Dünən hava limanı yolunda baş verən faciəvi qəzanın nəzarət kameralarına düşmüş anbaan görüntüləri yayılıb.
Ucnoqta.az Avtosfer.az-a istinadən xəbər verir ki, "Mercedes Vito" markalı avtomobilin sürücüsü yolun hərəkət hissəsində dayanan zaman arxadan gələn yük maşını onu vuraraq təxminən 100-150 metr sürüyüb.
Yayılan məlumatda "Mercedes" markalı minik avtomobilinin taksi xidməti ilə məşğul olduğu və qəza zamanı sərnişin mindirmək üçün dayandığı qeyd olunur.
Qəza nəticəsində 3 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.