sülh sazişi və Qarabağla bağlı reallığı elan edir

Xəbərlər

3-11-2020, 14:17

Paşinyan indi də İsraili aşağıladı, HƏDƏLƏDİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Əsrlərdir müalicə üçün istifadə edilən, güclü antioksidant mənbəyi ÇAQA GÖBƏLƏYİ
Merz elan etdi: Ukraynada yaxın 3 gündə atəşkəs ola bilər
İrəvanın Bakıya qarşı hiyləgər planı: Moskvaya “razıyam” mesajını göndərdi
Bu insanlar ən az 90 il yaşayır - Sirri Nədir?
Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
Son xəbərlər
  • Bu gün, 18:08
    Əsrlərdir müalicə üçün istifadə edilən, güclü antioksidant mənbəyi ÇAQA GÖBƏLƏYİ
  • Bu gün, 17:13
    Merz elan etdi: Ukraynada yaxın 3 gündə atəşkəs ola bilər
  • Bu gün, 16:24
    İrəvanın Bakıya qarşı hiyləgər planı: Moskvaya “razıyam” mesajını göndərdi
  • Bu gün, 15:56
    Bu insanlar ən az 90 il yaşayır - Sirri Nədir?
  • Bu gün, 14:34
    Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
  • Bu gün, 13:53
    Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
  • Bu gün, 12:10
    Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
  • Bu gün, 11:28
    Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
  • Bu gün, 10:10
    İctimai nəqliyyatda ödəmə ilə bağlı problem yarandı
  • Bu gün, 09:16
    Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
  • Dünən, 22:45
    Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
  • Dünən, 21:22
    Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
  • Dünən, 20:52
    Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
  • Dünən, 19:29
    ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
  • Dünən, 18:06
    SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
  • Dünən, 17:34
    DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
  • Dünən, 16:10
    Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
  • Dünən, 15:21
    Gözdə narahatlıq yaradan giləmeyvələr
  • Dünən, 14:24
    Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
  • Dünən, 13:41
    Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
  • Dünən, 12:28
    Tut yarpağının faydaları - Xolesteroldan şəkərə qədər...
  • Dünən, 11:14
    Bu gün Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
  • Dünən, 10:27
    Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…
  • Dünən, 09:03
    Gün ərzində nə qədər duz qəbul etmək olar?
  • 7-05-2025, 21:46
    Maskasız 4 bürc - Onların içi də çölü də birdir
  • 7-05-2025, 21:04
    Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri
  • 7-05-2025, 20:12
    ABŞ və İsrail İranla döyüş qaydalarını dəyişdirdi – Bölgədəki qalası yerlə-yeksan edilir
  • 7-05-2025, 19:39
    Pakistan Baş naziri: Qorxaqcasına hücum edən Hindistan layiqli cavab aldı
  • 7-05-2025, 18:17
    İnfarktdan sonra ürək niyə iltihablaşır?
  • 7-05-2025, 17:50
    Alimlər insanın ən xoşbəxt olduğu yaşı açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə