• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Yayın ən şanssız BÜRCLƏRİ - Sınaqlar sizi gözləyir
Sağlamlıq üçün daha pis hansıdır: aşağı, yoxsa yüksək təzyiq?
ABŞ İrana yenə HÜCUM EDƏCƏK? - ŞOK ÇAĞIRIŞ
Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...
Hər 30 uşaqdan 1-də gizli təhlükə - Mütəxəssislər həyəcan təbili çalır
İsrail müdafiə naziri: Yəmənlə İranla olduğu kimi davranacağıq
Rusiya-Azərbaycan gərginliyi… - BMT-dən açıqlama
100 il yaşamağın sirri - Bu 4 qidanı dərhal həyatınızdan çıxarın
İsrail Qəzzanı yenə vurdu: 95 ölü
Nazik və tökülən saçlar - Gündə 1 ovuc bu qidadan yeyin
Moskvanın Bakıya hücumunun əsas səbəbləri - Zəngəzur dəhlizində nə baş verdi?
Azərbaycanlılar üçün yeni təhlükə – Ya ölkədən çıxmayın, ya da…
Qanda yağı, xolesterolu azaldan bitki çayları
Güclü ordu, güclü dövlət – Təhdidlərə qarşı sükut deyil, güc danışır
Qanda şəkər neçə olmalıdır ki, uzun yaşaya bilək?
ABŞ-dan mesaj: İsrail və Yunanıstandan da reaksiya gəldi – Növbəti ölkə Türkiyədir
Duyğusal yükdən necə azad olaq? - Psixoloqdan praktiki məsləhətlər
Ağcaqanadlardan qorunmaq üçün ƏN SADƏ ÜSUL
TŞ-dən qərar: Bu dərmanların qiyməti...
İyulda hava necə olacaq? – Aylıq proqnoz
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Tehranla Bakını kim barışdıracaq - Ankara, Moskva, yoxsa Pekin?

Xəbərlər

20-03-2023, 12:18

Tehranla Bakını kim barışdıracaq - Ankara, Moskva, yoxsa Pekin?


Azərbaycan Respublikasının Tehrandakı səfirliyində törədilən terror aktından sonra qonşu dövlətlər arasında münasibətlər kəskin şəkildə pisləşib. Azərbaycan öz səfirliyinin işini dayandırıb və Tehranla diplomatik münasibətləri minimuma endirib. Tehran rejimi tərəfindən Azərbaycana qarşı təhdidlər dayanmır: son məlumatlara görə, Azərbaycanla həmsərhəd rayonlarda yerləşən rejim ordusu qəfil döyüş hazırlığı vəziyyətinə gətirilib.

İlkin barışıq üçün anlaşmalar əldə edilməsi...

Tehranın istər hərbi, istərsə də siyasi ali qurumları Zəngəzur dəhlizinin açılmasına qarşı sərt çıxış edir, bunu öz “xətte-qermezi”lərinin (qırmızı cizgi) keçilməsi elan edir, “bölgədə sərhədlər dəyişdirilməyəcək” kimi təhdidedici mesajlar verirlər.

Amma Çinin vasitəçiliyi ilə Tehran rejimi və Səudiyyə Ərəbistanı arasında ilkin barışıq üçün anlaşmalar əldə edilməsi, Bəhreyn və BƏƏ-nin də bu razılşamalara qoşulacaqları barədə açıqlamalar verilməsi Azərbaycanla da gərginliyi aradan qaldıracağı haqda gözləntilər yaradır.

Xatırladaq ki, İsraillə də Səudiyyə Ərəbistanı və Körfəz ölkələri arasında “İbrahimi anlaşmaları” çərçivəsində yaxınlaşma var. Lakin Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysal bin Fərhan Al Səud da bu ilin əvvəlində bildirmişdi ki, krallıq fələstinlilərə dövlət hüququ verilməyənə qədər İsraillə münasibətləri normallaşdırmayacaq. Səudiyyə maliyyə naziri Məhəmməd Əl-Cədaan isə deyib ki, sazişlərə əməl edilsə və onlara hörmət edilərsə, Ər-Riyad tezliklə Tehran dövlətinə sərmayə də yatıra bilər.

Bəhreyn parlamentinin sədri Əhməd bin Salman əl-Müslam İran parlament nümayəndə heyəti ilə görüşdə rəsmi Manamanın Tehranla ikitərəfli münasibətləri yaxşılaşdırmağa hazır olduğunu vurğulayıb. Bəhreyn parlamentinin spikeri deyir ki, bu prosesin başlanğıcı iki ölkə arasında sərnişin təyyarələrinin uçuşlarının bərpası ilə bağlı tərəflər arasında aparılan danışıqlardır.

Tehran bu dövləti öz “itirilmiş torpağ”ı sayır

Müşahidəçilər hesab edir ki, İranla Səudiyyə arasında ilkin razılaşma Tehran və Manamanı ikitərəfli münasibətləri yaxşılaşdırmağı təşviq edir. Səudiyyə- İran münasibətləri xomeyniçi qanlı çevrilişdən üzü bəri heç zaman ideal olmayıb. İran Səudiyyədə şiə-zeydi azlığa təsir etməyə çalışıb, Həcc ziyarətlərinə yasaqlar qoyub, son illər Ərbəin ziyarətini Həccə alternativ kimi təqdim edib. 2016-cı ildə Səudiyyədəki şiə azlığının radikal lideri Şeyx Nimrin edam edilməsindən sonra isə Tehrandakı Səudiyyə səfirliyinə basqın edilib, iki ölkə arasında münasibətlər son dərəcədə gərginləşib.

Bəhreynə gəlincə, Tehran bu dövləti öz “itirilmiş torpağ”ı sayır, açıq şəkildə ərazi iddiası qaldırır. Hakimiyyətdə olan sülaləni və iqtidarı şiə çoxluğun hüquqlarını qəsb edən “yad uzurpatorlar” kimi təqdim edir. “Ərəb baharı” başlayanda Tehranın açıq təhrikilə Bəhreyndə şiə üsyanı qaldırlmasına cəhd edilmiş, yalnız Səudiyyənin müdaxiləsi növbəti xomeyniçi “inqilabi qələbənin” qarşısını almışdı. Ancaq belə bir mürəkkəb, düzəlməsi mümkünsüz görünən ziddiyyətlərə rəğmən, açıqlamalardan ilkin təəssürat budur ki, Ər-Riyad-Tehran razılaşması, bu razılaşmanın davamı olacaq BƏƏ və Behreynlə də anlaşmalar Təl-Əvivlə anlaşmalardan daha realdır.

Səudiyyə-İran razılaşması ilə paralel olaraq...

Bəs bu anlaşmalar Azərbaycan-İran münasibətlərinə necə təsir edəcək? Əvvəlki yazılarda qeyd etdiyimiz kimi, 2021-ci ildə yeni 13-cü hökumətin yersiz iddiaları üzündən Tehran beynəlxalq təcrid vəziyyətinə düşmüş, bütün qonşuları düşmənə çevirərək özünü blokadaya salmışdı. Bu blokadanın yarılması, Tehranın Yəmən və Körfəz ölkələrinə “şiə ekspansiyası” üçün nəzərdə tutulan külli miqdarda vəsait xərcləmək yükündən azad olması, istər-istəməz Bakı-Tehran əlaqələrinə də təsirsiz ötüşməyəcək.

Bu əlaqələrə təsir edəcək digər faktorlar da var. Rusiya prezidentinin bu günlər “Şimal- Cənub dəhlizi”nin işə salınmasını sürətləndirmək üçün tapşırıqlar verdiyi, bu zaman yaranmış geosiyasi çətinliklərin aradan qaldırlmasına xüsusi vurğu etməsi bəllidir.

Səudiyyə-İran razılaşması ilə paralel olaraq Pekinin Qafqaz və Orta Asiyada fəallaşması, “orta dəhliz” ideyasını reallaşdırmağa etdiyi təşəbbüslər diqqət çəkir. Vladimir Putinin həbsi üçün beynəlxalq order verməsinə rəğmən Çin lideri Si Cinpinin Moskva səfəri planları da açıqlanıb.

Abdullahianın Türkiyə səfərindən nəsə gözləmək yersizdir?

Bakı və Tehran arasında mövcud gərginlik Ankarada da xüsusi narahatlıqla izlənilir. Rəsmi Ankara mövcud gərginliyin birbaşa silahlı qarşıdurma mərhələsinə keçməsində maraqlı deyil. Bu, Şuşa bəyannaməsi sayəsində “iki dövlət - bir ordu” modeli ilə yeni əməkdaşlıq səviyyəsində olduğumuz Türkiyənin də faktiki müharibəyə cəlb olunması demək olardı, Türkiyə isə hazırda yenidən “qonşularla sıfır problem” siyasətinə dönüş edib; Səudiyyə, Misir, İsrail, Yunanıstan, BƏƏ, hətta Suriya və Ermənistanla mövcud gərginlikləri aradan qaldırmağa çalışır. Aydındır ki, yeni gərginlik yaratmaq da istəmir. Həm də baş vermiş zəlzələ və qarşıdan gələn taleyüklü seçki Türkiyəni daha çox daxili problemlərə köklənməyə vadar edir.

İran xarici işlər naziri Əmir Abdullahian martın ilk ongünlüyü Türkiyəyə səfəri zamanı türk həmkarı Mövlud Çavuşoğlu ilə görüşlərdə Azərbaycan mövzusu da müzakirə olunmuşdu. Görüşdən sonra isə Abdullahian İran prezidenti İbraim Rəisinin Ankaraya səfər edəcəyini açıqlamışdı. İranlı ekspertlər həmin səfərin də əsas mövzularından birinin Bakı -Tehran gərginliyinin aradan qaldırılmasında Ankaranın vasitəçilyi ilə bağlı olacağını proqnozlaşdırırlar.

Ancaq Anti-Azərbaycan dairələrinin tərcümanlığını edən, iki ölkə arasında periodik yaşanan gərginliklərin, o cümlədən son gərginliyin də qızışdırıcılarından olan Burhan Heşmətiyə görə, Əmir Abdullahianın Türkiyəyə səfəri və prezidentin bu ölkəyə gözlənilən səfərindən nəsə gözləmək yersizdir: “Çünki Türkiyə ilə Azərbaycan arasında əlaqələr çox sıx olsa da, “bir millət- iki dövlət” şüarı daim təkrarlansa da, fakt belədir ki, Azərbaycan iqtidarı Türkiyədən daha çox sionist rejim və pantürkist mərkəzlərin təsiri altındadır, Ankara-Bakı yaxınlığının Azərbaycan və İran arasında münasibətlərin yaxşılaşmasına böyük təsir göstərəcəyinə ümid edə bilmərik”.

Rusiyanın bölgədəki təsir potensialı

O iddia edib ki, keçmişdə İran Türkiyənin və xüsusilə Ərdoğanın təsiri ilə Bakı-Tehran münasibətlərini düzəltməyə çalışıb, lakin Azərbaycanın İranla münasibətləri “sionist rejim tərəfindən müəyyən olunduğundan” bu təşəbbüslər effektsiz olub. İndiki təşəbbüslərsə o deməkdir ki, İran “Bakını düz yola dəvət etmək üçün” bütün imkanlardan istifadə edir . Onun rəyinə görə, “böhranın kökünü kəsmək üçün sionistlər və ingilislərin istədiyi yoldan imtina etmək lazımdır”. Heşməti hesab edir ki, Rusiya və Azərbaycan arasında çoxtərəfli əlaqələr, Rusiyanın bölgədəki təsir potensialı, İranla çox yaxşı və yaxın münasibətləri nəzərə alınaraq Moskva İran - Səudiyyə razılaşmasına bənzər dialoqun baş tutması üçün ciddi rol oynaya bilər. Bir şərtlə ki, “Bakı heç olmasa, diplomatlarını Tehrana qaytarsın”.

Rusiyanın Təl-Əviv vasitəsilə Bakıya təsir etmək ehtimalını isə özündən razı azərbacanofob istisna edir. Hərçənd, deyəsən, bu istiqamətdə, daha doğrusu, Təl-Əviv-Tehran-Vaşinqton yaxınlaşması istiqamətində də müəyyən addımlar atılması ehtimalları artır. Hələ II Qarabağ savaşı zamanı İranın yarımrəsmi instansiyalarını təmsil edənlər tərəfindən bölgədə nüfuzlu olmağın yeganə yolunun Vaşinqton və Qərblə yaxınlaşmaq olduğu haqda açıqlamalar verilirdi. Bu günlər Omanın vasitəçilyi ilə Tehranla Vaşinqton arasında müəyyən bazarlaşmalar getdiyi də sirr deyil.

Gizli şəkildə Təl-Əviv-Tehran yaxınlaşması imkanları

İsrail kəşfiyyatının keçmiş rəhbəri Efraim Halevi deyir ki, Çin formatı İran-İsrail münaqişəsinə Tel-Əvivin əvvəllər düşünmədiyi fərqli yanaşma təklif edə bilər. O xatırladıb ki, Pəhləvilər dövründə İranla İsrail arasında çox yaxşı münasibətlər olub. İsraillə İran arasında real maraqlar toqquşması, ərazi qarşıdurması yoxdur. İran və Səudiyyə arasında yeni anlaşmanı “çox təəccüblü” adlandıran Halevi İsrail liderlərini razılaşmanı “gözləməyə” yox, yeni proseslərlə işləməyin yollarını tapmağa çağırır: “İsrail anlamalıdır ki, iranlıları Ərəbistana yaxınlaşdıran nədir. Gizli şəkildə “Təl-Əviv-Tehran” yaxınlaşması imkanları da araşdırılmalıdır”. İsrail Regional Xarici Siyasət İnstitutunun analitiki Yonatan Tuval isə bu fikirləri “müdrik” adlandırıb ( Middle East Eye).

Beləliklə, Pekinin təşəbbüsləri bölgədə yeni reallıqlar yaradır. Bu reallıqlar, proseslər qonşu hər 2 paytaxtda(Tehran və Moskva), eləcə də müttəfiqlərimiz və tərəfdaşlarımız tərəfindən (Ankara, Ər-Riyad, Təl-Əviv) ciddi izlənir və müvafiq addımlar atılır. Demək, rəsmi Bakının da proseslərə uyğun çevik qərarlar qəbul etmə zərurəti ortaya çıxa bilər.

Oxunub: 271
Paylaş:
Digər xəbərlər

Xəbərlər

11-03-2023, 11:30

Çin İran və Səudiyyə Ərəbistanını BARIŞDIRDI - ABŞ-dan CAVAB GECİKMƏYƏCƏK

Xəbərlər

3-02-2023, 15:54

ABŞ-dan XƏBƏRDARLIQ: Azərbaycan-İran qarşıdurması böyüyəcək, Ermənistanda...

Xəbərlər

29-12-2022, 00:41

İran GERİ ÇƏKİLİR – “Zəngəzur dəhlizi ilə bağlı mövqeyi DƏYİŞİR”

Xəbərlər

1-10-2021, 10:20

İrandan təlimlərlə bağlı MÜHÜM AÇIQLAMA: Bəzi ölkələr Tehran ilə Bakı arasında...

Xəbərlər

23-09-2021, 22:15

SON DƏQİQƏ: İrəvan Zəngəzur dəhlizinin açılmasına RAZILIQ VERDİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Yayın ən şanssız BÜRCLƏRİ - Sınaqlar sizi gözləyir
Sağlamlıq üçün daha pis hansıdır: aşağı, yoxsa yüksək təzyiq?
ABŞ İrana yenə HÜCUM EDƏCƏK? - ŞOK ÇAĞIRIŞ
Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...
Hər 30 uşaqdan 1-də gizli təhlükə - Mütəxəssislər həyəcan təbili çalır
İsrail müdafiə naziri: Yəmənlə İranla olduğu kimi davranacağıq
Son xəbərlər
  • Dünən, 22:40
    Yayın ən şanssız BÜRCLƏRİ - Sınaqlar sizi gözləyir
  • Dünən, 21:32
    Sağlamlıq üçün daha pis hansıdır: aşağı, yoxsa yüksək təzyiq?
  • Dünən, 20:32
    ABŞ İrana yenə HÜCUM EDƏCƏK? - ŞOK ÇAĞIRIŞ
  • Dünən, 19:18
    Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...
  • Dünən, 18:18
    Hər 30 uşaqdan 1-də gizli təhlükə - Mütəxəssislər həyəcan təbili çalır
  • Dünən, 17:22
    İsrail müdafiə naziri: Yəmənlə İranla olduğu kimi davranacağıq
  • Dünən, 16:00
    Rusiya-Azərbaycan gərginliyi… - BMT-dən açıqlama
  • Dünən, 15:30
    100 il yaşamağın sirri - Bu 4 qidanı dərhal həyatınızdan çıxarın
  • Dünən, 13:50
    İsrail Qəzzanı yenə vurdu: 95 ölü
  • Dünən, 12:34
    Nazik və tökülən saçlar - Gündə 1 ovuc bu qidadan yeyin
  • Dünən, 11:08
    Moskvanın Bakıya hücumunun əsas səbəbləri - Zəngəzur dəhlizində nə baş verdi?
  • Dünən, 10:16
    Azərbaycanlılar üçün yeni təhlükə – Ya ölkədən çıxmayın, ya da…
  • Dünən, 09:07
    Qanda yağı, xolesterolu azaldan bitki çayları
  • 30-06-2025, 22:23
    Güclü ordu, güclü dövlət – Təhdidlərə qarşı sükut deyil, güc danışır
  • 30-06-2025, 21:14
    Qanda şəkər neçə olmalıdır ki, uzun yaşaya bilək?
  • 30-06-2025, 20:44
    ABŞ-dan mesaj: İsrail və Yunanıstandan da reaksiya gəldi – Növbəti ölkə Türkiyədir
  • 30-06-2025, 19:16
    Duyğusal yükdən necə azad olaq? - Psixoloqdan praktiki məsləhətlər
  • 30-06-2025, 18:28
    Ağcaqanadlardan qorunmaq üçün ƏN SADƏ ÜSUL
  • 30-06-2025, 17:41
    TŞ-dən qərar: Bu dərmanların qiyməti...
  • 30-06-2025, 16:54
    İyulda hava necə olacaq? – Aylıq proqnoz
  • 30-06-2025, 15:00
    Çaytikanıdan təbii antidepresant hazırlaya bilərsiniz - Sınamağa dəyər
  • 30-06-2025, 14:28
    Azərbaycanda qohum nikahlarının qarşısı belə alınacaq
  • 30-06-2025, 13:20
    Zatulindən etiraf: Qarabağ bitdi, Bakıya təsir də...
  • 30-06-2025, 12:09
    Arterial təzyiqi aşağı salır, trombları əridir, həzmi yaxşılaşdırır... İki əsirlik tərəvəzin faydaları
  • 30-06-2025, 11:21
    Avropa yaxın gələcəkdə Rusiya ilə qarşılaşacaq
  • 30-06-2025, 10:43
    197 il sonra ilk yaşandı – Rusiya və İran Azərbaycanda bunu təkrarladı
  • 30-06-2025, 09:04
    Öd kisəsində daşlar BU SƏBƏBLƏRƏ GÖRƏ əmələ gəlir
  • 29-06-2025, 23:07
    Dərinin qocalmasını ləngidən vitamin açıqlandı
  • 29-06-2025, 22:23
    Milyonlarla insan uranla çirklənmiş su içir
  • 29-06-2025, 21:35
    İspanaq, yoxsa kələm – Ürəyi hansı qoruyur?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə