Hindistanın Rusiya neftinin ən böyük alıcısı olan "Reliance Industries" şirkəti ABŞ-ın "Lukoil", "Rosneft" və onların törəmə şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalardan sonra Yaxın Şərq və Birləşmiş Ştatlardan xam neft almağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilir ki, bura Səudiyyə Ərəbistanının "Khafji", İraqın "Basrah Medium" və Qətərin "Al-Shaheen" xam nefti aiddir. Bu tədarükün dekabr və ya yanvar aylarında baş tutacağı gözlənilir.
Ümumilikdə, Hindistan şirkəti oktyabr ayında spot bazarda ən azı 10 milyon barel xam neft alıb ki, bunun da əksəriyyəti, Yaxın Şərq markaları olub. "Reliance Industries"in xam neft alışlarının böyük hissəsi ABŞ-ın Rusiyaya qarşı sanksiyalarından sonra həyata keçirilib.