• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
D vitamini niyə aşağı olur? – Mütəxəssis əsas səbəbləri açıqladı
Səfərbərlik elan edildi, ordu bölgəyə yeridildi – Kritik şəhərdə nə baş verir?
Zəncəfilin bilinməyən faydaları: Ürək və xolesterinə təsiri
Susuzluğun qarşısını almağın ən sadə yolu
Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
Qan şəkərini azaltmağa kömək edən 4 qida
Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
Yaponiya silahlanmanı sürətləndirir: Bu 3 ölkədən təhlükə var
Bu qidalanma uzun və sağlam həyat şansını artırır
Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? - Polkovnik
Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
Fransa bu iki ərazini itirə bilər – Proses başladı
KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
İnsanlar niyə başqalarının sözünü kəsir?
Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

“İnsanın bütün orqanlarının vərəm mənşəli zədələnməsi mümkündür” - MÜSAHİBƏ

Müsahibə

25-11-2022, 15:24

“İnsanın bütün orqanlarının vərəm mənşəli zədələnməsi mümkündür” - MÜSAHİBƏ


“Cəmiyyətdə vərəm xəstəliyinə və vərəmlə xəstələnənlərə münasibətin pis olması, insanlarda bu xəstəlik və onun müalicə edilərək tam sağala bilməsi haqqında yetəri qədər məlumatın olmaması səbəbindən bəzən vərəmin diaqnostikası çox gecikir, ya da xəstələr qeydiyyata düşməkdən, müalicədən yayınırlar”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Rafiq Bayramov nazirliyin sosial şəbəkələrdəki hesablarına vərəm xəstəliyi ilə bağlı gələn sualları cavablandırarkən deyib.

- Rafiq müəllim, vərəm xəstəliyinin əlamətləri nədir?

- Vərəm üçün mütləq patoqnomik (aşkar, bəlli olan - red.) olan bir əlamət yoxdur. Yəni elə bir əlamət yoxdur ki, həmin əlamətə görə müayinə etdiyimiz şəxsdə vərəm xəstəliyi olduğunu əminliklə söyləyə bilək. Amma vərəmin lokalizasiyasından asılı olmayaraq, istər ağciyər, istərsə də digər orqanların vərəmi üçün xas olan nisbi patoqnomik əlamətlər mövcuddur ki, bu əlamətlərə axşamlar zəif subfebril hərarətin (37,2-37,4 dərəcə С) olması, gecələr səhərə yaxın boyun, ənsə və kürək nahiyəsinin tərləməsi, ümumi halsızlıq, zəiflik daxildir.

Bu xəstəlik ən çox tənəffüs orqanlarını zədələyir. Ağciyər vərəminin müxtəlif formalarında müşahidə edilən əlamətlər – üç həftədən çox davam edən öskürək, bəlğəm ifrazı, döş qəfəsində ağrı, təngnəfəslik və qanhayxırmanın olmasıdır. Təbii ki, bu əlamətlərin bir və ya bir neçəsinin olması heç də həmin insanın vərəmlə xəstələndiyini sübut etmir. Ancaq bu əlamətlər vərəmə şübhə yaradır və müşahidə edildikdə həkim-mütəxəssisə müraciət etmək məsləhətdir, çünki xəstəliyin diaqnozu aparılan kompleks müayinələrin əsasında mümkündür.

- Hansı halda bu xəstəliyə yoluxmaq mümkündür?

- Vərəm, əsasən, aerogen, yəni tənəffüs yolu vasitəsilə yoluxur. Xəstəliyin əsas yoluxma mənbəyi vərəm çöpü ifraz edən ağciyər vərəmi olan xəstələrdir. Bu xəstələrin öskürməsi və asqırması nəticəsində (hava-damcı yolu) və yaxud onların bəlğəmi ilə çirklənmiş torpaqdan hava-toz yolu ilə yoluxma daha çox müşahidə edilir. Bundan başqa, vərəmə qida, təmas və s. yollarla da yoluxmaq mümkündür. Vərəm çöpləri ilə yoluxma xəstələnmə üçün vacib olsa da, başlıca faktor deyil. Vərəm çöpləri ilə yoluxanlar arasında xəstələnənlər daha çox ilk dəfə yoluxanlar arasında olur. Bu üsul ilə təkrar yoluxanlarda isə xəstələnmə daha az rast gəlinir. Vərəm çöpləri yoluxduğu orqanizmdə latent (“yatmış”) formada qalaraq xəstəlik törətməyə bilər və yaxud immunitetin zəiflədiyi zamanda aktiv formaya keçərək xəstəlik törədə bilir.

- Hansı xəstəlikdən əziyyət çəkənlər risk qrupuna daxildirlər?

- Vərəmlə hər bir kəs ömrünün istənilən dövründə xəstələnə bilər. Amma risk qrupundan olan, yəni şəkərli diabet olan, hormonal preparatlar qəbul edən, ağır cərrahi, o cümlədən açıq ürək əməliyyatı, orqan köçürülməsi əməliyyatları icra olunmuş şəxslər, QİÇS, mədə-bağırsaq xəstəliyi, qidalanması, yaşayış şəraiti normal olmayanlar, zərərli vərdişləri (alkoqol, siqaret və narkotik aludəçiləri) və s. olan şəxslər bu xəstəliyə daha çox tutulurlar.

- İnsanlar arasında vərəmin daha çox hansı növünə rast gəlinir?

- Vərəm xəstəliyinə ən çox tənəffüs orqanlarında, ağciyərlərdə rast gəlinsə də, orqanizmin bütün orqan və sistemlərinin vərəm mənşəli zədələnməsi mümkündür və praktiki olaraq rast gəlinir. Belə ki, sümük-oynaq sisteminin, limfa düyünlərinin, uroginekoloji orqanların, qarın boşluğu orqanlarının, dərinin, gözün və s. orqanların vərəm xəstəliyi təcrübədə müşahidə edilən patologiyalardandır.

- Müalicə zamanı nələrə diqqət edilməlidir?

- Qeyd etmək lazımdır ki, vərəm xəstəliyi nə qədər erkən aşkar edilib düzgün müalicəyə tez başlanılarsa, nəticəsi bir o qədər effektli olar. Bir şeyi unutmaq olmaz ki, vərəmin müalicəsi uzunmüddətlidir, yəni vərəmin ən məhdud forması olan xəstə minimum altı-səkkiz ay fasiləsiz müalicə edilməlidir. Bununla yanaşı, müalicə vərəm əleyhinə dərmanlara həssaslığın nəticəsindən asılı olaraq ən azı dörd vərəm əleyhinə preparatla birgə kompleks aparılmalıdır. Bir çox hallarda vərəm erkən aşkar edilib tam kompleks müalicə olunduqdan sonra patoloji proses tam sorulur və həmin şəxsin nə vaxtsa vərəmlə xəstə olmasını təyin etmək mümkün olmur.

- Yaxınları vərəmdən əziyyət çəkən şəxslərə məsləhətiniz nə olardı?

- Cəmiyyətdə vərəm xəstəliyinə və vərəmlə xəstələnənlərə münasibətin pis olması, insanlarda bu xəstəlik və onun müalicə edilərək tam sağala bilməsi haqqında yetəri qədər məlumatın olmaması səbəbindən bəzən vərəmin diaqnostikası çox gecikir, ya da xəstələr qeydiyyata düşməkdən, müalicədən yayınırlar. Ancaq bilmək lazımdır ki, vərəmlə hər bir kəs ömrünün istənilən dövründə xəstələnə bilər. Ona görə də vərəm xəstələrinin yaxınları onların müayinə və müalicədən yayınmamaları üçün çalışmalı və psixoloji sıxıntıların aradan qalxmasında dəstək olmalıdırlar. Eyni zamanda, vərəm xəstəsi ilə təmasda olan hər kəs profilaktik müayinəyə cəlb edilməlidir.

Oxunub: 385
Paylaş:
Digər xəbərlər

Araşdırma

3-08-2022, 22:02

Vərəmin yeni müalicə üsulu tapıldı

Səhiyyə

4-12-2019, 12:22

Vərəm haqqında 5 MİF

Səhiyyə

15-11-2019, 18:36

Vərəm haqqında 5 MİF

Manşet / Gündəm / Səhiyyə

29-01-2019, 01:00

Vərəmli xəstələr yalnız bu müddətdə təhlükəlidir - Həkim tövsiyəsi

Manşet / Səhiyyə

7-07-2018, 19:28

Vərəm hava damcı yolu ilə insandan insana yoluxan infeksion xəstəlikdir

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
D vitamini niyə aşağı olur? – Mütəxəssis əsas səbəbləri açıqladı
Səfərbərlik elan edildi, ordu bölgəyə yeridildi – Kritik şəhərdə nə baş verir?
Zəncəfilin bilinməyən faydaları: Ürək və xolesterinə təsiri
Susuzluğun qarşısını almağın ən sadə yolu
Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
Son xəbərlər
  • Bu gün, 12:35
    D vitamini niyə aşağı olur? – Mütəxəssis əsas səbəbləri açıqladı
  • Bu gün, 10:27
    Səfərbərlik elan edildi, ordu bölgəyə yeridildi – Kritik şəhərdə nə baş verir?
  • Bu gün, 09:03
    Zəncəfilin bilinməyən faydaları: Ürək və xolesterinə təsiri
  • Dünən, 21:27
    Susuzluğun qarşısını almağın ən sadə yolu
  • Dünən, 20:42
    Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
  • Dünən, 18:17
    Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
  • Dünən, 17:32
    ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
  • Dünən, 15:13
    Qan şəkərini azaltmağa kömək edən 4 qida
  • Dünən, 14:50
    Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
  • Dünən, 13:46
    Yaponiya silahlanmanı sürətləndirir: Bu 3 ölkədən təhlükə var
  • Dünən, 12:51
    Bu qidalanma uzun və sağlam həyat şansını artırır
  • Dünən, 11:07
    Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? - Polkovnik
  • 3-08-2026, 22:12
    Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
  • 3-08-2026, 15:47
    Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
  • 3-08-2026, 12:16
    Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
  • 3-08-2026, 11:37
    Fransa bu iki ərazini itirə bilər – Proses başladı
  • 3-08-2026, 10:28
    KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
  • 2-08-2026, 22:34
    İnsanlar niyə başqalarının sözünü kəsir?
  • 2-08-2026, 21:49
    Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
  • 2-08-2026, 20:21
    İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
  • 2-08-2026, 19:52
    Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
  • 2-08-2026, 18:23
    Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
  • 2-08-2026, 17:18
    Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
  • 2-08-2026, 16:09
    Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
  • 2-08-2026, 15:05
    Nevrit - sinirlərin iltihabı
  • 2-08-2026, 14:46
    Türkiyədən Azərbaycanla bağlı sensasion addım – DETALLAR
  • 2-08-2026, 13:28
    Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
  • 2-08-2026, 12:16
    Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
  • 2-08-2026, 09:02
    Ürək tutmasının qarşısını alan şirə elan olundu
  • 1-08-2026, 22:23
    Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə