• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Uzunömürlülük üçün yemək saatı
Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
Qadın sağlamlığı üçün 35 yaşdan sonra vacib olan bir məhsul
Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...
Gizli yağ ürək xəstəlikləri riskini artıra bilər
Sosial yardım alanların sayı niyə azalıb? – Səbəblər açıqlandı
Dünya tarixində ən böyük neft sazişini imzaladıq - Tramp
Yorğunluq və unutqanlığın səbəbi...
Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
Rusiya Avropanı hədəfə aldı - “İsgəndər-1000” raketləri Kalininqradda yerləşdirilir
“İkinci Türkiyə” yaranır? – Azərbaycan üçün mühüm GƏLİŞMƏ
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
Altı AB ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı
Bu, yəhudilərin sonu deməkdir – Netanyahu
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Putinin 9 may çıxışındakı GİZLİ MESAJ

Xəbərlər

9-05-2022, 19:51

Putinin 9 may çıxışındakı GİZLİ MESAJ


Ukraynaya hərbi təcavüzdən bu yana Rusiya qədər nüvə silahının tətbiqindən danışılan ikinci dövlət yoxdur. Yüksək ranqlı rəsmilər, daha doğrusu, hərbi-sənaye kompleksindəki və hakimiyyətdəki qırğılar “rus silahının gücü”nə şəkk edənləri atom bombası ilə hədələmək üçün sanki növbəyə düzülüblər. Demək ki, Ukraynada işlər yaxşı getmir, vəziyyət ruscadır. Yoxsa son çarəyə əl atmazdılar.

V.Putinin ardınca Rusiyanın ali yetkililəri az qala, hər gün məsuliyyətsizcəsinə nüvə silahından söz açırlar. NATO-nu, Qərbi, əslində isə sizli-bizli bütün bəşəriyyəti hədələyirlər. Çünki aydındır ki, nüvə müharibəsi Yeri dərhal öz məhvərindən çıxara, planetdə həyata son qoya bilər.

Amma Qiyamətin yaxınlaşacağı elə bil rusların vecinə deyil. İki ay yardımdır bəşəriyyətə verdikləri əsas mesaj da budur ki, hədəflərimizə çatmağa, Rusiya imperiyasını bərpa eləməyə imkan verilməzsə, kütləvi qırğın silahlarına da əl atarıq! Bilə-bilə ki, radioaktiv lavada özləri də kül olacaq – qohum-əqrəbaları, doğmaları ilə birgə! Çöküşünü çoxdan haqq eləmiş bir çürük imperiyaya görə buna dəyərmi?..

“Biz NATO ölkələrini yarım saata nüvə zərbəsi ilə məhv edərik. Lakin buna imkan verməməliyik, çünki qarşılıqlı nüvə zərbələrinin nəticələrini bütün Yer kürəsi hiss edəcək”.

Xəbər verildiyi kimi, bu sözləri dünən “Roskosmos”un rəhbəri Dmitri Roqozin öz “Teleqram” kanalında yazıb. Yəni ki, “səni vuraram, amma bilirəm ki, özüm də yaxşıca döyüləcəyəm” məntiqi. Elə isə barmaq silkələməyin nə anlamı?

Ukrayna ilə deyil, guya NATO ilə vuruşduqlarına işarə edən Roqozinin sözlərinə görə, Rusiyanın adi silahlarla “iqtisadi və hərbi baxımdan daha güclü düşməni” məğlub eləməsi yalnız o halda mümkün olacaq ki, bütün ölkə ordu ilə həmrəyliyini nümayiş etdirsin, iqtisadiyyat səfərbər olunsun, hərbi sənaye kompleksi və onunla əlaqəli sənaye sahələri müharibə relslərinə keçirilsin. “Və bunu dərhal və tez eləmək lazımdır”, – “Roskosmos” rəhbəri həyəcanla vurğulayıb.

Roqozin amerikalı sahibkar, “SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Maskı da hədələyib. O, dünyanın ən varlı adamına “Ukrayna qüvvələrini hərbi rabitə ilə təmin etdiyinə görə cavab verməli olacaq” şəklində xəbərdarlıq edib. Onu da deyib ki, bu işlərdə Pentaqonun da əli var (Amerikalı milyarder “Starlink” peykləri vasitəsilə Ukrayna silahlı qüvvələrini pulsuz internetlə təmin edir).

Bəs nə bilmişdiz, siz dünyanı hədələyirkən dünya sizin XXI əsrdə törətdiyiniz vəhşiliklərə, hədələrinizə seyrçimi qalmalıdır?..

Belə isterika əslində Rusiyanın Ukraynada öz hərbi məğlubiyyətinin “qoxusunu” hiss elədiyinin, başını itirdiyinin təzahürüdür. Məğlubiyyət isə qaçılmazdır. Çünki Rusiya deyəsən Faşist Almaniyası ilə öz müstəqilliyi və ərazi bütövlüyü uğrunda işğalçılara qarşı ölüm-dirim savaşı aparan Ukraynanı doğrudan da səhv salıb. Odur ki, Kremli heç bir “demoqrafik və iqtisadi səfərbərlik”, “ordu ilə xalqın həmrəyliyi”, “hərbi sənaye kompleksi və onunla əlaqəli sənaye sahələrinin müharibə relslərinə keçirilməsi” xilas edə bilməz.

Bir şey daha gün kimi aydındır: dünya Kremlin qurmaq istədiyi vəhşi və reketçi düzəni qəbul etməyəcək. Bu xüsusda Almaniya kansleri Olaf Şoltsun 8 may ismarışı tam yerindədir: “Sülh Rusiyanın şərtləri əsasında qəbul edilə bilməz. Rusiyanın diktə etdiyi sülh olmayacaq. Ukraynalılar bunu qəbul etməyəcək, biz də qəbul etməyəcəyik. Mən müharibənin nə qədər çəkəcəyini bilmirəm, amma Ukraynanın dözəcəyinə əminəm. 77 il əvvəlki kimi azadlıq hissi yenə köləlik, zorakılıq və diktatura üzərində qələbə çalacaq”.

Enində-sonunda Rusiya cəmiyyəti də eyni qənaətə gələcək. Çünki bu onun müharibəsi deyil, Kreml nə ad qoyur-qoysun, tərtəmiz İşğalçılıq müharibəsidir. Putinin Qırmızı meydanda əvvəlki illərlə müqayisədə bugünkü sönük, “öskürəkli” çıxışı da deməyə əsas verir ki, Rusiya Ukraynada məğlubiyyətin acısını artıq hiss eləməyə başlayıb…

Musavat.com

Oxunub: 595
Paylaş:
Digər xəbərlər

Xəbərlər

30-04-2022, 21:44

Lavrov nüvə müharibəsinin başladığını ELAN ETDİ – NATO ilə GƏRGİNLİK

Xəbərlər

25-03-2022, 20:11

Rusiya Ukraynaya yox, bu ölkəyə nüvə zərbəsi endirəcək - General AÇIQLADI

Xəbərlər

28-02-2022, 22:10

Çindən Putinin nüvə hədələrinə qarşı REAKSİYA

Xəbərlər

12-02-2022, 17:59

Putin dünyanı nüvə silahı ilə TƏHDİD ETDİ

Xəbərlər

21-12-2021, 07:44

Rusiya dünyanı nüvə silahı ilə TƏHDİD ETDİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Uzunömürlülük üçün yemək saatı
Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
Son xəbərlər
  • Bu gün, 09:03
    Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
  • Dünən, 21:29
    Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
  • Dünən, 20:56
    Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
  • Dünən, 19:15
    Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
  • Dünən, 18:03
    Uzunömürlülük üçün yemək saatı
  • Dünən, 17:48
    Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
  • Dünən, 16:30
    Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
  • Dünən, 15:14
    Qadın sağlamlığı üçün 35 yaşdan sonra vacib olan bir məhsul
  • Dünən, 14:53
    Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
  • Dünən, 13:28
    Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...
  • Dünən, 12:22
    Gizli yağ ürək xəstəlikləri riskini artıra bilər
  • Dünən, 11:45
    Sosial yardım alanların sayı niyə azalıb? – Səbəblər açıqlandı
  • Dünən, 10:33
    Dünya tarixində ən böyük neft sazişini imzaladıq - Tramp
  • Dünən, 09:09
    Yorğunluq və unutqanlığın səbəbi...
  • 28-08-2026, 21:58
    Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
  • 28-08-2026, 20:01
    Rusiya Avropanı hədəfə aldı - “İsgəndər-1000” raketləri Kalininqradda yerləşdirilir
  • 28-08-2026, 19:43
    “İkinci Türkiyə” yaranır? – Azərbaycan üçün mühüm GƏLİŞMƏ
  • 28-08-2026, 18:36
    Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
  • 28-08-2026, 17:12
    Altı AB ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı
  • 28-08-2026, 16:25
    Bu, yəhudilərin sonu deməkdir – Netanyahu
  • 28-08-2026, 15:33
    Ağ və ya qara üzüm? Biri daha faydalıdır
  • 28-08-2026, 14:22
    Putin NATO ərazisinə hücum etməyəcək - Tramp
  • 28-08-2026, 13:54
    Kirayə mənzillərin qiyməti nə qədər artacaq?
  • 28-08-2026, 12:07
    Gənclər üçün ürək xəstəliyi təhlükəsi: 10 nəfərdən 8-də...
  • 28-08-2026, 11:18
    Azərbaycanın bu şəhəri paytaxt olacaq – ANONS VERİLDİ
  • 28-08-2026, 10:49
    Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
  • 28-08-2026, 09:00
    Arıqlamaq istəyənlər kaloridən çox buna diqqət etməlidir
  • 27-08-2026, 22:05
    Yuxusuz gecədən sonra beyin fəaliyyətini artırmaq üçün...
  • 27-08-2026, 21:12
    Beyin şişi süni intellektin köməyi ilə çıxarıldı - Dünyada ilk
  • 27-08-2026, 20:21
    İsrail britaniyalıları da qovacaq? - Gərginlik artır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə