Qarabağdakı separatçı rejim silahlılarını qeydiyyata alır.
KONKRET.az xəbər verir ki, bu gün Qarabağadakı qondarma qurumun “dövlət naziri” mülki müdafiə ilə bağlı “müşavirə” keçirib.
“İclas”da hərbi vəziyyət dövründə hərbi xidmətdə olan ermənilərin nominal uçota alınması məsələsinə baxılıb. “Mülki müdafiə” işlərində silahlı vətəndaşların yenidən qeydiyyata alnmasına qərar verilib.
“Hərbi vəziyyət zamanı istifadə olunan yanaşmaları tam nəzərdən keçirin”, – deyə qondama “nazir” bildirib.
Mülki mühafizə işlərinə cəlb olunmuş hər bir erməniyə müvafiq vəsiqə veriləcək və vəzifəsi, rolu göstəriləcək.