• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qanı durultmaq üçün - 8 DƏRMANSIZ ÜSUL
Uzunmüddətli köp və qəbizliklər təhlükəlidirmi?
Tramp Bakı ilə razılaşdı - Hazırlıq rəsmən başladı
Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
Miqreni yaradan səbəblər - SİYAHI
Bakıdan İrəvana daha bir jest - Qriqoryan da danışdı
ABŞ Şaraya görə BMT-yə müraciət etdi
Hamilələrdə səhər ürəkbulanmasını aradan qaldırmağın sadə yolları
Azərbaycanla Ermənistan barışır, bəs Gürcüstan niyə qorxur? - Səbəbi bəlli oldu
Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
Ölənlərin sayı 2 dəfə artdı – Azərbaycanda qadınları gözləyən risk
12 bəndlik sülh planı hazırlanıb? - Zelenski açıqladı
Azərbaycana qarşı gizli üçbucaq: dəhşətli planlar burada hazırlanıb – DETALLAR
Sizə hansı qidaların təsir etdiyini necə müəyyən edə bilərsiniz?
İlk insanların mənşəyi məlum oldu – Yeni tədqiqat
Qoz və qaragiləni birlikdə yeməyin faydaları
Yeni qanun gəlir: İsrailliləri öldürənlərə ölüm cəzası veriləcək
Sülh olmayacaq – genişmiqyaslı müharibə başlaya bilər
Hər gün mixək çubuğu çeynəsək, NƏ OLAR?
Paşinyan o müqavilənin bərpasını istədi – Britaniyalı tarixçi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İran Azərbaycana qarşı Qərblə GİZLİ RAZILAŞDI

Xəbərlər

13-02-2023, 18:00

İran Azərbaycana qarşı Qərblə GİZLİ RAZILAŞDI


Tehranın bəsit və çirkin ssenarisinin üstü açılmaqda davam edir. Ölkəmizin İrandakı səfirliyinə terror hücumunun əvvəlcədən, həm də ki, molla-fars rejimi tərəfindən planlaşdırıldığı azmış kimi, ardınca da İranın SEPAH (İran İslam İnqilabı Keşikçiləri Korpusu) vasitəsi ilə Qubadlı və Laçın istiqamətində Azərbaycana hücum hazırlığı deşifrə oldu.

Amma Ermənistan və İranın Azərbaycana qarşı təxribat hazırlığının təkcə Türkiyənin zəlzələyə görə diqqətinin bölgədən yayınmasından qaynaqlandığını düşünmək yanlışlıq olar. Böyük ehtimalla İran və Ermənistan belə bir təxribata zəlzələdən öncə qərar verib. Sədəcə, mövcud vəziyyəti şans kimi qiymətləndirən cütlük, bunu əlverişli fürsət kimi görür.
Açıq-aydın görünür ki, Azərbaycana qarşı düşmən mövqeyi tutan molla-fars rejimi nəyinki sakitləşmək barədə düşünür, üstəlik "din qardaşını" pərən-pərən salmaq üçün yeni oyunlar üzərində ciddi baş sındırır. Azərbaycan başda olmaqla Türk Dünyasının Türkiyədəki 100 ilin ən dəhşətli faciələrindən biri hesab edilən zəlzələyə başı qarışdığı bir vaxtda bu məqamı Azərbaycanı vurmaq, ona qarşı məkirli planlarını işə salmaq üçün əlverişli zaman hesab edən İran dövləti dostu, müttəfiqi Ermənistanla birgə Bakını hədəf taxtasına çevrimək niyyətini aşkar şəkildə ortaya qoyub.

Xoydakı zəlzələdə zərərçəkən güney azərbaycanlılarına qayğı göstərməyən, onları acınacaqlı vəziyyətdə çarəsiz şəkildə taleyin ümidinə buraxan molla-fars rejiminin rəisindən tutmuş, dövlət başçısı Rəisi və SEPAH-a kimi hər kəs bilməlidir ki, Azərbaycan hər şeyi görür və hər kəsi öz adı ilə çağırmağı bacarır.

Təəssüflər olsun ki, hələ 195 il əvvəl (1828-ci il 10 fevral) Türkmənçay müqaviləsi ilə Arazı ayırıb, lil ilə doyuran İran Azərbaycanın Güneyi ilə Şimalını bir-birindən ayrı salaraq soydaşlarımıza qarşı ayrıseçkiliyin əsasını qoyduğu kimi bu gün də həmvətənlilərimizə qarşı eyni siyasəti davam etdirir. İki həftə əvvəl İranın azərbaycanlılar yaşayan Xoy vilayətində dağıntılara səbəb olan güclü zəlzələ baş verməsinə rəğmən dövlət rəsmiləri oradakı əhaliyə kömək etməməsi azmış kimi Azərbaycan və Türkiyənin də yardımlarını geri çevirdi.

Güney azərbaycanlılarını - öz vətəndaşlarını qışın soyuğunda evsiz, yeməksiz, acınacaqlı vəziyyətdə qoyan İran molla-fars rejimi bunun əvəzində Suriyada zəlzələ bölgəsinə humanitar yardım göndərdi. Bu azmış kimi, bir neçə gün öncə Bakı və Ankaranın Xoya yardım göndərməsinə razı olmayan İran Ermənistandan 13 gün sonra gələn dəstək təklifini qəbul etdi. Heç kimə sirr deyil ki, İran rejimi bu addımı güney azərbaycanlılarına ürəyi yandığı üçün atmadı. Həmvətənlilərimizin heysiyyatına toxunmaq üçün türkün əzəli düşməni Ermənistandan yardım qəbul edən İran molla-fars rejimi bu yolla Azərbaycanın acığını güneyli soydaşlarımızdan çıxmağa çalışır.

Amma İran rejiminin anti-Azərbaycan fəaliyyəti bununla da kifayətlənmir. İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri İran Ermənistan münasibətlərinə həsr edilən tədbirdə Azərbaycanı nümayişkəranə şəkildə hədələməsi ilə diqqət mərkəzinə düşdü.

Zohuri deyib ki, İran ona “problem yaratmağa” çalışan kiçik ölkələri cəzalandıra bilər. İranın Ermənistandakı səfiri eyni zamanda qeyd edib ki, Tehran Avropa İttifaqınin müşahidəçi missiyasının adı altında Fransa jandarmlarının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinin əleyhinə deyil. Belə görünür ki, riyakarlıqda artıq Ermənistanı da geridə qoymağa başlayan molla-fars rejimi bu yolla Azərbaycanı təhdid etməyi, gözünün odunu almağı bacaracağına ümidini itirməyib. Bunun üçün mollabaşlar hətta kənar, regiona yaxından-uzaqdan heç bir aidiyyatı olmayan qüvvələrin imkanlarından da istifadə etməkdə maraqlıdır.

Əslində İranın Ermənistandakı səfiri Azərbaycan üçün eşidəcəyi yeni heçnə demədi. İranın Avropa İttifaqının müşahidəçilərinin Zəngəzura gəlməsinə qarşı olmadığını rəsmi Bakı keçən ilin 31 oktyabrından - Praqa görüşündə Avropa İttifaqının mülki missiyasının göndərilməsi ilə qərar qəbul edildiyi tarixdən bilir. Azərbaycan bunu sonradan Ermənistan və Aİ arasında Bakının imtina etdiyi sazişə əsasən Azərbaycanın mövqeyi öyrənilmədən mülki missiyanın Qərbi Zəngəzurda monitorinqinin müddətinin uzadılmasına xüsusilə postkonflikt dövründə sərhədlərini "qırmızı xətt" adlandıran İran molla-fars rejiminin rəsmi olaraq bir reaksiya verməməsindən özü üçün daha da dəqiqləşdirmiş oldu.

200 nəfərdən ibarət Aİ missiyasında Fransadan polis qüvvələrinin olacağının bəyan edilməsi isə bölgədə eksalasiya riskinin kəskin artacağına bir işarədir. Buna İran molla-fars rejiminin "bizim üçün fərq etmir" kimi bəyanatla reaksiya verməsi deməyə əsas yaradır ki, rəsmi Tehran bğlgədə sabitliyin bərqərar olmasına, sülhün imzalanmasına qarşı olan ən böyük qüvvələrdən biridir. Deməli Makron və Paşinyan yenə sözlərinə əməl etməyərək mülki yoc, güc strukturlarını Ermənistana gətirməklə vəziyyəti qyri-sabit saxlamaq, İrəvanın sülhü manipulyasiya etməsi üçün yeni imkanlar yaratmaqda maraqlıdırlar.

Beləcə, İran - Fransa- Ermənistan tandeminin dəstəklədiyi bu plan nə qədər təhlükəli görünürsə, bir o qədər İrəvanın Cənubi Qafqazdakı gələcək taleyi üçün riski böyüdür. Bu plan xüsusilə bir faktın üstünü açmış olur: Belə aydın olur ki, Paşinyan - Makron - Rəisi triosu arasında bu istiqamətdə dolayı yollarla gizli anlaşma mövcuddur. Hesab etmək olar ki, Ermənistan baş nazirinin istər Fransa, istərsə də İran liderləri ilə gəldiyi razılığa əsasən bölgəyə Aİ xüsusi nümayəndələrinin yerləşdirilməsi barədə danışıqlar elə də çox zaman aparmayıb.

Tehranın nəinki buna etiraz etməməsi, hətta alqışlaması belə düşünmək üçün ən əsas amillərdən biridir. Bu tandemin ortaq razılığa gəlməsi tərəflərdən hər hansı birinin çox da düşünməyə ehtiyacı olduğu fikrində deyiləm. Çünki hər 3 ölkə türkün, türkçülüyün, İslamın, müsəlmanların, Azərbaycanın düşməni mövqeyindən çıxış etməkdən zərrə qədər də olsun peşmançılıq hissi keçirmədiklərini xüsusilə son proseslər fonunda açıq şəkildə nümayiş etdirirlər.

Molla rejimindən hazırda Azərbaycana qarşı istənilən fiziki müdaxiləni gözləmək mümükndür. Çünki İran Zəngəzur dəhlizinin açılmamasını və Azərbaycanla Ermənistan arasında sərhəd dəyişikliklərinin olmaması üçün hər vasitəyə əl atacaq qədər təhlüəli hal almağa başlayıb.

Görün, hətta iş nə yerə çatıb ki, İran rejimi Azərbaycanın istəklərinin reallaşmaması üçün "qırmızı cizgi"si saydığı Qərbi Zəngəzura Fransa polisinin və digər Aİ ölkələrinin gəlişinə müsbət baxır. Beləcə, Tehran 30 ildə ilk dəfə olaraq NATO və Aİ dövlətlərinin xüsusi nümayəndələrinin Cənubi Qafqaza gəlişinə nəinki etiraz etməmiş olur, hətta konkret olaraq bu məsələyə razılığını ifadə edir.

Molla rejiminin prosesə bu cür yanaşması şübhəsiz ki, Rusiya ilə İran arasında münasibətləri müəyyən qədər gərginləşdirəcək. Bu gedişat özünü Rusiya-Ukrayna müharibəsindən sonrakı mərhələdə özünü daha çılpaqlığı ilə göstərə bilər. Tehran hazırda Rusiyanın çətin vəziyyətindən istifadə edərək onu da qarşısına ala biləcək qərarlardan çəkinmir. Amma Kremlin bunu Tehrana bağışlayacağı inandırıcı görünmür.

İstənilən halda Azərbaycana qarşı məkrli siyasət quranların bu planı da gec-tez iflasa uğrayacaq. Artıq Laçın dəhlizində giriş - çıxışa nəzarəti təmin edən Azərbaycanın İrəvana cavabı yaxın günlər rəzində daha ağır ola bilər. Ermənistanın "bacılarının" yardımı ilə nümayiş etdirdiyi hər destruktiv yanaşma rəsmi Bakının İrəvan qarşısında ddaha çox və sərt tələblər qoyması ilə nəticələnə bilər.

Ruben Vardanyanın aqibəti isə Qarabağdakı bütün separatçıların başına gələ bilər ki, bu da Azərbaycanın gözləniləndən də tez bir müddətə sülhməramlıların müvəqqəti nəzarət zonasını tamamilə öz ixtiyarına keçirmək prosesinə tıkan ola bilər. Nəzərə alsaq ki, bu gün Kreml Ermənistanın qərarlarından yerlə-göy qədər narazıdır, Aİ-nin "mülki missiyası" və Fransanın jandarma qruplarının məhz yaxın gələcəkdə Rusiya hərbi kontingentini əvəzləməsi planı Qərb üçün prioritet məsələdir, o zaman şimal qonşumuzun Qarabağdakı mövqelərinin tez bir zamanda Azərbaycan Ordusunun ixtiyarına verəcəyi ilə bağlı qərar qəbul edəcəyi də istisna edilmir.

Oxunub: 422
Paylaş:
Digər xəbərlər

Xəbərlər

10-02-2023, 10:18

Tehranla İrəvanın Azərbaycana hücum planının hədəfi: İran hansı ərazini tutmaq istəyir?

Xəbərlər

1-02-2023, 17:31

İran rejimi bu azərbaycanlıları SEÇDİ - Həmin şəxslərin NƏZƏRİNƏ...

Xəbərlər

29-12-2022, 00:41

İran GERİ ÇƏKİLİR – “Zəngəzur dəhlizi ilə bağlı mövqeyi DƏYİŞİR”

Xəbərlər

7-12-2022, 00:26

Molla rejimindən Azərbaycana qarşı növbəti SƏRSƏM BƏYANAT

Maraqlı

17-11-2022, 16:15

İran Azərbaycana hücum edə bilər? - AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qanı durultmaq üçün - 8 DƏRMANSIZ ÜSUL
Uzunmüddətli köp və qəbizliklər təhlükəlidirmi?
Tramp Bakı ilə razılaşdı - Hazırlıq rəsmən başladı
Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
Miqreni yaradan səbəblər - SİYAHI
Bakıdan İrəvana daha bir jest - Qriqoryan da danışdı
Son xəbərlər
  • Dünən, 22:22
    Qanı durultmaq üçün - 8 DƏRMANSIZ ÜSUL
  • Dünən, 21:17
    Uzunmüddətli köp və qəbizliklər təhlükəlidirmi?
  • Dünən, 20:20
    Tramp Bakı ilə razılaşdı - Hazırlıq rəsmən başladı
  • Dünən, 19:43
    Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
  • Dünən, 18:34
    Miqreni yaradan səbəblər - SİYAHI
  • Dünən, 17:29
    Bakıdan İrəvana daha bir jest - Qriqoryan da danışdı
  • Dünən, 16:07
    ABŞ Şaraya görə BMT-yə müraciət etdi
  • Dünən, 15:09
    Hamilələrdə səhər ürəkbulanmasını aradan qaldırmağın sadə yolları
  • Dünən, 14:38
    Azərbaycanla Ermənistan barışır, bəs Gürcüstan niyə qorxur? - Səbəbi bəlli oldu
  • Dünən, 13:11
    Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
  • Dünən, 12:08
    Ölənlərin sayı 2 dəfə artdı – Azərbaycanda qadınları gözləyən risk
  • Dünən, 11:27
    12 bəndlik sülh planı hazırlanıb? - Zelenski açıqladı
  • Dünən, 10:14
    Azərbaycana qarşı gizli üçbucaq: dəhşətli planlar burada hazırlanıb – DETALLAR
  • Dünən, 09:10
    Sizə hansı qidaların təsir etdiyini necə müəyyən edə bilərsiniz?
  • 4-11-2025, 22:26
    İlk insanların mənşəyi məlum oldu – Yeni tədqiqat
  • 4-11-2025, 21:18
    Qoz və qaragiləni birlikdə yeməyin faydaları
  • 4-11-2025, 20:13
    Yeni qanun gəlir: İsrailliləri öldürənlərə ölüm cəzası veriləcək
  • 4-11-2025, 19:37
    Sülh olmayacaq – genişmiqyaslı müharibə başlaya bilər
  • 4-11-2025, 18:11
    Hər gün mixək çubuğu çeynəsək, NƏ OLAR?
  • 4-11-2025, 17:21
    Paşinyan o müqavilənin bərpasını istədi – Britaniyalı tarixçi
  • 4-11-2025, 16:03
    Gedişhaqqı artır: “Bakı Metropoliteni” yenə də zərərlə işləyir
  • 4-11-2025, 15:52
    Ağciyərlərimizi çirkli havadan necə qoruyaq?
  • 4-11-2025, 15:27
    Kişilər üçün bir fincan kakaonun inanılmaz FAYDASI
  • 4-11-2025, 14:49
    Sərhəddə gərginlik: Livan ordusu yüksək hazırlıq vəziyyəti elan etdi
  • 4-11-2025, 13:02
    Azərbaycanda icra başçılarına limit qoyula bilər? – Deputatlar danışdı
  • 4-11-2025, 11:53
    Rusiya “Wagner”in bayrağını YENİDƏN UCALTDI - “Sistemdə çatlar yaranmasının əlamətidir”
  • 4-11-2025, 10:12
    Avropanın mövqeyi yoxdur, ABŞ-dan idarə olunur - İrandan iddia
  • 4-11-2025, 09:08
    Cəmi iki məhsulla təzyiqi salan möcüzə salat
  • 3-11-2025, 22:54
    Kitablarla sağalmaq mümkündürmü?
  • 3-11-2025, 21:03
    Bu cür qidalanma yoğun bağırsaq şişləri yaradır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə