Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiyalar paketini nəzərdən keçirir.
Sayca altıncı olan tədbirlər planı “Sberbank”ın fəaliyyətinə və neft ixracına təsir edəcək.
“Biz Rusiyanın bank sektorunun 37%-ni təşkil edən “Sberbank”-a qarşı sanksiyaları nəzərdən keçiririk”, - deyə Avropa Komissiyasının sədri Ursula fon der Leyen “Bild”-ə məlumat verib.
Yeni sanksiyalar paketi Rusiya neftinə embarqonu nəzərdə tutmur. Lakin bu sahədə müəyyən məhdudlaşdırıcı sanksiyaları işə salacaq.