• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir?
Gündə neçə tikə şokolad yemək olar?
Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
Metroda köhnə qatarlar nə vaxt xətdən çıxarılacaq? – Rəsmi
İnsan beynində diş çıxa bilərmi? - Şok faktlar
Lyayen və Avropa liderləri Kiyevə gəldi - Bu məsələlər müzakirə olunacaq
Netanyahu ABŞ-a gedir - Trampla görüşəcək?
Hər gün yaşıl çay içmək qaraciyərə necə təsir edir?
Təsdiqləndi: Yek kürəsinin bu qədər ömrü qalıb - Dağılmanın iki ssenarisi
Yatarkən etdiyiniz bu vərdiş sızanaqlara səbəb olur
Türkiyənin taleyini dəyişən olay: Ordu hərəkətə keçdi, sistem yeniləndi, iki il sonra…
Prezident Şuşada xüsusi vurğuladı: Avropa niyə Azərbaycana üz tutur? – Səbəblər
Diş minasını zədələməmək üçün bunları edin
Vuçiçin Kiyevə səfərinə Moskvadan reaksiya gəldi: Hər şey mümkündür
Türkiyə Yunanıstandakı çoxsaylı hədəfləri vura bilər - Afinada narahıtlıq
İsti hava insult riskini artırır - Həkimdən açıqlama
3 il əvvəl ortaya çıxdı, Bakıya qarşı proses başladı – Əliyevdən mühüm ANONS
Neftlə bağlı görünməmiş ssenari – Bir addım hər şeyi dəyişə bilər
Akupunktura nədir? - Hansı xəstəliklərə faydalıdır?
İranın "intiqam siyahısı" yayımlandı: Onlar ilk sıradadır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Hamiləlik zamanı qarın nahiyəsində AĞRILAR. Təhlükəsi varmı?

Səhiyyə

14-06-2020, 21:22

Hamiləlik zamanı qarın nahiyəsində AĞRILAR. Təhlükəsi varmı?


İlk üç ayda qarın nahiyəsində baş verən zəif ağrı adətən uşaqlığın böyüməsi ilə müşahidə olunur: uşaqlığın kiçik çanaq boşluğuna bağlandığı liflər dartılmağa başlayırlar.

6-8 həftəyə qədər olan ağrı və qanaxmalara həmçinin uşaqlıq xaricində olan hamiləlik də səbəb ola bilər. Xoşagəlməz hisslər məşq sancılarından irəli gələ bilər.

Hamiləliyin 38-ci həftəsindən sonra qarın nahiyəsində olan ağrılar digər doğuş əlamətləri ilə yanaşı doğuş sancılarını yaxınlaşdığını göstərir. Hamiləliyin istənilən müddətində güclü, sancıvari ağrılar, qanaxma – uşaq salma və ya vaxtından əvvəl ciftin (plasentanın) qopması təhlükəsinin əlamətləridir və onlar təcili olaraq həkimə müraciət edilməli olduğunu göstərir.

Qarın nahiyəsində ağrıların başqa səbəbləri

Qarın ağrısı, məsələn, qəbizlik və ya mədə-bağırsaq yolunda olan daha ciddi pozuntular – bağırsaq keçilməzliyi və spazm (lakin bu ağrı uşaqlıqda deyil, bağırsaq nahiyəsində olacaq və sancıvari deyil, daimi olacaqdır) nəticəsində də yarana bilər. Ağrının səbəbi həm də kəskin və xroniki xəstəliklər də ola bilər – məsələn, sidik yolunda daşlar, pielonefrit, pankreatit, appendiks (kor bağırsağın) iltihabı, və bu xəstəliklər də həkimə müraciət etməyi tələb edir.

Hansı əlamətlər ağırlaşmaların olduğunu göstərir?

Güclü ağrının və ya qanaxmanın olduğu bütün hallarda – mütləq həkimə müraciət etmək lazımdır. Qanaxma xorionun və ya ciftin (plasentanın) qopmasının və uşaqsalmanın başlanma əlaməti ola bilər.

Bəzən qan ifrazatları hamilə qadınların uşaqlıq boynunun eroziyası və ya sersiviti (uşaqlıq boynunun selikli qişasının iltihabı) olan zaman cinsi əlaqəyə girmələri nəticəsində əmələ gələ bilər, lakin əsl səbəbi ancaq həkim müəyyən edə bilər.

Uşaqlıq xaricində olan hamiləlik adətən hamiləliyin 6-12 həftəsində, bəzən də daha gec ağrı və qanaxma əmələ gətirə bilər.

Məşq sancıları ağrılı ola bilərmi?

Bu qadının ağrıya qarşı olan fərdi həssaslığından, “ağrıya dözə bilmə həddindən” asılıdır. Məşq sancıları həqiqətən də bəzi qadınlar üçün ağrılı ola bilər – bu halda həkim yüngülvari sakitləşdirici vasitələr tövsiyə edə bilər.

Brekston-Hiks sancıları adətən qısa müddətli olur, qadın rahat olduqda və ya daha rahat vəziyyətə keçdikdə onlar yox olurlar və yuxuya mane olmurlar.

Əgər ağrılar güclü və daimidirsə - bu çox güman ki, uşaqlığın hipertonusundan və ya “patoloji preliminar müddət” adlandırılan - əsəbi və emosional cəhətdən qeyri-sabit qadınlarda doğuşa yaxın vaxtlarda yaranan xüsusi vəziyyətdən xəbər verir. Patoloji preliminar müddət üçün qarının aşağı nahiyəsində və beldə olan ağrılı, tezliyinə görə qeyri-müntəzəm, uzun müddət keçməyən və doğuşa gətirib çıxarmayan sancıvari ağrılar xarakterikdir. Belə ağrılar 6 saatdan 1-2 sutkayadək davam edir, qadında yorğunluq əmələ gətirir və vaxtından əvvəl suların gəlməsi, doğuş fəaliyyətinin zəifliyi və dölün hipoksiyası ilə təhlükəlidir. Bu halda mütləq təcili tibbi yardım tələb olunur.

Ağrılar USM və ya mamalıq müayinəsindən sonra yarana bilərmi?

Kobud mamalıq müayinəsinin nəticəsində ağrı yarana bilər, lakin, adətən həkim hamilə qadının müayinəsini ehtiyatla etməyə çalışır. Ağrı – uşaqlığın tonusa gəlməsinin və həssas olduğunun əlamətidir. Uşaqlığın tonusunu mama müayinə (palpasiya) zamanı müəyyən edə bilər – bu halda istənilən kiçik bir təsir olduqda, o cümlədən USM aparatının ölçü cihazından uşaqlığın yığılmaları meydana gələcəkdir. Uşaqlığın tonusda olması zamanı vaginal müayinə ağrı əmələ gətirə bilər. Əgər uşaqlığın tonusu yüksək deyilsə və müayinə ehtiyatla görülürsə - xoşagəlməz hisslər olmamalıdır və ultrasəs müayinəsi də onları əmələ gətirməyəcəkdir.

Ağrının təhlükəli olmadığını necə müəyyən etmək olar?

Əgər xoşagəlməz hisslər uşaqlığın yan nahiyələrində arabir sancmalar ilə məhdudlaşırsa, hərdən bir yaranırsa və fiziki yüklənmələr ilə bağlı deyilsə - bu uşaqlığı kiçik çanaqda saxlayan liflərin dartıldığını göstərir – bu hisslər hamiləlikdə ağırlaşmaların olmasını göstərmir.

Normada qadında menstruasiyalar zamanı olan hisslər (dartılan, sancıvari ağrı), qarının aşağı nahiyəsində daimi sızıldayan ağrılar və ya axşama yaxın və ya istirahət zamanı, fiziki yüklənmədən sonra yaranan “sıxılan topacıq” hissləri müşahidə olunmamalıdır – bunların hamısı uşaqsalma təhlükəsinin olduğunu göstərir.

Mənbə: Ginekoloq.az

Oxunub: 879
Paylaş:
Digər xəbərlər

Xəbərlər

9-11-2019, 20:11

Hamiləlik zamanı qarın nahiyəsində AĞRILAR. Təhlükəsi varmı?

Gündəm / Səhiyyə

20-07-2025, 21:28

Sağ qabırğaaltı nahiyəsində ağrılar - TƏHLÜKƏLİ SİMPTOM

Səhiyyə

20-07-2019, 09:05

Hamiləlik müddətində qanaxmalar və onların səbəbləri

Səhiyyə

2-07-2019, 15:22

Ürək nahiyəsində ağrıların səbəbləri

Araşdırma

2-05-2019, 17:17

Ayaqlarda ağrılar bağırsaq xərşənginin simptomu çıxdı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir?
Gündə neçə tikə şokolad yemək olar?
Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
Metroda köhnə qatarlar nə vaxt xətdən çıxarılacaq? – Rəsmi
İnsan beynində diş çıxa bilərmi? - Şok faktlar
Lyayen və Avropa liderləri Kiyevə gəldi - Bu məsələlər müzakirə olunacaq
Son xəbərlər
  • Bu gün, 16:03
    Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir?
  • Bu gün, 15:12
    Gündə neçə tikə şokolad yemək olar?
  • Bu gün, 14:18
    Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
  • Bu gün, 13:38
    Metroda köhnə qatarlar nə vaxt xətdən çıxarılacaq? – Rəsmi
  • Bu gün, 12:49
    İnsan beynində diş çıxa bilərmi? - Şok faktlar
  • Bu gün, 11:13
    Lyayen və Avropa liderləri Kiyevə gəldi - Bu məsələlər müzakirə olunacaq
  • Bu gün, 10:32
    Netanyahu ABŞ-a gedir - Trampla görüşəcək?
  • Bu gün, 09:06
    Hər gün yaşıl çay içmək qaraciyərə necə təsir edir?
  • Dünən, 22:15
    Təsdiqləndi: Yek kürəsinin bu qədər ömrü qalıb - Dağılmanın iki ssenarisi
  • Dünən, 21:28
    Yatarkən etdiyiniz bu vərdiş sızanaqlara səbəb olur
  • Dünən, 20:35
    Türkiyənin taleyini dəyişən olay: Ordu hərəkətə keçdi, sistem yeniləndi, iki il sonra…
  • Dünən, 19:26
    Prezident Şuşada xüsusi vurğuladı: Avropa niyə Azərbaycana üz tutur? – Səbəblər
  • Dünən, 18:44
    Diş minasını zədələməmək üçün bunları edin
  • Dünən, 17:51
    Vuçiçin Kiyevə səfərinə Moskvadan reaksiya gəldi: Hər şey mümkündür
  • Dünən, 16:20
    Türkiyə Yunanıstandakı çoxsaylı hədəfləri vura bilər - Afinada narahıtlıq
  • Dünən, 15:15
    İsti hava insult riskini artırır - Həkimdən açıqlama
  • Dünən, 14:41
    3 il əvvəl ortaya çıxdı, Bakıya qarşı proses başladı – Əliyevdən mühüm ANONS
  • Dünən, 13:11
    Neftlə bağlı görünməmiş ssenari – Bir addım hər şeyi dəyişə bilər
  • Dünən, 12:34
    Akupunktura nədir? - Hansı xəstəliklərə faydalıdır?
  • Dünən, 11:06
    İranın "intiqam siyahısı" yayımlandı: Onlar ilk sıradadır
  • Dünən, 10:43
    Yaponiya İkinci Dünya müharibəsindən bəri ilk dəfə bunu edəcək
  • Dünən, 09:00
    Yaddaşı gücləndirmək istəyirsiniz? Günə bu qidalarla başlayın
  • 14-07-2026, 22:30
    Şirvanşahlar Sarayının 600 illik sirri açıldı: Qədim ovdanda...
  • 14-07-2026, 21:21
    Antibiotiklər niyə hər xəstəlikdə təsir etmir?
  • 14-07-2026, 20:58
    Serbiyadan Avropa İttifaqına qeyri-adi təklif: Bizi birləşdirin
  • 14-07-2026, 19:32
    Netanyahudan İrana: O günlər artıq geridə qaldı!
  • 14-07-2026, 18:04
    Limon otu xəstəliklərlə mübarizədə yeni ümid ola bilər
  • 14-07-2026, 17:10
    Küveytdə HHM-lər işə düşdü: Hədəflər zərərsizləşdirilir!
  • 14-07-2026, 16:49
    Ceyhun Bayramovun “Zəngəzur dəhlizi” açıqlaması İrəvanı silkələdi - Paşinyan izahat versin
  • 14-07-2026, 15:52
    Panik atak və infarktı necə ayırd etmək olar?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə