“Bu gün Türkiyə əməliyyat keçirəndə heç kimdən icazə almır”.
Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bugünkü Türkiyə 21 il əvvəllə müqayisədə bərabər imkanlara malik olan daha azad ölkədir. Bu gün Beynəlxalq Valyuta Fondunun qapısında borc dilənən yox, inkişaf və humanitar yardımlar baxımından dünyaya nümunə olan Türkiyə var. Heç kimdən icazə almadan əməliyyat keçirən, ordusu güclü olan Türkiyə var. Bunlar illərdir sıxışdırılan ölkəmizin potensialının ən böyük göstəriciləridir. Son 21 ildə ölkəmizə qazandırdıqlarımıza baxanda Rəbbimizə həmd edirik”, - Türkiyə lideri bildirib.