Türkiyə ordusu ölkə sərhədlərində antiterror əməliyyatlarına başlayacaq və bu məsələ ilə bağlı yaxın vaxtlarda qərar qəbul ediləcək.
AZSABAH.COM xəbər verir ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib: "Davam edən hücumlar fonunda sərhədlərimizdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəzifələrimizi sürdürəcəyik. Tezliklə sərhədlərimizdə yeni əməliyyatlara start veriləcək".