• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Uzunömürlülük üçün yemək saatı
Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
Qadın sağlamlığı üçün 35 yaşdan sonra vacib olan bir məhsul
Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...
Gizli yağ ürək xəstəlikləri riskini artıra bilər
Sosial yardım alanların sayı niyə azalıb? – Səbəblər açıqlandı
Dünya tarixində ən böyük neft sazişini imzaladıq - Tramp
Yorğunluq və unutqanlığın səbəbi...
Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
Rusiya Avropanı hədəfə aldı - “İsgəndər-1000” raketləri Kalininqradda yerləşdirilir
“İkinci Türkiyə” yaranır? – Azərbaycan üçün mühüm GƏLİŞMƏ
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
Altı AB ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı
Bu, yəhudilərin sonu deməkdir – Netanyahu
Ağ və ya qara üzüm? Biri daha faydalıdır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Xocalı canisi belə SINDIRILDI – İrəvanın ayaqaltı edilən “QIRMIZI XƏTTLƏR”İ

Xəbərlər

2-02-2022, 14:00

Xocalı canisi belə SINDIRILDI – İrəvanın ayaqaltı edilən “QIRMIZI XƏTTLƏR”İ


Cəmiyyətdə cəmi 5 faiz dəstəyi olan Sərkisyandan gecikən etiraflar; Serjikin daldan atdığı daş yalnız özününkülərə – revanşistlərə dəyə bilər; ABŞ səfiri yenə “status” dedi, amma eşidən olmadı…

Qarabağ klanının odioz simaları başda olmaqla, revanşist qüvvələr hələ də Ermənistanda “bəlkə də qaytardılar” ümidi ilə yaşayırlar. Təkcə yaşamırlar, eyni zamanda acınacaqlı gündə olan və qonşularla barışmaqdan başqa yolu qalmayan zavallı erməni xalqını buna inandırmağa çalışırlar. Eks-prezident, Xocalı hərbi canisi Serjik Sərkisyanın yerli mediaya növbəti geniş müsahibəsi bu xüsusda istisna olmadı. Hərçənd Serjik dolayasıyla etiraf edir ki, “qatar” artıq gedib.

Müsahibədə Sərkisyan yenə köhnə və xam xəyallara dalaraq iddia edir ki, “artsax” heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Ardınca da deyir ki, bunun üçün imkanlar qalır. Yəni heç özü də öz dediyinə inanmır. Çünki “heç vaxt”la “imkanlar qalır” ifadələri bir-biri ilə uzlaşmır və əslində total ümidsizlikdən xəbər verir.

“İmkanlar” deyəndə isə təbii ki, o, ATƏT-in ermənipərəst Minsk Qrupunun təzədən dirilməsini və həmsədrlərin 44 günlük müharibədən sonra ara-sıra dilə gətirdikləri “həll prinsiplərini”, o cümlədən “öz müqəddəratı təyinetmə hüququ”nu nəzərdə tutduğunu söyləyib. Bu üzdəniraq, 30 il ərzində konflikti çözmək əvəzinə, işğalı legitimləşdirməklə məşğul olmuş qurumu isə Azərbaycan Ordusu “status”la, uydurma “həll prinsipləri” və separatçıların “müstəqillik” xülyaları ilə birgə həmişəlik tarixin zibilliyinə göndərib.

*****

Diqqətçəkicidir ki, müsahibədə erməni jurnalistin “Axı xeyli vaxtdır həmsədrlər həmin prinsiplər barədə danışmırlar” iradına Sərkisyan buna görə baş nazir Nikol Paşinyanın hökumətini passiv olmaqda suçlamaqla cavab verib. İddia edib ki, Paşinyan doğru olmayan yolla gedir, “erməni lideri kimi yox, Azərbaycan Prezidenti kimi danışır”.

Hərçənd, Paşinyan hökumətinin təmsilçiləri “status” və “həll prinsipləri” barədə heç də Sərkisyandan az dəm vurmurlar. Sadəcə, faydası yoxdur, ona görə ki, bölgədə yeni reallıq var, status-kvo ikinci ildir bambaşqadır. Artıq işğalçı erməni ordusu yoxdur və qondarma “dqr” bir yana, Ermənistanın öz mövcudluğu böyük sual altındadır.

“Biz kapitulyasiya imzalamağa məcbur olduq, sındırıldıq”. Serjikin son müsahibədə etdiyi etirafdır. “Mənim dövrümdə Minsk Qrupunun təklifləri heç vaxt bizim ”qırmızı xətləri” keçməyib”. Bu da onun sözləridir.

İrəvanın “qırmızı xətləri” deyəndə isə Sərkisyan utanıb-eləmədən bunları sıralayıb: 1. “Qarabağ ermənilərinə öz müqəddəratını təyinetmə hüququnun tanınması; 2. Ermənistanla Dağlıq Qarabağ arasında quru əlaqənin mövcudluğu; 3.Dağlıq Qarabağın ”müstəqilliyi”nin beynəlxalq birlik tərəfindın tanınması” (Baxmayaraq ki, heç Ermənistanın özü oyuncaq qurumu indiyədək tanımayıb! – red.)

Göründüyü kimi, Bakı arxasında Minsk Qrupunun dayandığı İrəvanın “qırmızı xətləri”ni də gorbagorluq edib. Bircə Laçın dəhlizi qalır ki, o da 10 noyabr üçtərəfli kapitulyasiya aktına əsasən müvəqqəti xarakter daşıyır. Bir də erməni radikal-revanşist qüvvələr ara-sıra Fransa və ABŞ-ın İrəvandakı səfirlərinin “status”la bağlı verdikləri növbətçi açıqlamalarla özlərinə təsəlli verməkdədirlər.

*****

Yeri gəlmişkən, Birləşmiş Ştatların Ermənistandakı səfiri Linn Treysi srağagün baş nazirin müavini ilə görüşdə uzun fasilədən sonra növbəti dəfə bəyan edib ki, “Dağlıq Qarabağın statusu həll olunmamış qalır”.

Lakin xanım Treysi də gözəl bilir ki, belə bəyanatlar artıq heç nəyi dəyişmir. O, ABŞ kimi fövqəldövlətin səfiri olsa belə. Ona görə ki, regionda indi şərtləri Azərbaycan-Türkiyə tandemi diktə edir. Dünən Azərbaycan parlamentində tarixi Şuşa Bəyannaməsinin ratifikasiya edilməsi bu xüsusda Ermənistanın havadarlarına da növbəti mesajdır.

Bu səbəbə sərkisyanların Ermənistanda təzədən köhnə, radikal ab-havanı, revanşist anti-Türk ovqatını bərpa eləmək, Paşinyan iqtidarının Türkiyə və Azərbaycanla barışığa yönəlik kövrək cəhdlərini sabotaj eləmək cəhdləri çətin ki, nəticə versin. Hər necə olmasa, erməni xalqı ötən il iyunun 20-də növbədənkənar parlament seçkilərində Sərkisyanın təmsil olunduğu bloka cəmi 5.6% səs verməklə, Paşinyanın partiyasını isə qalib eləməklə öz sözünü deyib, Qarabağ və “dənizdən-dənizə Ermənistan” nağıllarından, müharibələrdən bezdiyini oraya qoyub.

Odur ki, Sərkisyanın daldan atdığı daşlar yalnız özününkülərə – revanşistlərə dəyə bilər.

Revanşistlər demiş, Sərkisyan son müsahibəsində Qarabağ, “imkanlar”la bağlı söylədiklərini revanşizm kimi qəbul edilməməsini istəyib. Yəni özü də qorxur. Məntiqlidir. Bölgədəki qüvvələr nisbətini yaxşı bilən, Azərbaycan Prezidentinin Gəncədə çıxışı zamanı vurğuladığı kimi, müharibə vaxtı Köçəryanla birgə Xankəndindən dovşan kimi qaçan Sərkisyan artıq anlayır İrəvanın heç bir “qırmızı xətti”-zadı qalmayıb. Həmin “xətlər” çoxdan ayaqaltı edilib. Özü də təkcə Azərbaycan tərəfindən yox… //musavat.com

Oxunub: 816
Paylaş:
Digər xəbərlər

Xəbərlər

4-10-2021, 15:07

Çirkin ağzını açıb atamın haqqında söz demək ona çox baha başa gələr - Əliyevdən SƏRT MESAJ

Xəbərlər

27-02-2021, 13:11

Hələ də öz balamı boğmağımın əzabını çəkirəm... - Xocalı sakini

Xəbərlər

28-01-2021, 15:12

Sarkisyan Azərbaycanı HƏDƏLƏDİ: Düşmənə biabırçı keçmişini xatırladacağıq...

Xəbərlər

21-02-2020, 00:27

"Xocalı soyqırımını ruslar törədib..." - Paşinyandan ŞOK AÇIQLAMA / FOTO

Xəbərlər

22-11-2019, 00:46

"Qarabağ heç vaxt Azərbaycanın olmayacaq..." - Sərkisyandan SƏRT AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Uzunömürlülük üçün yemək saatı
Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
Son xəbərlər
  • Dünən, 21:29
    Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
  • Dünən, 20:56
    Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
  • Dünən, 19:15
    Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
  • Dünən, 18:03
    Uzunömürlülük üçün yemək saatı
  • Dünən, 17:48
    Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
  • Dünən, 16:30
    Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
  • Dünən, 15:14
    Qadın sağlamlığı üçün 35 yaşdan sonra vacib olan bir məhsul
  • Dünən, 14:53
    Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
  • Dünən, 13:28
    Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...
  • Dünən, 12:22
    Gizli yağ ürək xəstəlikləri riskini artıra bilər
  • Dünən, 11:45
    Sosial yardım alanların sayı niyə azalıb? – Səbəblər açıqlandı
  • Dünən, 10:33
    Dünya tarixində ən böyük neft sazişini imzaladıq - Tramp
  • Dünən, 09:09
    Yorğunluq və unutqanlığın səbəbi...
  • 28-08-2026, 21:58
    Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
  • 28-08-2026, 20:01
    Rusiya Avropanı hədəfə aldı - “İsgəndər-1000” raketləri Kalininqradda yerləşdirilir
  • 28-08-2026, 19:43
    “İkinci Türkiyə” yaranır? – Azərbaycan üçün mühüm GƏLİŞMƏ
  • 28-08-2026, 18:36
    Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
  • 28-08-2026, 17:12
    Altı AB ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı
  • 28-08-2026, 16:25
    Bu, yəhudilərin sonu deməkdir – Netanyahu
  • 28-08-2026, 15:33
    Ağ və ya qara üzüm? Biri daha faydalıdır
  • 28-08-2026, 14:22
    Putin NATO ərazisinə hücum etməyəcək - Tramp
  • 28-08-2026, 13:54
    Kirayə mənzillərin qiyməti nə qədər artacaq?
  • 28-08-2026, 12:07
    Gənclər üçün ürək xəstəliyi təhlükəsi: 10 nəfərdən 8-də...
  • 28-08-2026, 11:18
    Azərbaycanın bu şəhəri paytaxt olacaq – ANONS VERİLDİ
  • 28-08-2026, 10:49
    Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
  • 28-08-2026, 09:00
    Arıqlamaq istəyənlər kaloridən çox buna diqqət etməlidir
  • 27-08-2026, 22:05
    Yuxusuz gecədən sonra beyin fəaliyyətini artırmaq üçün...
  • 27-08-2026, 21:12
    Beyin şişi süni intellektin köməyi ilə çıxarıldı - Dünyada ilk
  • 27-08-2026, 20:21
    İsrail britaniyalıları da qovacaq? - Gərginlik artır
  • 27-08-2026, 18:34
    Bel ağrısı, diabet və depressiya zamanı əlillik faizi necə müəyyən edilir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə