• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Faydalı bilinən kəsmiyin bu şəxslərə zərəri varmış
Qatıq xərçəng riskini azaldır: Yeni araşdırma
Anemiya bir dəqiqədə aşkar edilə bilər: həkim sadə bir ev testi adlandırdı
Bu qidaları yedikdən əvvəl və sonra çay içmək olmaz
Zülalın çoxluğu yox, balansı vacibdir: Nələri və necə yeməliyik?
Fransadan erməni separatçılarına ağır zərbə: Paris geri addım atdı
Azərbaycan üçün həssas durum: İki istiqamətdə gərginlik artdı, Xəzərdə…
Qurd Xəstəliyinin Əlamətləri və Müalicəsi
Yaşı 50-dən yuxarı olanların nəzərinə
İki liderin Putinə çağırışı maraq doğurdu: Moskva qərarını dəyişəcək?
İki gün ərzində xolesterolu aşağı salmağın yolu müəyyən edilib
Həftə ərzində az yatırsınızsa, bunu edin
Qazlı İçkilərin 5 Əsas Zərəri Hansılardır?
Ermənistanda dəhşətli qəza - Ölənlər və yaralananlar var
Avropa İttifaqından Ermənistanla bağlı mühüm qərar – Nə baş verir?
Parkinson xəstəliyi riskini 50% azaldan tərəvəz
Baş Qərargah təsdiqlədi: MiQ-29 və Ka-27 məhv edildi
Zelenskinin xəbərdarlığı: Türkiyə bütün uçuşları ləğv etdi
İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq
Tramp “Hörmüz”ün adı dəyişmək istəyir
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Kron xəstəliyinin müalicəsi

Səhiyyə

19-07-2021, 20:14

Kron xəstəliyinin müalicəsi


Kron xəstəliyi xroniki residivləşən xəstəlik olub, həzm traktının müxtəlif şöbələrinin seqmentar, transmural qranulematoz zədələnməsi və xəstəliyin bağırsaqdankənar təzahürləri ilə səciyyələnir.

Xəstəlik ilk dəfə 1932-ci ildə B.B.Kron, L.Ginsberq və G.D. Oppenheymer tərəfindən şərh edilib. Xəstəliyin həzm traktının ağız boşluğundan tutmuş anal dəliyə qədər bütün hissələrini zədələyə bilməsinə baxmayaraq, daha çox qalça bağırsağın terminal şöbəsində lokallaşır. İltihab seqmentar xarakter daşıyır və bağırsaq divarının bütün təbəqələrini zədələyir.

Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, həkim-terapevt Avtandil Verdiyev məlumat verib.

Həkim-terapevtin sözlərinə görə, Kron xəstəliyinin rastgəlmə tezliyi hər 100 min əhaliyə görə 10-70 nəfər arasında tərəddüd edir: "İnkişaf etmiş ölkələrdə, xüsusilə Şimali Amerika və Avropa ölkələrində xəstəliyin rastgəlmə tezliyi şəhər əhalisi arasında daha çox üstünlük təşkil edir. Xəstəlik 20-40 yaşarasında olan insanları daha çox zədələyir.

Kron xəstəliyinin etiologiyası məlum deyil. Bağırsaq divarında qranulematoz iltihabın yaranmasında genetik meyilliliyin rol oynaması güman olunur. Patogenetik dəyişikliklər immun mexanizm əsasında baş verir. Naməlum agentin təsiri altında nazik və yoğun bağırsağın divar quruluşuna qarşı immunoqlobulin G sinfindən olan antitellər hasil olunur. Nəticədə immun hüceyrələr aktivləşir və onların ifraz etdiyi sitokinlər bağırsaq divarında limfositar və digər hüceyrə elementli infiltrasiyaya səbəb olur.

İltihabi proses ilk öncə selikaltı qatda yaranır, sonra isə selikli, əzələ və seroz qişaya yayılır. Nəticədə bağırsaq divarı qalınlaşır, mənfəzi daralır ki, bu da bağırsaq keçməzliyinə gətirib çıxarır. Selikli qişa səthində çoxsaylı eroziyalar, dərin, dar xoralar əmələ gəlir. Selikli qişada yaranan limfoid infiltratlar, yəni qranulemlər selik relyefinə "daş döşənmiş körpü" görkəmi verir".

Mütəxəssis bildirib ki, Kron xəstəliyinin klinik təzahürləri olduqca müxtəlifdir. Onlar iltihabi prosesin lokalizasiyasından və kəskinliyindən asılı olur. Kron xəstəliyinin daha çox rast gəlinən klinik əlamətlərinə ishal, qarında ağrı, hərarət, bədən çəkisinin itməsi və xəstəliyin bağırsaqdankənar təzahürləri aiddir.

Kron xəstəliyinin nazik bağırsaq lokalizasiyası üçün daha səciyyəvi əlamətləri aşağıdakılardır:

- Qarında tutmaşəkili ağrıların olması (əsasən də sağ qalça nahiyəsində);

- Qanlı ifrazat ilə müşayiət oluna bilən ishal;

- Ağırlaşmaların (qarın boşluğunun infiltratları, absesi) yaranması hallarında febril rəqəmlərə çatan hərarət;

- Bədən çəkisinin nəzərəçarpan azalması, hipalbuminemiya, hipoproteinemik ödem;

- Mikro yaxud makrositar anemiyanın yaranması;

- Oynaqların, dərinin və selikli qişaların, gözlərin autoimmun zədələnməsi. Bu əlamətlər abdominal ağrı və ishalı qabaqlaya da bilər.

Kron xəstəliyinin yoğun bağırsaq lokalizasiyası üçün isə aşağıdakılar səciyyəvidir:

- Qarında ağrılar əsasən qarının sağ və sol cinahlarında, yaxud aşağı hissəsində lokallaşır, adətən defakasiya aktından bilavasitə öncə yaranır və ondan sonra yox olub gedir;

- Hərəkət və gövdənin əyilməsi zamanı güclənən daimi xarakterli küt sızıldayıcı ağrıların olması. Bu, qarın boşluğundakı çapıq prosesləri ilə əlaqədardır.

- Çox vaxt tenozmlərlə müşayiət olunan (düz bağırsaq patoloji prosesə qoşulduqda) və gün ərzində 6-10 dəfəyə qədər təkrarlanan ishal;

- Subfebril və febril hərarət;

- Makrositar B12 defisitli anemiya;

- Bədən çəkisinin itməsi, hipoalbuminemiya, hipoproteinemik ödem;

- Göz, selikli qişa, dəri və oynaqların autoimmun zədələnməsi.

Kron xəstəliyinin diaqnostikasında rentgenoloji, endoskopik və histoloji, həmçinin qanın biokimyəvi və immunoloji müayinələrindən istifadə olunur.

Müalicə xəstəliyin əsas simptomlarının aradan qaldırılmasına və həyat keyfiyyətlərinin lazımi səviyyədə saxlanılmasına istiqamətlənir. Bu məqsədlə bazis, simptomatik terapiya, əlavə və cərrahi metodlardan istifadə olunur. Bazis terapiya qismində 5-aminosalisil turşu preparatlarında (5-AST) qlikokortikosteroidlərdən, antibakterial preparatlardan, immunosupressorlardan istifadə olunur.

A.Verdiyev qeyd edib ki, Kron xəstəliyi dövri olaraq residivləşən xroniki gedişə malik olduğuna görə, hətta adekvat dərman müalicəsindən sonra belə tam sağalma baş vermir. Xəstəliyin ağır gedişi zamanı isə proqnoz həmişə ciddi olaraq qalır.

Oxunub: 825
Paylaş:
Digər xəbərlər

Səhiyyə

15-09-2023, 11:06

İshal, arıqlama, qızdırma... KRON xəstəliyinin simptomları və müalicəsi

Səhiyyə

8-01-2020, 13:31

Öd kisəsi poliplərinin diaqnostikasında ultrasəs müayinəsi daha əlverişli üsuldur

Manşet / Gündəm / Səhiyyə

19-11-2018, 01:55

Psoriaz xəstəliyi, Psoriaz xəstəliyinin müalicəsi

Manşet / Əfsanələr və miflər

15-08-2018, 10:35

Kron

Manşet / Gündəm / Əfsanələr və miflər

24-05-2018, 08:11

Kron

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Faydalı bilinən kəsmiyin bu şəxslərə zərəri varmış
Qatıq xərçəng riskini azaldır: Yeni araşdırma
Anemiya bir dəqiqədə aşkar edilə bilər: həkim sadə bir ev testi adlandırdı
Bu qidaları yedikdən əvvəl və sonra çay içmək olmaz
Zülalın çoxluğu yox, balansı vacibdir: Nələri və necə yeməliyik?
Fransadan erməni separatçılarına ağır zərbə: Paris geri addım atdı
Son xəbərlər
  • Bu gün, 09:00
    Faydalı bilinən kəsmiyin bu şəxslərə zərəri varmış
  • Dünən, 22:47
    Qatıq xərçəng riskini azaldır: Yeni araşdırma
  • Dünən, 21:53
    Anemiya bir dəqiqədə aşkar edilə bilər: həkim sadə bir ev testi adlandırdı
  • Dünən, 18:40
    Bu qidaları yedikdən əvvəl və sonra çay içmək olmaz
  • Dünən, 15:57
    Zülalın çoxluğu yox, balansı vacibdir: Nələri və necə yeməliyik?
  • Dünən, 14:43
    Fransadan erməni separatçılarına ağır zərbə: Paris geri addım atdı
  • Dünən, 13:51
    Azərbaycan üçün həssas durum: İki istiqamətdə gərginlik artdı, Xəzərdə…
  • Dünən, 12:06
    Qurd Xəstəliyinin Əlamətləri və Müalicəsi
  • Dünən, 11:40
    Yaşı 50-dən yuxarı olanların nəzərinə
  • Dünən, 10:11
    İki liderin Putinə çağırışı maraq doğurdu: Moskva qərarını dəyişəcək?
  • Dünən, 09:09
    İki gün ərzində xolesterolu aşağı salmağın yolu müəyyən edilib
  • 2-09-2026, 22:06
    Həftə ərzində az yatırsınızsa, bunu edin
  • 2-09-2026, 21:13
    Qazlı İçkilərin 5 Əsas Zərəri Hansılardır?
  • 2-09-2026, 20:22
    Ermənistanda dəhşətli qəza - Ölənlər və yaralananlar var
  • 2-09-2026, 19:41
    Avropa İttifaqından Ermənistanla bağlı mühüm qərar – Nə baş verir?
  • 2-09-2026, 18:10
    Parkinson xəstəliyi riskini 50% azaldan tərəvəz
  • 2-09-2026, 17:03
    Baş Qərargah təsdiqlədi: MiQ-29 və Ka-27 məhv edildi
  • 2-09-2026, 16:29
    Zelenskinin xəbərdarlığı: Türkiyə bütün uçuşları ləğv etdi
  • 2-09-2026, 15:58
    İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq
  • 2-09-2026, 14:37
    Tramp “Hörmüz”ün adı dəyişmək istəyir
  • 2-09-2026, 13:18
    Yunan generaldan şok xəbərdarlıq: Oktyabrda Türkiyə ilə müharibəyə gedirik
  • 2-09-2026, 12:29
    Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
  • 2-09-2026, 11:50
    Nümayəndə heyəti Zəngəzura gəldi – Şad xəbər açıqlandı
  • 2-09-2026, 10:09
    İsrail İrandan hücum gözləyir: Təyyarələr hazır vəziyyətdədir
  • 2-09-2026, 09:04
    Orqanizminizdə iltihab varsa qəhvə için
  • 1-09-2026, 21:30
    Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
  • 1-09-2026, 20:46
    İrəvan niyə Bakı və Ankara ilə münasibətlər qurur? - Paşinyanın Bişkekdən verdiyi mesaj
  • 1-09-2026, 18:00
    C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə...
  • 1-09-2026, 16:08
    Prezident “İstisu”nu özü ilə niyə aparıb? – Detallar
  • 1-09-2026, 15:44
    Ürək döyüntüsü 100 olanlar 2 analiz versin
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə