• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Yaddaşı gücləndirmək üçün 5 sadə üsul
Ürəyi yoran bu vərdişlərdən uzaq durun
İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
Ağız yaraları ilə bağlı bütün çarə - 1 günə sağalması mümkün imiş
Xroniki yorğunluq sindromu artıq rəsmi xəstəlik kimi tanınır
Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?
Paşinyan TRIPP layihəsinin marşrutunu açıqladı: Görün haradan keçəcək
Hər gün 2 kivi yeyin. Nəticə sizi heyran edəcək!
Bu ölkə bütün ərazisini bizə verə bilər – İrandan sensasiya
Üç ölkənin liderindən İrana gözlənilməz TƏKLİF
Bu ədviyyatı qatığa əlavə edib yesəniz...
Hər şeyi təkbaşına həll etməyə çalışan 4 bürc
İnsult riskini artıran axşam vərdişləri
İki ölkənin həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutdu
Prezident və xanımı Özbəkistana getdi: belə qarşılandılar
Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq
Bu hücuma görə Ukraynaya dəstəyi artıracağıq – Makron
Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

“Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin fevral sayı çapdan çıxdı

Mədəniyyət

1-02-2020, 12:24

“Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin fevral sayı çapdan çıxdı


Dörd ildən bir gün sayını artıraq digər aylarla “ayaqlaşmağa” çalışan fevralın builki sənət mənzərəsi də mədəniyyət ocaqlarında tədbir və təqdimatlar sarıdan daha zəngindir. Elə isə 29 günlük fevral ayında paytaxtın teatr-konsert müəssisələri, sərgi və kino salonları şəhər sakinlərinə və qonaqlara nələri təqdim edəcək? Teatrlarda nümayiş olunan tamaşalardan, konsert salonlarındakı musiqi axşamlarından, yaxud film və sərgi nümayişindən hansılarını vaxt ayırıb izləyə bilərsiniz? “Mədəniyyət” qəzetinin “Afişa” əlavəsi bu işdə sizlərə həmişəki kimi təmənnasız bələdçilik edə bilər.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hər ay nəşr olunan “Mədəniyyət+Afişa” Bakı şəhərinin mədəniyyət ocaqlarında pulsuz yayılır, həmçinin “ASAN Xidmət”in dəstəyi ilə vətəndaşlara təqdim edilir.

Nəşrin yeni çapdan çıxan fevral buraxılışında Akademik Opera və Balet, Akademik Milli Dram, Akademik Musiqili, Akademik Rus Dram, Gənc Tamaşaçılar, Kukla, Yuğ, Pantomima teatrlarının, eləcə də paytaxtda fəaliyyət göstərən Şuşa Dövlət Musiqili Dram Teatrının ay ərzində göstərəcəyi tamaşalar barədə ətraflı məlumat almaq mümkündür.

Bundan əlavə, fevral ayında Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Kamera və Orqan Musiqisi Zalı, Heydər Əliyev Mərkəzi, Beynəlxalq Muğam Mərkəzi və Dövlət Mahnı Teatrında, Bakı Musiqi Akademiyası nəzdindəki Opera Studiyasının zalında təqdim olunacaq konsertlər diqqətə çatdırılır. Nizami Kino Mərkəzində yeni filmləri izləmək istəyənlər də nəşrdən yararlana bilərlər. Teatrların ayılıq afişası ilə bərabər, ayrı-ayrı tamaşaların mövzusu, yaradıcı heyəti, həmçinin konsertlər haqqında təqdimat yazıları, anons- informasiyalar da verilib.

Fevral ayında paytaxtımızın müxtəlif ölkələrdən sənətçi qonaqları da olacaq. Onların iştirak edəcəyi tamaşa və konsertlər barədə məlumatlar “Afişa”da yer alıb. Bu ay 75 illiyini qeyd edən görkəmli musiqiçi, bəstəkar Polad Bülbüloğlunun “Eşq və Ölüm” baleti yubiley münasibətilə Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş olunacaq. “Afişa”nın üz qabığı bu dəfə həmin tamaşaya ayrılıb.

Rəngli tərtibatda, yığcam, praktik formatda hazırlanan nəşrdə hər kəs zövqünə, maraq dairəsinə uyğun məkanı, istədiyi günə, saata uyğun tədbiri seçərək vaxtını səmərəli dəyərləndirə bilər.

Qeyd edək ki, “Afişa” əlavəsinin fevral sayı yanvarın 31-dən etibarən paytaxtdakı 1, 3 saylı “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində, eləcə də teatr- konsert müəssisələrində vətəndaşlara təqdim olunur. Nəşrin yeni buraxılışını Azərbaycan Milli Kitabxanası, Respublika Gənclər Kitabxanası və Respublika Uşaq Kitabxanasının oxucuları, şəhərdəki muzeylərin ziyarətçiləri, habelə ali bədii təhsil ocaqlarında müəllim və tələbələr də əldə də edə bilərlər. Layihənin məqsədi ictimaiyyəti paytaxtın mədəniyyət və incəsənət məkanlarının fəaliyyəti barədə məlumatlandırmaq, əhalinin mədəni istirahətinin təşkilində onlara informasiya dəstəyi verməkdir.

Oxunub: 1 034
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

23-12-2019, 20:44

Azərbaycanın Xalq artisti vəfat etdi - FOTO

Mədəniyyət

6-11-2019, 22:03

Xalq artistinin 100 illik yubileyi keçiriləcək

Mədəniyyət

27-03-2019, 18:26

Nəsiminin 650 illiyi ölkəmizdə və xaricdə rəngarəng tədbirlərlə qeyd olunacaq

Manşet / Mədəniyyət

28-04-2018, 08:57

Mədəniyyət sözü ərəb sözü olub

Manşet / Gündəm / Xəbərlər

21-04-2018, 10:16

Mədəniyyət və Turizm Nazirliyi iki struktura bölündü

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Yaddaşı gücləndirmək üçün 5 sadə üsul
Ürəyi yoran bu vərdişlərdən uzaq durun
İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
Ağız yaraları ilə bağlı bütün çarə - 1 günə sağalması mümkün imiş
Xroniki yorğunluq sindromu artıq rəsmi xəstəlik kimi tanınır
Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?
Son xəbərlər
  • Bu gün, 22:44
    Yaddaşı gücləndirmək üçün 5 sadə üsul
  • Bu gün, 21:45
    Ürəyi yoran bu vərdişlərdən uzaq durun
  • Bu gün, 20:24
    İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
  • Bu gün, 18:31
    Ağız yaraları ilə bağlı bütün çarə - 1 günə sağalması mümkün imiş
  • Bu gün, 15:06
    Xroniki yorğunluq sindromu artıq rəsmi xəstəlik kimi tanınır
  • Bu gün, 14:39
    Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?
  • Bu gün, 13:22
    Paşinyan TRIPP layihəsinin marşrutunu açıqladı: Görün haradan keçəcək
  • Bu gün, 12:26
    Hər gün 2 kivi yeyin. Nəticə sizi heyran edəcək!
  • Bu gün, 11:17
    Bu ölkə bütün ərazisini bizə verə bilər – İrandan sensasiya
  • Bu gün, 10:42
    Üç ölkənin liderindən İrana gözlənilməz TƏKLİF
  • Bu gün, 09:05
    Bu ədviyyatı qatığa əlavə edib yesəniz...
  • Dünən, 22:34
    Hər şeyi təkbaşına həll etməyə çalışan 4 bürc
  • Dünən, 21:52
    İnsult riskini artıran axşam vərdişləri
  • Dünən, 20:30
    İki ölkənin həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutdu
  • Dünən, 19:14
    Prezident və xanımı Özbəkistana getdi: belə qarşılandılar
  • Dünən, 18:49
    Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq
  • Dünən, 17:46
    Bu hücuma görə Ukraynaya dəstəyi artıracağıq – Makron
  • Dünən, 16:21
    Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
  • Dünən, 15:27
    Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
  • Dünən, 14:51
    Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
  • Dünən, 14:39
    İsrail və Türkiyə gizli danışıqlar aparır?
  • Dünən, 12:35
    Bu qarpızlar mədə və bağırsağı məhv edir
  • Dünən, 11:06
    İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
  • Dünən, 10:18
    Moskvadakı bütün ölkələrin səfirliklərinə nota göndərildi
  • Dünən, 09:03
    Yulaf əzməsi həqiqətən faydalıdırmı?
  • 22-08-2026, 22:40
    Həyatında yeni səhifə açacaq 4 bürc
  • 22-08-2026, 21:26
    Elmi araşdırma: Hansı idman hansı xəstəliyə faydalıdır?
  • 22-08-2026, 19:46
    Bakını tüstü bürüyür – Paytaxtı zəhərləyənlər cəzalanacaqmı?
  • 22-08-2026, 18:35
    Sarımsaqdan öskürək siropunu belə hazırlayın
  • 22-08-2026, 17:07
    Kanada ABŞ-la ticarət danışıqlarını dayandırdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə