• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
Bu ölkələr Hörmüz boğazının gəlirlərini böləcək - Yeni qərar açıqlandı
London Kiyevə gizli “silah sirri”ni açır: Ukrayna görün nə istehsal edəcək
Mədəaltı vəzi xərçənginin erkən əlaməti: dəridə saralma
Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
PKK Suriya ordusuna inteqrasiya olundu – Türkiyəni hansı təhlükə gözləyir?
Statin qəbuluna baxmayaraq xolesterin yüksəkdirsə nə etmək olar?
Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
Bu ölkələr Ukraynaya HHM sistemləri verir - Razılaşma
Qərbin silah nəhəngləri ilk dəfə Bakıda
Kanada və ABŞ fəlakətin astanasında - Hər an müharibə başlaya bilər
Hər gün yulaf yemək xolesterini azalda bilər – Araşdırma
Sağlamlıq, gözəllik və yaxşı əhval yuxudan asılıdır...
Ginekoloqların qadınlara demədiyi 6 FAKT
Qorxu nə vaxt fobiyaya çevrilir? – Psixoloq izah edir
Ağciyərlərə sağlamlıq verən - Müalicəvi içki
Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar
ABŞ-dan İranla bağlı növbəti qərar...
Bu 3 məhsul qandakı xolesterini aşağı salır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Tehran Moskvanı HƏDƏLƏYİR: Sülhməramlıların tərkibində təmsil olunmaq istəyir

Xəbərlər

7-04-2023, 18:43

Tehran Moskvanı HƏDƏLƏYİR: Sülhməramlıların tərkibində təmsil olunmaq istəyir


Proksi medianın İran Ali Təhlükəsizlik Şurasına istinadən yaydığı məlumata görə, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündəki 3 əsas maddədən biri Qarabağla bağlı olub. O, Azərbaycan və Ermənistan arasında son qarşıdurmanı əsas gətirərək İran qüvvələrini də sülhməramlıların tərkibinə daxil etmək haqda Tehranın tələblərini səsləndirib. Tehran hesab edir ki, regional münaqişələrdən ən çox əziyyət çəkən tərəf olsa da, Türkiyədən fərqli olaraq münaqişənin həllindən kənarda saxlanır. Tələb Moskva tərəfindən rədd edilib.

Tehran iddia edir ki, Azərbaycan ordusu nəzarət zonasını genişləndirərək İran üçün strateji Zəngəzur keçidini nəzarətə götürməyə doğru getsə də, Rusiya sülhməramlı qüvvələri buna biganədir. Abdullahian Rusiya tərəfini məlumatlandırıb ki, İran ordusunun rəhbərliyi hələ çox gec olmadan ölkəsinin hərbi müdaxiləsinin zəruriliyini siyasi rəhbərliyə tövsiyə edir və Rusiya laqeyd mövqeyində davam etsə, siyasi rəhbərlik ordunun məsləhəti ilə hərəkət edəcək.

Lavrov İranı Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsinə dəvət edib, çünki Ermənistanın sərhədləri bu müqavilə ilə qorunur. Abdullahian təklifi rədd edərək bildirib ki, İran konstitusiyası hər hansı hərbi alyansa qoşulmanı qadağan edir. Maraqlıdır ki, İran tərəfindən fərqli olaraq Rusiya mediasında görüş haqda daha çox poztiv məqamlar qabardılıb, iki ölkə arasında strateji tərəfdaşlıq perspektivindən bəhs edilib.

Bununla paralel, İran ABŞ-la münasibətləri düzəltmək üçün Oman vasitəsilə təşəbbüslərini genişləndirməklə yanaşı, birbaşa təmaslara da can atır. Bir müddət əvvəl Suriyanın şərqində bazada bir amerikalı müqaviləli əsgər öldürüldükdən sonra cavab nəticəsində Tehran və Dəməşqin müttəfiqləri olan 20-yə yaxın silahlı öldürülüb. İndi İran, ABŞ qüvvələrinin təhlükəsizliyinə zəmanət təklif edir. Mənbə iddia edib ki, Tehran iki ölkə arasında, xüsusən də Suriyada təcavüzün dayandırılması üçün qarşılıqlı anlaşmaya çağıran Amerika mesajı alıb.

Bu təşəbbüslər Suriya-İran-Türkiyə-Rusiya görüşü keçirilməsinin qarşısını almağa çalışan Vaşinqton üçün cəlbedici ola bilər. İkinci səbəb beynəlxalq məhkəmənin İraq Kürdüstanından neft nəql edən Kərkük-Ceyhan kəmərinə görə Türkiyəyə iddia qaldıran İraq hökumətinin xeyrinə qərar verməsidir. Bağdad və Dəməşq Tehranın dəstəyi ilə amerikalıları Suriya neftini oğurlamaqda ittiham edərək, onlara qarşı oxşar beynəlxalq məhkəmələr açmaq niyyətindədir. Mənbə Azərbaycanı, Suriyada gərginliyin artdığı vaxt Tehran və İrəvan arasında həyati əhəmiyyət kəsb edən quru dəhlizini kəsmək cəhdində ittiham edib. İran ali hakimiyyətində mənbə hesab edir ki, hər iki cəbhədə koordinasiyalı Amerika əməliyyatı var və Bakı ABŞ-ın təhrikilə addım atır.

Ötən ilin sonları Tehran nəşrlərinin birində “Qurbağa Əbu Ətta oxuyur” başlıqlı bir yazı dərc olunmuşdu. O frazeologizmin dilimizdəki qarşılığı “qudurasan qurbağa...”dır. İranın xaricdə saxladığı proksi medianın monitorinqi indi bu ifadənin rəsmi Tehranın davranışlarını xarakterizə etmək üçün çox yerinə düşdüyünü göstərir. Həmin materiallardan belə çıxır ki, ABŞ-la yumşalma olarsa və Çinlə əlaqələr genişlənərsə, Tehran, Rusiyadan imtina etməyə hazırdır. Belə inkişaf Azərbaycan üçün də müəyyən müsbət, eyni zamanda mənfi perspektiv açır.

Müsbət perspektiv: Rusiya ilə ən sıx təmasda olan İrandaxili qüvvənin –SEPAH-ın (indiki real və Rəisinin timsalında nominal hakimiyyət) əsas xarici tərəfdaşının Rusiya olması bəllidir. Ali Təhlükəsizlik Şurası katibi Əli Şamxaninin xarici siyasətdə qabardılması, onun Rusiyadan daha çox Çinlə açıq, ABŞ-la gizli təmasları SEPAH-ın tədricən sıxışdırlması da demək olacaq. Azərbaycanla əsas ziddiyyət yaradan qüvvənin sıxışdırlması İranla gərginlyin azaldılmasına kömək edə bilər.

Eləcə də Azərbaycan prezidentinin xarici siyasət kursunda daim Çinə xüsusi diqqət yetirməsi, onun regionda güclənməsi bizim üçün təhlükə deyil, fürsətə çevrilməsini şərtləndirir.

Tehranın körfəz ölkələri və Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələrində bərpa, Çinlə yaxınlaşma baş versə də, Rusiya və ABŞ-la münasibətlərdən arxayınlıq hiss olunmur. Əksinə, Zəngəzur dəhlizinin reallaşması perspekvtivinin artmasına görə hər iki ölkəni ittiham edir.

Mənfi perspektiv: Bununla yanaşı Rusiyanın İranın regionda sərbəst fəaliyyətini cəzalandırmaq üçün Qarabağda situasiyanı gəriginləşdirə biləcəyi ehtimalı nəzərə alınmalıdır. Yada salaq ki, I Qarabağ müharibəsinin ilk dövrü -1992-ci ilin mayında Tehranın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vasitəçilik təşəbbüsü acı nəticələrə gətirib çıxarmışdı (Şuşa və Laçının işğalı).

İndiki situasiyanı gərginliyi həm də ondadır ki, İran Moskvaya boylanmadan vasitəçi olmaq həvəsinə düşəcək qədər cəsarətlənib. İndiyədək yalnız Moskvanın əsas vasitəçi kimi qalmaq, digərlərini regiona buraxmamaq üçün atdığı addımlardan danışırdıqsa, indi İran da Rusiya ilə eyni səviyyədə rola iddialıdır.

Oxunub: 426
Paylaş:
Digər xəbərlər

Xəbərlər

6-04-2023, 14:26

İran təklənir - Çin və Rusiya Zəngəzur dəhlizinin reallaşmasına çalışır

Xəbərlər

17-01-2023, 16:25

Lavrovla Abdullahianın görüşü LƏĞV OLUNDU

Xəbərlər

22-10-2021, 19:17

Rusiya və İran xarici işlər nazirləri AZƏRBAYCANA QARŞI - "Lavrov Putini aldadıb..."

Xəbərlər

8-10-2021, 11:45

İran Qarabağ danışıqlarında iştirak etmək istəyir - Tehranın 5 şərti bunlardır

Xəbərlər

6-10-2021, 19:23

Rusiyadan İrana TƏRS ŞİLLƏ - Azərbaycana görə GÖRÜN NƏ ETDİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
Bu ölkələr Hörmüz boğazının gəlirlərini böləcək - Yeni qərar açıqlandı
London Kiyevə gizli “silah sirri”ni açır: Ukrayna görün nə istehsal edəcək
Mədəaltı vəzi xərçənginin erkən əlaməti: dəridə saralma
Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
PKK Suriya ordusuna inteqrasiya olundu – Türkiyəni hansı təhlükə gözləyir?
Son xəbərlər
  • Bu gün, 21:40
    Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
  • Bu gün, 20:20
    Bu ölkələr Hörmüz boğazının gəlirlərini böləcək - Yeni qərar açıqlandı
  • Bu gün, 19:35
    London Kiyevə gizli “silah sirri”ni açır: Ukrayna görün nə istehsal edəcək
  • Bu gün, 18:21
    Mədəaltı vəzi xərçənginin erkən əlaməti: dəridə saralma
  • Bu gün, 17:46
    Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
  • Bu gün, 16:18
    PKK Suriya ordusuna inteqrasiya olundu – Türkiyəni hansı təhlükə gözləyir?
  • Bu gün, 15:00
    Statin qəbuluna baxmayaraq xolesterin yüksəkdirsə nə etmək olar?
  • Bu gün, 14:37
    Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
  • Bu gün, 13:13
    Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
  • Bu gün, 12:43
    Bu ölkələr Ukraynaya HHM sistemləri verir - Razılaşma
  • Bu gün, 11:05
    Qərbin silah nəhəngləri ilk dəfə Bakıda
  • Bu gün, 10:39
    Kanada və ABŞ fəlakətin astanasında - Hər an müharibə başlaya bilər
  • Bu gün, 09:06
    Hər gün yulaf yemək xolesterini azalda bilər – Araşdırma
  • Dünən, 22:41
    Sağlamlıq, gözəllik və yaxşı əhval yuxudan asılıdır...
  • Dünən, 21:01
    Ginekoloqların qadınlara demədiyi 6 FAKT
  • Dünən, 18:12
    Qorxu nə vaxt fobiyaya çevrilir? – Psixoloq izah edir
  • Dünən, 15:25
    Ağciyərlərə sağlamlıq verən - Müalicəvi içki
  • Dünən, 14:29
    Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar
  • Dünən, 13:52
    ABŞ-dan İranla bağlı növbəti qərar...
  • Dünən, 12:09
    Bu 3 məhsul qandakı xolesterini aşağı salır
  • Dünən, 11:41
    Metropoliten və AYNA rəsmilərindən gözlənilməz addım – Hər gün bu saatlarda…
  • Dünən, 10:46
    Azərbaycan türk dünyasının yeni “ulduz”una çevrilir – “Şengen zonası” modeli
  • Dünən, 09:06
    Əncir meyvə deyilmiş - Əslində nə yeyirik?
  • 24-08-2026, 22:44
    Yaddaşı gücləndirmək üçün 5 sadə üsul
  • 24-08-2026, 21:45
    Ürəyi yoran bu vərdişlərdən uzaq durun
  • 24-08-2026, 20:24
    İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
  • 24-08-2026, 19:33
    İrəvan bu ölkəyə görə Bakı ilə sülh sazişindən imtina edə bilər - DETALLAR
  • 24-08-2026, 18:31
    Ağız yaraları ilə bağlı bütün çarə - 1 günə sağalması mümkün imiş
  • 24-08-2026, 17:28
    Rusiyanın 35 illik planında fiasko – Azərbaycanın rolu ilə xəritə rəsmiləşdi
  • 24-08-2026, 16:11
    Prezidentin Buxara ziyarəti: tarixi bağlar, İpək Yolu irsi və Türk birliyi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə