Rusiya ilə Azərbaycan arasında əlaqələr davam edir.
Oxu.Az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Azərbaycanda səfirin təyin olunması ilə bağlı suala cavab verərkən deyib.
O vurğulayıb ki, Bakıdakı səfirlik öz işini davam etdirir:
“Azərbaycanla münasibətlərimiz inkişaf edir, iş aparılır. Moskvada azərbaycanlı həmkarlarımızla əlaqələr davam edir”.
M.Zaxarova qeyd edib ki, səfirin rotasiyası prosesi gedir.
“Bu, Azərbaycandan olan həmkarlarımızla əlaqələrimizə və münasibətlərimizə təsir etməyəcək”, - deyə o, əlavə edib.