• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
21 dekabrda nələr baş verəcək? - Gündönümü xüsusiyyətləri
Azərbaycanın ilk autoimmun laboratoriyası hardadır?
Region qarışdı, məşhur qruplaşma hərəkətə keçdi: Yeni toqquşma olacaq
Paris HƏDƏFƏ ALINDI - Əgər hökumət geri addım atmasa...
Şəkər xəstəliyindən qoruyan - PƏHRİZ
Zelenski Putinin seçkilərlə bağlı təklifinə belə CAVAB VERDİ
Orbandan Aİ-yə SƏRT XƏBƏRDARLIQ - “Təhlükəli nöqtəyə yaxınlaşır, buna müharibə deyilir”
Uşaqlıqda mioma yarandısa – Nə etməli?
Türkiyənin yeni sualtı qayığı xidmətdə: "Xızır Rəis"...
Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
Hansı müayinələr hər kəs üçün vacibdir?
Qəzzada sülh necə təmin olunacaq? – Kalın anons etdi
Rusiya üçün qorxunc proqnoz: Xaos ixrac edən ölkəni nə gözləyir?
Səhər yeməyini ötürsək nə baş verər?
Sağlam münasibətlərdə görünməyən 5 davranış
Hər gün bir stəkan içən qocalmır
Türkiyənin şimalında hərbi aktivlik artdı – “Çoxsaylı insan ölümləri ola bilər”
ABŞ-ın bu addımına görə Çin qəzəbləndi
Göbələk xəstəliyi əlamətləri və müalicəsi
Paşinyandan Naxçıvan açıqlaması: Rusiyaya bildirdim ki, təcili şəkildə...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Gec yaşda ana olanlara HƏKİM XƏBƏRDARLIĞI

Səhiyyə

14-05-2020, 15:43

Gec yaşda ana olanlara HƏKİM XƏBƏRDARLIĞI


Qadınların işləməsi və ictimai həyatda daha aktiv iştirak etmələri, təhsil müddətlərinin çox olması və həyat şərtlərinin inkişaf etməsi son 20 ildə hamiləlik üçün orta yaş həddinin artmasına səbəb olmuşdur.

Daha gec yaşda uşaq dünyaya gətirən, xüsusilə də ilk uşaq üçün 30 yaşlarını gözləyən qadınlar çoxdur. Tibdəki nailiyyətlərə paralel olaraq hamiləliyə nəzarətdə də irəliləyişlər gec yaşda hamilə qalmağa təşviq edən bir hal oldu. Uzun illər boyu sonsuzluğun müalicəsini alıb, lakin uşaq sahibi olmayan bir çox cütlüyün sonsuzluq müalicələrində yaranan inanılmaz nailiyyətlərdən faydalanmaq istəməsi də bu artımda mühüm rol oynadı. ABŞ-da 63 yaşında ana olan bir qadının televiziya və qəzetlərdə nümayiş olunması gec yaşda uşaq dünyaya gətirməkdən qorxan anaları cəsarətləndirdi.

Gec doğan qadın deyildikdə 35 və daha çox yaşı olan analığa namizədlər nəzərdə tutulur. Yaş ilə birlikdə qadının hamilə qalma ehtimalı da azalmağa başlayır. 40 yaşlarında hamilə qalma ehtimalı 50%-ə qədər azalır. Təbii üsullarla hamilə qalma şansının azalmağına baxmayaraq, sonsuzluğun müalicəsi ilə bu şans 10%-ə qədər arta bilir. Bu müalicədə vacib olan yumurtalıqların rezervidir. 40 yaşlarında hamiləlik planlaşdırarkən qadının ümumi sağlamlıq vəziyyəti də böyük əhəmiyyət kəsb edir. Gec yaşda hamilə qalan bir çox qadının sağlam körpələr dünyaya gətirməsinə baxmayaraq, ağırlaşmalar baxımından risk gənc analara nisbətən daha yüksəkdir.

Riskin hansı yaşdan sonra artması ilə bağlı fərziyyələr mövcuddur. Geniş istifadə olunan 35 yaş meyarı əslində tam olaraq düzgün deyildir. Qadının hamilə qalmaq potensialı və ağırlaşmaların yaranması riski yaşla əlaqədar olaraq dəyişir, amma demək olmaz ki, müəyyən bir yaşda bu risklər anidən artır. Belə hallarda ən çox qorxulan hal xromosom anomaliyası olan körpə dünyaya gətirməkdir. Bunlardan ən çox rast gəlinən daun sindromudur. Bu sindromla doğulan uşaqlarda əqli çatışmazlıq ilə birlikdə bəzi ürək və digər üzvlərin anomaliyalarına rast gəlinir. Lakin hamiləlik zamanı edilən prenatal müayinələr (ikili və ya dördlü testlər), xüsusilə amniosintez və xorion xovlarının biopsiyası (CVS) ilə bu sindromun diaqnozu qoyulur. Son vaxtlar üçlü testin daun sindromunun diaqnozunun qoyulması üçün əhəmiyyəti mübahisəli olsa da, prenatal diaqnostikada istifadə olunur.

Gec yaşda ana olmaq istəyənləri maraqlandiran tibbi vəziyyətlər

Bütün insanlarda yaş artdıqca bəzi xəstəliklərin rastgəlmə tezliyi də artır. Bu xəstəliklər arasında ən əhəmiyyətliləri və ən çox rast gəlinənləri şəkər xəstəliyi və yüksək təzyiqdir.

Şəkərli diabet: Ümumiyyətlə, yaş artdıqca şəkərli diabetin də rastgəlmə tezliyi artır. Xüsusilə II tip şəkərli diabet adlandırılan (xalq arasında yaşla əlaqədar şəkər deyilir) hal hamiləlikdə bəzi arzuolunmaz vəziyyətlərə səbəb olur. Şəkərli diabet olan analığa namizədlərdə şəkərli diabet olmayanlara nisbətən preeklampsiya riski daha yüksəkdir. Həmçinin bu qadınlarda düşüklər, vaxtından qabaq doğuş, plasentada zədələnmələr və ölü doğulmalar daha çox rast gəlinir. Diabetli anaların dünyaya gətirdiyi körpələrdə neonatal dövrdə daha çox problemlər olur.

Hamiləlikdən qabaq şəkər xəstəliyi olmayan, yaşı çox olan qadınlar isə hamiləliklə əlaqədar meydana çıxan “Hestosion diabet” baxımından diqqətli olmalıdırlar. Bu qadınların hamiləliyinə nəzarət zamanı qanda şəkərin səviyyəsi daha tez-tez yoxlanılmalı və skrininqlər mütləq aparılmalıdır. Hestosional diabet aşkar edildikdə çox zaman pəhrizlə nəzarət altında saxlamq mümkün olur. 15% hallarda isə insulinlə müalicəyə başlamaq lazım gəlir. Hamiləliyin başa çatması ilə birlikdə diabet problemləri də aradan qalxır. Nadir hallarda hamiləlikdən sonra diabet qalıcı ola bilər.

Yüksək təzyiq: yaşla əlaqədar daha tez-tez rast gəlinən digər bir hal yüksək təzyiqdir. Hamiləlikdən əvvəl mövcud olan və ya hamiləlik zamanı meydana çıxan yüksək təzyiq dölün qəfləti ölümü, ciftin vaxtından qabaq ayrılması kimi ana və körpənin həyatı üçün təhlükəli olan vəziyyətlər yarada bilər. Həmçinin eklampsiyanın rastgəlmə tezliyi artır və dolayısı ilə daimi iz buraxan sinir sistemi pozğunluqları da artır.
Yaşla birlikdə xərçəng də daxil olmaqla bir çox somatik xəstəliklərin rastgəlmə tezliyi artır. Bu xəstəliklər hamiləliyə mənfi təsir göstərə bilir və ya tam əksinə, hamiləlik bu xəstəliklərə mənfi təsir edir. Buna görə də gec yaşda hamilələrə nəzarət daha çox diqqət tələb edir.

Hamiləliklə əlaqədər vəziyyətlər

Çoxdöllü hamiləlik: ananın yaşının artması ilə birlikdə çoxdöllü hamiləlik ehtimalı da artmış olur.

Düşük: düşüklərin ən əsas səbəbi xromosomal anomaliyalar olduğu və yaşla birlikdə bu anomaliyaların rastgəlmə tezliyinin artdığı üçün yaşı çox olan hamilələrdə düşüyə 4 dəfə çox rast gəlinir.

Anomaliyar: yaş ilə birlikdə daun sindormu başda olmaqla xromosom anomaliyalarının riski artır. Lakin irsi yolla keçməyən dovşandodaqlılıq və qurdağızlılıq kimi anomaliyaların rastgəlmə tezliyində artım müşahidə olunmur.

Uşaqlıqdan kənar hamiləlik: yaş artdıqca aşkar və ya gizli çanaq infeksiyası keçirmə ehtimalı artır. Hər infeksiya borularda müəyyən qədər iz buraxır. Və eyni zamanda yaşla əlaqədar boruların hərəkətetmə potensialı azaldığı üçün bu cür qadınlarda uşaqlıqdan kənar hamiləlik daha çox müşahidə olunur.

Cift (plasenta): yaşın artması ilə birgə plasenta previa (cift gəlişi) tezliyi də artır. Dolayısı ilə hamiləlik qanaxmaları daha çox müşahidə olunur.

İnkişaf geriliyi: gec yaşlarda qan dövranında pozğunluqlar yaradan şəkərli diabet və yüksək təzyiq daha çox müşahidə olunduğu üçün bu anaların körpələrində uşaqlıqdaxili inkişaf ləngiməsinə daha çox rast gəlinir.

Vaxtından qabaq doğuş: inkişaf ləngiməsinə səbəb olan amillər vaxtından qabaq doğuşa da səbəb ola bilər.

Kesar kəsiyi: gec doğan analarda ağırlaşmalara daha çox rast gəlindiyi üçün ana və dölün həyatını xilas etmək məqsədi ilə edilən bu əməliyyatlara 2-3 dəfə çox ehtiyac olur.

Gec yaşda hamiləlik planlaşdırılarkən

- Yüksək təzyiq və şəkər xəstəliyi kimi ümumi xəstəliklərin nəzarət altında saxlanılması lazımdır.

- Artıq çəki varsa, bundan xilas olmaq lazımdır. Kök qadınların hamiləlikləri zamanı problem yaşama ehtimalları daha çoxdur. Xüsusilə fol turşusundən ibarət vitamin preparatlarının qəbulu döldə inkişaf etməsi mümkün olan sinir sistemi anomaliyalarının rastgəlmə tezliyini azaldır.

- Gec yaşda ana olmaq istəyi qadının sağlamlığına müəyyən qədər təhlükə yaratsa da, daha yetkin qadının 20 yaşlarındakı hamilələrə görə daha real və körpəsinə daha çox bağlı olmasını da qeyd etmək lazımdır.

Analıq hər yaşda gözəldir.

Turab Canbaxışov,

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ikinci mama-ginekologiya şöbəsinin müdiri

Ailem.az

Oxunub: 891
Paylaş:
Digər xəbərlər

Araşdırma

4-02-2020, 21:20

Hamiləlik üçün ən ideal yaş neçədir? – HƏKİM RƏYİ

Maraqlı

28-11-2019, 09:10

66 yaşında ana olmuş qadının maraqlı hekayəsi - FOTOLAR

Maraqlı

7-11-2019, 17:29

Hamiləlik üçün ən ideal yaş neçədir? – HƏKİM RƏYİ

Araşdırma

25-06-2019, 15:11

Ana olmaq üçün ən uyğun yaş hansıdır? - ARAŞDIRMA

Səhiyyə

26-02-2019, 10:37

40 yaşdan sonra hamilə qalsanız...

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
21 dekabrda nələr baş verəcək? - Gündönümü xüsusiyyətləri
Azərbaycanın ilk autoimmun laboratoriyası hardadır?
Region qarışdı, məşhur qruplaşma hərəkətə keçdi: Yeni toqquşma olacaq
Paris HƏDƏFƏ ALINDI - Əgər hökumət geri addım atmasa...
Şəkər xəstəliyindən qoruyan - PƏHRİZ
Zelenski Putinin seçkilərlə bağlı təklifinə belə CAVAB VERDİ
Son xəbərlər
  • Dünən, 22:07
    21 dekabrda nələr baş verəcək? - Gündönümü xüsusiyyətləri
  • Dünən, 21:35
    Azərbaycanın ilk autoimmun laboratoriyası hardadır?
  • Dünən, 20:38
    Region qarışdı, məşhur qruplaşma hərəkətə keçdi: Yeni toqquşma olacaq
  • Dünən, 19:06
    Paris HƏDƏFƏ ALINDI - Əgər hökumət geri addım atmasa...
  • Dünən, 18:00
    Şəkər xəstəliyindən qoruyan - PƏHRİZ
  • Dünən, 17:50
    Zelenski Putinin seçkilərlə bağlı təklifinə belə CAVAB VERDİ
  • Dünən, 16:24
    Orbandan Aİ-yə SƏRT XƏBƏRDARLIQ - “Təhlükəli nöqtəyə yaxınlaşır, buna müharibə deyilir”
  • Dünən, 15:18
    Uşaqlıqda mioma yarandısa – Nə etməli?
  • Dünən, 14:23
    Türkiyənin yeni sualtı qayığı xidmətdə: "Xızır Rəis"...
  • Dünən, 13:14
    Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
  • Dünən, 12:50
    Hansı müayinələr hər kəs üçün vacibdir?
  • Dünən, 11:34
    Qəzzada sülh necə təmin olunacaq? – Kalın anons etdi
  • Dünən, 10:13
    Rusiya üçün qorxunc proqnoz: Xaos ixrac edən ölkəni nə gözləyir?
  • Dünən, 09:07
    Səhər yeməyini ötürsək nə baş verər?
  • 19-12-2025, 22:25
    Sağlam münasibətlərdə görünməyən 5 davranış
  • 19-12-2025, 21:22
    Hər gün bir stəkan içən qocalmır
  • 19-12-2025, 20:09
    Türkiyənin şimalında hərbi aktivlik artdı – “Çoxsaylı insan ölümləri ola bilər”
  • 19-12-2025, 19:28
    ABŞ-ın bu addımına görə Çin qəzəbləndi
  • 19-12-2025, 18:42
    Göbələk xəstəliyi əlamətləri və müalicəsi
  • 19-12-2025, 17:48
    Paşinyandan Naxçıvan açıqlaması: Rusiyaya bildirdim ki, təcili şəkildə...
  • 19-12-2025, 16:25
    Müharibəyə hazırlıq başladı: Bu ölkə Rusiya və Belarusla sərhədləri minalayır
  • 19-12-2025, 15:29
    Xəstəxanalarda onlayn növbə sistemi dəyişir – Qeydiyyat ləğv olunur
  • 19-12-2025, 14:44
    Plan iflasa uğradı, hazırlıq başladı: Xamenei təşvişdə – Son çarə Bakıdır
  • 19-12-2025, 13:47
    Cənubi Qafqazda müharibə planı: Rusiya və İran nə hazırlayır?
  • 19-12-2025, 12:20
    Göbəyə basarkən ağrıyırsa? - SƏBƏB
  • 19-12-2025, 11:42
    Azərbaycanda ali təhsil 4 ildən 3 ilə endirilir?
  • 19-12-2025, 10:28
    İsrail və Misir razılığa gəldi - Netanyahu şad xəbəri elan etdi
  • 19-12-2025, 09:07
    İmmuniteti Gücləndirməyin 10 Yolu
  • 18-12-2025, 22:37
    Belə yatmaq təhlükəlidir – Çoxunun bilmədiyi məqam
  • 18-12-2025, 21:39
    Mədə yanması niyə yaranır və necə müalicə olunur?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə