• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
Fransa bu iki ərazini itirə bilər – Proses başladı
KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
İnsanlar niyə başqalarının sözünü kəsir?
Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
Nevrit - sinirlərin iltihabı
Türkiyədən Azərbaycanla bağlı sensasion addım – DETALLAR
Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
Ürək tutmasının qarşısını alan şirə elan olundu
Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

“Uşaqlarda şəkərli diabetin hər iki tipinin əlamətləri eyni ola bilər” - MÜSAHİBƏ

Müsahibə

14-11-2022, 17:23

“Uşaqlarda şəkərli diabetin hər iki tipinin əlamətləri eyni ola bilər” - MÜSAHİBƏ


“Uşaqlıq və yeniyetməlik dövründə daha çox 1-ci tip şəkərli diabetə rast gəlinir”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva-Bayramova qurumun saytına müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Səbinə xanım, uşaqlarda şəkər xəstəliyi nədən yaranır?

- Uşaqlıq və yeniyetməlik dövründə daha çox 1-ci tip şəkərli diabetə rast gəlinir. Bu tip şəkərli diabet poligen multifaktorlu xəstəlikdir. Əsasında insulinin mütləq çatışmazlığına gətirib çıxaran mədəaltı vəzin β-hüceyrələrinin immunasılı və ya idiopatik destruksiyası durur.

Uşaq yaşlarında 2-ci tip şəkərli diabetə də rast gəlinir. Onun rastgəlmə tezliyi bu yaş dövründə, əlbəttə ki, 1-ci tip şəkərli diabetə nisbətən az olur. 2-ci tip şəkərli diabet, əsasən, insulinə rezistentlik və nisbi insulin çatmazlığı ilə yaranan karbohidrat mübadiləsinin pozulmasıdır.
Xəstəliyin hər iki tipinin yaranmasında irsi meyilliliyin böyük rolu var. 1-ci tip şəkərli diabeti yaradan patoloji genlər 6-cı xromosomun qısa çiynində yerləşir. 2-ci tip şəkərli diabetə meyilliliyi yaradan genlər 11-ci xromosomla bağlıdır. Əlbəttə, xəstəliyin başlanması üçün hər halda müxtəlif faktorlar lazımdır. Onlar təkan rolunu oynayır. 1-ci tip şəkərli diabet üçün təkanverici faktor kimi virus infeksiyaları durur. Bu, müxtəlif viruslar ola bilər. 2-ci tip şəkərli diabet üçün təkanverici faktor kimi artıq çəki, piylənmə, stres və s. göstərə bilərik.

- Uşaqlarda şəkərli diabet xəstəliyinin əlamətləri hansılardır?

- Xəstəliyin hər iki tipinin əlamətləri eyni ola bilər: ağızda quruluq, susuzluq, tez-tez sidiyə getmə, ümumi zəiflik, yorğunluq. 1-ci tip şəkərli diabet zamanı əlavə olaraq arıqlama, aclıq hissi, əsəbilik, yuxusuzluq ola bilər. 2-ci tip şəkərli diabet zamanı əlavə kökəlmə, piylənmə, gün ərzində bir neçə dəfə səbəbsiz güclü aclıq hissi ola bilər. 1-ci tip şəkərli diabet diaqnozu gec qoyulanda (həkimə müraciət gecikəndə) xəstələrdə ketoasidotik vəziyyət və ketoasidotik koma yarana bilər. Ketoasidotik vəziyyət zamanı bütün deyilən şikayətlər kəskinləşir və əlavə olaraq ürəkbulanma, qusma, qarın nahiyəsində kəskin ağrılar olur, nəfəsdən aseton iyi gəlir, ağır formalarda huşun itməsi olur. Müalicə gecikdiyi halda 2-ci tip şəkərli diabetdən əziyyət çəkənlərdə piylənmə dərəcəsi arta bilər.

- Diabeti olan uşaqlar necə qidalanmalıdırlar?

- Şəkərli diabetdən əziyyət çəkən uşaqların qida rasionundan tez həll olunan karbohidratları (şəkər tozu tərkibli məhsullar) çıxarmaq tövsiyə olunur. Eyni zamanda, gec həll olunan karbohidratların, yağların və zülalların nisbəti gün ərzində düzgün tənzimlənməlidir. Meyvə payını sutkada bir neçə yerə bölməli və onları, əsasən, yeməkdən sonra qəbul etməlidirlər.

- Şəkərli diabetdən əziyyət çəkən uşaq idmanla məşğul ola bilərlərmi?

- Şəkərli diabetdən əziyyət çəkən uşaqlar, demək olar ki, bütün idman növləri ilə məşğul ola bilərlər. Əlbəttə, uşağın ümumi fiziki vəziyyətindən çox şey asılıdır. Yeni diaqnoz qoyulmuş şəkərli diabet və xəstəliyin heç bir ağırlaşması olmayan uşaqlar ümumi qayda ilə idmanla məşğul ola bilərlər. 1-ci tip şəkərli diabeti olan uşaqlar insulin müalicəsində olduqlarına görə mütləq təlimləndirilməlidirlər ki, məşqlərdən əvvəl insulin dozalarını azaltmalı və yaxud idmana getməmişdən əvvəl qidalanmalıdırlar. Fiziki yüklənmə zamanı qanda şəkər tez düşür və bu onlarda hipoqlikemik vəziyyət yarada bilər. Həmin vəziyyət 2-ci tip şəkərli diabet pasiyentlərində də yarana bilər. Ona görə idman dərsindən əvvəl qida qəbulu olmalıdır. Əlavə olaraq özləri ilə mütləq kiçik porsiya qida aparmalıdırlar, məşqdən sonra qəbul etmə zəruriyyəti yarana bilər.
1-ci və 2-ci tip şəkərli diabetin ağırlaşmalarının (diabetik retinopatiya, diabetik nefropatiya, diabetik neyropatiya, diabetik pəncə və s) 2-ci, 3-cü mərhələləri zamanı artıq idmanla məşğul olmaq xüsusi qruplarda icazə verilir. Elə mərhələlər ola bilər ki, idmanla məşğul olmaq qadağan edilir. Bütün bunlara baxmayaraq, müəyyən dövrlərdə və xəstələrin individual olaraq vəziyyətlərindən asılı olaraq idmanla məşğul olmağa icazə verilir. 1-ci tip şəkərli diabet xəstələri arasında Olimpiya oyunlarının qalibləri də var.

Oxunub: 459
Paylaş:
Digər xəbərlər

Xəbərlər

18-04-2022, 14:40

"Yuxusuzluq şəkərli diabetin əlaməti ola bilər" - Britaniyalı mütəxəssis

Maraqlı

8-02-2022, 14:47

Şəkər xəstələri COVID-19 vaksini vurdura bilərmi? - AÇIQLAMA

Maraqlı

10-12-2021, 12:49

Dünyanı şəkərli diabet epidemiyası gözləyir

Xəbərlər

12-10-2021, 07:48

Bu qan qrupunda şəkərli diabet daha çox olur - ALİMLƏR

Maraqlı

5-04-2021, 21:23

Noxud şəkərli diabetə necə təsir edir?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
Fransa bu iki ərazini itirə bilər – Proses başladı
KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
İnsanlar niyə başqalarının sözünü kəsir?
Son xəbərlər
  • Dünən, 22:12
    Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
  • Dünən, 15:47
    Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
  • Dünən, 12:16
    Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
  • Dünən, 11:37
    Fransa bu iki ərazini itirə bilər – Proses başladı
  • Dünən, 10:28
    KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
  • 2-08-2026, 22:34
    İnsanlar niyə başqalarının sözünü kəsir?
  • 2-08-2026, 21:49
    Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
  • 2-08-2026, 20:21
    İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
  • 2-08-2026, 19:52
    Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
  • 2-08-2026, 18:23
    Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
  • 2-08-2026, 17:18
    Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
  • 2-08-2026, 16:09
    Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
  • 2-08-2026, 15:05
    Nevrit - sinirlərin iltihabı
  • 2-08-2026, 14:46
    Türkiyədən Azərbaycanla bağlı sensasion addım – DETALLAR
  • 2-08-2026, 13:28
    Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
  • 2-08-2026, 12:16
    Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
  • 2-08-2026, 09:02
    Ürək tutmasının qarşısını alan şirə elan olundu
  • 1-08-2026, 22:23
    Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
  • 1-08-2026, 21:29
    Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
  • 1-08-2026, 20:08
    Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
  • 1-08-2026, 19:56
    ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
  • 1-08-2026, 18:20
    Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
  • 1-08-2026, 17:04
    Asiyada yeni müharibə başlayır
  • 1-08-2026, 16:35
    ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
  • 1-08-2026, 15:11
    Qaraciyər xəstəliyinin beyinə təsir edən ağırlaşması
  • 1-08-2026, 14:43
    Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi
  • 1-08-2026, 13:31
    Bakı təhlükələrə qarşı hazırlığı artırır - “Forbes”dən diqqətçəkən analiz
  • 1-08-2026, 12:19
    Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
  • 1-08-2026, 11:32
    “Ərəb nüvə bombası”na doğru: ABŞ–Səudiyyə sazişinin pərdəarxası
  • 1-08-2026, 10:23
    Seuta böhranı: Almaniya da hərəkətə keçdi...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə