• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət
İran körfəz ölkəsini raket atəşinə tutur
MRT xərçəngi daha tez tapır
Bakı və İrəvan arasında yeni vəziyyət: Paşinyanın səfəri tezləşdirilə bilər
Kanada ilə bağlı sensasion məlumat: Ölkə əyalətlərə parçalana bilər
Qəhvə sümükləri kövrəkləşdirir – Kimlər riskdədir?
Evlilikdə gözlənilməz dəyişiklik: Minlərlə qadın ikili...
Türkiyə böyük müharibəyə sürüklənir – Ankaranın yeni PLANI nədir?
Sirkad ritmlərin pozulması – Şizofreniya, autizm, təşvişin SƏBƏBİ
Kredit borcunu ödəməyənlərə VACİB XƏBƏR
Ödem atan bitki çayları hansılardır?
Stressdən azad olmağın sadə və sürətli yolu
Peyvənddən imtina hansı risklər yaradır? Mütəxəssis açıqladı
ABŞ Hörmüzdə "Azadlıq Layihəsi" əməliyyatına başlayır
Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Qırmızı turp bu qadınlar üçün zərərlidir
Tehran: Sülh planı nüvə məsələlərini əhatə etmir
Makronun İrəvanda verdiyi "Əliyevlə danışacam" mesajının sirri: Bakının cavabı necə olacaq?
Hansı içki və qidalar dərmanlarla uyğun gəlmir?
Qış geri qayıdır: Hava birdən-birə 10 dərəcə soyuyacaq – XƏBƏRDARLIQ
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

TÜRK DÜNYASI - Altay mif və əfsanələri!

Əfsanələr və miflər

26-09-2018, 17:41

TÜRK DÜNYASI - Altay mif və əfsanələri!
Marala qalan dağlar!
Dağlar marala qaldı,
Otu sarala qaldı…
Böyüklü-kiçikli hamımızın qan yaddaşına hopmuş bu bayatının hardan qopub gəldiyinin heç vaxt fərqində olmamışıq. Eşidən kimi dördcə qatar sözün sehrinə düşmüşük; dağ ruhu, az qala əbədiyyət qədər uzun, çəkilib gedəcəyinə ümid qalmayan bir payız havası, yersizlik, yiyəsizlik rüzgarı vurub bizi…
Bu bayatıdan “Altay” sözündə də nəsə var. Altay Yerin Tanrıya yaxın olan səmti, təkcə adıyla içimizə işləyən, böyüklüyündən doğan ağırlığı, ruhu mayamıza qarışmış köhnə yurd yeridi. Bəlkə bu bayatının birinci misrası da o dağların əsintisidi.
Altay – türk qövmünün, türk soyunun törəyiş yeridi. Dünyanın harasında olur-olsun, hər bir türk üçün bu sözün birbaşa anlamı belədi. Bəlkə elə buna görədi ki, “Altay” kəlməsini biz türklər ağlımızla yox, ürəyimizlə dərk edirik, bu söz içimizdə gül kimi pardaxlanıb mə¬na qazanır.
“Əsli-Kərəm” dastanından bir misra yadıma düşür:
“…Qəssab olan maral əti satmasın”.
Ağ-qara bir film kadrı kimi uşaq çağlarımdan bir anı xatırlayıram: Qışın soyuğu… Sabah hamıdan qabaq oyanıb, yorğanın altından tavanın cizgilərində nəsə tapmağa çalışıram, xəyallar qururam. Hələ qalanmamış sobanın borusuna yaxın iki-üç yerdən nazik ağ tellər sallanıb. Anam sobanı qalayıb üstümə sarı əyilir, xəfif nöyüt iyi qarışmış doğma bir qoxu gəlir. Sallanan ağca qurumları göstərib nə olduğunu soruşuram.
– Maral seliyidi, – deyir, – maral seliyi, atam-anam.
Maral… yəqin bu sözün mənə necə təsir elədiyini bilib açıqlama verir:
– Sən yatanda uzaq-uzaq dağlardan bir maral gəlir. Gəlir başın üstə durub oyatmaq istəyir səni. Çağırır, çağırır, səsi çıxmır, səni istədiyindən ağzından selik daşır.
Maral o vaxtdan mənim üçün sirli-sehrli nağıl obrazına çevrilib…
Maralın bütün Sibir çöllərində, tay¬qada, tundrada, Altayın meşəli dağlarında nə qədər çox yayıldığı ha¬mıya məlumdu. Həmin ərazidə yaşayan türk boylarının əfsanə və rəvayət¬lə¬rində, dastan və nağıllarında maral buna görə başlıca obrazlardan birini təşkil edir.
Maralla bağlı inamlar, inanclar bu bölgələrdə o qədər çoxdu ki, izi, sorağı çox-çox uzaq diyarlara yayılıb. Biz tərəflərdə eşidib gördüyüm bir əhvalat:
Südəmər bir körpə çığır-bağır salıb ağlayır. Nə illah eləyirlər kirimək bilmir. Evin ağbirçəyi gəlinə öyüd verir: “Aç uşağın kürəyini, üç dəfə yala, de ki, maral balasını yalayır, mən də səni!” Bu kiçik “ayin”dən sonra uşaq səsini xırp kəsir. Nədi bu? Ovsundumu, kökü Altaylardan gələn şaman duasıdımı?
Bu maral ovsunu, Maral nağılı məni çoxdan o tərəfə – Altaylara çəkirdi… Bu ilin yayında Altaya gedə bildim. Yol yoldaşlarımdan biri (həm də şairanəlikdən, poetiklikdən çox-çox uzaq olan biri) Altayın gül-çiçəkli yamaclarını görəndə: “Qəribədi, – dedi, – məndə elə bir duyğu var, elə bil nə vaxtsa burda yaşamışam”. O da mənim kimi bu tərəflərə ilk dəfə gəlirdi.
Altayı ilk gördüyümdə nağıl kimi gördüm. Amma uzaqdan həmişə ovsun kimi, sehr kimi gəlirdi. 20-25 il bundan əvvəl Rusiya telekanallarından birində gördüyüm “Altayskaya prinsessa” məndə bu inamı daha da güc¬lən¬dirmişdi. Ən çox onu görmək istəyirdim.
“Altayskaya prinsessa” adı verilən Altay xatunu 1994-cü ildə qazıntı zamanı Altay dağlarının buzlaqları içində kurqandan çıxarılmış gənc bir qadına məxsus mumiyadır. Qorno-Altaysk şəhərində Anoxin adına muzeydə bu unikal tapıntını görmək mənə nəsib oldu. Havası, nəfəsi məni vuran sehrin, ovsunun hardan gəldiyini orda bildim. Vaxtın üstümdən necə keçdiyini bilmədim.
Bu ovsun, bu sirr-sehr içində muzeyin zirzəmi qatından eşiyə çıxanda bulud kimi, gün kimi o dağlara, yaylalara yayılmaq istədim. Üstündə min illərin tozu, torpağı qalan qədim Altay əsatirləri, o məqamda mənə həqiqət kimi, gerçəklik kimi göründü.
Əvvəl Yer-göy yox idi, ancaq su var idi…
Ülgen göy çiçəyi qızıl fincana qoydu…
Köpək Erlikin şirin dilinə aldanıb onu saraya buraxdı…
Dünyanın sonu gələndə göy – dəmirə, yer – misə çevriləcək… Kişilər bir barmaq böyüklüyündə olacaq… Sarımsaq başda bitəcək…
Yenə qulağıma komız səsi gəldi. Min bir sözdən-söyləmədən, dastandan, nağıldan, əfsanədən, əsatirdən keçib Tanrı dağlarında yanqulanan (əks-səda verən) bu səs doğma dilimi¬zin “sus” damarıdı – onu tutsan, könül dağları sənindi.
Hazırladı: Əhməd Oğuz
[/b][b]



TÜRK DÜNYASI - Altay mif və əfsanələri!

Oxunub: 1 565
Paylaş:
Digər xəbərlər

Manşet / Araşdırma

6-07-2018, 10:10

Qu quşu

Manşet / Gündəm / Xəbərlər

26-06-2018, 11:32

Bakı paradında türk əsgəri rüzgarı

Manşet / Gündəm / Xəbərlər

24-06-2018, 09:36

Bakıda “Türk ulduzları”nın nümunəvi uçuşları keçiriləcək

Manşet / Araşdırma

23-06-2018, 08:42

Həbsxana, yoxsa türmə?

Manşet / Əfsanələr və miflər

28-04-2018, 08:55

Kayrahan

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət
İran körfəz ölkəsini raket atəşinə tutur
MRT xərçəngi daha tez tapır
Bakı və İrəvan arasında yeni vəziyyət: Paşinyanın səfəri tezləşdirilə bilər
Kanada ilə bağlı sensasion məlumat: Ölkə əyalətlərə parçalana bilər
Qəhvə sümükləri kövrəkləşdirir – Kimlər riskdədir?
Son xəbərlər
  • Bu gün, 20:16
    Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət
  • Bu gün, 19:29
    İran körfəz ölkəsini raket atəşinə tutur
  • Bu gün, 18:44
    MRT xərçəngi daha tez tapır
  • Bu gün, 17:38
    Bakı və İrəvan arasında yeni vəziyyət: Paşinyanın səfəri tezləşdirilə bilər
  • Bu gün, 16:02
    Kanada ilə bağlı sensasion məlumat: Ölkə əyalətlərə parçalana bilər
  • Bu gün, 15:28
    Qəhvə sümükləri kövrəkləşdirir – Kimlər riskdədir?
  • Bu gün, 14:04
    Evlilikdə gözlənilməz dəyişiklik: Minlərlə qadın ikili...
  • Bu gün, 13:21
    Türkiyə böyük müharibəyə sürüklənir – Ankaranın yeni PLANI nədir?
  • Bu gün, 12:22
    Sirkad ritmlərin pozulması – Şizofreniya, autizm, təşvişin SƏBƏBİ
  • Bu gün, 11:58
    Kredit borcunu ödəməyənlərə VACİB XƏBƏR
  • Bu gün, 09:05
    Ödem atan bitki çayları hansılardır?
  • Dünən, 22:43
    Stressdən azad olmağın sadə və sürətli yolu
  • Dünən, 18:28
    Peyvənddən imtina hansı risklər yaradır? Mütəxəssis açıqladı
  • Dünən, 17:33
    ABŞ Hörmüzdə "Azadlıq Layihəsi" əməliyyatına başlayır
  • Dünən, 16:15
    Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
  • Dünən, 15:23
    Qırmızı turp bu qadınlar üçün zərərlidir
  • Dünən, 14:12
    Tehran: Sülh planı nüvə məsələlərini əhatə etmir
  • Dünən, 13:39
    Makronun İrəvanda verdiyi "Əliyevlə danışacam" mesajının sirri: Bakının cavabı necə olacaq?
  • Dünən, 12:06
    Hansı içki və qidalar dərmanlarla uyğun gəlmir?
  • Dünən, 11:46
    Qış geri qayıdır: Hava birdən-birə 10 dərəcə soyuyacaq – XƏBƏRDARLIQ
  • Dünən, 10:32
    ABŞ Avropada nə qədər hərbi qüvvə saxlayır?
  • Dünən, 09:21
    Xərçəng hüceyrələrinin sayını azaldan tərəvəz
  • 3-05-2026, 22:20
    Bu bürcün insanlarında İQ səviyyəsi yüksək olur - 5 BÜRC
  • 3-05-2026, 21:30
    Gecələr həddindən artıq tərləmənin səbəbi müəyyən edilib
  • 3-05-2026, 20:09
    SEPAH-dan şübhəli anons: “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
  • 3-05-2026, 19:33
    Bu işdə çalışanlar diqqətli olsun – əməkhaqqı düzgün hesablanmaya bilər
  • 3-05-2026, 18:34
    İnsanı iynə-dərmana möhtac edən məhsullar
  • 3-05-2026, 17:18
    Arakçı Tayani ilə danışdı: Müharibənin nəticələri...
  • 3-05-2026, 16:27
    Çin qadağan etdi: ABŞ-ın sanksiyalarına əməl etməyin!
  • 3-05-2026, 15:48
    Qadınları narahat edən problem – Zamana buraxmayın
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə