• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Lyayen və Avropa liderləri Kiyevə gəldi - Bu məsələlər müzakirə olunacaq
Netanyahu ABŞ-a gedir - Trampla görüşəcək?
Hər gün yaşıl çay içmək qaraciyərə necə təsir edir?
Təsdiqləndi: Yek kürəsinin bu qədər ömrü qalıb - Dağılmanın iki ssenarisi
Yatarkən etdiyiniz bu vərdiş sızanaqlara səbəb olur
Türkiyənin taleyini dəyişən olay: Ordu hərəkətə keçdi, sistem yeniləndi, iki il sonra…
Prezident Şuşada xüsusi vurğuladı: Avropa niyə Azərbaycana üz tutur? – Səbəblər
Diş minasını zədələməmək üçün bunları edin
Vuçiçin Kiyevə səfərinə Moskvadan reaksiya gəldi: Hər şey mümkündür
Türkiyə Yunanıstandakı çoxsaylı hədəfləri vura bilər - Afinada narahıtlıq
İsti hava insult riskini artırır - Həkimdən açıqlama
3 il əvvəl ortaya çıxdı, Bakıya qarşı proses başladı – Əliyevdən mühüm ANONS
Neftlə bağlı görünməmiş ssenari – Bir addım hər şeyi dəyişə bilər
Akupunktura nədir? - Hansı xəstəliklərə faydalıdır?
İranın "intiqam siyahısı" yayımlandı: Onlar ilk sıradadır
Yaponiya İkinci Dünya müharibəsindən bəri ilk dəfə bunu edəcək
Yaddaşı gücləndirmək istəyirsiniz? Günə bu qidalarla başlayın
Şirvanşahlar Sarayının 600 illik sirri açıldı: Qədim ovdanda...
Antibiotiklər niyə hər xəstəlikdə təsir etmir?
Serbiyadan Avropa İttifaqına qeyri-adi təklif: Bizi birləşdirin
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Brüsseldə Paşinyanı “hə” deməyə nə məcbur etdi? - AÇIQLAMA

Müsahibə

16-12-2021, 01:52

Brüsseldə Paşinyanı “hə” deməyə nə məcbur etdi? - AÇIQLAMA


Ötən gün Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə baş tutan görüşü bir sıra nüanslarla yadda qaldı. Prezident İlham Əliyev İrəvanın “Zəngəzur kartı”na “Laçın kartı” ilə cavab verdi və yenə də diqqətləri özünə çəkə bildi. Üstəlik, Qərbdə də əsas diqtə edən tərəf məhz İlham Əliyev oldu.

Politoloq Qabil Hüseynli Publika.az-a müsahibəsində söylədi ki, Qərbin və Ermənistanın Brüsseldə Azərbaycan tərəfinə təzyiq göstərmək cəhdi heç bir halda baş tutmadı:

- Qabil bəy, Brüssel görüşü nə ilə yadda qaldı? Bir çoxları düşünür ki, Qərb də indiki post-müharibə dövründəki proseslərə, regiona yeni reallıqlar fonunda baxır. Sizcə, vəziyyət necədir?

- Mənim zənnimcə, də bu belədir. Ölkə başçısı da dəfələrlə söyləyib ki, artıq müharibə başa çatıb. Eyni zamanda, bölgədə yeni reallıqlar formalaşıb. Eləcə də bölgədə yeni konfiqurasiyanın formalaşdığı aydın şəkildə görülməkdədir. Yeni konfiqurasiya da məsələyə təzə yanaşmanın yeni forma və metodlarını tələb edir. Düşünürəm ki, Avropa İttifaqında bunu qəbul edirlər, baxmayaraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqındakı bəzi havadarlarının – Fransa, eləcə də Şarl Mişelin özünün köməkliyi ilə Azərbaycana müəyyən təzyiqlər göstərməyə çalışırdı. Məncə, onun bu gedişi alınmadı. Burada əsas müəyyənedici rolu kifayət qədər hazırlıqlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oynadı. Kommunikasiyaların açılması, Zəngəzurdan keçən dəmir yolu məsələsində Azərbaycana müəyyən təlqinlər – təzyiq demirəm – edilməyə çalışdılar, buna baxmayaraq, Azərbaycanın dövlət başçısı tərəfindən bu, birmənalı qaydada rədd edildi. Bütövlükdə, əvvəlcədən düşündüyümüz kimi Brüssel görüşü hər hansı sənədin imzalanması ilə başa çatmadı. Sadəcə olaraq, indiyə qədər imzalanmış sənədlərin və tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinin zəruriliyi vurğulandı.

- Brüssel görüşündə bizim üçün qorxulu nüans nə ola bilərdi?

- Açığını desək, bizim üçün qorxulu yox, ürəkbulandırıcı məsələlərdən biri ATƏT-in Minsk qrupunun proseslərə qoşulma təklifi ola bilərdi. Nə qədər təəccüblü olsa da bu məsələ Brüsseldə qaldırılmadı. Ən azından mətbuatda yayılan informasiyalardan bu cür göründü. Sanki problemlərin yekunlaşma mərhələsinə çıxdığını düşünürlərmiş kimi Minsk qrupunu da bundan sonrakı proseslərə qoşmadılar. Bu bir daha onu göstərir ki, Paşinyan da daxil olmaqla tərəflərin sülhlə bağlı mövqeləri, eləcə də kommunikasiyaların açılması, sərhədlərin delimitasiya məsələsi ilə bağlı ümumi iradə ortaya qoymaları və bütün bunları bir daha Brüsseldə təsdiq etmələri nəticəsində göründü ki, poseslərin əsas ağırlığı, əsas cərəyanetmə mərkəzi Soçi prosesi olaraq qalır. Moskvanın moderatorluğu, vasitəçiliyi dəyişməzdir. Gələcək proseslər də təxminən bu məcrada inkişaf edəcək. Yəni, görünən budur.

- Diqqət çəkən məqamlardan biri də prezidentin Laçın və Zəngəzur dəhlizini eyniləşdirməsi oldu; yəni Ermənistan Zəngəzurda post qurub gömrük vergisi yığacaqsa, biz də Laçında anoloji addım atacağıq...

- Azərbaycan Prezidenti NATO-nun Baş katibi ilə görüşdən sonra mətbuat konfransında söylədi ki, Zəngəzur dəhlizi ya dəhliz, ya da yol kimi qəbul edilməlidir. Əgər bu belə olacaqsa, Ermənistan Zəngəzurda gömrük məntəqələri quracaqsa, burada vətəndaşları və vətəndaşları yoxlamadan keçirəcəksə, o zaman biz də eyni, adekvat addımları Laçın dəhlizində atacağıq. Yəni, Laçın üzərində öz suverenliyimizi tam şəkildə həyata keçirməyə başlayacağıq. Prezident Əliyev mətbuat konfransında bu fikirləri səsləndirdikdən sonra Paşinyan xeyli narahat olmuşdu və özünün “feysbuk” səhifəsində yazmışdı ki, Azərbaycanın dövlət başçısının bu fikirlərinə qarşı Şarl Mişelin vasitəçiliyi ilə baş tutacaq görüşdə ciddi mübarizə aparacaq. İrəvan həmin görüşün öz istədiyi məcrada keçməsi üçün çalışdı, amma bir nəticə əldə olunmadı Üçtərəfli görüşdə bu məsələlər ümumi şəkildə vurğulandı. Hətta deyərdim ki, Paşinyan üçtərəfli görüşdə bu məsələni polemika şəklində qaldırmağa cəsarət göstərmədi. Faktiki olaraq dəmir yolunun açılacağı ilə bağlı fikirlər söylədi. Şosse yolunun marşrutunun təyin olunması ilə bağlı müəyyən müzakirələrə ehtiyac olduğunu söylədilər.

- Söhbət şose yolun ilə bağlı nələrin müəyyənləşdirilməsindən gedir?

- Söhbət ondan gedir ki, sovet dövründə həm şose, həm də dəmir yolu yanaşı idi. Eyni marşrutla hərəkət edirdi. İndi ermənilər təklif edirlər ki, Azərbaycanın hər hansı bir rayonundan başlasın, Ermənistan ərazisindən keçməklə Şahbuzun Biçənək kəndinə qədər çəkilsin. Hələ ki, Azərbaycan bu təklifi qəbul etmir. Müzakirələr nəticəsində şosse yolun marşrutu da bəlli olacaq. Bu, sonrakı müzakirələrin işidir.

- Bəs Azərbaycan Ermənistanın bu təklifini niyə qəbul etmir?

- Çünki İrəvanın təklif etdiyi bu yol uzundur. Eyni zamanda, dağlıq ərazilərdən keçəcək. Bu layihənin reallaşdırılması da xeyli vaxt aparacaq. Amma birbaşa Zəngəzur-Mehri dəhlizi ilə həm dəmir yolu, həm də şosse yolunun çəkilməsi işlərin sürətlənməsi deməkdir. Eyni zamanda, az məsrəflə qısa müddətdə məsələlərin həllinə nail olmağa imkan yarada bilər. Hər halda deyə bilərik ki, dəmir yolunun çəkilməsində prinsipial razılaşma artıq var.

Oxunub: 867
Paylaş:
Digər xəbərlər

Xəbərlər

15-12-2021, 08:29

SON DƏQİQƏ: Brüsseldə Ermənistan üzərinə BU ÖHDƏLİYİ GÖTÜRDÜ

Xəbərlər

15-12-2021, 00:26

SON DƏQİQƏ: Prezident rəsmən elan etdi - "Razılığa gəlmişik"

Xəbərlər

14-12-2021, 20:15

Azərbaycan lideri: “Zəngəzur və Laçın dəhlizlərinin istifadə qaydası eyni olmalıdır”

Xəbərlər

20-11-2021, 15:47

XİN İlham Əliyev-Paşinyan görüşü ilə bağlı MƏLUMAT YAYDI

Manşet / Gündəm / Xəbərlər

18-05-2018, 17:42

İlham Əliyev yeni icra başçısı təyin etdi

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Lyayen və Avropa liderləri Kiyevə gəldi - Bu məsələlər müzakirə olunacaq
Netanyahu ABŞ-a gedir - Trampla görüşəcək?
Hər gün yaşıl çay içmək qaraciyərə necə təsir edir?
Təsdiqləndi: Yek kürəsinin bu qədər ömrü qalıb - Dağılmanın iki ssenarisi
Yatarkən etdiyiniz bu vərdiş sızanaqlara səbəb olur
Türkiyənin taleyini dəyişən olay: Ordu hərəkətə keçdi, sistem yeniləndi, iki il sonra…
Son xəbərlər
  • Bu gün, 11:13
    Lyayen və Avropa liderləri Kiyevə gəldi - Bu məsələlər müzakirə olunacaq
  • Bu gün, 10:32
    Netanyahu ABŞ-a gedir - Trampla görüşəcək?
  • Bu gün, 09:06
    Hər gün yaşıl çay içmək qaraciyərə necə təsir edir?
  • Dünən, 22:15
    Təsdiqləndi: Yek kürəsinin bu qədər ömrü qalıb - Dağılmanın iki ssenarisi
  • Dünən, 21:28
    Yatarkən etdiyiniz bu vərdiş sızanaqlara səbəb olur
  • Dünən, 20:35
    Türkiyənin taleyini dəyişən olay: Ordu hərəkətə keçdi, sistem yeniləndi, iki il sonra…
  • Dünən, 19:26
    Prezident Şuşada xüsusi vurğuladı: Avropa niyə Azərbaycana üz tutur? – Səbəblər
  • Dünən, 18:44
    Diş minasını zədələməmək üçün bunları edin
  • Dünən, 17:51
    Vuçiçin Kiyevə səfərinə Moskvadan reaksiya gəldi: Hər şey mümkündür
  • Dünən, 16:20
    Türkiyə Yunanıstandakı çoxsaylı hədəfləri vura bilər - Afinada narahıtlıq
  • Dünən, 15:15
    İsti hava insult riskini artırır - Həkimdən açıqlama
  • Dünən, 14:41
    3 il əvvəl ortaya çıxdı, Bakıya qarşı proses başladı – Əliyevdən mühüm ANONS
  • Dünən, 13:11
    Neftlə bağlı görünməmiş ssenari – Bir addım hər şeyi dəyişə bilər
  • Dünən, 12:34
    Akupunktura nədir? - Hansı xəstəliklərə faydalıdır?
  • Dünən, 11:06
    İranın "intiqam siyahısı" yayımlandı: Onlar ilk sıradadır
  • Dünən, 10:43
    Yaponiya İkinci Dünya müharibəsindən bəri ilk dəfə bunu edəcək
  • Dünən, 09:00
    Yaddaşı gücləndirmək istəyirsiniz? Günə bu qidalarla başlayın
  • 14-07-2026, 22:30
    Şirvanşahlar Sarayının 600 illik sirri açıldı: Qədim ovdanda...
  • 14-07-2026, 21:21
    Antibiotiklər niyə hər xəstəlikdə təsir etmir?
  • 14-07-2026, 20:58
    Serbiyadan Avropa İttifaqına qeyri-adi təklif: Bizi birləşdirin
  • 14-07-2026, 19:32
    Netanyahudan İrana: O günlər artıq geridə qaldı!
  • 14-07-2026, 18:04
    Limon otu xəstəliklərlə mübarizədə yeni ümid ola bilər
  • 14-07-2026, 17:10
    Küveytdə HHM-lər işə düşdü: Hədəflər zərərsizləşdirilir!
  • 14-07-2026, 16:49
    Ceyhun Bayramovun “Zəngəzur dəhlizi” açıqlaması İrəvanı silkələdi - Paşinyan izahat versin
  • 14-07-2026, 15:52
    Panik atak və infarktı necə ayırd etmək olar?
  • 14-07-2026, 14:08
    ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
  • 14-07-2026, 13:46
    Əliyevin Şuşadan dünyanı silkələyən bəyanatı...
  • 14-07-2026, 12:21
    Qarın köpünün 5 gizli səbəbi
  • 14-07-2026, 11:24
    Tramp Konqresi məlumatlandırıb: 60 günlük əməliyyat planı
  • 14-07-2026, 10:43
    Qapıları bağlayırıq – Rusiya Avropada ən böyük müttəfiqini itirdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə