Xankəndi şəhərində partlayışla bağlı yeni məlumatlar ortaya çıxıb.
AZSABAH.COM-un xəbərinə görə, oksigen avadanlıqları sexində yanğın baş verdiyi, nəticədə yüksək təzyiqli balonların partladığı bildirilir.
Zərərçəkənlər barədə məlumat yoxdur.
***
Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Xankəndi şəhərində partlayış olub.
AZSABAH.COM xəbər verir ki, bəzi məlumatlara görə, evlərdən birində qaz balonu partlayıb, daha sonra yanğın başlayıb.
Digər məlumatda isə bildirilir ki, tikililərdən birində başlayan yanğının ardınca partlayış baş verib.
Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.