• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Uzunömürlülük üçün yemək saatı
Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
Qadın sağlamlığı üçün 35 yaşdan sonra vacib olan bir məhsul
Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...
Gizli yağ ürək xəstəlikləri riskini artıra bilər
Sosial yardım alanların sayı niyə azalıb? – Səbəblər açıqlandı
Dünya tarixində ən böyük neft sazişini imzaladıq - Tramp
Yorğunluq və unutqanlığın səbəbi...
Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
Rusiya Avropanı hədəfə aldı - “İsgəndər-1000” raketləri Kalininqradda yerləşdirilir
“İkinci Türkiyə” yaranır? – Azərbaycan üçün mühüm GƏLİŞMƏ
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
Altı AB ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı
Bu, yəhudilərin sonu deməkdir – Netanyahu
Ağ və ya qara üzüm? Biri daha faydalıdır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Həkim-nevropatoloq: “Yuxuda olan şəxs cinayət də törədə bilər”

Səhiyyə

3-07-2022, 17:54

Həkim-nevropatoloq: “Yuxuda olan şəxs cinayət də törədə bilər”


Son zamanlar yuxusuzluq problemi ilə demək olar ki, hər kəs qarşılaşır. Bu, təkcə yuxu çatışmazlığı deyil, həm də yaxşı yatmamaq, yuxuya getməyin çətinliyi, yuxudan yarımçıq durmaq və səhərədək oyaq qalmaq kimi hallarla səciyyələnir. Hətta yuxusuzluqdan əziyyət çəkənlər arasında sadalananlardan bir neçəsini eyni zamanda yaşayanlar da olur. Belə vəziyyəti müxtəlif səbəblərlə əlaqələndirirlər.

Həkim-nevropatoloq Qalib Əsədov Oxu.Az-a açıqlamasında qeyd edib ki, yuxusuz qalmaq immun sisteminə təsir edir:

“Yuxu təkcə insan orqanizminə yox, bütün canlılara xasdır. Orqanizmin mühüm fizioloji funksiyasıdır. Biz sutkanın üçdəbir hissəsini yuxuda keçiririk. Belə deyək, 60 yaşlı kişi ömrünün 20 ilini yuxuda keçirib. Bu, son dərəcədə vacibdir. Gün ərzində beyin enerji sərf edir. Bu səbəbdən də itirilən enerjinin miqdarı hansısa formada bərpa olunmalıdır. Həmin proses üçün isə yuxu vacibdir. İnsan yuxusuz qalanda daha tez xəstələnir, zəifləyir. Bioloji proses pozulduqda insan əzgin, yorğun olur”.

Həkim deyir ki, insan yuxuda olarkən cinayət də törədə bilər:

“Bəzən yuxuda olan insan qeyri-iradi hərəkətlər edir, gəzir. Bu, lunatizm xəstəliyidir. Yuxuda olarkən şəxs hətta cinayət də törədə bilər. İnsan yuxu görəndə onun əzələləri iflic vəziyyətində olur. Bunun səbəbi odur ki, sən gördüyün yuxunun təsirindən qaça, yanındakına xəsarət yetirə bilərsən. Beyindən əzələyə siqnal getmir. Lunatizm xəstələrinin isə əzələləri iflic olmur.

Müxtəlif səbəblərdən insanlarda tənəffüs sistemi pozulur. İnsan yatarkən əqli fəaliyyəti tamamilə dayanır, tənəffüsün keyfiyyəti aşağı düşür, qanda oksigenin miqdarı azalır. Bununla yanaşı, əgər tənəffüs sistemində hansısa problem varsa və yaxud insan kiçik otaqda yatırsa, bu problemlə üzləşir. Tənəffüsü bərpa etmək üçün beyin motor şöbələrini aktivləşdirir. Motor şöbə aktivləşdiyi üçün insan ayağa qalxır, daim etdiyi hərəkətləri etməyə başlayır. Lunatiki oyatsan belə, o, nə etdiyini bilməyəcək. Bu dövrdə xəstə yuxu görmür. Həmin şəxsi oyatmaq olar. Lakin bu bir qədər çətin olacaq”.

Nevropatoloq yuxunun keyfiyyətinə mənfi təsir edən qarabasmanın tam başqa anlayış olduğunu söyləyib:

“Qarabasma tam başqa bir anlayışdır. Bu, xroniki stres, əsəbi sarsıntı keçirənlərdə daha çox olur. Hətta adam yuxudan ayıla bilər. Bu, sinir sisteminin funksional sisteminin pozulmasının əlamətidir. Həmin şəxslərin həkim müdaxiləsinə ehtiyacları var”.

Maraqlı məqamlardan biri də budur ki, bəzən insan hesab edir ki, yuxuda hündürlükdən yıxılır.

“Yuxuya gedən zaman əzələlər boşalır. Bu ərəfədə əzələlər yavaş-yavaş boşaldığı üçün elə bilirsən ki, hündür yerdən yıxılırsan. Beyinə siqnal gəlir ki, əzələlər boşaldı. Birdən-birə boşluğa düşürsən. İnsan tam yuxuya getmədiyi üçün bu hal baş verir”, - deyə həkim qəribə halın izahını verir.

Həkimin sözlərinə görə, hər gün eyni saatda yatmağa çalışmalıyıq:

“Yuxunu tənzimləmək üçün ilk növbədə yataq otağının havasını tez-tez dəyişdirmək lazımdır. Bu proses yatmazdan əvvəl həyata keçirilməlidir. Yatmazdan öncə televizora baxmaq, kompüter və telefonla oynamaq məsləhət görülmür. Həmçinin yatmazdan bir saat qabaq təmiz havada gəzmək lazımdır.

Yuxusu qaçan insan kitab oxuya bilər. Çünki kitab oxuduqca insan rahat şəkildə yuxulaya bilir. Hər gün eyni saatda yatmağa çalışmalıyıq. Ümumiyyətlə, yataq otağında sakitlik, təmiz hava, yatağın rahat olması əsas şərtdir”.

Yuxu ilə bağlı maraqlı məlumatlar

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir. Bu proses bütün heyvanlara, həmçinin bəzi həşəratlara məxsusdur. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır.

Araşdırmalara görə, bizim gördüyümüz yuxular hazırkı vəziyyətimiz və ya xatirələrimizdə olanlardır. Görülən yuxu bir-iki saat ərzində yaddan çıxır. Gərginlik yaşayanda isə gec unudulur. Deyilənə görə, 15-20 dəqiqədən artıq yuxu görə bilmərik. İnsan bəzən yuxuda yuxu gördüyünün fərqində olur. Bu, lusid yuxu adlanır. Bəzi tədqiqatçılara görə, yuxudan oyandıqdan sonra yuxuları yazmaq, düşünmək, meditasiya etmək və reallığı sınamaq texnikalarını tətbiq etmək lusid yuxu görməkdə kömək edə bilər.

Oxunub: 638
Paylaş:
Digər xəbərlər

Araşdırma

24-02-2022, 23:53

Normal yuxu almamaq xərçəngə səbəb olur - Amerikalı həkim

Maraqlı

26-12-2022, 23:27

Gecə yuxudan tez-tez oyanırsınızsa... BUNU BİLMƏLİSİNİZ!

Araşdırma

16-03-2020, 22:42

Yuxuda da arıqlamaq olar - Alimlər

Maraqlı

29-10-2019, 10:11

Gecə yuxudan tez-tez oyanırsınızsa... BUNU BİLMƏLİSİNİZ!

Maraqlı

25-10-2019, 10:21

Uşaqlarda yuxu problemləri ilə bağlı NEVROPATOLOQ TÖVSİYƏLƏRİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Uzunömürlülük üçün yemək saatı
Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
Son xəbərlər
  • Dünən, 21:29
    Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
  • Dünən, 20:56
    Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
  • Dünən, 19:15
    Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
  • Dünən, 18:03
    Uzunömürlülük üçün yemək saatı
  • Dünən, 17:48
    Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
  • Dünən, 16:30
    Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
  • Dünən, 15:14
    Qadın sağlamlığı üçün 35 yaşdan sonra vacib olan bir məhsul
  • Dünən, 14:53
    Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
  • Dünən, 13:28
    Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...
  • Dünən, 12:22
    Gizli yağ ürək xəstəlikləri riskini artıra bilər
  • Dünən, 11:45
    Sosial yardım alanların sayı niyə azalıb? – Səbəblər açıqlandı
  • Dünən, 10:33
    Dünya tarixində ən böyük neft sazişini imzaladıq - Tramp
  • Dünən, 09:09
    Yorğunluq və unutqanlığın səbəbi...
  • 28-08-2026, 21:58
    Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
  • 28-08-2026, 20:01
    Rusiya Avropanı hədəfə aldı - “İsgəndər-1000” raketləri Kalininqradda yerləşdirilir
  • 28-08-2026, 19:43
    “İkinci Türkiyə” yaranır? – Azərbaycan üçün mühüm GƏLİŞMƏ
  • 28-08-2026, 18:36
    Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
  • 28-08-2026, 17:12
    Altı AB ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı
  • 28-08-2026, 16:25
    Bu, yəhudilərin sonu deməkdir – Netanyahu
  • 28-08-2026, 15:33
    Ağ və ya qara üzüm? Biri daha faydalıdır
  • 28-08-2026, 14:22
    Putin NATO ərazisinə hücum etməyəcək - Tramp
  • 28-08-2026, 13:54
    Kirayə mənzillərin qiyməti nə qədər artacaq?
  • 28-08-2026, 12:07
    Gənclər üçün ürək xəstəliyi təhlükəsi: 10 nəfərdən 8-də...
  • 28-08-2026, 11:18
    Azərbaycanın bu şəhəri paytaxt olacaq – ANONS VERİLDİ
  • 28-08-2026, 10:49
    Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
  • 28-08-2026, 09:00
    Arıqlamaq istəyənlər kaloridən çox buna diqqət etməlidir
  • 27-08-2026, 22:05
    Yuxusuz gecədən sonra beyin fəaliyyətini artırmaq üçün...
  • 27-08-2026, 21:12
    Beyin şişi süni intellektin köməyi ilə çıxarıldı - Dünyada ilk
  • 27-08-2026, 20:21
    İsrail britaniyalıları da qovacaq? - Gərginlik artır
  • 27-08-2026, 18:34
    Bel ağrısı, diabet və depressiya zamanı əlillik faizi necə müəyyən edilir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə