• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
ABŞ və İsraili buna məcbur edəcəyik - Pezeşkian
Yağış nə vaxt kəsəcək? - Açıqlama
Zəifliyə səbəb olan qidalanma vərdişləri
Putin onları yola salan kimi bu ölkəyə getdi
Türkiyə-İsrail müharibəsi bu ölkədə başlayacaq - Yunanıstan ssenarini açıqladı
Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Əfsanə

Əfsanələr və miflər

18-10-2022, 19:25

Əfsanə


Əfsanə (lat. legenda - "oxu", "oxunan") — epik növün janrı. Əfsanə şifahi xalq ədəbiyyatına aiddir.

Əfsanə geniş mənada ədəbi növ olaraq Avropa ədəbiyyatında VI əsrdən başlayaraq yazılı ədəbiyyatın aparıcı janrlarından biri kimi geniş yayılmışdır. Poetik söz sənəti — folklorda isə əfsanə şifahi xalq hekayəti ənənəsinə daxildir. Bu baxımdan, əfsanənin əsas məğzini o hekayətlər təşkil edir ki, onların əsasında möcüzə, söyləyici, yaxud dinləyicilər tərəfindən təsdiq olunmuş, inanılmış tərzdə anlaşılan bir obraz yəqin edilsin. Bununla da rəvayətlərdən fərqli olaraq əfsanələr həmişə öz fantastik məzmun çalarına görə seçilir. Onlar həm keçmişdə — diaxronik, həm hazırda, həm də gələcəkdə — sinxronik baş verən hadisələr kimi söylənir.

Əfsanələr daha çox xalqın tarixini, dünya görüşünü, xəyal və arzularını özündə əks etdirir. Azərbaycan əfsanələri, əsasən, aşağıdakı mövzulardadır:

Heyvanlar, quşlar haqqında;
Təbiət mənzələri (ağac, çiçək, gül, dağ, daş, qaya, bulaq, çay, dəniz və s.) haqqında;
Yer adları haqqında;
Tayfa, el, xalq, nəsil haqqında;
Səma cisimləri haqqında;
Tarixi şəxsiyyətlər haqqında;
Nizami mövzuları haqqında;
Ailə məişət məsələləri haqqında.
Dini baxışlar haqqında
Azərbaycan şifahi ədəbiyyatında başqa xalqların folklorunda olduğu kimi, əfsanələr bir janr olaraq əsasən kosmoqonik, toponomik, etnoqrafik, dini, tarixi, qəhrəmanlıq səciyyəsi daşıyır. Müstəqil janr kimi özünəməxsus xarakterik xüsusiyyətlərə malik əfsanələrin mətni sabit olmur, süjet isə bütöv yox, yarımçıq, yaxud bir parça, kəsik, epizodik şəkildə təqdim edilir.

Folklorun digər janr və növləri kimi əfsanələr də həm tarixi qaynaqlarda — salnamə, xronika, cünk və əlyazmalarında qorunub saxlanmış, həm də şifahi gələnəkdə — dildə-ağızda dolaşa-dolaşa müasir dövrə qədər gəlib çatmışdır. Müxtəlif əsrlərin ictimai-siyasi hadisələrini əks etdirən tarixi əsərlərdə özünə yer tapmış əfsanələr yazılı məxəz kimi az da olsa məxsus olduğu janrın səciyyəvi əlamətlərini hifz edə bilmişdir. "Albaniya tarixi"ndə Varaz Trdatın hakimiyyəti illərində ölkəni bürümüş dəhşətli aclıqdan söz açılır və qeyd edilir ki, xalq bu acınacaqlı faciəyə öz münasibətini bildirmiş, bu hadisə ilə bağlı belə bir əfsanə qoşmuşdur: "Mən Şakaşen vilayətindəki Kaku çölündə gizlənmiş bir darıyam. Yanımdan bir çox müştəri keçirdi, amma mənə əhəmiyyət verməyib almaq da istəmirdilər. İndi isə yaxşı günlər gəldi, çünki padşahlıq mənim Aclıq adlı qardaşımdır. İndi mən knyaz Varaz Trdatın və katalikos Yeliazarın daim yemək masasındayam. Məni yeyəni isə qan aparırdı. Onları təqsirləndirməyin".

Minlərlə insanı həyatdan aparmış bu faciəli hadisəyə əsərdə qeyd edildiyi kimi "ağıçı qadınlar" öz münasibətlərini bildirmiş və bu sözləri demişlər: "Qoy insanlar nə qədər dünya var, belə il heç vaxt yer üzünə gəlməsin".

Həmin hadisələrdən xəbər verən və şifahi gələnəkdə bugünədək qorunan "Qırdı bizi" əfsanəsində isə deyilir ki, bir aclıq ili cad çörəyi bişirən Həlimə onun qırılıb tökülməsindən giley-güzar edərək belə şikayətlənir:

Ay ana, bu cad qırdı bizi,
Əsli bidad qırdı bızı,
Əsli qumdan yaranıb
Zatı polad qırdı bizi.

Bu örnəkdə söylənilən hadisəni adi bir hal, təsadüf də hesab etmək mümkündür. Lakin bu təsadüfün özündən də zərurət doğmuşdur, yəni, Qarabağ diyarının qədim sakinləri cadla bağlı çox hadisələrin şahidi olmuş, çox söhbətlərə qulaq kəsmişlər.

Bütöv və ardıcıl süjet xətti olmayan hər iki əfsanədə darı insani çalarlar kəsb edən keyfiyyətlərlə obrazlaşdırılmış və o aclığın rəmzi kimi ümumiləşdirilmişdir.

Tarixi-xronoloji baxəmdan kosmoqonik əfsanələr daha qədim çağlarda formalaşmışlar. Səma cisimləri ilə bağlı yaranmış ayrı-ayrı əfsanələrdə xalqın kosmoqonik görüşləri üstün yer tutur. Ay, Günəş, Ulduz və özgə planetlərdən söz açan belə örnəklər sonralar astral səciyyəli folklor əsərlərinin yaranmasında mühüm rol oynamışlar. Bu qəbil əfsanələrdə Günəşin, Ayın, ayrı-ayrı ulduzların (Dan ulduzu, Ülkər ulduzu və s.) yaranması, bir-birlərinə olan romantik məhəbbətləri canlı poetik boyalarla səciyyələndirilmişdir.

Heyvanlar, quşlar haqqında olan əfsanələr də geniş yayılmışdır. "Simurq quşu", "Səməndər quşu" kimi mifoloji köklərə malik örnəklərdə quşa tapınma, oda inam kimi motivlər qorunmuşdur.

"Şanapipik quşu", "Göyərçin", "Hophop", "Kəklik", "Turac", "Xoruz ilə Tovuz quşu", "Qu quşu", "Yusif-Nəsib quşu", "Hüt-hüt quşu", "Yapalaq quşu", "Pərvanə ilə od", "Bayquş ilə tovuz quşu", "İlanla qaranquş", "Qızılgül ilə bülbül" və onlarla bu qəbil əfsanələrdə adı çəkilən quşlar barədə dolaşan xalq təsəvvürləri canlandırılmışdır. Şübhəsiz ki, bu qəbil örnəklərin yaranmasına səbəb, hər şeydən öncə, xalqın ictimai ədalətsizliyə qarşı kəskin nifrəti olmuşdur.

Əfsanələrin çoxunda dönərgələr (çevrilmələr) aparıcı rol oynayır. Məhz bu ədəbi-bədii fənd nəticəsində əfsanə rəvayətə və əksinə, rəvayət əfsanəyə çevrilə bilir. Bu isə hər iki janrı eyni məcrada qovuşdurur, onların janrdaxili və funksional xüsusiyyətlərini ortadan götürür. İnsanların pişiyə dönüb onlarla birgə yaşaması, pişiyin cinə, başına qurd donu düşən kimsənin adamcıla, adamcılın yenidən insana, insanın qıza, qızın qızıla dönmələri kimi motivlərlə bağlı onlarla örnəklərdə[6] əfsanələrə məxsus səciyyəvi əlamətlər qorunsalar da onlar rəvayət ünsürlərindən də kənarda qalmamışlar. "Kirpi əfsanəsi"ndə deyilir ki, heç bir səbəb olmadan acıqlanıb evdən gedən yeganə oğlunun dərdi ananı sarsıdır. Ana Allaha yalvarır ki, məni bir şeyə çevirib yerə yapışdır, ancaq öldürmə. Mən oğlumu görüm, o isə məni görə bilməsin...

Bu yalvarışdan sonra ana dönüb kirpi olur. Başına sancmış olduğu iynə isə yüzlərlə artıb onun üstünə düzülür. Oğlan bu vəziyyəti görüb tutduğu əməldən peşiman olur. Kirpiyə toxunmamaq inamı da o vaxtdan qalıb. O vaxtdan da kirpi qorxanda yığılır.

Bu və bu qəbil əfsanələrdə çevrilmələrin ifadə tərzi nümayiş etdirilməklə bərabər, bu prosesin nəticəsində formalaşmış xalq inamı da qorunmuşdur. Bu inam isə hər şeydən öncə əfsanənin əsas məğzini, ideyasını ifadə edir.

Quşlar, heyvanlar haqqında olan əfsanələr rəngarəng məzmun və ideya çalarlarına malikdir. "Yapalaq quşu", "Turac", "Pərvanə ilə od", "Kəklik" kimi əfsanələrdə ictimai ədalətsizliyə qarşı mübarizə motivi üstün yer tutursa, "Şanapipik quşu", "Hophop" adlı örnəklərdə etik keyfiyyətlər, əxlaqi-mənəvi dəyərlər ön planda səciyyələndirilmişdir. Ayrı-ayrı quşların törənişləri, yiyələndikləri insani keyfiyyətlər "Bayquş ilə tovuz quşu", "İlan ilə qaranquş" adlı əfsanələrdə ümumiləşdirilmişlər. Paxıllıq, gözü götürməzlik, yalançılıq, riyakarlıq, hiyləgərlik, qibtə kimi hisslərin doğurduğu nəticələr də bu qəbil əfsanələrdə geniş planda təqdim edilmişdir.

Məsələn, "Turac" əfsanəsində deyilir ki, Turac adlı gözəl qız xanın zalım arvadının qulluqçusudur. Bir gün xanım başını yumaq üçün su hazırlamağı əmr edir. Xanım yuyunduqdan sonra başını daramaq istədikdə Turac darağı tapa bilmir. Turac Allaha yalvarir ki, onu quşa çevirsin. O, quşa çevrilib uçub gedir, xanımın əlindən qurtulur.

Ağac, çiçək, gül, dağ, daş, qaya, bulaq, çay, dəniz və s. kimi təbiət mənzərələri barədə də rəngarəng əfsanələr mövcudddur. Bu əfsanələrdə tərbiyəvi fikirlər ön planda aşılanır. Eyni zamanda dostluq, sədaqət, bərabərsizliyə qarşı mübarizə, daha geniş mənada isə xalqın arzu və idealı bədii boyalarla canlandırılır. Bu qəbil örnəklər xalqın ayrı-ayrı tarixi kəsimlərdə baş vermiş hadisə və əhvalatlara münasibətini öyrənmək baxımından da mühüm dəyər kəsb etməkdədir. Hər hansı bir dağın, qayanın, çayın, şəlalənin yaranması, onun görünüşü, mənzərəsi xalqın bədii düşüncəsində xüsusi fikirlər oyatmış, bu isə poetik təfəkkür süzgəcindən keçərək əfsanəyə çevrilmişdir.

"Qum-qum daş", "Kor daş", "Oğlan-qız daşı", "Daş qız" adlı əfsanələrdə həmin obyektlərin nə üçün xatırladılan adlarla qorunması izah edilmişdir. "Ağgül ilə bülbül", "Bənövşə əfsanəsi", "Köksü qaralan lalə" kimi örnəklərdə isə bitkilər, çiçəklər insana xas keyfiyyətlərlə obrazlaşdırılıb ayrı-ayrı yönlərdən xarakterizə olunmuşlar. Bu qəbildən olan "Lalə" əfsanəsində əmiqızı ilə əmioğlunun məhəbbətindən danışılır. Lakin bu sevginin arasına girən yad oğlan bu işə əngəl törədir, iki gəncin qovuşması baş tutmur. Nəhayət, əfsanədə Lalənin daşıdığı ad belə mənalandırılır: "Bunların öldüyü yerdə qırmızı ləçəyləri olan bir gül bitir. Ləçəylərin arasında qara saçaxlı tellər olur. Deyilənə görə, qırmızı ləçəylər qız, düyməciy sevgili əmisi oğlu, qara tellər isə araya girən oğlandır. Onların qanınnan bu gül yaranır. Gülün adına Laləxaş deyirlər...". "Gülxətmi", "Gicitkan", "Danaqıran", "Bənövşə əfsanəsi", "Yasəmən əfsanəsi" kimi nümunələrdə də bir sıra insani keyfiyyətlər ümumiləşdirilmişdir. Bu qəbil əfsanələrdə həm də ağ gülün qızılgülə çevrilməsinin, bənövşənin başının əyri, lalənin isə köksünün qara olmasının səbəbləri poetik boyalarla canlandırılmışdır. İştirakçılarının tamamilə bitki və heyvanlardan ibarət olan bu örnəklərin qəhrəmanları insan mənəviyyatına, onun daxili aləminə xas keyfiyyətlərlə yeni məzmun və ideya çalarları kəsb etmişlər.

Toponomik əfsanələrin çoxu müxtəlif yer, ərazi adlarına, qalalara, dağlara, bulaqlara, çaylara və s. həsr edilmişdir. "And gölü", "Səfərin batını", "Yeddi bölük", "Ağ bulaq", "Baldırğanlı", "Xalxallı bulaq", "Oxçoğlu", "Ayrannı bulax", "Kor bulax", "Qoşa bulax", "Üç bulaq", "Qazançı və Şit tənə", "Dəli çay", "Pəri enməyən dağ", "Xənçərli", "Ana daş", "Qanıx çayı", "Soyuq bulaq", "Ağ qaya", "Ağca qala", "Şirin bulaq", və s. kimi əfsanələrdə adları çəkilən toponimlərin yaranmasının izahlı şərhi açıqlanmışdır. Bütün bu toponimləri öz coğrafi çevrəsində birləşdirən bölgələrdəki yer adlarının xalq düşüncəsində qorunan etimoloji izahı bir çox tarixi gerçəklərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynaya bilər.

Bu qəbil əfsanələr içərisində Rəşid bəy Əfəndiyevin toplayıb dərc etdirdiyi "Nohur gölü" örnəyi xüsusi maraq doğurur. Önəmli əxlaqi dəyər və tərbiyəvi fikir aşılayan bu əfsanədə eyni zamanda xalq təfəkküründə formalaşmış yer adının məna çaları açıqlanmışdır.

Kəlbəcər rayonunda yerləşən "Əjdaha qayası" adlı özgə bir toponomik örnəkdə isə deyilir ki, "...əfsanəyə görə, Əjdaha qayasının dalı böyük mağaradır. Qədim zamanlarda bir pəhləvan bu mağaraya gedib bir əjdaha öldürmüşdür. Guya qayadan damla-damla axan da su deyil, əjdahanın yağıdır. Qayanın ətrafında da guya bir gül tapılır ki, adına padizəhər deyirlər. Qədim insanlardan kim əjdahanın yağından zəhərlənirmişsə, padizəhərdən yeyib yaxşı olurmuş. Padizəhəri də pəhləvan tökmüşdür ki, hər kəs əjdahanın yağından zəhərlənərsə, yeyib yaxşı olsun".

"Şirin qala" əfsanəsi də toponomik əfsanələrdən biridir. Əfsanədə Ağcaqız adlı bir gözəli sevən gəncin nakam sevgisindən və məhəbbətindən danışılır. Oğlanın ölümündən sonra "Şirin qala" da yarımçıq qalır.

Oxunub: 2 058
Paylaş:
Digər xəbərlər

Əfsanələr və miflər

22-06-2022, 22:58

Azərbaycan mifologiyası

Əfsanələr və miflər

28-03-2022, 17:44

Miflər nədir?

Əfsanələr və miflər

7-06-2021, 09:05

Üçbarmaq bitkisi haqqında heç kəsin bilmədiyi əfsanə

Əfsanələr və miflər

27-11-2018, 02:17

Miflər

Manşet / Mədəniyyət

27-07-2018, 10:26

Xalçaçılıq sənəti!

AlıntıCevapla
  • Dena

  • 12 aprel 2026 19:15
  • Grubu: Ziyaretçi
  • Kayıt tarihi: --
  • Durumu:
  • 0 Yorumları: 0
  • 0 Makaleleri: 0
^
References:


Best website to buy testosterone

References:
http://jobboard.piasd.org/author/thrillgarden47/
  • Beğendim
  • 0
AlıntıCevapla
  • Lovie

  • 13 aprel 2026 13:16
  • Grubu: Ziyaretçi
  • Kayıt tarihi: --
  • Durumu:
  • 0 Yorumları: 0
  • 0 Makaleleri: 0
^
References:


Injection steroids for sale

References:
https://a-taxi.com.ua/user/greeklatex52/
  • Beğendim
  • 0
Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
Son xəbərlər
  • Dünən, 21:54
    İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
  • Dünən, 20:19
    ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
  • Dünən, 19:21
    Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
  • Dünən, 18:08
    Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
  • Dünən, 17:05
    Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
  • Dünən, 16:19
    Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
  • Dünən, 15:00
    Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
  • Dünən, 14:39
    ABŞ və İsraili buna məcbur edəcəyik - Pezeşkian
  • Dünən, 13:43
    Yağış nə vaxt kəsəcək? - Açıqlama
  • Dünən, 12:49
    Zəifliyə səbəb olan qidalanma vərdişləri
  • Dünən, 11:35
    Putin onları yola salan kimi bu ölkəyə getdi
  • Dünən, 10:14
    Türkiyə-İsrail müharibəsi bu ölkədə başlayacaq - Yunanıstan ssenarini açıqladı
  • Dünən, 09:08
    Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
  • 7-09-2026, 21:41
    Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
  • 7-09-2026, 20:31
    ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
  • 7-09-2026, 19:05
    Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
  • 7-09-2026, 18:32
    Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
  • 7-09-2026, 17:24
    Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
  • 7-09-2026, 16:11
    Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
  • 7-09-2026, 15:49
    Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
  • 7-09-2026, 14:59
    Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
  • 7-09-2026, 13:13
    Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
  • 7-09-2026, 12:17
    Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
  • 7-09-2026, 11:20
    Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
  • 7-09-2026, 10:57
    Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
  • 7-09-2026, 09:06
    Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
  • 7-09-2026, 09:04
    Zoğal (Cornus) haqqında bilmədikləriniz
  • 6-09-2026, 21:26
    Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
  • 6-09-2026, 20:01
    Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
  • 6-09-2026, 19:05
    Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə