Ukrayna üçün qarşıdan gələn qış 2022-ci ildə müharibə başlayandan bəri ən soyuq və ən şiddətli olacaq.
Axar.az xəbər verir ki, bu barədə “Quardian” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Ukraynada elektrik kəsintiləri təkcə ucqar kəndlərdə deyil, həm də paytaxtda gündəlik həyatın bir hissəsinə çevrilib:
“Oxşar vəziyyət Ukraynanın bir çox böyük şəhərində də yaranıb: məsələn, Çerniqovda gündə 14 saat elektrik enerjisi kəsilir. Elektrik kəsintiləri əhali arasında narazılığı artırır. Buna hökumətdəki son korrupsiya qalmaqalı da təkan verir. Ukraynada noyabrın əvvəlində hakimiyyət orqanları enerji infrastrukturuna daha çox ziyan dəydiyini elan etdikdən sonra kütləvi elektrik kəsintiləri başladı. O vaxtdan bəri daha çox ziyan qeydə alınıb və elektrik kəsintiləri qrafiki ölkənin əksər hissələrində uzadılıb. Bəzi ərazilərdə gündə 8-16 saat işıq olmaya bilər”.