• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Səhər yataqdan qalxdığınızda beliniz ağrıyırsa, diqqət edin! - Səbəbi budur
Saf qızıl istehsal edən bitki tapıldı: Hər evdə yetişdirilməsi mümkündürmü?
Uşağınız daim ağzı açıq nəfəs alır ? - Səbəb bu ola bilər!
Dəm qazı nədir və ondan necə qorunmaq olar?
İran ətrafında yeni vəziyyət: qüvvələr cəmləndi, Tramp işarə etdi
Yüksək qan təzyiqinə qarşı ən sağlam çörək hansıdır?
III Dünya müharibəsi planında Türkiyə detalı: 48 saatda hər şey dağılacaq
Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ
Pediatrik onkoloji xidmətləri də icbari tibbi sığorta qarşılayacaq
Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
ABŞ ordusu İran yaxınlığında: Xamenei elə bu həftə vurula bilər
Mədən suları həm faydalı, həm də zərərlidir - Depressiya, intihar...
Rusiya müharibəyə hazırlaşır: İki ərazi hədəf göstərildi – Yeni dəhliz təhdidi
Avstraliyada təyyarə qəzaya uğradı: ölənlər var
Kişi və qadınlarda insult fərqli olur – Nevroloq
Gecə tualetə durmaq vacibdir
Nə dərmanı var, nə peyvəndi - Ölümcül virus Azərbaycana da gələ bilər?
İran etiraf etdi: ABŞ-la danışmışıq, amma…
Süni intellekti məşhur azərbaycanlı yaradıb? – 3 ad çəkildi
Xərçəng hüceyrələrini öldürən çay
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Rusiyaya qarşı sanksiyalar hansı sahələri ƏHATƏ EDƏCƏK? – Qərb görünməmiş cəzalar VƏD EDİR

Xəbərlər

15-02-2022, 17:14

Rusiyaya qarşı sanksiyalar hansı sahələri ƏHATƏ EDƏCƏK? – Qərb görünməmiş cəzalar VƏD EDİR


Rusiyanın Ukrayna ilə sərhədə sürətlə hərbi qüvvələr cəmləşdirməsi bir sıra xarici ölkələrin öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırması ilə nəticələnib. İki gün əvvəl isə Hollandiya hava yolları şirkəti KLM və Almaniyanın “Lufthansa” şirkəti Ukraynaya uçuşları dayandırıb. Hər iki şirkət Ukrayna səmasından uçmamağı Rusiya amili ilə əlaqələndirib. Rusiya isə bu addımı özünə qarşı şantaj hesab edir.

Xatırladaq ki, 2014-ün yayında Hollandiyanın paytaxtı Amsterdamdan qalxan və Malayziyanın Kuala Lumpur şəhərinə uçan sərnişin təyyarəsi Ukraynanın Donetsk şəhəri yaxınlığında separatçılar tərəfindən vurulmuşdu. Nəticədə təyyarədə olan heyət və sərnişinlərin hamısı – 298 insan həyatını itirmişdi. Sərnişinlərin böyük əksəri Hollandiya vətəndaşları idi. Bu baxımdan, aviaşirkətlərin Ukrayna üzərindən uçuşları dayandırması təbii görünür.

Rusiyanın hərbi qüvvələrinin Şərqə – Ukraynaya doğru hərəkətinin intensivləşməsi Qərbdən bu ölkəyə qarşı sərt sanksiya xəbərdarlıqlarını da gücləndirib. Son vaxtlara qədər sanksiyalardan kənarda qalacaq bəzi obyektlər və əlaqələr də artıq sanksiya siyahısına əlavə olunmaqdadır. Belə ki, Avstriyanın iqtisadiyyat naziri Marqaret Şrambek bəyan edib ki, Avropa İttifaqının Rusiyaya qarşı kəskin sanksiyaları hazırlanır və bura “Şimal Axını-2″ qaz kəməri də daxil edilə bilər: ”Biz ümid edirik ki, müdaxilə olmayacaq. Olarsa, mövcud qaz nəqli həcmlərinə sanksiya tətbiq olunmayacaq. Lakin Almaniya kəmərin istismarına icazə verməyəcək”.

“Reuters”in şənbə günü Fransa prezidenti Emmanuel Makronun administrasiyasındakı mötəbər mənbələrə istinadən yaydığı məlumata görə, artıq Ukraynaya hərbi müdaxilə halında Rusiyanın banklararası SWIFT sisteminə çıxışının məhdudlaşdırılması məsələsi də müzakirə olunur.

ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiyadan ibarət G7 ölkələrinin maliyyə nazirlərinin dünənki açıqlamasında isə Ukraynaya hərbi müdaxilə edərsə, Rusiyaya qarşı ən kəskin sankiyaların tətbiq olunacağı qeyd edilir. Böyük Britaniya hökumətinin internet saytında yerləşdirilən bəyanatda bildirilir ki, bu sanksiyalar Rusiya iqtisadiyyatı üçün “çox sürətli və geniş miqyaslı nəticələrə” səbəb olacaq: “Biz kollektiv şəkildə Rusiya iqtisadiyyatı üçün genişmiqyaslı və sürətli nəticələri olacaq iqtisadi və maliyyə sanksiyalarını tətbiq etməyə hazırıq. Rusiyanın Ukraynaya qarşı hər hansı hərbi aqressiyasına sürətli və koordinasiya olunmuş cavab tədbirləri ilə qarşılıq veriləcək”.

Nazirlər onu da bəyan ediblər ki, G7 Ukrayna iqtisadiyyatını dəstəkləmək üçün “təcili və qətiyyətli hərəkət edəcək”, eyni zamanda deslakasiyaya nail olmağın diplomatik yollarının tapılması cəhdlərini dəstəkləyəcək.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan bəyan edib ki, sanksiyaların Rusiyaya vuracağı zərəri Çin heç bir halda qarşılamaq, yaxud əvəzləmək gücündə deyil. Onun sözlərinə görə, Çinlə Rusiya dünya iqtisadiyyatında 20 faiz, sanksiya tətbiq edəcək dövlətlər isə 50 faiz paya malikdirlər: “Çin ABŞ və onun müttəfiqlərinin sanksiyalarından Rusiyanın itirəcəklərini kompensasiya etmək gücündə deyil”.

Sallivan vurğulayıb ki, ABŞ və müttəfiqləri Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə Rusiyaya çox qısa zaman ərzində böyük zərər vuracaq sanksiyalar üzərində işləyirlər.

Rusiyaya qarşı sanksiyaların tətbiqi nə qədər realdır? Rusiya bu sanksiyaları gözardı edib Ukraynaya müdaxiləni reallaşdırarsa, hansı problemlərlə üzləşə bilər?

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Rusiya Ukraynaya birbaşa hərbi müdaxilə etməkdən çəkinəcək: “Bunu dolayı yollarla edəcək. Onsuz da Rusiya Krımı ilhaq edərək, qondarma qurumları dəstəkləməklə Ukraynaya artıq müdaxilə edib. Bu baxımdan, bəzən Qərb dairələrinin açıqlamalarını anlamaq çətindir. Düşünürəm ki, indi Rusiya başqa cür davranacaq: ilk mərhələdə qondarma qurumları müstəqil dövlət kimi tanıyıb, sonra Ukrayna və Qərbin atacağı addımları gözləyəcək. Həmin bölgələrdə Rusiya artıq referendumlar keçirib, altyapı hazırlayıb. Rəsmi tanınmadan sonra sanksiyalar, əlbəttə, olacaq. Lakin bu sanksiyaların da ikili təsiri olacaq. Məsələn, Avropanın illik 510 milyrd kubmetr təşkil edən qaz təminatının 178 milyard kubmetrini Rusiyadan alır. Avropa qısa müddətdə bu həcmləri digər mənbələrdən təmin etmək imkanları yoxdur. Bəlkə yaxın 2-3 ildə mümkün olar, amma indi real deyil. Buna görə də düşünürəm ki, sanksiyalarda da müəyyən dəngələr gözlənəcək”.

Ekspert əmindir ki, sanksiyalar mütləq olacaq. Lakin onların Rusiyanı tam çökdürəcək gücdə olması gözlənilən deyil: “Ən azından Avropanın iki böyük dövləti – Fransa və Almaniya Rusiyaya qarşı, məsələn, energetika sektorunu əhatə edəcək sanksiyaların tərəfdarı deyillər. Buna görə də sanksiyaların bank sistemini, qiymətli kağızlar sahələrini əhatə edəcəyi daha realdır”.

Artıq “Vahid elektron lövhə” tətbiqi bu problemi həll edəcək” – Vüqar Bayramov » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Millət vəkili Vüqar Bayramov qeyd edir ki, bir sıra aparıcı Qərb ölkələri Kiyevdəki yerli diplomatik fəaliyyətlərini məhdudlaşdırırlar: “ABŞ prezidenti öz ölkəsinin vətəndaşlarını qısa zamanda Ukraynanı tərk etməyə səsləyib. Rusiya ilə Ukrayna arasındakı gərginlik daha da dərinləşməkdədir. İki MDB üzvü arasındakı gərginlik bu dövlətlərin iqtisadi əlaqələrindən də yan keçməyib. Belə ki, uzun müddət regionda aparıcı ticarət tərəfdaşları olan Şimal qonşumuzla Ukrayna Rusiyanın Krımı özünə birləşdirməsindən sonra iqtisadi sahədə əməkdaşlığı kəskin azaldıblar. 2011-ci ildə Ukraynanın Rusiyaya illik ixracatı 19 milyard dollara çatmışdı. Bu göstərici 2021-ci ildə 5 milyard dollaradək azalıb. Eyni zamanda 2011-ci ildə Ukraynaya 18 milyard dollardan artıq ixrac edən Rusiya ötən il öz qonşusuna 6 milyard dollarlıq mal və xidmət göndərə bilib. 2013-cü ildə Rusiya Ukrayna ixracatının 25.7 faizini formalaşdırırdısa, ötən il bu pay 7.7 faizədək azalıb”.

Millət vəkilinin fikrincə, mövcud gərginlikdən sonra iqtisadi əlaqələrin daha da zəifləyəcəyi gözlənilir: “Müharibə və siyasi gərginlik ölkələrin ticari əlaqələrinə hələ uzun müddət təsirsiz ötüşməyəcək”. //musavat.com

Oxunub: 867
Paylaş:
Digər xəbərlər

Xəbərlər

14-02-2022, 20:08

ABŞ liderindən Ukraynaya BÖYÜK DƏSTƏK

Xəbərlər

11-02-2022, 14:45

Müharibə başlasa Rusiya parçalanacaq - Maqdanın PROQNOZU

Xəbərlər

10-02-2022, 21:26

Rusiya Ukrayna ilə gərginliyin azaldılması üçün şərtləri AÇIQLADI

Xəbərlər

26-01-2022, 00:42

Ukrayna ətrafında yaranan gərginliyin SƏBƏBİ NƏDİR?

Xəbərlər

30-11-2021, 07:50

NATO-dan Rusiyaya daha bir ÇAĞIRIŞ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Səhər yataqdan qalxdığınızda beliniz ağrıyırsa, diqqət edin! - Səbəbi budur
Saf qızıl istehsal edən bitki tapıldı: Hər evdə yetişdirilməsi mümkündürmü?
Uşağınız daim ağzı açıq nəfəs alır ? - Səbəb bu ola bilər!
Dəm qazı nədir və ondan necə qorunmaq olar?
İran ətrafında yeni vəziyyət: qüvvələr cəmləndi, Tramp işarə etdi
Yüksək qan təzyiqinə qarşı ən sağlam çörək hansıdır?
Son xəbərlər
  • Bu gün, 09:08
    Səhər yataqdan qalxdığınızda beliniz ağrıyırsa, diqqət edin! - Səbəbi budur
  • Dünən, 22:43
    Saf qızıl istehsal edən bitki tapıldı: Hər evdə yetişdirilməsi mümkündürmü?
  • Dünən, 21:09
    Uşağınız daim ağzı açıq nəfəs alır ? - Səbəb bu ola bilər!
  • Dünən, 20:52
    Dəm qazı nədir və ondan necə qorunmaq olar?
  • Dünən, 19:24
    İran ətrafında yeni vəziyyət: qüvvələr cəmləndi, Tramp işarə etdi
  • Dünən, 18:17
    Yüksək qan təzyiqinə qarşı ən sağlam çörək hansıdır?
  • Dünən, 17:18
    III Dünya müharibəsi planında Türkiyə detalı: 48 saatda hər şey dağılacaq
  • Dünən, 16:39
    Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ
  • Dünən, 15:21
    Pediatrik onkoloji xidmətləri də icbari tibbi sığorta qarşılayacaq
  • Dünən, 14:58
    Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
  • Dünən, 13:44
    ABŞ ordusu İran yaxınlığında: Xamenei elə bu həftə vurula bilər
  • Dünən, 12:22
    Mədən suları həm faydalı, həm də zərərlidir - Depressiya, intihar...
  • Dünən, 11:39
    Rusiya müharibəyə hazırlaşır: İki ərazi hədəf göstərildi – Yeni dəhliz təhdidi
  • Dünən, 10:27
    Avstraliyada təyyarə qəzaya uğradı: ölənlər var
  • Dünən, 09:07
    Kişi və qadınlarda insult fərqli olur – Nevroloq
  • 26-01-2026, 22:10
    Gecə tualetə durmaq vacibdir
  • 26-01-2026, 21:48
    Nə dərmanı var, nə peyvəndi - Ölümcül virus Azərbaycana da gələ bilər?
  • 26-01-2026, 20:25
    İran etiraf etdi: ABŞ-la danışmışıq, amma…
  • 26-01-2026, 19:18
    Süni intellekti məşhur azərbaycanlı yaradıb? – 3 ad çəkildi
  • 26-01-2026, 18:30
    Xərçəng hüceyrələrini öldürən çay
  • 26-01-2026, 17:58
    Paşinyan Aprel döyüşləri zamanı nələr edib? – İlk dəfə üzə çıxdı
  • 26-01-2026, 16:27
    Tramp Qrenlandiya ilə bağlı planlarını niyə dəyişdi?
  • 26-01-2026, 15:11
    Dağınıq skleroz: əlamətləri və müalicəsi
  • 26-01-2026, 14:31
    Bu tarixdə güclü günəş partlayışları gözlənilir
  • 26-01-2026, 13:22
    Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?
  • 26-01-2026, 12:55
    Bir ay öncədən verilən siqnal: "Ağız qoxusu infarktın xəbərçisidir"
  • 26-01-2026, 11:38
    Maduroya kim xəyanət edib? – Səfir işarə etdi
  • 26-01-2026, 10:22
    Sərhəddə panika: ABŞ-ın zərbə qrupu İrana yaxınlaşır
  • 25-01-2026, 23:30
    Ağ çörək niyə tünd çörəkdən üstün sayılır? - AÇIQLAMA
  • 25-01-2026, 22:08
    Təhlükəli "Nipah" virusu yayılır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə