İsrailli ekspert Raz Simt "Oriental Express" analitik nəşrinə açıqlamasında İrandakı vəziyyəti dəyərləndirib.
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, İran üzrə ixtisaslaşan ekspert hələlik rejim üçün təhlükə olmadığını bildirib:
"Çünki İslam İnqilabı Keşikçiləri Korpusu da daxil olmaqla, hələlik güc strukturlarında parçalanma yoxdur. Ticarətçilər və neftçilərin ayrı-ayrı tətilləri keçirilsə də, geniş sosial təbəqə hələ də etirazlara qoşulmayıb".
Onun sözlərinə görə, İran rejimi etirazları boğmaq gücündə deyil:
"İrandakı hazırkı etirazlar uzun müddət davam edə bilər".
İsrailli ekspert İranın antiazərbaycan isteriyasının isə bu ölkənin Qafqazdakı vəziyyətlə bağlı qorxusundan irəli gəldiyini deyib:
"Lakin iki ölkə arasında real toqquşma ehtimalı azdır".