• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
Gözdə narahatlıq yaradan giləmeyvələr
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
Tut yarpağının faydaları - Xolesteroldan şəkərə qədər...
Bu gün Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…
Gün ərzində nə qədər duz qəbul etmək olar?
Maskasız 4 bürc - Onların içi də çölü də birdir
Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri
ABŞ və İsrail İranla döyüş qaydalarını dəyişdirdi – Bölgədəki qalası yerlə-yeksan edilir
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Qadın işçilərə “özəl günlər” icazəsi - Azərbaycanda da mümkünmü?

Maraqlı

22-11-2022, 20:15

Qadın işçilərə “özəl günlər” icazəsi - Azərbaycanda da mümkünmü?


Türkiyədə qadın işçilərə və məmurlara "özəl günlər"də icazənin verilməsi ilə bağlı qanun təklifi hazırlanıb. Təklif CHP-dən Mahmut Tanal tərəfindən Türkiyə Böyük Millət Məclisinin sədrliyinə təqdim edilib.

Təklifə əsasən, qadın işçilərə və dövlət qulluqçularına özəl günlərinin başlanğıcından etibarən ayda bir iş günü rəsmi şəkildə icazə veriləcək. İkinci gün üçün icazə isə işəgötürən və ya qurumun istəyi ilə verilə bilər.

Təklifin irəli sürülməsində məqsəd kimi qeyd edilən günlərin bir çox qadın üçün çətin proses olduğu vurğulanıb. İcazənin verilməsi bununla əsaslandırılıb və onun əhəmiyyətinə diqqət çəkilib. Həmçinin bu amilin iş həyatına təsiri qeyd edilib. Ortaya çıxan fiziki narahatlıqların bəzi qadınların gündəlik və iş həyatında iştirakını qeyri-mümkün səviyyəyə çatdırdığı bildirilib.

Bu baxımdan "özəl günlər icazəsi"nin həm sağlamlıq hüququ baxımından, həm də iş həyatının normallaşdırılması üçün nümunəvi bir təcrübə ola biləcəyi nəzərə çatdırılıb.

Qeyd edək ki, "özəl günlər" icazəsi, yəni mensturasiya məzuniyyəti, kəskin aybaşı ağrısı yaşayan qadınların bir və ya iki gün evdə qalmaq hüququ deməkdir. Artıq dünyanın bir neçə ölkəsində bu qayda tətbiq olunur. Bununla belə, həmin ölkələrin bəzilərində bu qanun daha çox qeyri-məhsuldar addım kimi tənqidlərə məruz qalır və qadın işçilərlə bağlı neqativ stereotiplərə yol açır.

Yaponiya, İndoneziya, Tayvan, Cənubi Koreya və Çinin bir neçə əyaləti də daxil olmaqla, bəzi Asiya ölkələrində mensturasiya ərzində qadınların müəyyən günlərdə evdə qalmaq icazəsi var. Bu icazədən isə çox az qadın yararlanır.

Bir neçə il öncə İtaliya parlamentində də belə bir təklif layihəsi müzakirəyə çıxarılmışdı. Lakin parlament üzvlərinin əksəriyyəti hər ay ödənişli üç məzuniyyət gününün işəgötürənlərin qadınları işə götürməməsi kimi riskə yol açacağını bildirmişdi.

Bəs Azərbaycanda da zərif cinsin işləyən nümayəndələrinə belə güzəştlər tanına bilərmi?

Milli.Az musavat.com-a istinadən bildirir ki, tanınmış ginekoloq həkim Rəşad Sultan mövzu ilə bağlı açıqlamasında bildirdi ki, bu cür qanunun tətbiq edilməsi çox mübahisəli məsələdir:

"Qanunlara əsasən, bir insan xəstələnəndə sağlamlığı ilə bağlı arayış almaq istəyəndə poliklinikaya müraciət edir və həkim əmək qabiliyyətinin itirilməsi ilə bağlı 3 günlük arayış verə bilir. Hətta müəyyən xəstəliklərdə bu müddəti uzada bilir. Bülletenin vaxtının bir qədər də uzadılması üçün artıq ekspert komissiyalarının rəyi lazım olur.

Qadınların mensturasiya vaxtında işdən icazə almasına gəldikdə, bu məsələdə hamını maraqlandıran sual budur ki, həmin vaxt qadın əmək qabiliyyətini nə qədər itirir və buna görə işdən azad olunmasına ehtiyac varmı? Bu tək ginekoloqun deyə biləcəyi söz deyil. Çünki mensturasiya obyektiv bir şey deyil və bu zaman əmək qabiliyyətinin nə qədər itirildiyini, fizioloji və patoloji olaraq nə baş verdiyinə yalnız ekspertlər birlikdə qərar verə bilər.

Doğrudur, bütün qadınlarda olmasa da, bəzi qadınlarda "özəl günlərdə" ağrılar, sancılar, hormonal düşük ola bilir. Bu zaman fiziki baxımdan deyil, qadında əhval-ruhiyyə baxımından da dəyişiklik, ruh düşkünlüyü olur. Lakin fiziki baxımından ciddi bir dəyişiklik olmur ki, bu qanunun tərəfində ola bilim. Bəlkə də feministlər bu fikirlərimə qarşı çıxacaq, amma bir daha qeyd edirəm ki, qadınların "özəl günlərində" o qədər də ciddi bir patologiya olmur.

Qadın var ki, mensturasiya vaxtı heç bir ağrı, sancı keçirmir. Lakin ağrılı keçirən də var. Bununla belə, buna görə işdən icazə verilməsini doğru hesab etmirəm. Burada, sadəcə, fərdi yanaşma ola bilər. Yəni kimsə ağrılı keçirərsə, həkimə müraciət edib, arayış ala bilər və bu doğru olar, nəinki qanun qəbul edib, bu məsələni bütün qadınlara şamil etmək".

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri, qadın hüquq müdafiəçisi Mehriban Zeynalova qeyd edir ki, Azərbaycanda da bu cür qanun qəbul edilməsinə ehtiyac yoxdur:

"Ola bilsin ki, "özəl günlər" bəzi qadınlarda normal, bəzilərində isə ağrılı keçir və bir çox ölkələrdə artıq bununla bağlı icazələr var, amma sizcə, bu, ayrı-seçkilik deyilmi? Əgər bərabərlikdən danışırıqsa, buna nə ehtiyac var? Bir də ki, bundan da vacib qanunlar var. Yəni hazırda ən vacib məsələ bu deyil.

Doğrudur, hansısa qadınlarda bu məsələ ağrılı ola bilir. Lakin bunun üçün həmin qadın həkimdən icazə arayışı ala, evdə qala bilər. Amma bunu xüsusi qanuna çevirməyə, fikrimcə, ehtiyac yoxdur. Təsəvvür edin, əgər belə bir qanun olarsa və işçi qadın buna uyğun olaraq evdə qalarsa, problemi gündəmə gətirmiş olacaq. Yəni bütün iş yerində hamı biləcək ki, qadın hansı səbəbdən icazə alıb. Onu da təsəvvür edin, əgər bir iş yerində eyni vaxtda 10 nəfər qadının "özəl günləri" olarsa və onlar işdən icazəli olarlarsa, onda həmin iş yerində nə baş verər? Hansı direktor bu məsələyə razı olar? Yəni bu məsələləri də nəzərə almaq lazımdır.

Bir daha qeyd edirəm, bu məsələ bizim cəmiyyətin müzakirə mövzusu deyil. Həm də əksəriyyət qadınlar bu məsələnin qabardılmasını, onda nə baş verdiyinin kimlərinsə bilməsini istəmir. Ola bilsin ki, gənc yaşda olan qadınlar belə bir qanun olmasını istəyər, amma orta yaşda olan qadınlar, ümumiyyətlə, bu cür məsələnin qabardılmasını istəməz".

Sabiq maliyyə naziri, professor Saleh Məmmədov isə bu cür qanunun ölkəmizdə də tətbiq edilməsinin tərəfdarı olduğunu bildirdi:

"İnsanların mənafeyinə uyğun qanunların qəbul edilməsi həmişə təqdirəlayiqdir. Bir sıra ölkələrdə artıq bu cür qanunlar var, ölkəmizdə də bu qanunun olmasının, fikrimcə, heç bir zərəri olmaz. Əksinə, insan hüquqlarının qorunmasına, iş yerində yaxşı şərait yaradılmasına səbəb olacaq.

Əgər qardaş Türkiyədə belə bir qanunu tətbiq etmək istəyirlərsə, niyə Azərbaycanda da olmasın? Onların təcrübəsindən istifadə edə bilərik. Beləliklə, hesab edirəm ki, bu cür qanunun olması yaxşı amil, ideyadır".

Psixoloq Vəfa Rəşidova isə qeyd etdi:

"Hesab edirəm ki, əgər artıq bir sıra Avropa ölkələrində bu məsələ qanunla müəyyənləşibsə, ölkəmizdə də həyata keçirilməsi mümkündür. Lakin cəmiyyətimiz bu məsələyə əvvəlcədən hazır olmalıdır. Əks təqdirdə, bu cür qanun müzakirə olunduğunda tənqid, qınaq obyektinə çevriləcək, bu qanunla icazə alan qadınlar da stereotiplərlə üzləşəcək. Yəni cəmiyyətimiz əvvəlcədən buna hazır olmalıdır.

Təbii ki, bu cür qanunun ölkəmizdə də tətbiqi baş verərsə, çox gözəl olar. Bu, qadınlara qarşı humanizmi artırar.

Bəziləri düşünər ki, bu, qadınlar üçün o qədər də problem deyil. Amma bilirik ki, bəzən "özəl günlər" qadın üçün problemli, ağrılı keçir və bunu heç də adi hal kimi qəbul etmək olmaz. Çünki bu zaman qadınlar stress yaşayır, aqressiv, gərgin olur, bəzən isə işləməyə belə halı olmur. Yəni bəziləri həmin günləri çox ağrılı keçirir və bu vəziyyətdə də işləməli olur. Bu zaman onun gördüyü işdə o qədər effektiv olmaz, mütləq orada nəsə axsaqlıq olacaq. Bəzən isə bu ağrılar sonsuzluğa, digər qadın xəstəliklərinə gətirib çıxarır.

Ona görə də bir psixoloq, həm də qadın olaraq bu cür qanunun olmasını dəstəkləyirəm. Lakin bir daha qeyd edirəm ki, əvvəlcədən maarifləndirici işlər aparmaq lazımdır. Yoxsa ki, bir qadın hər dəfə direktoruna ərizə yazıb, bu səbəbdən işdən icazə ala bilməz və direktor da hər dəfə bu səbəbi qəbul etməyə bilər. Buna görə də işəgötürünlərlərlə də maarifləndirici söhbətlər aparılmalıdır!"

Oxunub: 349
Paylaş:
Digər xəbərlər

Xəbərlər

7-07-2021, 17:58

Azərbaycanda özəl ekspertizalar fəaliyyətə başlayacaq? - RƏSMİ

Xəbərlər

17-03-2021, 08:16

SMS icazəsi ilə bağlı vacib AÇIQLAMA - Ayın 18-dən...

Səhiyyə

16-03-2021, 11:21

Bu xidmətlər özəl klinikalarda ödənişsiz olacaq

Xəbərlər

19-04-2020, 01:14

SON DƏQİQƏ: 8103 SMS icazə sistemi ilə bağlı yeni qərar VERİLDİ

Xəbərlər

11-12-2019, 18:39

Azərbaycanda özəl xəstəxanalarda bu xidmətlər PULSUZ OLACAQ - SİYAHI

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
Son xəbərlər
  • Bu gün, 12:10
    Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
  • Bu gün, 11:28
    Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
  • Bu gün, 09:16
    Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
  • Dünən, 22:45
    Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
  • Dünən, 21:22
    Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
  • Dünən, 20:52
    Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
  • Dünən, 19:29
    ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
  • Dünən, 18:06
    SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
  • Dünən, 17:34
    DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
  • Dünən, 16:10
    Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
  • Dünən, 15:21
    Gözdə narahatlıq yaradan giləmeyvələr
  • Dünən, 14:24
    Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
  • Dünən, 13:41
    Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
  • Dünən, 12:28
    Tut yarpağının faydaları - Xolesteroldan şəkərə qədər...
  • Dünən, 11:14
    Bu gün Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
  • Dünən, 10:27
    Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…
  • Dünən, 09:03
    Gün ərzində nə qədər duz qəbul etmək olar?
  • 7-05-2025, 21:46
    Maskasız 4 bürc - Onların içi də çölü də birdir
  • 7-05-2025, 21:04
    Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri
  • 7-05-2025, 20:12
    ABŞ və İsrail İranla döyüş qaydalarını dəyişdirdi – Bölgədəki qalası yerlə-yeksan edilir
  • 7-05-2025, 19:39
    Pakistan Baş naziri: Qorxaqcasına hücum edən Hindistan layiqli cavab aldı
  • 7-05-2025, 18:17
    İnfarktdan sonra ürək niyə iltihablaşır?
  • 7-05-2025, 17:50
    Alimlər insanın ən xoşbəxt olduğu yaşı açıqladı
  • 7-05-2025, 16:34
    Almaniyada ŞOK ÇAĞIRIŞ: Kansler 9 May Qələbə Günündə Moskvada olmalıdır
  • 7-05-2025, 15:48
    Qlobal isinmə ölümcül göbələk xəstəliyini yaya bilər - Araşdırma
  • 7-05-2025, 14:31
    Quterreşdən HƏYƏCAN TƏBİLİ: "Dünya bu hərbi qarşıdurmaya dözə bilməz"
  • 7-05-2025, 13:26
    Sakinlərin nəzərinə: Bakıda bu binalar plana salına bilər
  • 7-05-2025, 12:42
    Faydalı bilib hər gün içirik - Qaraciyəri məhv edirmiş
  • 7-05-2025, 11:11
    Şagirdlər daha bir testdən keçiriləcək? – Rezonans doğuran TƏKLİF
  • 7-05-2025, 10:24
    Pakistandan Hindistana cavab zərbələri: hədəfləri vurur
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə