• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Hər il 11 milyon insan bu xəstəlikdən ölür - Kimlər risk altındadır?
Fransa çalxalanma astanasında - “Hər şeyi bloklayaq”
Paşinyanın impiçmenti üçün layihə qəbul edildi
Səhər oyananda bu 3 şeyi etməyin! - Həkimdən məsləhətlər
İşləri həmişə tərs gətirən BÜRCƏR: bəxtsizdirlər
Ağciyər İltihabı Səbəbləri, Simptomları və Müalicəsi
Rusiyadan daha iki ölkəyə hərbi müdaxilə – Parçalanma sürətlənir
Azərbaycan Ordusu ilə bağlı gözlənilməz addım – Nələr yaşanır?
Başgicəlləməni aradan qaldırmağın yolları nədir?
Çin-Rusiya-İran rəqabəti - "Bir kəmər, bir yol" layihəsində böyük qarşıdurma
İsrailin baxış tərzini dəyişməliyik ki... - Sisi hədələdi
Saç uzadan qidalar hansılardır?
Ərdoğanın bu addımı İrəvanı qorxuya saldı – 7 il öncəki plan işə düşür
Dron hücumları təşviş yaratdı: Üçüncü Dünya müharibəsi başlayır? – Çin detalı
Solmaz çiçəyi faydaları, zərərləri və istifadə qaydası
Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? – Açıqlama
Rusiyadan daha iki ölkəyə hərbi müdaxilə – Parçalanma sürətlənir
Menstruasiya gecikməsinin səbəbləri hansılardır?
Bu BÜRCLƏRİN bütün problemləri BİTƏCƏK
Lupus xəstəliyi niyə yaranır və necə idarə olunur?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

SON DƏQİQƏ: Rusiyadan Ermənistana Azərbaycan SİLLƏSİ

Xəbərlər

2-12-2022, 00:03

SON DƏQİQƏ: Rusiyadan Ermənistana Azərbaycan SİLLƏSİ


Rusiya xarici işlər naziri Sergey Lavrov üstüörtülü şəkildə Kremlin Ermənistan üçün daha sərfəli vasitəçi olduğunu qabardır, Praqa Bəyannaməsini imzalanmaqla baş nazir Nikol Paşinyanın ciddi səhv buraxdığına da eyham vurur… Kreml təmsilçisinin bu açıqlamasından sonra Ermənistan cəmiyyətində Paşinyan hakimiyyətinə qarşı yeni ittiham dalğasının başlaya biləcəyi isə qətiyyən istisna deyil…
Cənubi Qafqaz uğrunda mübarizə son vaxtlar həm sərtləşib, həm də intensiv xarakter alıb. İndi ABŞ və Qərb bu region uğrunda mübarizədə Rusiyanın əsas rəqibinə çevrilib. İlk dəfədir ki, ABŞ və Qərb Rusiyanı Cənubi Qafqazda bu qədər əlverişsiz situasiyaya salmağa nail olub. Və hazırda bu mübarizə əsasən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi üzərindən aparılır.

Təbii ki, Cənubi Qafqazdakı sülh prosesinə münasibətdə ABŞ və Qərbin mövqeyi Rusiya ilə kəskin şəkildə toqquşur. Bunun əsas səbəblərindən biri ondan ibarətdir ki, Kreml Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında qətiyyən maraqlı deyil. Ona görə də, əsas hədəfi Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb, çıxarılmasını əngəlləmək üçün sülh prosesini bütün mümkün vasitələrlə pozmağa cəhd göstərir.

Ancaq nə qədər qəribə də olsa, sülh prosesini pozmağa cəhd edən Kreml bunun əsas günahını da məhz ABŞ və Qərbin üzərinə yükləməyə çalışır. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlamasında da əsas pozucu beynəlxalq siyasi iradə mərkəzi rolunda məhz ABŞ və Qərb təqdim olunur. Rus nazir bildirib ki, Qərb ölkələri, ATƏT-in Minsk Qrupunu məhv edildikdən sonra Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmaq cəhdlərinə müdaxilə etməyə çalışırlar.

S.Lavrov Minsk Qrupunun fəaliyyətini dayandırmasının əsas günahını da məhz Rusiyanın əsas rəqiblərinin üzərinə yükləməyə üstünlük verir: “Erməni həmkarlarımız bəzən Minsk Qrupu ilə bağlı müxtəlif sualları gündəmə gətirirlər. Biz isə onlara deyirik ki, bu suallar Rusiyaya deyil, ABŞ-a, Fransaya və təbii ki, Azərbaycana ünvanlanmalıdır. Çünki, Azərbaycanın iştirakı olmadan hər hansı vasitəçilik səyləri mənasızdır”.

Rusiya xarici işlər naziri nə qədər ABŞ və Qərbi suçlamağa çalışsa da, əsas pozucu qüvvə rolunun Kremlə aid olduğu da qətiyyən şübhə doğurmur. Hər halda, Ağ Ev rəsmilərinin açıqlamalarında Azərbaycan və Ermənistan arasında ən qısa zamanda sülh sazişinin imzalanmasının, eləcə də sərhədlərin sürətlə delimitasiya edilməsinin vacibliyi birmənalı şəkildə vurğulanır. Və ABŞ təmsilçiləri sülh prosesinin ciddi əngəllərlə üzləşməməsi üçün həm Azərbaycanı, həm də Ermənistanı birbaşa təmaslara üstünlük verməyə çağırır, dolayısı ilə Rusiyanın pozuculuq fəaliyyətinə eyham vurur.

ABŞ-ın ATƏT-dəki daimi təmsilçisi Maykl Karpenter bildirib ki, onun ölkəsi bu prosesə dərindən cəlb olunub və tərəflər arasında sülh sazişinin imzalanmasında maraqlıdır. O, vurğulayıb ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün həm xarici işlər nazirləri, həm də dövlət liderləri səviyyəsində təmasların davam etdirilməsinə çalışır. Və bu açıqlamada rəsmi İrəvana yönəlik üstüörtülü mesajın olduğu da qətiyyən istisna deyil.

Məsələ ondadır ki, rəsmi İrəvan Brüsseldə keçiriləcək növbəti görüşü məhz pozmağa yönəlik addımlar atmağa başlayıb. Paşinyan hakimiyyəti mövcud formatın ziddinə olaraq, Brüssel görüşündə Fransa prezidenti Emmanuel Makronun da iştirakında israr edir. Və beynəlxalq siyasi iradə mərkəzləri rəsmi İrəvanın bu tələbini görüşü pozmaq cəhdi kimi dəyərləndirilər.

Maraqlıdır ki, ABŞ və Qərbin Brüssel görüşünün pozulmasından narahatlığını qabartması, hərbi-siyasi gərginliyin artma ehtimalını gündəmə gətirməsi rəsmi İrəvanı çətin vəziyyətə salıb. Ona görə də, hazırda rəsmi İrəvanın dekabr ayında görüşün keçirilməsinə çalışması da diqqəti çəkir. Hakim partiyadan olan erməni deputat Eduard Ağacanyan bildirib ki, vəziyyət tamamilə çıxılmaz deyil: “Çalışmaq lazımdır ki, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında dekabr ayında görüşün keçirilməsinə nail olunsun”.

Halbuki, indiki situasiyanın əsas səbəbi Ermənistanın Fransaya bağladığı böyük ümidlərdir. Rəsmi İrəvan hesab edir ki, əgər, Fransa prezidenti E.Makron görüşə qatılarsa, bu, Ermənistana üstünlük qazandıra bilər. Əslindəsə, Paşinyan hakimiyyətinin belə məqamlara ümid bəsləməsi tamamilə yersizdir.

Məsələ ondadır ki, rəsmi Bakı Fransa prezidentinin sülh prosesinə buraxılmayacağını artıq birmənalı şəkildə bəyanlayıb. Fransa parlamentinə Azərbaycan əleyhinə qəbul olunmuş qətnamələr də rəsmi İrəvana elə bir üstünlük qazandırmır. Hətta belə qətnamələrin Azərbaycan-Fransa münasibətlərini daha da korladığını rəsmi Paris də ciddiyə almağa başlayıb. Və həmin qətnamələrin Fransa dövlətinin rəsmi mövqeyini ifadə etmədiyini vurğalamaq məcburiyyətində qalıb.

Ümumiyyətlə, rəsmi Bakı Fransa parlamentinin qətnamələrini qərəzli hesab etməklə yanaşı, həmin “sənədlərə” əhəmiyyət belə, vermir. Yəni, hərbi-siyasi gərginlik savaş həddinə çatarsa, nə Fransa, nə də bu ermənipərəst ölkənin parlamentində müzakirə edilən “kağız parçaları” Ermənstanı müdafiə edə bilməyəcək.

Digər tərəfdən, Ermənistanın Rusiyaya olan ümidləri də artıq əriyib, yox olmaq üzrədir. Üstəlik, baş nazir Nikol Paşinyanın KTMT sənədlərini imzalamaqdan imtina etməsindən sonra Kreml də rəsmi İrəvana “Azərbaycanla hərbi toqquşma olarsa, Rusiyaya ümid bəsləməyin” mesajı verməyə başlayıb. Və Kreml rəsmi İrəvanın bu addımını Rusiyaya qarşı açıq hörmətsizlik kimi qəbul etdiyini də qətiyyən gizlətmir.

Maraqlıdır ki, Rusiyanın xarici işlər naziri S.Lavrovun son açıqlamasında Paşinyan hakimiyyətinə yönəlik qınaq da nəzərə çarpır. O, bildirib ki, Rusiya Soçi görüşündə “Dağlıq Qarabağ məsələsi”ni sonraya saxlamaq şərtilə sülh sazişi təklif etmək istəyib. Ancaq Soçi görüşünün nəticələri Praqa Bəyannaməsinin təsiri altında qalıb.

S.Lavrov Praqa sənədində sülh sazişi üçün BMT Nizanmanəsinə və 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinə istinad olunduğunu da xatırladıb: “Alma-Ata sənədində qeyd olunur ki, bütün ittifaq respublikaları Müstəqil Dövlətlər Birliyini təşkil edir və İttifaq respublikaları arasında mövcud olan sərhədlərin toxunulmazlığını təsdiqləyir. O zaman Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq, Azərbaycan SSR-in tərkibində idi…”

Təbii ki, S.Lavrovun bu açıqlaması üstüörtülü şəkildə Rusiyanın Ermənistan üçün daha sərfəli vasitəçi olduğunu qabartmaq niyyəti də mövcuddur. Eyni zamanda, Praqa Bəyannaməsini imzalanmaqla Paşinyan hakimiyyətinin ciddi səhv buraxdığına da eyham diqqətdən yayınmır. Rusiya xarici işlər naziri Alma-Ata Bəyannaməsinə görə, “Dağlıq Qarabağ”ın Azərbaycana məxsus olduğunu qabartmaqla, KTMT-nın yekun sənədini imzalamayan Ermənistan baş naziri N.Paşinyandan intiqam almağa çalışa biləcəyi də qətiyyən istisna deyil. Çünki Kreml təmsilçisinin bu açıqlamasından sonra Ermənistan cəmiyyətində Paşinyan hakimiyyətinə qarşı yeni ittiham dalğasının başlayacağı artıq şübhə doğurmur.

Oxunub: 506
Paylaş:
Digər xəbərlər

Xəbərlər

1-10-2022, 18:32

SON DƏQİQƏ! Lavrov Putinin Azərbaycanla bağlı planını ELAN ETDİ

Xəbərlər

9-09-2022, 22:18

Ermənistanla sülh sazişi HARADA imzalanacaq? - DETALLAR

Xəbərlər

23-07-2022, 00:36

TƏCİLİ! Rusiyadan Qarabağ haqqında gözlənilməz QƏRAR

Xəbərlər

24-06-2022, 04:13

ABŞ-dan Cənubi Qafqazda SENSASİON ƏMƏLİYYAT

Xəbərlər

3-04-2021, 22:19

Azərbaycanın addımı Rusiyanı HƏRƏKƏTƏ KEÇİRDİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Hər il 11 milyon insan bu xəstəlikdən ölür - Kimlər risk altındadır?
Fransa çalxalanma astanasında - “Hər şeyi bloklayaq”
Paşinyanın impiçmenti üçün layihə qəbul edildi
Səhər oyananda bu 3 şeyi etməyin! - Həkimdən məsləhətlər
İşləri həmişə tərs gətirən BÜRCƏR: bəxtsizdirlər
Ağciyər İltihabı Səbəbləri, Simptomları və Müalicəsi
Son xəbərlər
  • Bu gün, 12:05
    Hər il 11 milyon insan bu xəstəlikdən ölür - Kimlər risk altındadır?
  • Bu gün, 11:22
    Fransa çalxalanma astanasında - “Hər şeyi bloklayaq”
  • Bu gün, 10:37
    Paşinyanın impiçmenti üçün layihə qəbul edildi
  • Bu gün, 09:07
    Səhər oyananda bu 3 şeyi etməyin! - Həkimdən məsləhətlər
  • Dünən, 22:47
    İşləri həmişə tərs gətirən BÜRCƏR: bəxtsizdirlər
  • Dünən, 21:23
    Ağciyər İltihabı Səbəbləri, Simptomları və Müalicəsi
  • Dünən, 20:20
    Rusiyadan daha iki ölkəyə hərbi müdaxilə – Parçalanma sürətlənir
  • Dünən, 19:37
    Azərbaycan Ordusu ilə bağlı gözlənilməz addım – Nələr yaşanır?
  • Dünən, 18:11
    Başgicəlləməni aradan qaldırmağın yolları nədir?
  • Dünən, 17:13
    Çin-Rusiya-İran rəqabəti - "Bir kəmər, bir yol" layihəsində böyük qarşıdurma
  • Dünən, 16:51
    İsrailin baxış tərzini dəyişməliyik ki... - Sisi hədələdi
  • Dünən, 15:28
    Saç uzadan qidalar hansılardır?
  • Dünən, 14:31
    Ərdoğanın bu addımı İrəvanı qorxuya saldı – 7 il öncəki plan işə düşür
  • Dünən, 13:19
    Dron hücumları təşviş yaratdı: Üçüncü Dünya müharibəsi başlayır? – Çin detalı
  • Dünən, 12:14
    Solmaz çiçəyi faydaları, zərərləri və istifadə qaydası
  • Dünən, 11:06
    Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? – Açıqlama
  • Dünən, 10:24
    Rusiyadan daha iki ölkəyə hərbi müdaxilə – Parçalanma sürətlənir
  • Dünən, 09:06
    Menstruasiya gecikməsinin səbəbləri hansılardır?
  • 15-09-2025, 22:26
    Bu BÜRCLƏRİN bütün problemləri BİTƏCƏK
  • 15-09-2025, 21:33
    Lupus xəstəliyi niyə yaranır və necə idarə olunur?
  • 15-09-2025, 20:12
    Möhürlər dəyişdi: Ermənistan Ağrı dağ iddiasından rəsmən əl çəkdi
  • 15-09-2025, 19:51
    Özbəkistan tarixində ilk: Əliyev açıqlamışdı, Mirziyoyev təsdiqlədi
  • 15-09-2025, 18:15
    Stomatitin səbəbləri və müalicəsi
  • 15-09-2025, 17:34
    Qarabağda əbədi bağlanmış “kitab” – Prezident dünyaya mesaj verdi
  • 15-09-2025, 16:28
    Trampa açıqladım, çox sərt danışır - Lukaşenko
  • 15-09-2025, 15:04
    Qarnın tez-tez quruldaması xəstəlik əlaməti ola bilər - Açıqlama
  • 15-09-2025, 14:27
    Ermənistan bu ərazidən imtina etdi – Bakı və Ankaraya xoş xəbər
  • 15-09-2025, 13:42
    Nə etsək də Azərbaycan Ordusuna qalib gələ bilmərik – Paşinyan
  • 15-09-2025, 12:00
    Uşaqlarda oğurluq etmək davranışı
  • 15-09-2025, 11:08
    Rusiya S-400-ləri Türkiyədən geri alır?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə