• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
Gözdə narahatlıq yaradan giləmeyvələr
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
Tut yarpağının faydaları - Xolesteroldan şəkərə qədər...
Bu gün Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…
Gün ərzində nə qədər duz qəbul etmək olar?
Maskasız 4 bürc - Onların içi də çölü də birdir
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

ABŞ-dan Bakıya daha bir BADALAQ - Qarabağa düyün salmaq PLANI HAZIRLANIR

Xəbərlər

2-09-2022, 13:45

ABŞ-dan Bakıya daha bir BADALAQ - Qarabağa düyün salmaq PLANI HAZIRLANIR


Günlər öncə ABŞ və Fransa səfirlərinin müharibədən sonra Azərbaycan hökuməti tərəfindən təşkil edilən Şuşa səfərindən imtina etmələri Qərbin Qarabağ ətrafında yeni oyun hazırladığından xəbər verir.

İki səfirin özlərini Şuşaya gedən 160 diplomatdan kənarda görməsinin səbəbi Qarabağın qondarma "statusu" və ölmüş Minsk qrupuna hələ də ümid etmələridir ki, hazırki proseslər bu məsələni yenidən alovlandırmaq xarakteri daşıdığını göstərir. Beləcə, Vaşinqton və Paris rəsmi Bakıya "münaqişənin" həll edilmədiyi, mövcudluğu sual altında olan Minsk Qrupu çərçivəsində müzakirələrin başlanması və Qarabağdakı ermənilərin bu və ya digər formada "statusu"nun müəyyən edilməsi mövqeyini paylaşdığı ultimatumunu verdi.

Bu səbəbdən də belə aydın olur ki, səfirlərin səfərdən imtina etməsi də Şuşanı qondarma "dqr"in inzibati ərazisi kimi qəbul etmələri, "status"un nə vaxtsa mümkün ola biləcəyi istiqamətində siyasət aparmalarından irəli gələn məsələdir.

Bundan isə belə nəticə çıxır ki, ABŞ və Fransa Azərbaycanın ərazi bütövlüyünə hörmət etmir, - çox da səfirinin Şuşaya getməməsini ABŞ rəsmi olaraq "Azərbaycanın ərazi bütövlüyünü ən çox dəstəkləyən ölkə bizik" açıqlamasını verdi. Praktiki addımlar və nəticə hər şeyi deyir. Özünü demokratiyanın beşiyi, insan haqlarının müdafiəçisi, beynəlxalq hüququn işlədiyi dövlət elan edən ABŞ və Fransa beləcə, beynəlxalq hüquqdan yox, erməni mövqeyindən çıxış etməyə başlayıb.

Baxmayaraq ki, iki gün əvvəl Avropa İttifaqının prezidenti Şarl Mişelin rəhbərliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan dövlət başçıları arasında sayca dördüncü görüş baş tutdu və bu görüş zamanı iki tərəfdən (Aİ - Şarl Mişel, Nikol Paşinyan) heç biri bir dəfə də olsun nə "Minsk Qrupu" ifadəsini dilə gətirdi, nə "Dağlıq Qarabağ", nə "status", nə də "münaqişə" terminini işlətdi.

Belə aydın olur ki, Qərb Rusiyanın Minsk Qrupunun digər iki üzvü 30 illik münaqişənin həllində Rusiyanın vasitəçilik fəaliyyətindən ciddi narahatlıq keçirirlər və səfirlərinin Şuşaya səfərini Kremlin münaqişənin həlli istiqamətində gördüyü işləri təqdirə layiq hesab etmələri kimi qəbul ediləcəyini və bu cinahda Moskvaya məğlubiyyətlərini etiraf etmiş olacaqlarını boyunlarına alacaqdılar.

Bununla paralel olaraq ABŞ və Fransa regionda proseslərin açarını öz əlləri ilə Rusiyaya ötürməkdən qorxurlar. Bunun üçün də ən azı Rusiya qədər bölgədə sülh, sabitlik istəməyən Minsk Qrupunun keçmiş iki üzvü hər vəchlə Qarabağın qaynar nöqtə kimi qalmasında maraqlıdır. O səbəbdən hazırda Vaşinqton və Paris bütün imkanlarını məhz bu plan üzrə səfərbər etmək niyyətindədir.

Bölgədə əbədi münaqişə ocağı istəyən ABŞ qondarma rejimin qondarma "naziri" David Babayan Amerikaya səfərə (Səfərin təşkilatçısı Amerika Ermənilərinin Milli Komitəsidir (ANCA)) dəvət edib. Deyilənlərə görə, separatçıların qondarma "xarici işlər naziri" David Babayan ABŞ Konqresində çıxış edəcək: sentyabrın 19-da Vaşinqtona gedəcək separatçı çıxışında "status" və qondarma "artsax"ın təhlükəsizliyindən bəhs edəcək.

Vaşinqtonun ölmüş "Minsk qrupu" formatını diriltmək niyyətindən sonra separatçının Konqresdə çıxışının təşkil edilməsi təsadüfi deyil. Göründüyü kimi erməni lobbisinin Vaşinqtonun Cənubi Qafqaz siyasətinə ciddi şəkildə təsir etməsində rolu olduğu qədər bu təşəbbüs indiki məqamda ABŞ-ın da hazırki siyasəti ilə üst-üstə düşür. Bir daha aydın olur ki, ABŞ Cənubi Qafqaz regionu ilə bağlı siyasətini "status" kimi perspektivi olmayan məsələlər üzərindən həyata keçirmək xəttini genişləndirməkdə israrlıdır. Buradan ABŞ səfirinin Şuşaya niyə getmək istəməməsinin səbəbi bir daha məlum olur.

Qondarma "nazir" Babayanın ABŞ Konqresində çıxışı zamanı separatçı-terrorçu rejim üçün mənfi ssenariləri dilə gətirərək ABŞ-dan və erməni diasporundan daha çox maliyyə dəstəyi almaq üçün planlar qurduğu da şübhə doğurmur.

Səfər şousunun ssenaristlərindən birinin həm də Nikol Paşinyan olduğu aşkar görünür. Onun elə qondarma rejimə "yaranmasının" ildönümü münasibəti ilə təbrik ünvanlaması iki gün əvvəl Brüsseldəki sövdələşməyə yenə dırnaqarası yanaşdığından xəbər verir. Çünki Paçinyan bilir ki, "nala-mıxa vurma siyasəti" son nəticədə onun hakimiyyətinin uzanmasına ciddi şəkildə kömək edir.

Ermənistanda hakimiyyətli-müxalifətli xəstə iddialarını sürdürməkdədir və hesab edirlər ki, Minsk Qrupu yenidən xortlayacaq. Odur ki, Paşinyan başda olmaqla hamılıqla vaxtı maksimum uzatmağa çalışırlar, yenidən hansısa tarixi fürsət yaranar deyə düşünürlər.

ABŞ isə bölgədə irinli yara halını alan Qarabağdakı terrorçu "Artsax" rejim qalıqlarının Azərbaycan tərəfindən amputasiya edilməsinin qarşısını kəsən ən böyük maneələrdən biri rolunu oynamaqda qərarlı kimi görünür. Əgər qondarma "nazir" Babayanın rəsmi Vaşinqton tərəfindən ABŞ-a səfərə dəvəti və Konqresində çıxış imkanının verilməsi qərarı ədalətlidirsə, onda ABŞ Konqresi Abxaziya, Cənubi Osetiya, Dnestryanı, Krım, Donetsk, Luqansk separatçıları üçün də "əlini cibinə salsın", "ögey-doğmalıq" etməsin, utanmasın, ən azından onların da ABŞ-a rəsmi səfəri üçün imkan yaradılsın, söz haqqı versin.

Azərbaycana qarşı ikili standartlar, öz maraqlarının ön plana çıxdığı zaman beynəlxalq hüququn tapdalandığının növbəti dəfə şahidiyik. Amma Azərbaycan Prezidenti "status"un yerini və hal-qəziyyəsini çox yaxşı təsvir edib: Gorbagor oldu, zibilliyə getdi.

Qarabağın yekun statusu məsələsi Azərbaycanla sülh sazişinin tərkib hissəsi kimi müzakirə edilir və ediləcək. 44 günlük müharibə ilə regionda geosiyasi reallığı kökündən dəyişən Azərbaycanın qətiyyətli mövqeyi bütün dünyaya bəllidir.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Qarabağda eyş-işrət kadrları

Əslində, bugünkü vəziyyətə görə də məsuliyyəti məhz Minsk Qrupu formatında guya nəsə etməyə çalışan həmin dövlətlər daşıyırlar. 27 il ərzində işğalçının nazı ilə oynadılar. Belə vəziyyətdə müharibə qaçılmaz idi, bunu rəsmi Bakı illər uzunu söylədi. Nəticədə belə aydın oldu ku, işğalçı qarşısında real güc görməyənə qədər torpaqlarımızdan çıxıb getməyəcək.

Hər kəs, dünya ictimaiyyəti də gördü ki, Minsk qrupu faktiki olaraq işğalın davam etdiyi 30 il ərzində heç bir nəticə əldə etmədi. Əgər 30 il ərzində bu ölkələr qrupu nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir. Onu da nəzərə alaq ki, Minsk qrupunun həmsədrləri həm də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvləri sırasında yer alan dövlətlərdir.

Halbuki başda ABŞ, Fransa olmaqla bu ölkələrin iştirakı və səsverməsi ilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdi. Nəticə necə oldu?! Bu ritorik sualın cavabı hər kəsə bəllidir.

Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamadı, əvəzində Azərbaycan Ordusu 44 günə işğala son qoydu. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi.

ABŞ birdəfəlik anlamalıdır ki, diriltmək üçün oksigen balonu rolunu oynadığı ATƏT-in Minsk Qrupu artıq aparatdan ayrılıb. Bu dövlətlər Babayanlarla nəyəsə ümid bəsləyirlərsə, heç nə alınmayacaq. Çünki həmsədrlik institutunun erası bitdi, gorbagor oldu, cəhənnəmə getdi...

Prezident İlham Əliyevin Minsk Qrupu həmsədrlərinin 28 il ərzində Azərbaycan xaqına və dövlətinə çəkdirdiklərinin cavabını və əməllərinin qiymətini təxminən 28 dəqiqəlik nitqinin cüzi bir hissəsində artıqlaması ilə verdiyini çox güman ki, 2 ilə yaxın bir müddət keçməsinə baxmayaraq kasPİRİŞİKçilər hələ də unutmayıblar: "Tez-tez sizdən və rəhbərlərinizdən, eləcə də yüksək rütbəli rəsmilərinizdən eşidirdim ki, münaqişənin hərbi həlli yoxdur. Mən isə deyirdim: Var! Tarix göstərdi ki, mən haqlı idim. Var idi! Fikrimcə, "hərbi variant yoxdur" deyənlərin indi özləri anlayır ki, var idi, çünki onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər".

Bəli, tarix göstərdi ki, ATƏT-in Minsk Qrupunun ermənipərəst həmsədrlərinin status-kvonu olduğu kimi qoruyub saxlamaq cəhdləri, Qarabağda qondarma rejimin daha da güclənməsi, silahlanması, qeyri-qanuni məskunlaşma üçün qazandırdığı zaman da bu gün Azərbaycanın lehinə işləməyə başlayıb. Artıq Azərbaycan imkan verməyəcək ki, erməni separatçıları onun torpağında yenə meydan sulasın, yenə terror əməlləri üçün zəmin hazırlasın. Avqustun 26-da Laçının da Azərbaycana təhvil verilməsi ilə ümumiyyətlə separatçı rejimin bütün planlarının üstündən xətt çəkildi. Azərbaycan addım-addım məqsədinə çatır, qarşısında çox hiyləgər düşmən olsa belə...

Oxunub: 639
Paylaş:
Digər xəbərlər

Xəbərlər

1-09-2022, 00:08

Xankəndi yolu Azərbaycanın NƏZARƏTİNƏ KEÇDİ - Bakı İrəvanı KÜNCƏ QISNADI

Xəbərlər

13-07-2021, 11:47

Türk dövlətləri Azərbaycanı deyil, Rusiyanı "seçdi"

Xəbərlər

11-07-2021, 16:14

ABŞ, Rusiya və Fransa səfirləri prezidentin Şuşa dəvətindən niyə imtina etdilər? - ŞOK SƏBƏB

Xəbərlər

9-06-2021, 13:50

“Dağlıq Qarabağın statusu razılaşdırılmalıdır…” – Lavrovdan AÇIQLAMA

Manşet / Gündəm / Xəbərlər

28-05-2018, 09:08

Rəsmi Paris Qarabağla bağlı mövqeyini açıqladı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
Son xəbərlər
  • Bu gün, 14:34
    Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
  • Bu gün, 13:53
    Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
  • Bu gün, 12:10
    Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
  • Bu gün, 11:28
    Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
  • Bu gün, 09:16
    Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
  • Dünən, 22:45
    Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
  • Dünən, 21:22
    Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
  • Dünən, 20:52
    Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
  • Dünən, 19:29
    ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
  • Dünən, 18:06
    SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
  • Dünən, 17:34
    DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
  • Dünən, 16:10
    Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
  • Dünən, 15:21
    Gözdə narahatlıq yaradan giləmeyvələr
  • Dünən, 14:24
    Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
  • Dünən, 13:41
    Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
  • Dünən, 12:28
    Tut yarpağının faydaları - Xolesteroldan şəkərə qədər...
  • Dünən, 11:14
    Bu gün Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
  • Dünən, 10:27
    Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…
  • Dünən, 09:03
    Gün ərzində nə qədər duz qəbul etmək olar?
  • 7-05-2025, 21:46
    Maskasız 4 bürc - Onların içi də çölü də birdir
  • 7-05-2025, 21:04
    Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri
  • 7-05-2025, 20:12
    ABŞ və İsrail İranla döyüş qaydalarını dəyişdirdi – Bölgədəki qalası yerlə-yeksan edilir
  • 7-05-2025, 19:39
    Pakistan Baş naziri: Qorxaqcasına hücum edən Hindistan layiqli cavab aldı
  • 7-05-2025, 18:17
    İnfarktdan sonra ürək niyə iltihablaşır?
  • 7-05-2025, 17:50
    Alimlər insanın ən xoşbəxt olduğu yaşı açıqladı
  • 7-05-2025, 16:34
    Almaniyada ŞOK ÇAĞIRIŞ: Kansler 9 May Qələbə Günündə Moskvada olmalıdır
  • 7-05-2025, 15:48
    Qlobal isinmə ölümcül göbələk xəstəliyini yaya bilər - Araşdırma
  • 7-05-2025, 14:31
    Quterreşdən HƏYƏCAN TƏBİLİ: "Dünya bu hərbi qarşıdurmaya dözə bilməz"
  • 7-05-2025, 13:26
    Sakinlərin nəzərinə: Bakıda bu binalar plana salına bilər
  • 7-05-2025, 12:42
    Faydalı bilib hər gün içirik - Qaraciyəri məhv edirmiş
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə