Öskürəyin müalicəsində müxtəlif xalq təbabəti reseptlərindən istifadə olunur. Ailehekimiklinikasi.az saglamolun.az-a istinadən sizə belə reseptlərdən birini təqdim edir.
Bu dadlı və faydalı içki öskürəyi çox yaxşı müalicə edir. İçkini hazırlamaq üçün 1 yetişmiş banan, 2 ç.q. təbii kakao-toz, 1 stəkan süd və 1 ç.q. bal lazımdır.
Banan blenderdən keçirilir, kakao əlavə olunur, qarışdırırlır. Daha sonra qaynar süd əlavə olunur, yaxşı qarışdırılır. İçki ilıq olanda bal əlavə olunur, qarışdırılır və içilir. İçkini yatmazdan əvvəl qəbul edin.