• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İmtahandakı yazıb-pozan qələmlərlə bağlı rəsmi açıqlama
Təklikdə yeməyin sağlamlığa ZƏRƏRLƏRİ
İran müharibəsi niyə başladı? Tramp haqda şok sənədlər iddiası… – Gerçəklər
ABŞ İrana ordu yeridir - Təcili
Hər üç kişidən birinin sümükləri zəifdir
Xamenei və Netanyahunun məlumatlarını kim ötürüb? – Gizli qaçış ortaya çıxdı
İran ətrafında müharibə dünya iqtisadiyyatını necə dəyişdirəcək?
Sistitin müalicəsində ən təhlükəli 4 səhv
NATO-nun hesabatında Azərbaycan-Ermənistan münasibəti
Gürcüstan Azərbaycanla sərhəddəki kəmərin yerini dəyişir - Ermənistan xahiş edib
Ürəyin dayanmasının gözlənilməz səbəbi açıqlandı
Türkiyənin məşhur kəşfiyyat təyyarələri ard-arda İrəvanda göründü – Nə baş verir?
Tramp Makronu ələ saldı: Artıq mənə lazım deyilsən
Qan və qaraciyəri təmizləyən ən faydalı qidalar
Bu ölkədə 300 illik qəbiristanlıqda “vampir” dəfnləri aşkarlandı
Əhəmiyyətli hadisələrdən əvvəl qarın ağrısının səbəbi
İrəvandan ittiham: Hibrid hücumlar Azərbaycan və Türkiyədən gəlir
ABŞ dollarında ilk dəfə prezidentin imzası olacaq - Tramp tarixə düşəcək
Dəridə görünən ciddi xəstəliklərin 7 əlaməti
İran hücum xəritəsini yaydı: BƏƏ-də bu obyektlər darmadağın ediləcək2
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Qarabağlı ermənilər təlaşda: Seçim zamanı azalır

Xəbərlər

26-04-2023, 21:33

Qarabağlı ermənilər təlaşda: Seçim zamanı azalır


Rusiyanın Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan ermənilərin "milli müqəddəratı təyin etmək hüququ", "suveren və azad dövlət", "müstəqillik" kimi sözlərlə pərdələnmiş separatçılışq xülyalarının sonu çatır.

Ermənistanla şərti dövlət sərhədində, Həkəri çayının üzərindəki körpüdə, Xankəndi-Laçın yolunda Azərbaycanın sərhəd nəzarət-buraxılış məntəqəsində (SNBM) Azərbaycan bayrağının təntənəli yüksəliş mərasimi olunub.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları polkovniki, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə məruzə edib.

Beləliklə, Azərbaycanın dövlət sərhədləri perimetri boyunca tam olaraq sərhəd bütövlüyümüz təmin edilib.

Xankəndindəki separatçı xunta üçün təlaşlı proses davam edir. Belə ki, qarabağlı ermənilərin onillər boyu istifadə etdikləri Ermənistan pasportlarının istifadə müddətinin uzadılmayacağı barədə İrəvandan rəsmi xəbərdarlıq səslənib.

Qarabağlı ermənilər arasında yetkinlki yaşına çatmış hər bir şəxs Ermənistanın ümumvətəndaş pasportunu daşıyır, çünki Xankəndindəki xunta yerli ermənilərə "pasport" paylasa da, bu rəngli karton parçasını dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan da tanımayıb və tanımır.

İrəvanın qərarı qarabağlı ermənilərin vəziyyətini daha da çətinləşdirəcək. Çünki onların Ermənistan pasportundan məhrum olmaları bank kartlarından istifadənin mümkünsüzlüyü, pensiya və müavinət almaq imkanlarının itirilməsi və s.-dir.

Həkəri çayı üzərində SNBM isə separatçı rejimin ümumiyyətlə, bütün illüziyalarla vidalaşmaq məcburiyyətində qalması deməkdir.

Situasiya çox bəsitdir və bəsit olmasına rəğmən, Ermənistandakı hakimiyyətlə bu rejimə havadarlıq edən İranda, habelə Qərbdə siyasətçilərlə dövlət məmurlarının bir parasının isteriyasına səbəb olub.

Çünki Həkəri körpüsündəki SNBM sadəcə, yoldan keçən şəxslərlə daşınan yüklər üzərində nəzarət deyil: ermənilər və onların havadarları artıq dərk etməyə başlayıblar ki, situasiya onlar üçün ilk baxışda göründüyündən daha mürəkkəbdir.

Bu SNBM Azərbaycanın hər hansı formada, statutda və ya məzmunda ikitərəfli, dövlətlərarası anlaşmasının, sazişinin və ya müqaviləsinin olmadığı Ermənistanla şərti dövlət sərhədində inşa edilib, fəaliyyətə başlayıb.

Ermənistanla bizim sadəcə, MDB çərçivəsində və beynəxalq müstəvidə imalanmış çoxtərəfli anlaşmalar prizmasında münasibətlərimiz var.

Həkəri üzərindəki SNBM Azərbaycanın dövlət sərhədindəki istisnasız olaraq, bütün başqa sərhəd nəzarət-buraxılış məntəqələri ilə eyni rejimdə, statusda, qaydalar və şərtlər əsasında fəaliyyət göstərəcək.

Sözügedən SNBM-in fəaliyyət rejimi və ya statusu ilə bağlı Ermənistanla hansısa əlahiddə anlaşma əldə etmək, yaxud İrəvana xüsusi güzəştlər etmək niyyətimiz də yoxdur.

Bu səbəbdən hazırda rusiyalı sülhməramlıların müvəqqəti nəzarətindəki arealda yaşayan, Ermənistan pasportuna malik qarabağlı erməni Xankəndindən Ermənistana yollanarsa, Həkəri üzərindəki SNBM-i məhz Ermənistan vətəndaşı kimi keçərək qarşı tərəfə buraxılacaq.

Mövcud situasiyanın gərginliyini və həssaslığını, habelə həmin şəxsin qarabağlı erməni olduğu nəzərə alınaraq Ermənistana buraxılacaq.

Bir müddət keçəcək, o erməni Ermənistandan Xankəndinə geri qayıtmaq fikrinə düşəcək, Həkəri üzərindəki SNBM-ə yaxınlaşacaq.

Beynəlxalq hüququn postulatlarına və prinsiplərinə, Azərbaycanın mövcud qanunvericiliyinə uyğun olaraq bu şəxs Ermənistan vətəndaşıdır. Yəni beynəlxalq hüquqa, Bakı ilə yanaşı, İrəvanın da imzalayaraq ratifikasiya etdiyi beynəlxalq sənədlərə görə, ölkəmizin ərazisinə əcnəbi şəxs, xarici ölkə vətəndaşı daxil olmaq istəyir.

Hüquqi prosedur elə həmin anda start götürür. Ermənistan vətəndaşlıq pasportuna malik bəhs etdiyimiz şəxs ölkəmizə nə məqsədlə, hansı müddətə giriş etmək istəyir? Onun qanunazidd fəaliyyətdə, qanunsuz silahlı birləşmələrdə, terrorçu və ya diversiya qruplarının tərkibində iştirakı və s. ilə bağlı şübhələr varsa, nə etməli?

Həmin erməni de-fakto Xankəndi sakinidir, amma de-yure Ermənistan vətəndaşıdır, yəni əcnəbidir.

COVİD-19 koronavirus pandemiyası səbəbindən Azərbaycanın quru sərhədlərində məhdudiyyətlərin hələ də qüvvədə qaldığını da unutmayaq.

Problemlər, göründüyü kimi, az deyil.

Qarabağlı ermənilərə Ermənistana getməyi kimsə yasaqlamır, buna Həkəri üzərindəki SBNM-dəki sərhədçilərimiz də maneələr yaradan deyillər. Yenə də beynəlxalq hüquqa görə və 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait mövcuddur.

Yəni qarabağlı ermənilər üçün Xankəndindən İrəvana səfər Azərbaycan vətəndaşlarının Bakıdan Kutaisiyə səfərindən rəsmi prosedurlar baxımından, fərqlənməyəcək.

Beləliklə, qarabağlı ermənilərin seçimi gün keçdikcə daha da sadələşərək konkretləşəcək. Onlar ya Azərbaycana reinteqrasiya olaraq pasportlarımızı almalı və onillər sonra normal yaşamağa başlamalı, ya da bu addımı atmasalar, Ermənistan pasportundan imtina etməsələr Azərbaycanı tərk etməli olacaqlar.

Həkəri çayı üzərindəki SBNM-dən təbii ki, qarabağlı ermənilər keçərək Ermənistana gedəcək və qayıdacaqlar.

Lakin bu, sadəcə, Azərbaycanın xoş məramıdır - zəruri və qaçılmaz şüquqi prosedurlarla şərtlənən situasiya yox.

Vəziyyət yenidən ermənilər tərəfindən süni şəkildə gərginləşdirilərsə, sərhədçilərimizin xoş məram limiti tükənə bilər.

Ermənistan hakimiyyəti də çox gec olsa da, tərk etməyə başlayır ki, qarabağlı ermənilərlə bağlı situasiyaya çoxsaylı bəyanatlar, Qərbdəki hamilərə müraciətlər, Rusiya Federasiyasına ünvanlanan ultimatumlar, Fransanın "himayəsi", İranın "dəstəyi" və sö təsir edən deyil.

İrəvanın bu istiqamətdə nail olduğu və bundan sonra əldə edə biləcəyi yeganə nəsnə "yaranmış vəziyyətlə bağlı dərin narahatlığımızı bildiririk" ifadəli bəyanatlar ola bilər.

Seçim ermənilərindir.


Elçin Alıoğlu
Milli.Az

Oxunub: 366
Paylaş:
Digər xəbərlər

Xəbərlər

25-04-2023, 18:27

Türk generaldan Qarabağdakı ermənilərə: Bakı mühüm addım atdı, indi isə...

Xəbərlər

30-03-2023, 15:26

İrəvandan Bakıya TƏKLİF: "Sərhəd qoşunlarını Laçın yolunun girəcəyində yerləşdirək"

Xəbərlər

4-04-2021, 11:19

SON DƏQIQƏ! Azərbaycan sərhədində atışma: Yaralı var

Xəbərlər

17-08-2019, 06:27

"Dövlətimizin ərazi bütövlüyü təmin ediləcək" - General-polkovnikdən ŞAD XƏBƏR

Manşet / Xəbərlər

18-08-2018, 11:16

Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 99-cu ili

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İmtahandakı yazıb-pozan qələmlərlə bağlı rəsmi açıqlama
Təklikdə yeməyin sağlamlığa ZƏRƏRLƏRİ
İran müharibəsi niyə başladı? Tramp haqda şok sənədlər iddiası… – Gerçəklər
ABŞ İrana ordu yeridir - Təcili
Hər üç kişidən birinin sümükləri zəifdir
Xamenei və Netanyahunun məlumatlarını kim ötürüb? – Gizli qaçış ortaya çıxdı
Son xəbərlər
  • Dünən, 22:15
    İmtahandakı yazıb-pozan qələmlərlə bağlı rəsmi açıqlama
  • Dünən, 21:26
    Təklikdə yeməyin sağlamlığa ZƏRƏRLƏRİ
  • Dünən, 20:26
    İran müharibəsi niyə başladı? Tramp haqda şok sənədlər iddiası… – Gerçəklər
  • Dünən, 19:38
    ABŞ İrana ordu yeridir - Təcili
  • Dünən, 18:07
    Hər üç kişidən birinin sümükləri zəifdir
  • Dünən, 17:08
    Xamenei və Netanyahunun məlumatlarını kim ötürüb? – Gizli qaçış ortaya çıxdı
  • Dünən, 16:33
    İran ətrafında müharibə dünya iqtisadiyyatını necə dəyişdirəcək?
  • Dünən, 15:21
    Sistitin müalicəsində ən təhlükəli 4 səhv
  • Dünən, 14:36
    NATO-nun hesabatında Azərbaycan-Ermənistan münasibəti
  • Dünən, 13:02
    Gürcüstan Azərbaycanla sərhəddəki kəmərin yerini dəyişir - Ermənistan xahiş edib
  • Dünən, 12:25
    Ürəyin dayanmasının gözlənilməz səbəbi açıqlandı
  • Dünən, 11:17
    Türkiyənin məşhur kəşfiyyat təyyarələri ard-arda İrəvanda göründü – Nə baş verir?
  • Dünən, 10:44
    Tramp Makronu ələ saldı: Artıq mənə lazım deyilsən
  • Dünən, 09:02
    Qan və qaraciyəri təmizləyən ən faydalı qidalar
  • 27-03-2026, 22:40
    Bu ölkədə 300 illik qəbiristanlıqda “vampir” dəfnləri aşkarlandı
  • 27-03-2026, 21:41
    Əhəmiyyətli hadisələrdən əvvəl qarın ağrısının səbəbi
  • 27-03-2026, 20:28
    İrəvandan ittiham: Hibrid hücumlar Azərbaycan və Türkiyədən gəlir
  • 27-03-2026, 19:54
    ABŞ dollarında ilk dəfə prezidentin imzası olacaq - Tramp tarixə düşəcək
  • 27-03-2026, 18:10
    Dəridə görünən ciddi xəstəliklərin 7 əlaməti
  • 27-03-2026, 17:13
    İran hücum xəritəsini yaydı: BƏƏ-də bu obyektlər darmadağın ediləcək2
  • 27-03-2026, 16:38
    Yağışlı hava nə vaxta kimi davam edəcək?
  • 27-03-2026, 15:47
    Hər gün darçınlı su içsəniz...
  • 27-03-2026, 14:46
    Azərbaycanla yeni müharibə? – “Kəşfiyyat məlumatı var”
  • 27-03-2026, 13:13
    İsraildə böyük təşviş: Tramp İranla razılaşsa, nə baş verəcək?
  • 27-03-2026, 12:49
    Professor maddələr mübadiləsini bərpa etmək üçün 5 sadə üsul açıqlayıb
  • 27-03-2026, 11:07
    Bu ölkə elan etdi: Kim İsraili məhv etmək istəsə...
  • 27-03-2026, 10:30
    Zəngəzur dəhlizi ilə bağlı sirli mesaj: Müharibədən sonra regionda əsas rolu İran oynayacaq
  • 27-03-2026, 09:16
    Tıxanmış ürək damarları üçün - 3 güclü resept
  • 26-03-2026, 22:37
    Artıq çəki riyazi düşüncəyə təsir edirmi? Mütəxəssis açıqladı
  • 26-03-2026, 21:15
    Kifozun yaranma səbəbləri
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə