• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
Pomidordan insana keçir: Üzərində bu əlamətlər görünsə, qəti yeməyin
Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Uzunömürlülük üçün yemək saatı
Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
Qadın sağlamlığı üçün 35 yaşdan sonra vacib olan bir məhsul
Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...
Gizli yağ ürək xəstəlikləri riskini artıra bilər
Sosial yardım alanların sayı niyə azalıb? – Səbəblər açıqlandı
Dünya tarixində ən böyük neft sazişini imzaladıq - Tramp
Yorğunluq və unutqanlığın səbəbi...
Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
Rusiya Avropanı hədəfə aldı - “İsgəndər-1000” raketləri Kalininqradda yerləşdirilir
“İkinci Türkiyə” yaranır? – Azərbaycan üçün mühüm GƏLİŞMƏ
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Xocalı və Xankəndində vəziyyət KRİTİKLƏŞİR: Ermənilərin Bakıya müraciəti gözlənilir

Xəbərlər

18-03-2022, 19:51

Xocalı və Xankəndində vəziyyət KRİTİKLƏŞİR: Ermənilərin Bakıya müraciəti gözlənilir


Qarabağda vəziyyət sürətlə dəyişir. İndi oradakı proseslər nə 10 noyabr bəyanatından sonrakı vəziyyətlə müqayisə edilə bilər, nə də Azərbaycanın 5 maddəlik sülh şərtini Ermənistana göndərdiyi zamandan öncəki vəziyyətlə. Əgər Ermənistanın kapitulyasiya aktı kimi təqdim edilən üçtərəfli bəyanatdan sonra Qarabağın dağlıq hissəsindəki əlləri ətəyindən uzun olan ermənilərin həmin ərazilərdə yaşamaq şansları ilə bağlı ümidləri az da olsa var idisə, həmin vaxtdan Azərbaycanın şərtlərinin göndərildiyi tarixə kimi ümidlər xeyli artdı. Amma Qarabağın erməni əhalisi hələ də anlamır ki, artıq zaman onların əleyhinə işləməyə başlayıb və müqəddəratları məhz İrəvandan gələn qərara bağlıdır.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasında yaşayan Qarabağ erməniləri istədikləri təqdirdə bu torpaqlarda yaşaya bilərlər, amma bir şərtlə - Azərbaycan vətəndaşlığını təsdiq edən sənədi daşımaqla, çünki bu ərazilərin hər qarışı məhz Azərbaycandır.
İrəvana göndərdiyimiz şərtlər açıqlanandan sonra Ermənistan tərəfi cavabını bəyan etdi. Amma rəsmi İrəvan bu cavab ilə nə sülh sazişi imzalamaq istəyən bir dövlət təəssüratı bağışladı, nə də Qarabağ ermənilərinin taleyini düşünən bir dövlət imici yarada bildi. Çünki Erməni tərəfinin Bakının 5 bəndlik təklifinə Minsk qrupu ilə qarşılıq verməsi rəsmi İrəvanın şərtləri qəbul etmək istəməməsindən başqa bir şey deyil.

Lakin belə görünür ki, rəsmi Bakı İrəvandan belə cavab gələcəyini də gözləyirmiş və bunun üçün də artıq "B" planı da düşünülüb. Son günlər sülhməramlıların müvəqqəti nəzarət zonasında yaranan istilik problemi Qarabağ erməniləri arasında ciddi təşviş, narahatlıqla müşayiət olunmaqdadır.

Sülhməramlı qüvvələrin müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatının hələ də bərpa olunmaması ilə bağlı yayılan məlumatların ardınca məlum oldu ki, Azərbaycan tərəfi qazla bağlı yaranan problemin həlli qarşılığında kontingentin yerləşdiyi ərazilərdən keçən, Qarabağın dağlıq hissəsinə nəzarət etmək nöqteyi nəzərdən olduqca strateji sayılan yollardan istifadə etməsi ilə bağlı şərt irəli sürüb və separatçı rejim bunun onlar üçün ciddi risk olduğu qənaətindədirlər. Belə görünür ki, şərtə razılıq verilmədiyi üçün Azərbaycan da istilik probleminin aradan qaldırılması üçün "hə" deməyə tələsmir.

Təbii, nəzərə alsaq ki, Qarabağın dağlıq hissəsində qış daha sərt müşayiət olunması ilə diqqət çəkir, o zaman sülhməramlıların müvəqqəti nəzarət zonasındakı ermənilərin istilik probleminin günbəgün uzanması Bakının ancaq xeyrinə olan məsələdir. Onsuz da normal hava şəraitində oradakı ermənilərin yaşayış səviyyəsinin dözülməz vəziyyətdə olması heç kimə sirr deyil, bir yandan da belə bir problemlə üz-üzə qalmaları onların soyuğa daha çox dözə bilməyəcəkləri məsələsini aktuallaşdırır. Nəticə etibarı ilə isə Azərbaycan heç bir hərbi təzyiq, güc tətbiq etmədən yavaş-yavaş hədəfinə doğru irəliləmiş olur.

Bildiyimiz kimi, Prezident İlham Əliyev də müsahibələrində dəfələrlə qeyd edib ki, sülhməramlılar ermənilərin Qarabağa axınını təmin etmək üçün Laçın dəhlizi ilə Xankəndinə doğru hərəkət edən avtomobilləri yoxlamaq əvəzinə, Qarabağdan çıxanların qarşısını kəsərək gedənlərə mane olmağa çalışırlar. İndiki situasiya isə sülhməramlıların planlarının da işə yarımayacağından xəbər verir.

Bunun təsdiqi kimi təkcə Xocalıdakı son vəziyyətə nəzər salmaq kifayətdir deyə düşünürəm: Bir zamanlar təxminən 800 erməninin yaşadığı "Naxçivanik" dedikləri Naxçıvanlı kəndində indi 100 erməni qalıb. Onların da tam əksəriyyəti Naxçıvanlını tərk etməkdə israrlı və qərarlıdır. Orada qalanların çoxu isə yaşlı sakinlərdir. Separatçılar artıq beş gündür ki, kənd təsərrüfat işlərini, daha dəqiq olsaq, səpin kampaniyasını dayandırıblar. Belə ermənilərdən biri açıqlamasında "Rahat yaşayışı, həyatı çoxdan unutmuşuq. Burada qalmaq artıq mümkün deyil. İmkan düşən kimi çıxıb gedəcəyik" deməklə əslində Qarabağdakı ermənilərin səsini duyurmuş olub.

10 noyabr üçtərəfli bəyanatından bəri Qarabağa daxil olan sülhməramlı kontingent sürətli şəkildə oradakı ermənilərin məişət məsələlərini yoluna qoymağa, qısa zamanda müxtəlif yollarla həll etməyə çalışırdılarsa, indi Qarabağda vəziyyət o deyil. Bunu sadaladığımız proseslər belə deməyə əsas verir. Başı Ukrayna ilə müharibəyə qarışan, ciddi sanksiyalarla xeyli zərbə alan Moskvanin hətta Qarabağdakı sülhməramlıların bir hissəsini Ukraynaya aparması da hər kəsə bəllidir.

Bu azmış kimi bir də qondarma rejim mənsubları Qarabağ erməniləri üçün Rusiyanın göndərdiyi humanitar yardımı (Bu arada onlar Rusiyanın Ukraynaya hərbi təcavüzü şəraitində Donbasdakı separatçılara "humanitar yardım" göstərməyə qərar veriblər. Separatçıların qondarma "dövlət naziri" Artak Beqlaryan bəyan edib ki, Rusiya sülhməramlıları vasitəsilə Ukraynadakı hərbi əməliyyatlar nəticəsində ehtiyacı olan insanlara 14 ton humanitar yardım göndəriblər. Onun sözlərinə görə, 14 ton çox böyük həcm olmasa da, imkanları ilə müqayisədə kiçik deyil. - red) Ukraynaya yollamasi həm sülhməramlıların, həm də ermənilərin işini xeyli çətinə salan məsələlərdən oldu.

Qarabağda ermənilər arasında narazılıq artır, sülhməramlı kontingentin koordinasiyasının dağıldığı, bir-birləri ilə münaqişə çıxardıqları yayılan görüntülərlə təsdiqini tapır.

Belə aydın olur ki, Ermənistanın şərtini qəbul etməyəcəyi təqdirdə Azərbaycanın işə salacağı "B" planı elə sülhməramlıların müvəqqəti nəzarət zonasındakı ərazilərin müqəddəratını həll etmək üçün nəzərdə tutulub. Belə aydın olur ki, əslində hazırda Qarabağın dağlıq hissəsindəki qaz və elektrik probleminin davam etməsi də məhz həmin planın tərkib hissəsidir. Rəsmi Bakı dünyada geosiyasi vəziyyətin bu qədər gərildiyi, yeni düzənin yarandığı, dünyanın yenidən bölüşdürüldüyü bir vaxtda ən düzgün strateji seçim edib. Rusiyanın Krımı ilhaqi prosesinin ardınca Donbassla başlayan növbəti savaşın davamı olaraq bu gün bütün dünyanın diqqət mərkəzində olan əsas hadisə kimi Rusiya-Ukrayna müharibəsini göstərə bilərik ki, Moskvaya qarşı tətbiq edilən sanksiyalarin iki həftədə ölkəni hansı vəziyyətə saldığına nəzər salmaq kifayətdir.

Onsuz da Azərbaycan 44 günlük müharibə vaxtı haqlı savaşına rəğmən Qərbin ikili standartlari, haqq-ədalət prinsiplərini gözləmədiyini, əllərində əlac olsaydı Ermənistan tərəfindən Azərbaycana qarşı ordu da yeritmək istəkləri hiss edilrdi. Buna Azərbaycanı dərhal müharibəni dayandırmaq üçün rəsmi Bakıya edilən xəbərdarlıqlar, səsləndirilən bəyanatlardan açıq sezmək mümkün idi. Amma nəzərə alsaq ki, həmin vaxt Rusiya amili regionda Azərbaycanı haqq savaşını bir yerə qədər aparmaq üçün önəmli rol oynadı və bir də indi Rusiyanın dünyadaki nüfuzu və sanksiyalar qarşısındakı vəziyyətinə nəzər salsaq, hazırda Cənubi Qafqazdaki vəziyyətin 2 il bundan öncəkindən çox fərqləndiyi nəzərdən qaçmır. Artıq Rusiyaya qarşı kollektiv Qərbdə bir koalisiyanın da formalaşdığı məsələsini diqqətdə saxlasaq, deyə bilərik ki, Azərbaycanın Qarabağdakı növbəti hədəfinə çatması üçün hərbi müdaxilə variantı ən sonuncu seçim ola bilər. İndiki halda rəsmi Bakı bunun çox yaxşı fərqindədir.

Bunun üçün də Azərbaycan Ordusunun qüdrətinə arxayın olaraq sivil şəkildə Qarabağda həm rus sülhməramlılarını fakt qarşısında qoymağa başlayıb, həm də ermənilərə ya Azərbaycan vətəndaşı kimi normal şərtlərdə, şəraitdə yaşamaq, yaxud da həmin ərazilərdən çəkilib getmək üçün bir imkan yaradıblar.

Prezident İlham Əliyev ötən gün 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçıları olan milli üzvlərini qəbul edərkən çıxışı zamanı "Biz mülki əhaliyə qarşı vuruşmamışıq, qəddarlıqla məşğul olmamışıq" ifadəsi ilə Qarabağda hazırkı vəziyyətlə bağlı Bakının tutduğu mövqenin nədən ibarət olduğu barədə cəmiyyətə müəyyən siqnallar da ötürüb. Belə aydın olur ki, Azərbaycan çox yaxşı anlayır ki, Ukraynaya müharibə müddətində milyonlarla dollar dəyərində etdiyi humanitar yardımları nəzərə almadan düşmənin təxribatlarına hər hansı bir müdaxiləsi Qərbi "Rusiyanın müttəfiqi Rusiyanın yolu ilə getmək istəyir" deyib, Bakını növbəti hədəf seçə bilər. Necə ki, biz bunu Azərbaycanda "qatil", Ukraynada "ümid" silahı kimi adlandırılan "Bayraktar"la bağlı məsələdə şahid olduq. Odur ki, Azərbaycan yaşayış üçün çox vacib olan ünsürləri əlində cəmləməklə Qarabağda vəziyyəti kontorlda saxlayaraq məqsədinə çatmaq haqda düşünür.

Xankəndi şəhərinin rəsmi "Twitter" səhifəsində ötən gün paylaşılan "Xankəndi sakinləri mövcud olan qaz probleminin həlli üçün SOCAR-a müraciət edə bilərlər" elanı Azərbaycanın düşməni ipə-sapa yatırmağa başladığını, özü də bunu hər hansı hərbi təzyiq nümayiş etdirmədən, fürsəti düzgün dəyərləndirməklə bacardığından xəbər verir. Sosial şəbəkədə ermənilərə məxsus bu hesabdan edilən sözügedən paylaşım da Qarabağın erməni əhalisinə artıq buradakı bütün vəziyyətə Azərbaycanın nəzarət etdiyini, probleminizi də Azərbaycanın həll edə biləcəyi mesajıdır.

Hadisələrin gedişi Azərbaycanın qısa zamanda Xankəndi və sülhməramlıların müvəqqəti nəzarət zonasındakı ətraf ərazilərə nəzarəti tezliklə tamamilə ələ almaq imkanlarının durmadan artdığından xəbər verir.

Vəziyyət o həddə çatıb ki, artıq erməni nazirlər, hərbçilər yaranmış vəziyyətə görə bir-birini ittiham etməyə başlayıblar. Belə hallardan biri elə bu gün baş verib. Belə ki, Ermənistan müdafiə naziri Suren Papikyanın Zəngəzura (Sünik) səfəri zamanı Ermənistan-Azərbaycan sərhəddində yaranan gərginliyin əsl günahkarının kim olduğunu aşkara çıxarıb. Ermənistan MN mətbuat xidmətindən verilən məlumata görə, Papikyan zabitlərlə görüşdə baş verən son hadisələrdən danışıb. Nazir vurğulayıb ki, baş verənlər düzgün nizam-intizamın və bəzi hərbçilərin mənəvi-psixoloji durumunun nəticəsidir. O, belə halların təkrarlanmaması üçün işlərin görülməsini tapşırıb. Buradan belə aydın olur ki, eməni nazir sərhəddəki son hadisələrə görə məsuliyyəti öz ordusunun üzərinə yükləyib. Və beləcə, son günlər ermənilərə məxsus sosial şəbəkə seqmentində və digər informasiya mənbələrində Azərbaycanı sərhəddəki gərginliyə görə ittihamların qarayaxma, dezinformasiyadan başqa bir şey olmadığı təsdiqini tapıb.

Ermənistan rəsmi şəkildə sərhəddəki hadisələrin məhz öz ordusundakı nizam-intizamsızlıqdan irəli gəldiyini etiraf edib. Bununla da Azərbaycanı sərhəddə gərginlik yaratmaqda ittiham edən qüvvələr, siyasi dairələr növbəti dəfə fakt qarşısında qaldılar. Bu hadisə ermənilərin Qarabağda gərginlik yaratmaqda maraqlı tərəf olduğunu, ordunun bir neçə əl tərəfindən idarəçiliyi deməkdir. Separatçı rejim qalıqları, revanşist qüvvələr və keçmiş "Qarabağ klanı" daha düşünmür ki, onların Azərbaycanla sərhəddə ordularına edəcəkləri barmağı ya don vuracaq, ya da özləri kəsib atmağı daha məqbul hesab edəcəklər.

(milli.az)

Oxunub: 645
Paylaş:
Digər xəbərlər

Xəbərlər

8-03-2022, 12:10

Ukraynanın ardınca Qarabağda da vəziyyət GƏRGİNLƏŞİR? - Rusiyadan ermənilərə DƏSTƏK MESAJI

Xəbərlər

17-02-2022, 00:49

SON DƏQİQƏ: Bakıdan sülhməramlılara "çəkilin kənara" MESAJI

Xəbərlər

27-12-2021, 00:33

Paşinyan bu açıqlaması ilə erməniləri "ODLADI"

Xəbərlər

16-07-2021, 21:51

Bakı 10 noyabr Bəyanatından İMTİNA EDİR?

Xəbərlər

4-08-2019, 14:42

"Ermənistana qarşı hərbi əməliyyat başlansın..." - AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
Pomidordan insana keçir: Üzərində bu əlamətlər görünsə, qəti yeməyin
Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
Son xəbərlər
  • Bu gün, 18:13
    Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
  • Bu gün, 15:10
    İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
  • Bu gün, 12:55
    Pomidordan insana keçir: Üzərində bu əlamətlər görünsə, qəti yeməyin
  • Bu gün, 09:03
    Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
  • Dünən, 21:29
    Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
  • Dünən, 20:56
    Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
  • Dünən, 19:15
    Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
  • Dünən, 18:03
    Uzunömürlülük üçün yemək saatı
  • Dünən, 17:48
    Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
  • Dünən, 16:30
    Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
  • Dünən, 15:14
    Qadın sağlamlığı üçün 35 yaşdan sonra vacib olan bir məhsul
  • Dünən, 14:53
    Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
  • Dünən, 13:28
    Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...
  • Dünən, 12:22
    Gizli yağ ürək xəstəlikləri riskini artıra bilər
  • Dünən, 11:45
    Sosial yardım alanların sayı niyə azalıb? – Səbəblər açıqlandı
  • Dünən, 10:33
    Dünya tarixində ən böyük neft sazişini imzaladıq - Tramp
  • Dünən, 09:09
    Yorğunluq və unutqanlığın səbəbi...
  • 28-08-2026, 21:58
    Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
  • 28-08-2026, 20:01
    Rusiya Avropanı hədəfə aldı - “İsgəndər-1000” raketləri Kalininqradda yerləşdirilir
  • 28-08-2026, 19:43
    “İkinci Türkiyə” yaranır? – Azərbaycan üçün mühüm GƏLİŞMƏ
  • 28-08-2026, 18:36
    Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
  • 28-08-2026, 17:12
    Altı AB ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı
  • 28-08-2026, 16:25
    Bu, yəhudilərin sonu deməkdir – Netanyahu
  • 28-08-2026, 15:33
    Ağ və ya qara üzüm? Biri daha faydalıdır
  • 28-08-2026, 14:22
    Putin NATO ərazisinə hücum etməyəcək - Tramp
  • 28-08-2026, 13:54
    Kirayə mənzillərin qiyməti nə qədər artacaq?
  • 28-08-2026, 12:07
    Gənclər üçün ürək xəstəliyi təhlükəsi: 10 nəfərdən 8-də...
  • 28-08-2026, 11:18
    Azərbaycanın bu şəhəri paytaxt olacaq – ANONS VERİLDİ
  • 28-08-2026, 10:49
    Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
  • 28-08-2026, 09:00
    Arıqlamaq istəyənlər kaloridən çox buna diqqət etməlidir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə