• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
Proses başlayıb, geridönüş yoxdur: Yaponiyada dünyanın ən təhlükəli kəşfiyyat sistemi qurulur
17 gəmi bu dənizdədir: Hər gün zərbə endirirlər
İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır
KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi
Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
Bu qidalar stresi azaldır
Alimlərdən yeni araşdırma! Xərçəngin diaqnozu qoyulmadan 3 il əvvəl aşkarlana bilər
Bu axşam vərdişi yuxunu pozur
Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır
NATO-nun gələcəyi ilə bağlı bədbin proqnoz: Artıq dağılır
Qaraciyəri bitirən 3 qida: Sağlam hesab edilirdi, amma risk daşıyır
Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Çin İran və Səudiyyə Ərəbistanını BARIŞDIRDI - ABŞ-dan CAVAB GECİKMƏYƏCƏK

Xəbərlər

11-03-2023, 11:30

Çin İran və Səudiyyə Ərəbistanını BARIŞDIRDI - ABŞ-dan CAVAB GECİKMƏYƏCƏK


Səudiyyə Ərəbistanı Krallıgı və İran İslam Respublikası Çinin vasitəçiliyi ilə diplomatik münasibətləri bərpa etmək, qarşılıqlı olaraq səfirlikləri yenidən açmağa razılaşıblar. Belə ki, Ər-Riyad və Tehran arasındakı diplomatik və siyasi münasibətlər 2016-cı ildən indiyədək tamamilə kəsilmişdi. O vaxt Səudiyyə hökuməti İrana yaxın şiə din xadimi Nimr-Əl-Nimri edam etmişdi. Buna cavab olaraq, Səudiyyə Ərəbistanın İranın paytaxtı Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluğuna radikal şiə dindarları tərəfindən hücum həyata keçirilmişdi.

Çinin sponsorluğu ilə Tehran və Ər-Riyad arasında imzalanmış müqaviləyə görə, tərəflər 2001-ci ildəki təhlükəsizlik sahəsindəki əməkdaşlıq və 1998-ci ildəki ticarət, iqtisadiyyat, investisiya razılaşmalarını da aktivləşdirəcəklər. Uzun müddət idi ki, Çinin dövlət rəhbəri Şi Cinping Tehran və Ər-Riyad arasında münasibətlərin normallaşmasına çslışırdı. Həm İran, həm də Səudiyyə Ərəbistanı Çinin Yaxın Şərqdə ən yaxın müttəfiqləridir. Şi Cinping ötən il Səudiyyə Ərəbistanına etdiyi səfərdə bu ölkə ilə 30 müqavilə imzalamışdı. Hətta Pekin və Ər-Riyad aralarında razılıq əldə etmişdilər ki, Çinlə enerji ticarətində bu ölkənin milli valyutası yuandan istifadə olunacaq. Səudiyyə Ərəbistanı isə Çindən yüksək texnologiya məhsulları idxal edəcək. İrana gəldikdə isə, 2021-ci ildə Tehran və Pekin arasında 25 illik strateji müttəfiqlik və tərəfdaşlıq sazişi imzalanıb.

Çin Yaxın Şərqdə öz fəaliyyətini aktivləşdirməklə, ABŞ-a meydan oxuyur. Çin həm bu ölkələrə yüksək texnologiya ixrac edir, yüz milyardlarla dollar investisiya yatırır və bununla yanaşı, həmin ölkələrə “təhlükəsizlik çətiri” təklif edir.

Digər tərəfdən, ABŞ-Çin, ABŞ-Rusiya rəqabəti həm Yaxın Şərqdə, həm də Afrikada daha da şiddətlənməkdədir. Rusiya 2014-cü ildə Suriyadakı vətəndaş müharibəsinə daxil olmaqla, diktator Bəşər Əsədi dəstəkləməklə uzun bir pauzadan sonra Yaxın Şərqə daxil oldu. Rusiya Afrikada da Qərbə meydan oxuyur. Belə ki, Rusiyanın təhriki ilə Fransa bu gün faktiki olaraq, Mali və Burkino-Fasodan qovulub. Çin isə Yaxın Şərq və Afrika ölkələrinə milyardlarla və uzunmüddətli kreditlər verməklə bu ölkələri öz geopolitik hədəflərinə daxil edir. Doğrudur, Səudiyyə Ərəbistanı kifayət qədər zəngindir və onun Çin kapitalına ehtiyacı yoxdur. Lakin Səudiyyə Ərəbistanına yüksək texnologiyalar lazımdır və Çin bunu yerinə yetirə bilər. Üstəlik, Ər-Riyad ABŞ-dan asılılıqdan qurtulmaq istəyir və öz enerji resurslarına başqa bazarlar axtarır. Bu nöqteyi-nəzərdən, İran və Səudiyyə Ərəbistanı arasında problemlərin həlli Pekinin Yeni Dünya Nizamında (YDN) geosiyasi maraqları üçün olduqca vacibdir.

Yeri gəlmişkən, bu gün Pekində imzalanan razılaşmanı Səudiyyə Ərəbistanından Krallığın Milli Təhlükəsizlik üzrə məsləhətçisi Məhəmməd Əl-Aiban, İrandan Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Şəmxani imzalayıb. Çin Xalq Respublikasını isə mərasimdə xarici işlər naziri Vanq Yi təmsil edib.

Çinin vasitəçiliyi ilə Səudiyyə və İran arasında imzalanan müqavilənin əsas bəndləri bir-birinin daxili işlərinə qarışmamaq və ərazi bütövlüyünə hörmətdir. İran illərdir Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumətə qarşı döyüşən husi üsyançılarını dəstəkləyir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə qarşı hərbi əməliyyatlar keçirsə də, istədiyinə nail ola bilmir. Mümkündür ki, Səudiyyə Ərəbistanı və İran arasında diplomatik və siyasi münasibətlərin qurulmasından sonra Yəmən böhranının həlli istiqamətində irəliləyişlər əldə olunsun. İranın Səudiyyə Ərəbistanından tələbi isə rejimə müxalif olan qüvvələri maliyyələşdirməsin. Gördüyünüz kimi, hər iki dövlətin qarşılıqlı tələbləri var. İran üçün Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması onun üçün lazımdır ki, yaxın tarixdə İsraillə gözlənilən hərbi konfrantasiyada ərəb ölkələrini neytrallaşdıra bilsin.Tehran istəyir ki, İsraillə ehtimal olunan eskalasiyada ərəb ölkələri ən azından neytral mövqe nümayiş etdirsinlər. Səudiyyə Ərəbistanının İrandan tələbi isə husilərə dəstəyini kəsməsi, daxildəki şiə ərəblərinin Ər-Riyad hökumətinə qarşı separatist siyasətinə dəstək verməməsidir.

Yeri gəlmişkən, Tehran-Ər-Riyad arasında münasibətlərin normallaşmasından heç də məmnun olmayan ölkələr ABŞ və İsraildir. Səudiyyə Ərəbistanı ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərindən biridir və bu ölkənin təhlükəsizliyinin qarantıdır. Səudiyyə Ərəbistanının milli təhlükəsizliyinə ən böyük təhdid isə İran və onun regiondakı proksiləridir. Əgər Ər-Riyad və Tehran arasında uzunmüddətli normallaşma mümkün olacaqsa, bu, ABŞ-ın maraqlarına da uyğun deyil. Nəzərə alamalıyıq ki, Ərəb Liqasında Səudiyyə Ərəbistanının nüfuzu yüksəkdir və gələcəkdə mümkündür ki, Çin bundan istifadə edərək Yaxın Şərqə daha da nüfuz edəcək.

Şübhəsiz ki, bu, Vaşinqtonu narahat edir. Eyni zamanda, İran-Səudiyyə Ərəbistanı arasında normallaşma prosesi Təl-Əvivi də narahat edir. İsrail rejimin nüvə silahı əldə etməsinə qarşıdır və lazım gələrsə, İrana hücum edəcəyini bəyan edir. Hətta srağagün İsraildə səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd İstin bəyan etdi ki, yaxın vaxtlarda İrana hücum ola bilər. Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərin indiki mərhələdə normallaşması ABŞ-la yanaşı İsrailin də planlarını pozur. Üstəlik, ABŞ-ın hal-hazırda ən böyük rəqibi olan Çinin də Yaxın Şərqə daxil olması Vaşinqtonu cavab tədbirləri görməyə sövq edir. İran-Səudiyyə Ərəbistanı yaxınlaşmasının ən karlı və qazanclı tərəfi isə Çindir.

Oxunub: 514
Paylaş:
Digər xəbərlər

Xəbərlər

2-11-2022, 00:00

ŞOK XƏBƏRDARLIQ: İran bu ölkəyə hücum edə bilər

Xəbərlər

14-07-2022, 14:11

Türkiyə, Misir və Səudiyyə Ərəbistanı BRICS-ə daxil olmaq istəyirlər

Xəbərlər

21-12-2020, 19:39

Səudiyyə Ərəbistanı sərhədlərini tamamilə bağladı

Xəbərlər

19-09-2019, 09:39

SON DƏQİQƏ: İran Səudiyyə Ərəbistanı BOMBALAYIB - FOTO

Xəbərlər

9-06-2019, 13:13

Səudiyyə Ərəbistanında aeroport dronların hücumuna məruz qaldı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
Son xəbərlər
  • Dünən, 22:46
    İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
  • Dünən, 21:50
    Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
  • Dünən, 20:23
    İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
  • Dünən, 19:40
    Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
  • Dünən, 18:19
    Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
  • Dünən, 17:54
    SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
  • Dünən, 16:55
    Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
  • Dünən, 15:53
    Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
  • Dünən, 14:47
    Proses başlayıb, geridönüş yoxdur: Yaponiyada dünyanın ən təhlükəli kəşfiyyat sistemi qurulur
  • Dünən, 13:02
    17 gəmi bu dənizdədir: Hər gün zərbə endirirlər
  • Dünən, 12:29
    İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır
  • Dünən, 11:50
    KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi
  • Dünən, 10:27
    Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
  • Dünən, 09:08
    Bu qidalar stresi azaldır
  • 27-07-2026, 22:12
    Alimlərdən yeni araşdırma! Xərçəngin diaqnozu qoyulmadan 3 il əvvəl aşkarlana bilər
  • 27-07-2026, 21:03
    Bu axşam vərdişi yuxunu pozur
  • 27-07-2026, 20:41
    Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır
  • 27-07-2026, 19:56
    NATO-nun gələcəyi ilə bağlı bədbin proqnoz: Artıq dağılır
  • 27-07-2026, 18:37
    Qaraciyəri bitirən 3 qida: Sağlam hesab edilirdi, amma risk daşıyır
  • 27-07-2026, 17:23
    Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
  • 27-07-2026, 16:08
    Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub?
  • 27-07-2026, 15:18
    Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
  • 27-07-2026, 14:05
    Türkiyənin "F-16"ları havaya qaldırılır - "Döyüşən Şahin"lərə hansı tapşırıq verilib?
  • 27-07-2026, 13:43
    Futbol üzrə dünya çempionatı Azərbaycanda – Sərəncam
  • 27-07-2026, 12:06
    Ağciyər rezeksiyası nədir?
  • 27-07-2026, 11:21
    İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
  • 27-07-2026, 10:43
    İsrail bu şəhərdə əməliyyatları genişləndirir
  • 27-07-2026, 09:07
    Beyin sağlamlığı üçün faydalıdır: Zərərli hesab edilən iki qidanın sirri
  • 26-07-2026, 22:33
    Bu şorba bütün gün tox saxlayır - Pəhriz üçün əla seçimdir
  • 26-07-2026, 21:09
    Sinir sistemi xəstəliklərinə qarşı XALQ TƏBABƏTİ üsulları
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə