• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Yaz gəldi, allergiya mövsümü başladı - Necə qorunmalı?
Sakit başlayan təhlükəli vəziyyət - Yod defisiti
İsraillə müharibənin dayandırılması üçün yeganə şərt açıqlandı
Ukrayna Yaxın Şərqə qoşun yeridib? - Zeleniskidən KRİTİK AÇIQLAMA
Xərçəngin metastaz verdiyini göstərən - 5 Əlamət
5 dövlət hücumu təsdiqlədi: Qurudan ölkəyə girəcəklər
Müctəba Xamenei iclas keçirdi: bu addımı diqqət çəkdi
Uşaqlarda burun axıntısı nə zaman təhlükəlidir?
İrana qoşun göndərməyəcəyik - Tusk
Sosial müavinətlərlə bağlı YENİLİK - Mayın 1-dən...
Yaponların uzunömürlülük SİRRİ: Hər gün yeyirlər
Həmin növ qulaqlıqlar ciddi risk yaradır - Xəbərdarlıq
Donor ürəyi köçürülən insan nə qədər yaşayır?
Tramp NATO müttəfiqlərinə və Asiyadakı tərəfdaşlarına MESAJ GÖNDƏRDİ
Müctəba Rusiyadadır? - Səfir açıqladı
Novruzun ən faydalı neməti - Səməni halvasının bədənə təsiri
Azərbaycan və İran Naxçıvana hücumu araşdıran birgə qrup yaratdı
Zəngəzur dəhlizinə yeni təhlükə: Paşinyan xəbərdarlıq etdi, təxirə düşməyəcək lakin…
Keçməyən öskürək təhlükəlidir - Xərçəng riski
Regionu qarışdıran şantaj iddiası: Trampın videoları İsraildədir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Avropanı qorxuya salan təhlükə: Plan hazırlanır

Xəbərlər

25-10-2025, 19:37

Avropanı qorxuya salan təhlükə: Plan hazırlanır


Avropanın təhlükəsizliyi qitənin əsas prioritetləri sırasındadır. Rusiyanın Ukraynada başlatdığı müharibə, işğalın günbəgün genişlənməsi Avropanı da narahat edir. Rusiya dronları Avropa üzərində uçur, nəticədə təyyarə reysləri təxirə salınır, hətta onlar NATO hərbi bazaları üzərində də görünməyə başlayıb. Bu da Avropa İttifaqı (Aİ) ölkələrini təxirəsalınmaz addımlar atmağa məcbur edir. Sanksiyalar Rusiyanın aqressiv hərəkətlərinin qarşısını ala bilmir. İndiyə qədər 19 sanksiya paketi tətbiq olunsa da, Kreml geri çəkilənə oxşamır.

Avropanın müdafiə imkanlarını gücləndirəcək plan

Aİ preventiv addım kimi quruma üzv dövlətlərdə "Sülhün qorunması – 2030 Müdafiə Hazırlığı yol xəritəsi" planını təqdim edib. Plan Avropanın müdafiə imkanlarını gücləndirməyə yönəlib. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen planla bağlı nikbin əhval-ruhiyyədədir. O bildirib ki, son təhdidlər Avropanın risk altında olduğunu göstərir: “Biz hər bir vətəndaşı və ərazimizin hər santimetrini qorumalıyıq. Avropa vahid, həmrəy və qətiyyətlə hərəkət etməlidir. Yol xəritəsi 2030-cu ilə doğru yolda ümumi məqsədləri və konkret mərhələləri özündə ehtiva edən aydın plandır".

Bəs sənəddə nələr nəzərdə tutulub? İlkin məlumata görə, sənəd ilkin olaraq dörd əsas təşəbbüsün yaradılmasını nəzərdə tutur - "Dron divarı" (European Drone Defence Initiative), "Şərq sərhədi gözətçisi" (Eastern Flank Watch), "Avropa hava qalxanı" (European Air Shield) və "Kosmosda müdafiə" (Defence Space Shield). Bunlar quruda, dənizdə, havada, kiber məkanda və kosmosda Avropanın müdafiəsini gücləndirməli və NATO məqsədlərinin yerinə yetirilməsinə töhfə verməlidir. Bundan əlavə, plan silahların birgə hazırlanması və alınması üçün doqquz "imkanlar koalisiyası"nın formalaşdırılmasını, Aİ-nin müdafiə sənayesinin inkişafını, idxaldan asılılığın azaldılmasını və 2030-cu ilə qədər müdafiə avadanlıqlarının vahid bazarının yaradılmasını ehtiva edir. “Yol xəritəsi” həmçinin 2027-ci ilə qədər bütün Avropa boyunca qoşunların və texnikanın sürətli hərəkəti üçün quru, hava və dəniz marşrutları şəbəkəsi ilə ümum-Avropa hərbi mobillik zonasının yaradılması planlarını nəzərdə tutur. NATO ilə sıx əlaqədə hazırlanmış bu təşəbbüs Avropanın böhranlara sürətli reaksiya vermək qabiliyyətini gücləndirəcək.

Hərbi və kosmik məqsədlər üçün 131 milyard avro

Aİ-nin müdafiə məsələləri üzrə komissarı Andryus Kubilyus bildirib ki, qurumun yeni yeddi illik büdcəsində hərbi və kosmik məqsədlər üçün 131 milyard avronun ayrılmasını təklif edib ki, bu da əvvəlki dövrlə müqayisədə (25,5 milyard avro) beş dəfə çoxdur. Yeni büdcə planı 2026-cı ilin sonunadək Aİ-nin bütün ölkələri tərəfindən təsdiqlənməlidir. Andrius Kubiliusun sözlərinə görə, ittifaqa üzv bütün dövlətlər 2028-ci ilədək hərbi xərclərini ümumdaxili məhsullarının azı üç faizinə çatdırsalar, Aİ ölkələrinin 2028–2035-ci illər üçün hərbi xərcləri 4,2 trilyon avroya çata bilər.

“Reuters”in məlumatına görə, əvvəlcə Aİ-nin şərq sərhədlərinin müdafiəsi üçün nəzərdə tutulmuş "dron divarı"nın yaradılması təşəbbüsünü genişləndirmək təklif edilir. Agentliyin bildirdiyinə görə, qərar bəzi regionların özlərini “məhrum hiss etdiklərini bildirməsindən" sonra qəbul edilib. "Yol xəritəsi”ndə pilotsuz uçuş aparatlarına qarşı sistemlər kimi əsas sahələr üçün imkanlar, məqsədlər və mərhələlər müəyyən ediləcək.

Xatırladaq ki, Aİ-də "dron divarı"nın yaradılması ilə bağlı müzakirələr 2024-cü ilin may ayından aparılır. Kubilius bu təşəbbüslə həmçinin ötən sentyabrda Polşa sərhədində vurulan və Danimarka, İsveç, Norveç və Almaniyanın hava məkanını pozan pilotsuz uçuş aparatları ilə bağlı hadisələrdən sonra çıxış edib. Lakin “Politico” və “Financial Times”ın qeyd etdiyi kimi, AK-nın təşəbbüsü Aİ ölkələrinin liderləri arasında birmənalı qarşılanmayıb. Onlardan bəziləri, o cümlədən Fransa Prezidenti Emmanuel Makron belə bir layihənin təhlükəsizlik sahəsində qəbul edilən bütün qərarların Brüsseldə mərkəzləşdirə biləcəyi ilə bağlı narahatlığını ifadə edib. Bundan əlavə, "dron divarı" çox baha başa gələ bilər və onun effektivliyi yalnız kağız üzərində sübut edilib.

Təşəbbüs realdırmı?

Xatırladaq ki, NATO-nun iyunda keçirilən Haaqa sammitində 32 ölkədən ibarət alyans 2035-ci ilədək ÜDM-nin 5 faizini müdafiəyə xərcləmək öhdəliyi götürüb. İndi isə bu hədəfə necə çatmaq əsas müzakirə mövzusuna çevrilib. Avropalılar müdafiə xərclərinin artırılmasının ABŞ ilə münasibətlər üçün yaxşı olduğunu anlayırlar, amma məyusluq da var. Adının çəkilməsini istəməyən avropalı diplomatlardan biri mediaya deyib ki, Ukraynaya ABŞ silahının NATO vasitəsilə verilməsi optimal seçim deyil. Çünki bu halda Aİ ölkələri "iki dəfə ödəniş etməli olur: birinci ABŞ müdafiə sənayesi, sonra isə özləri üçün". Hazırda ən təcili məsələ isə Avropanın havadan və raketlərə qarşı müdafiəsinin inteqrasiyasıdır. NATO-nun Baş katibi Mark Rutte qarşıdakı illərdə alyansın havadan müdafiə xərclərini 400 faizədək qaldırmalı olduğunu deyib.

Cənubi və Qərbi Avropa ölkələrinin narahatlıqları, regional prioritetlərin balanslaşdırılması və büdcə məsələləri bu təşəbbüsün taleyini müəyyən edəcək. Əgər Brüssel bu mexanizmi bütün qitəni əhatə edən inklüziv və adaptiv sistemə çevirə bilsə, “dron divarı” qitənin təhlükəsizlik tarixində yeni mərhələnin başlanğıcı olacaq. ("Kaspi" qəzeti)

Oxunub: 140
Paylaş:
Digər xəbərlər

Xəbərlər

17-10-2025, 10:33

Gözlənilən müharibənin vaxtı açıqlandı: Rusiyaya qarşı plan hazırdır

Xəbərlər

4-10-2025, 13:28

Avropanı qarışdıran qırmızı xəbərdarlıq – Rusiya açıq hədəf göstərildi

Xəbərlər

6-05-2025, 13:21

Avropanın yarısı razılaşdı – Yeni müdafiə planı hazırlanıb

Xəbərlər

16-09-2024, 13:42

Avropa İttifaqı NATO-ya rəqib qurum yaradır? - Stoltenberq açıqladı

Xəbərlər

10-10-2022, 16:51

Avropa Komissiyasından Rusiyaya qarşı yeni SANKSİYALAR

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Yaz gəldi, allergiya mövsümü başladı - Necə qorunmalı?
Sakit başlayan təhlükəli vəziyyət - Yod defisiti
İsraillə müharibənin dayandırılması üçün yeganə şərt açıqlandı
Ukrayna Yaxın Şərqə qoşun yeridib? - Zeleniskidən KRİTİK AÇIQLAMA
Xərçəngin metastaz verdiyini göstərən - 5 Əlamət
5 dövlət hücumu təsdiqlədi: Qurudan ölkəyə girəcəklər
Son xəbərlər
  • Bu gün, 21:09
    Yaz gəldi, allergiya mövsümü başladı - Necə qorunmalı?
  • Bu gün, 18:37
    Sakit başlayan təhlükəli vəziyyət - Yod defisiti
  • Bu gün, 17:33
    İsraillə müharibənin dayandırılması üçün yeganə şərt açıqlandı
  • Bu gün, 16:49
    Ukrayna Yaxın Şərqə qoşun yeridib? - Zeleniskidən KRİTİK AÇIQLAMA
  • Bu gün, 15:46
    Xərçəngin metastaz verdiyini göstərən - 5 Əlamət
  • Bu gün, 14:04
    5 dövlət hücumu təsdiqlədi: Qurudan ölkəyə girəcəklər
  • Bu gün, 13:46
    Müctəba Xamenei iclas keçirdi: bu addımı diqqət çəkdi
  • Bu gün, 12:31
    Uşaqlarda burun axıntısı nə zaman təhlükəlidir?
  • Bu gün, 11:51
    İrana qoşun göndərməyəcəyik - Tusk
  • Bu gün, 10:57
    Sosial müavinətlərlə bağlı YENİLİK - Mayın 1-dən...
  • Bu gün, 09:15
    Yaponların uzunömürlülük SİRRİ: Hər gün yeyirlər
  • Dünən, 22:24
    Həmin növ qulaqlıqlar ciddi risk yaradır - Xəbərdarlıq
  • Dünən, 21:21
    Donor ürəyi köçürülən insan nə qədər yaşayır?
  • Dünən, 20:48
    Tramp NATO müttəfiqlərinə və Asiyadakı tərəfdaşlarına MESAJ GÖNDƏRDİ
  • Dünən, 19:20
    Müctəba Rusiyadadır? - Səfir açıqladı
  • Dünən, 18:18
    Novruzun ən faydalı neməti - Səməni halvasının bədənə təsiri
  • Dünən, 17:53
    Azərbaycan və İran Naxçıvana hücumu araşdıran birgə qrup yaratdı
  • Dünən, 16:28
    Zəngəzur dəhlizinə yeni təhlükə: Paşinyan xəbərdarlıq etdi, təxirə düşməyəcək lakin…
  • Dünən, 15:27
    Keçməyən öskürək təhlükəlidir - Xərçəng riski
  • Dünən, 14:16
    Regionu qarışdıran şantaj iddiası: Trampın videoları İsraildədir?
  • Dünən, 13:05
    İranın ən kritik siması öldürüldü: Laricani əslində kim idi? – DOSYE
  • Dünən, 12:52
    Miqren tutmasında - 5 təcili yardım
  • Dünən, 11:21
    Şoyqu etiraf etdi: Rusiyanın heç bir regionu təhlükəsiz deyil
  • Dünən, 10:24
    Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...
  • Dünən, 09:04
    Professor: xalq təbabətində istifadə olunan bu otlar təhlükəli ola bilər
  • 16-03-2026, 22:38
    Pentaqonun arxivində iki mindən çox UNO hadisəsi var: Alimlər niyə bu mövzudan çəkinirlər?
  • 16-03-2026, 21:34
    Yatmazdan əvvəl yeyilən bu qida möcüzələr yaradır
  • 16-03-2026, 20:30
    İran ABŞ-dan atəşkəs istəyib? - Açıqlama
  • 16-03-2026, 19:04
    ABŞ İranın neft obyektlərini ələ keçirmək istəyir - Quru əməliyyatı baş tuta bilər
  • 16-03-2026, 18:25
    Bu sadə addımlarla xəstəliklərdən qoruna bilərsiniz
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə