• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Uzunömürlülük üçün yemək saatı
Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
Qadın sağlamlığı üçün 35 yaşdan sonra vacib olan bir məhsul
Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...
Gizli yağ ürək xəstəlikləri riskini artıra bilər
Sosial yardım alanların sayı niyə azalıb? – Səbəblər açıqlandı
Dünya tarixində ən böyük neft sazişini imzaladıq - Tramp
Yorğunluq və unutqanlığın səbəbi...
Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
Rusiya Avropanı hədəfə aldı - “İsgəndər-1000” raketləri Kalininqradda yerləşdirilir
“İkinci Türkiyə” yaranır? – Azərbaycan üçün mühüm GƏLİŞMƏ
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
Altı AB ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı
Bu, yəhudilərin sonu deməkdir – Netanyahu
Ağ və ya qara üzüm? Biri daha faydalıdır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Günəşi düşməni bilən “fosfor adam”lar: Orqanlarının bütün xəstəliklərin dərmanı olduğuna inanılır - MÜSAHİBƏ

Müsahibə

13-06-2022, 18:37

Günəşi düşməni bilən “fosfor adam”lar: Orqanlarının bütün xəstəliklərin dərmanı olduğuna inanılır - MÜSAHİBƏ



Yay mövsümünü sevməyən, günəşli havaların bitməsini istəyən olmaz, elə deyilmi? Amma Günəş bəzilərinin gündüzünü qaranlığa çevirə bilir.

Söhbət albinoslardan gedir. Albinosların bəziləri düşünürlər ki, tanrı onları bu cür yaratmaqla yalnızca bir piqmenti (melanin) deyil, bütün azadlıqlarını alıb.

Albinizm nədir? Ona çoxmu rast gəlinir? Müalicəsi və xəstəlikdən tamamilə sağalmaq mümkündürmü?

Oxu.Az-ın bu və digər suallarını Respublika Dəri-Zöhrəvi Dispanserinin həkimi, dermatoveneroloq Sabit Məmmədov cavablandırıb.

- Doktor, ümumiyyətlə, hər kəs bu xəstəliyi bir cür tərif edir. İstərdim, siz qısa bir şərh verəsiniz: Albinizm nədir?

- Albinizm irsi xəstəlikdir. Adından da göründüyü kimi, yunan dilindən tərcümədə ağ deməkdir. Dəri tam ağ rəngdə olur. Saçlar, kirpiklər ağ olur, gözün qarasının (qüzehli qişası) piqmenti olmur. Buna da irsi xromosom xəstəlikləri səbəb olur.

- Albinizm bir növ olur, yoxsa dərəcələrinə görə dəyişir?

- Elmi nöqteyi-nəzərdən bu xəstəlik müxtəlif tiplərə - dəri tipi, göz dəri tipi və s. bölünür. Albinizm tək insanlarda deyil, heyvanlarda, hətta bitkilərdə də ola bilir. Bəzən yamyaşıl olması lazım olan bitki ağappaq olur. Lakin həmin bitkilərin ömrü uzun olmur. Amma insanlarda təxminən 17-20 mindən bir fərddə rast gəlinir.

Mərkəzi Afrikada, Tanzaniyada albinoslara bir qədər çox rast gəlinir. Orada qara dəri tipi çoxdur deyə albinosları qeyri-adi qarşılayırlar. Hətta onları cin, şeytan kimi, pis və uğursuz bir məfhum kimi qələmə verirlər.

Bəzi ölkələrdə elə xurafat yayılıb ki, albinosların hər-hansı bir orqanı bütün xəstəliklərin dərmanıdır. Afrikada albinosları hətta ovlayırlar. Lakin yenə deyirəm, bu, irsi xəstəlikdir.

- Albinosların əsas problemləri nə olur?

- Albinoslar daha çox dəri və göz xəstəliklərindən əziyyət çəkirlər. Dəridə melanin piqmentinin olmaması onun qoruyucu qatının olmaması deməkdir. Bundan da əsas - onların uşaq yaşlarından görmə problemləri olur. Göz gün şüasına qarşı müdafiə olunmur deyə şüalar birbaşa göz dibinə düşərək görmə sinirlərini yandırır. Ona görə albinoslar Günəşi sevmir və günəşli havalarda küçəyə çıxmamağa üstünlük verirlər.

Paralel olaraq gün şüası onların dərilərində müxtəlif yanıqlara, xəstəliklərin yaranmasına səbəb olur. Bu da çox vaxt dəri xərçənginə gətirib çıxarır. Gün şüası albinoslarda qısa zamanda dərinin ən dərin qatlarına çata və ziyan vura bilir. Onlar mütləq özlərini gün şüasından qorumalıdırlar.

- Albinizmin tam müalicəsi varmı? Bu insanlar sağala bilərlərmi?

- Xeyr, hələ ki bunun tam müalicəsi yoxdur. Bəlkə, nə zamansa genetika üzərində çalışan mütəxəssislər tərəfindən buna bir çarə tapılar. Bunun tək yolu albinizmi yaradan xromosomun tapılması və idarə edilməsidir. Nə vaxtsa xromosomların idarəsi mümkün olsa, tam müalicə də tapıla bilər.

- Bəs övlad sahibi olmaq istəyənlər uşağın albinos olub-olmayacağını yoxlaya bilərlərmi?

- Hazırda Azərbaycanda belə bir diaqnostika yoxdur. Bu metod geniş səviyyədə tətbiq edilsə, albinizmli uşaqların dünyaya gəlməsinin sayı azala bilər. Bu gün ölkəmizdə də albinizm 20 min insandan birində aşkarlanır. Amma digər ölkələr var ki, orada albinizmin rast gəlinmə tezliyi daha çoxdur.

- Albinosların digər insanlardan fiziki görünüşdən başqa hansı fərqləri var?

- Onlar da hər kəs kimi düşüncəli, normal insanlardır. Onları bizdən sadəcə dərilərinin rəngi və normadan artıq göz xəstəliklərindən şikayətçi olmaları fərqləndirir.

- Albinosları “fosforlu adam” adlandırırlar. Onların dərilərində qoruyucu qat olmadığından həssas olur. Günəş kremlərinin tərkibindəki kimyəvi qatqılar necə, onların dərisinə mənfi təsir edə bilərmi?

- Sözsüz ki, Günəş şüalarından qorunmaq üçün müxtəlif çeşidli kremlər var. Tərkibləri də elədir ki, hətta uşaqların da istifadəsi üçün nəzərdə tutulur. Bu baxımdan heç bir təhlükə yoxdur. Əsas odur ki, gün şüasına çıxmazdan 20 dəqiqə əvvəl çəkilsin və norma daxilində istifadə edilsin.

- Bəzən orqan nəqlində albinoslara üstünlük verilir. İddia edilir ki, onların orta ömür müddəti normal insanlara nisbətən daha azdır, buna görə də orqanlar daha yaxşı vəziyyətdə olur. Bu, doğrudurmu?

- Bilirsiniz, dediyim kimi, onlarda göz və dəri problemləri çox olur və bundan qaynaqlanan bəzi fəsadlar ola bilər. Eləcə də bədbəxt hadisələr nəticəsində ölə bilərlər. Amma deməzdim ki, belə bir dəqiq məlumat var. Bu gün qoruyucu eynəklər və digər vasitələr var. Düşünürəm ki, sağlam qidalanma, düzgün baxım tərzi onların özlərini qorumasına kömək edə bilər.

Orqan köçürülməsi məsələsi isə bir qədər irqi problemə gətirib çıxarır. Qaradərili insanla ağdərili insanın böyrəyinin heç bir fərqi yoxdur. Əsas məsələ sağlam qidalanmadır. Deyə bilmərik ki, ağdərili daha ağıllıdır, qaradərili nisbətən geri qalır, xeyr, bu iddialar əsassızdır. Sadəcə, albinoslara Afrikada daha tez-tez rast gəlinir deyə onlar bu məsələyə qəribə bir xurafat kimi yanaşırlar.

- Albinos insanın övladı mütləq albinos olacaq?

- Böyük ehtimalla bəli, elə olur. Lakin mütləq demək olmaz. Bu xəstəliyin özünün qanunları var. İrsi xəstəlik olduğu üçün bilmək olmur.

- Albinoslar hərbi xidmətə çağırıla bilərlər?

- Xeyr, hərbi komissarlıqdan həkim yoxlanışı üçün bizə göndərilən albinoslar olub. Biz onların sadəcə profilaktik yoxlamalarını aparırıq, müalicəsini deyil. Görmə problemləri olduğundan onlar hərbi xidmətdən azaddırlar. Onlara gün altında, yaxud digər gərgin rejimdə qalmaq olmaz.

Oxunub: 1 016
Paylaş:
Digər xəbərlər

Gözəllik və təbabət

17-04-2022, 22:12

Dəri xəstəlikləri nədir?

Gözəllik və təbabət

29-01-2022, 10:35

Saçın erkən ağarmasının səbəbi nədir? - Mütəxəssis AÇIQLADI

Səhiyyə

4-12-2020, 14:40

Daun sindromu

Səhiyyə

23-10-2020, 11:04

Onkologiya nədir?

Maraqlı

21-08-2019, 12:19

Dünyada ən nadir göz rəngi hansıdır?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Uzunömürlülük üçün yemək saatı
Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
Son xəbərlər
  • Dünən, 21:29
    Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
  • Dünən, 20:56
    Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
  • Dünən, 19:15
    Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
  • Dünən, 18:03
    Uzunömürlülük üçün yemək saatı
  • Dünən, 17:48
    Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
  • Dünən, 16:30
    Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
  • Dünən, 15:14
    Qadın sağlamlığı üçün 35 yaşdan sonra vacib olan bir məhsul
  • Dünən, 14:53
    Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
  • Dünən, 13:28
    Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...
  • Dünən, 12:22
    Gizli yağ ürək xəstəlikləri riskini artıra bilər
  • Dünən, 11:45
    Sosial yardım alanların sayı niyə azalıb? – Səbəblər açıqlandı
  • Dünən, 10:33
    Dünya tarixində ən böyük neft sazişini imzaladıq - Tramp
  • Dünən, 09:09
    Yorğunluq və unutqanlığın səbəbi...
  • 28-08-2026, 21:58
    Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
  • 28-08-2026, 20:01
    Rusiya Avropanı hədəfə aldı - “İsgəndər-1000” raketləri Kalininqradda yerləşdirilir
  • 28-08-2026, 19:43
    “İkinci Türkiyə” yaranır? – Azərbaycan üçün mühüm GƏLİŞMƏ
  • 28-08-2026, 18:36
    Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
  • 28-08-2026, 17:12
    Altı AB ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı
  • 28-08-2026, 16:25
    Bu, yəhudilərin sonu deməkdir – Netanyahu
  • 28-08-2026, 15:33
    Ağ və ya qara üzüm? Biri daha faydalıdır
  • 28-08-2026, 14:22
    Putin NATO ərazisinə hücum etməyəcək - Tramp
  • 28-08-2026, 13:54
    Kirayə mənzillərin qiyməti nə qədər artacaq?
  • 28-08-2026, 12:07
    Gənclər üçün ürək xəstəliyi təhlükəsi: 10 nəfərdən 8-də...
  • 28-08-2026, 11:18
    Azərbaycanın bu şəhəri paytaxt olacaq – ANONS VERİLDİ
  • 28-08-2026, 10:49
    Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
  • 28-08-2026, 09:00
    Arıqlamaq istəyənlər kaloridən çox buna diqqət etməlidir
  • 27-08-2026, 22:05
    Yuxusuz gecədən sonra beyin fəaliyyətini artırmaq üçün...
  • 27-08-2026, 21:12
    Beyin şişi süni intellektin köməyi ilə çıxarıldı - Dünyada ilk
  • 27-08-2026, 20:21
    İsrail britaniyalıları da qovacaq? - Gərginlik artır
  • 27-08-2026, 18:34
    Bel ağrısı, diabet və depressiya zamanı əlillik faizi necə müəyyən edilir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə