“Cənubi Osetiyanın vətənə – Rusiyaya qayıtmasının vaxtı çatıb”.
Teleqraf.com xəbər verir ki, bunu Cənubi Osetiyadakı separatçı rejimin başçısı Anatoli Bibilov deyib.
Separatçının sözlərinə görə, Cənubi Osetiya sakinləri həmişə Rusiyaya can atıblar və onu özlərinin “tarixi vətən”i hesab ediblər.