• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Cinpin “dayan” dedi, Putin razılaşdı – Müharibə ilə bağlı yeni hədəf
Başağrısını kəsmək üçün 5 sınanılmış təbii vasitə
İran razılaşdı: bu tarixdə ABŞ-la danışıqlar aparacaq
İki cəbhədə vuruşmuş babalar: bizim üçün hansı daha çox qəhrəmandır?
Əsrlərdir müalicə üçün istifadə edilən, güclü antioksidant mənbəyi ÇAQA GÖBƏLƏYİ
Merz elan etdi: Ukraynada yaxın 3 gündə atəşkəs ola bilər
İrəvanın Bakıya qarşı hiyləgər planı: Moskvaya “razıyam” mesajını göndərdi
Bu insanlar ən az 90 il yaşayır - Sirri Nədir?
Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
İctimai nəqliyyatda ödəmə ilə bağlı problem yarandı
Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Yalan, silah, casusluq, gizli daşımalar və Qırmızı Xaç: ermənilər son şansı da itirdilər

Xəbərlər

11-07-2023, 19:32

Yalan, silah, casusluq, gizli daşımalar və Qırmızı Xaç: ermənilər son şansı da itirdilər


Ermənistan yekun sülh sazişini imzalamamaq üçün yeni maneələr və problemlər yaradır, qarabağlı erməni separatçıların təslim olmaq niyyəti yoxdur, Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri isə qaçaqmal vasitəsinə çevrilir. Bu, ermənilərin son şansları da bilərəkdən, qəsdən əldən vermələri kimi dəyərləndirilə bilər

Bu gün səhər saatlarında Azərbaycanın Dövlət Sərhəd Xidməti ilk baxışdan sensasiyalı təsir bağışlayan məlumat yaydı. Faktlarla və videogörüntülərlə sübut olunan məlumatda bildirildi ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin separatçılara dəstək verdiyi bəlli olub.

"Ermənistan ilə dövlət sərhədində "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılmış, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıblar.

Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb", - məlumatda deyilir.

Əslində bu açıqlama gölənilməz sayıla bilməz və heç bir halda qəfil faktların sadalanması qisminldə qəbul olunmamalıdır.

44 günlük İkinci Qarabağ Müharibəsi başa çatan gündən bəri Ermənistanla Xankəndi arasında intensiv nəqliyyat hərəkəti və daşımalar vardı. Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilərin separatçı rəhbərləri ölkəmizin bu hissəsindəki mədənləri və yataqları vəhşicəsinə istismar edərək Ermənistana daşımalarla məşğuldular.

Əks istiqamətdə isə sila-sursat, canlı qüvvə və s. gətirilirdi.

Torpaqlarımızın barbarcasına talanının qarşısını almaq üçün Gorus-Xankəndi marşrutunda, Laçın yolunda azərbaycanlı ekoloji fəalların və vətəndaş cəmiyyəti mənsublarının dinc aksiyası Ermənistanın hakimiyyət dairələri ilə Xankəndindəki separatçı rejimin planlarını pozdu.

Çünki Laçın yolu ilə yalnız RSK texnikası, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitələri və ermənilərin fərdi avtomobilləri hərəkət edə bilirdilər.

Situasiya ermənilər üçün ağırlaşdıqca, onlar çıxış yolları aramağa başlamışdılar. İlkin olaraq qarabağlı erməni separatçılar Ermənistana torpaq yollarla, cığırlarla yollanmağa çalışdılar. Amma Azərbaycan Ordusu bu cəhdlərin qarşısını aldı və sonucda İrəvandakı hakimiyyətlə Xankəndindəki separatçı xunta alternativ, eyni zamanda effektiv variant qismində BQXK-dan yararlanmağtı seçdilər.

Sözügedən beynəlxalq təşkilatın Ermənistandakı nümayəndəliyi, xüsusilə də Gorusdakı ofisi qarabağlı ermənilər üçün qaçaqmal vasitəçisinə çevrilmişdi.

DSK-nın bugünkü bəyanatına və xüsusilə də ciddi yoxlama-təftiş prosedurlarına qədər Beynəlxalq Qırmızı Xaç Komitəsinin aylarla hansı daşımaları, necə həyata keçirdiyini təxminləmək çətin deyil.

Ermənistan dövlət nömrə nişanlı minik və yük avtomobilləri ilə BQXK nişanı ilə daşımalarda Ermənistandan Xankəndiyə silah-sursatın da qaçaqmal yolu ilə daşındığını istisna etmək olmaz. Ermənistanla şərti dövlət sərhədimizdə, Həkəri çayı üzərindəki körpünün yaxınlığında sərhəd nəzarət-buraxılış məntəqəsi inşa edilərək istifadəyə verilənədək aparılmış daşımalarda nələr gətirilib, nələr aparılıb - bunu Xankəndindəki separatçı rejimlə Ermənistanın hakimiyyət dairələrindən soruşmaq gərəkdir. Təbii ki, rəsmi Bakı bu sualları səsləndirəcək.

BQXK-nın hər gün orta hesabla 12-15 nəfəri Xankəndindən Gorusa və İrəvana xəstə, yaxud ciddi tibbi müdaxiləyə ehtiyacı olan pasient kimi apardığını, daha sonra təxminən o sayda ermənini geriyə, Xankəndiyə gətirdiyini xatırlamaq yetər ki, beynəlxalq təşkilatın humanitğar fəaliyyət qismində təqdim etdiyi prosedurlarına şübhə yaransın.

Ermənistanın baş naziri Nikol Paşinyan, erməni diasporu və Xankəndindəki separatçı xuntanın 120 min qarabağlı ermənidən bəhs etməsinə rəğmən, RSK-nın müvəqqəti yerləşdirildiyi ərazilərdə maksimum 28-29 erməninin yaşadığı danılmaz faktdır.

Belədirsə, ən çoxu 30 min sayıla biləcək qarabağlı ermənilər arasında hansı güclü epidemiya, yaxud travmatoloji mərəz var ki, hər sutkada 12-15 erməni Ermənistana daşınır?

BQXK humanitar fəaliyyəti, ağır və orta ağırlıqda xəstələrə təcili yardım zərurəti və s. barədə çoxsaylı bəyanatlar verə bilər, lakin dediyimiz kimi, çox məhdud arealda yaşayan azsaylı erməni icmasında total travmalara mübtəla, yaxud epidemiya olmadığından rəqəmlər şübhəlidir.

Üstəlik, BKXK bəyanatlarında bu ermənilərin Ermənistana daşınmasını "təxliyə" kimi qələmə verir. İfadə yanlışdır, çünki RSK-nın olduğu ərazilərdə hərbi əməliyyatlar, genişmiqyaslı silahlı toqqquşmalar, təbii və ya texnogen fəlakət yoxdur. Yoxdursa, söhbət hansı "təxliyə"dən gedir?

Hər şey daha prozaik və trivialdır: Ermənistana yollanmaq üçün BQXK avtomobillərindən əlverişli nəqliyyat vasitəsi kimi istifadə edən ermənilər həmin maşınlarla qaçaqmal daşımağı da fürsət biliblər. Nəticədə BQXK qarabağlı erməni separatçılara bu formada dəstək verməklə yanaşı, qanunsuz ticarətə və banal alverə vasitə olub.
Ətraflı

Beynəlxalq təşkilatın biabırçı fəaliyyətinin bu həddə çatmasının qarşısını almaq üçün ilkin qərar qismində Laçındakı sərhəd nəzarət-buraxılış məntəqəsində Azərbaycan Səhiyyə Nazirliyinin, TƏBİB-in, yaxud Dövlət Sərhəd Xidmətinin səhiyyə əməkdaşlarının postunu yaratmalıyıq ki, BQXK-nın avtomobillərində xəstə adı ilə Ermənistana aparılan şəxslərin gerçəkdən də səhhətində ciddi problemlər yaranmış fərdlər olduğunu yoxlayaq?

...Erməni əsirliyində olan Novruzov Laçın Əhməd oğlunun 1994-cü il fevralın 10-da yaxınlarına yazdığı məktub: "Salam, ata-ana. Mən Ermənistanın Edilli kəndində Novruzov Laçın. Sənə qurban olum, gəlin məni qurtarın! Sənə yalvarıram. Ana, bunu yazan Laçındır. Nətər olursa olsun, qurtarın. Novruzov Laçın. Ana, Rəna məni qurtarın buradan, yaşamaq istəyirəm tez qurtarın gözləyirəm sizi. Laçın. Sağ olun!"

Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin möhürü olan məktubu faktiki olaraq BQXK Laçın ailəsinə təhvil verib. Lakin o, evə qayıtmayıb. Əsirlikdə öldürüldü.

BQXK zamanında, Azərbaycanlə əsirlər üçün heç bir addım atmamışdı. Gənc oğullarımız, qızlarımız erməni-rus təcavüzü nəticəsində əsir düşmüş və sonrakı talelərindən xəbər alınmamışdır. Vaxtilə əsir düşmüş azərbaycanlılar üçün barmağını tərpətməyən BQXK, indi ermənilər üçün siqaret və benzin qaçaqmalçılığı edir.

Vəziyyət indi də dəyişməyib: BQXK hazırda Ermənistanda qanunsuz saxlanan iki azərbaycanlı əsgərin azad edilməsi üçün zərrə qədər fəaliyyət göstərmədiyi halda Xankəndindəki separatçı rejimi dəstəkləyən, RSK-nın nəzarət arealında yaşayan erməniləri əməlləri ilə dəstəkləyir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları arasında yer alan Fransa və Livan vətəndaşlarının da fəaliyyətini unutmamalıyıq.

Belə ki, bəhs etdiyimiz Livan vətəndaşlarının Azərbaycanda dövlət və hərbi sirr kəsb edən məlumatları toplamağa cəhd etdikləri iddia olunur.

Onu da xatırladaq ki, 44 günlük İkinci Qarabağ Müharibəsi günlərində BQXK ordumuzun Fizuli istiqamətində hücuma keçməsinə maneələr yaratmağa çalışmışdı. Olmaya beynəlxalq təşkilat həmin vaxt erməni hərbi birləşmələr vaxt əldə etməyə, ehtiyat qüvvələri döyüş bölgəsinə gətirməyə imkan yaratmağa çalışırdı?

Və ən nəhayət: BQXK-nın Xankəndindəki ofisi bütün beynəlxalq qanunlara, elə təşkilatın öz nizamnaməsinə və Azərbaycan qanunvericiliyinə görə, qurumun Bakıdakı ofisinə tabe olmalı halda, təşkilatın İrəvandakı nümaynədəliyinin tabeçiliyindədir.

Bu nədir: hüquqi bisavadlıq, bilərəkdən qəbul edilmiş qərar, yoxsa Azərbaycana sayğısızlıq?

Məlum Gəncə hadisələri zamanı BQXK Gəncədə saxlanmış şəxslərə bah çəkərək onlara Fransanın Bakıdakı səfirliyinə yardım müraciəti ünvanlanmağı məsləhət görmüşdülər: bu, Azərbaycanın daxili işlərinə kobud müdaxilə cəhdi sayıla bilərmi?

Əldə etdiyimiz məlumatlara görə, BQXK-nın avtomobili ilə Xankəndindən Ermənistana "təcili, təxirəsalınmaz tibbi yardıma, müayinəyə və müdaxiləyə ehtiyac duyan şəxs" qismində yollanmaq istəyən qarabağlı erməni orta hesabla 1500-2000 dollar ödəniş etməlidir.

Blokadada olduqlarını iddia edən, qıtlıq çəkdiklərini, ərzaq məhsuları, yanacaq və dərman preparatları çatışmazlığı ilə üzləşdiklərini vurğulayan qarabağlı ermənilərin yaşamı sübut edir ki, bəhs etdiklərinin, iddialarının istisnasız olaraq hamısı yalandır.

Rusiyalı sülhməramlılarla kooperasiyaya girən, hətta bəzi hallarda ortaq biznes quran Xankəndindəki separatçı rejim üzdəniraq əməkdaşlığa BQXK-nı da cəlb edib.

Belə olan halda təbii ki, normal yaşamlarını davam etdirən qarabağlı ermənilərin separatçı lideri hər hansı formada Azərbaycana reinteqrasiyaya qarşı çıxır, mövqelərimizin atəşə tutulması barədə əmrlər verirlər.

Xankəndindəki separatçı xunta özünə əmin olduğunu desə də, əslində bədgümandır və təlaşdadır.

Ermənistanın hakimiyyət dairələrinin, Paşinyan administrasiyasının laübəli və müərrəd xarici siyasəti, Azərbaycanla yekun sülh sazişi imzalamağa yönəlmiş prosesdəki absurd şərtlərlə tələbləri qarabağlı erməniləri labirintə salıb.

Bu labirintdən yeganə çıxış yolu silahlı birləşmələrin tərksilahı və reinteqrasiyadır.

Çıxış yoluna aparmayan istənilən marşrut qarabağlı ermənilərə fəlakətlər və faciələr vəd edir.

Elçin Alıoğlu
TREND

Oxunub: 216
Paylaş:
Digər xəbərlər

Xəbərlər

19-06-2023, 16:51

Laçın postunda yaralanan hərbçimiz: Hücum belə başladı

Xəbərlər

16-06-2023, 14:43

Yekun sülh sazişinə açıq şəkildə mane olmağa çalışan qüvvələr var - Gizli məqamlar...

Xəbərlər

15-06-2023, 10:23

Ermənilər "Laçın" postunu ATƏŞƏ TUTDU: Hərbçimiz yaralandı - RƏSMİ

Xəbərlər

26-04-2023, 21:33

Qarabağlı ermənilər təlaşda: Seçim zamanı azalır

Xəbərlər

25-03-2021, 19:55

Qırmızı Bazar-Şuşa yolu ermənilərin nəzarətindən ALINDI

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Cinpin “dayan” dedi, Putin razılaşdı – Müharibə ilə bağlı yeni hədəf
Başağrısını kəsmək üçün 5 sınanılmış təbii vasitə
İran razılaşdı: bu tarixdə ABŞ-la danışıqlar aparacaq
İki cəbhədə vuruşmuş babalar: bizim üçün hansı daha çox qəhrəmandır?
Əsrlərdir müalicə üçün istifadə edilən, güclü antioksidant mənbəyi ÇAQA GÖBƏLƏYİ
Merz elan etdi: Ukraynada yaxın 3 gündə atəşkəs ola bilər
Son xəbərlər
  • Dünən, 22:29
    Cinpin “dayan” dedi, Putin razılaşdı – Müharibə ilə bağlı yeni hədəf
  • Dünən, 21:15
    Başağrısını kəsmək üçün 5 sınanılmış təbii vasitə
  • Dünən, 20:25
    İran razılaşdı: bu tarixdə ABŞ-la danışıqlar aparacaq
  • Dünən, 19:20
    İki cəbhədə vuruşmuş babalar: bizim üçün hansı daha çox qəhrəmandır?
  • Dünən, 18:08
    Əsrlərdir müalicə üçün istifadə edilən, güclü antioksidant mənbəyi ÇAQA GÖBƏLƏYİ
  • Dünən, 17:13
    Merz elan etdi: Ukraynada yaxın 3 gündə atəşkəs ola bilər
  • Dünən, 16:24
    İrəvanın Bakıya qarşı hiyləgər planı: Moskvaya “razıyam” mesajını göndərdi
  • Dünən, 15:56
    Bu insanlar ən az 90 il yaşayır - Sirri Nədir?
  • Dünən, 14:34
    Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
  • Dünən, 13:53
    Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
  • Dünən, 12:10
    Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
  • Dünən, 11:28
    Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
  • Dünən, 10:10
    İctimai nəqliyyatda ödəmə ilə bağlı problem yarandı
  • Dünən, 09:16
    Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
  • 8-05-2025, 22:45
    Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
  • 8-05-2025, 21:22
    Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
  • 8-05-2025, 20:52
    Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
  • 8-05-2025, 19:29
    ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
  • 8-05-2025, 18:06
    SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
  • 8-05-2025, 17:34
    DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
  • 8-05-2025, 16:10
    Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
  • 8-05-2025, 15:21
    Gözdə narahatlıq yaradan giləmeyvələr
  • 8-05-2025, 14:24
    Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
  • 8-05-2025, 13:41
    Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
  • 8-05-2025, 12:28
    Tut yarpağının faydaları - Xolesteroldan şəkərə qədər...
  • 8-05-2025, 11:14
    Bu gün Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
  • 8-05-2025, 10:27
    Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…
  • 8-05-2025, 09:03
    Gün ərzində nə qədər duz qəbul etmək olar?
  • 7-05-2025, 21:46
    Maskasız 4 bürc - Onların içi də çölü də birdir
  • 7-05-2025, 21:04
    Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə