• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Orqanizmi toksinlərdən təmizləmək üçün ən effektli üsul
Əliyev-Paşinyan görüşündən sonra yeni mərhələ: region belə dəyişəcək
Ən təhlükəli qida allergenləri - SİYAHI
Süni intellektdən dünya maliyyəsinə böyük təhlükə: G20-yə XƏBƏRDARLIQ
Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
Qastrit və baş ağrısı arasında gözlənilməz əlaqə aşkarlandı
İsrail Türkiyə sərhədində “Axilles Qalxanı” qurur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Diş çürüməsindən qoruyan qida
“Qərb şəbəkəsi”ni yeniləmək - ECPMF-nin qrant layihəsinin əsl hədəfi nədir?
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər
Ürək və qan damarları üçün limondan hazırlanan - RESEPTLƏR
Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
"Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
Biz hazır olmalıyıq: Rusiya nə vaxt hücuma keçəcək?
Maaş və pensiyalar bu tarixdə artacaq - Rəqəm açıqlandı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İlan sancması zamanı ilkin tibbi yardım necə olmalıdır?

Maraqlı

10-06-2021, 18:29

İlan sancması zamanı ilkin tibbi yardım necə olmalıdır?


Dünyada olduğu kimi, Azərbaycanda da yay mövsümündə havaların istiləşməsi ilə əlaqədar olaraq ilan və əqrəblərin fəallaşması baş verir və bunun nəticəsində sancmalarla əlaqədar əhalinin toksikoloji mərkəzlərə müraciəti artır.

“Toksikoloqlara ən çox hansı zəhərlənmələrlə bağlı müraciətlər olur?”, “Sancmaların əlamətləri nə ilə fərqlənir?”. Bu və digər suallara Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru İsmayıl Əfəndiyev aydınlıq gətirib. Xezerxeber.az müsahibəni təqdim edir.

- Toksikoloq kimdir? Hansı şikayətlərlə sizə vətəndaşlar müraciət edirlər?

- Toksikologiya Azərbaycanda çox unikal bir mütəxəssis sahəsidir. Bu sahə ölkəmizdə 1982-ci ildə açılıb. Həmin vaxta qədər kəskin kimyəvi maddələrdən ölüm faizi həddindən artıq çox idi. Hətta mən deyə bilərəm ki, 1982-ci ildə zəhərlənmələrdən stasionar ölüm səviyyəsi 10 faizə yaxın idi. Toksikologiya xidməti yaradılandan sonra bu sahədə ölüm faizi 1,8 faizə qədər düşmüşdü. Toksikologiya hazırda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəyərləndirməsinə görə ən aktual sahədir. İldən-ilə dünya miqyasında kimyəvi maddələrin sayı artır. Dünyada hər il ilan sancmalarla əlaqədar 2,5 milyondan artıq insan intoksikasiya olur və on milyonlarla dəm qazı, müxtəlif dərmanlardan, qara bazara çıxan yeni narkotik maddələr və istehsalda, sənayedə istifadə olunan digər kimyəvi maddələrin zəhərlənmə halı ilə müraciətlər olur. Həmçinin kənd təsərrüfatında da tətbiq edilən pestisid maddələr nəticəsində zəhərlənmələr hər il artır. Kimyəvi sənaye inkişaf etdikcə ÜST-nin proqnozu da bu sahədə toksikoloji xidmətə tələbatın artacağını qeyd edir. Hətta müharibələrdə də kimyəvi maddələrdən silah kimi istifadə olunur.

- Daha çox müraciətlər hansı zəhərlənmələrlə əlaqədar olur?

- Sirkə turşusu, dərman zəhərlənmələri, narkotik maddələr və alkoqolla bağlı zəhərlənmələr demək olar ki, il boyu eyni proporsiyada olur. Digər intoksikasiyalar isə toksikologiyada mövsümi xarakteri daşıyır. Məsələn, yay mövsümündə zəhərli heyvan sancmaları, payız mövsümündə göbələklərlə zəhərlənmələr, qış mövsümində dəm qazı zəhərlənmələri daha çox müşahidə olunur. Hazırda yay fəsli olduğuna görə mən daha çox ilan sancmaları ilə əlaqədar danışmaq istəyirəm. Azərbaycanda hər il 100-dən çox ilan sancmaları ilə zəhərlənmələr müşahidə olunur. Bu müraciətlərə əsasən aprelin əvvəlindən noyabra qədər rast gəlinir.

- Ola bilər ki, əkin sahəsində olarkən nəyin sancdığı müşahidə edilməyib. Belə halda nədən şübhələnməliyik? Əlamətlər nə ilə fərqlənir?

- İlk olaraq sancma yerinə baxmaq lazımdır. Əgər ilan sancmasıdırsa, nöqtəvari iki yer olur. Dərhal həkimə müraciət olunmalıdır, çünki zaman çox böyük rol oynayır. Zəhərli hörümçəklər balaca olduğuna görə həmin sancmalar dərhal hiss edilmir. Bir müddət sonra bədəndə şiddətli ağrılar, əzələ gərginliyi və titrəmə baş verir. Ölkəmizdə olan əqrəblərin zəhəri nisbətən azdır. Sancmalar zamanı nahiyədə böyük şişlər müşahidə olunur.

- Sancma zamanı ilkin tibbi yardım necə olmalıdır?

- Bu, çox vacib məsələdir və bu mövzuda nə qədər maarifləndirmə işi aparsaq da, zərərçəkənin və onun ətrafında olanların bəzi yanlış müdaxilələri vəziyyəti daha da çətinləşdirir. Bütün ölüm hadisələri, ağırlaşmalar, qanda laxtalanma o halda baş verir ki, ilan sancmadan sonra ətrafı bağlayaraq sıxır və ya nahiyəni çərtməklə zəhəri sorma üsulu ilə çıxartmağa çalışır. Bunlar doğru üsullar deyil. Bəzən belə müdaxilə infeksiyanın daha çox yayılmağına səbəb olur. Bəs, nə etməliyik? İlk növbədə, qorxmaq lazım deyil. İlan sancmadan sonra 12 saat ərzində xəstəni tibb məntəqəsinə çatdırıb, həkim təyinatı ilə zərdab vurulmalıdır. Bir daha təkrar etmək istəyirəm: zərdab yalnız həkim nəzarətində və təyinatı ilə vurulmalıdır. Çünki həmin zərdab at qanından alınan immunoloji preparatdır və bir çox halda allergik anafilaktik reaksiya baş verə bilər. Necə müdaxilə edə bilərik: həmin nahiyəni az hərəkət etdirməliyik. Hərəkət etdikcə zəhərin yayılmasına səbəb oluruq. Bilmək lazımdır ki, ilkin mərhələdə ilan zəhəri bədənə qanla deyil, limfatik yollarla yayılır. Ona görə də qan damarlarını sıxmaq olmaz. Nahiyəyə soyuq, sıxmayan sarğı qoymaq, iki yaxın oynağın hərəkətini azaldaraq həkimə müraciət etmək lazımdır. Ev şəraitində ağrıkəsici və antihistamin preparatlar qəbul etmək olar. Zəhərli hörümçək sancması zamanı ilk 2 dəqiqə ərzində kibrit vasitəsilə həmin nahiyəni yandırmaqla termokoaqulyasiya ilə zəhərin yayılmasının qarşısını almaq mümkündür.

- Zəhərli heyvanlar sancmalarından sonra orqanizmdə qalıcı təsir ola bilərmi?

- Çox təəssüf ki, ilan sancmalarından sonra uzun müddət fəsadlarla üzləşmək olur. Bunun əsas səbəblərdən biri də zəhər limfatik yolla yayıldığı üçün bədəndə limfatik damarlar zədələnir və həmin nahiyədə şişkinlik olur. Bəzən həmin hal uzun illər davam edir. Həmin nahiyənin sıxması isə sağalmanı çox gecikdirir. Elə ola bilər ki, ayağın şişməsi, müxtəlif damar problemləri, tromblaşma və hətta amputasiyaya səbəb ola bilər. Ona görə də belə hallarda həkimə vaxtında müraciət edilməlidir.

Oxunub: 1 358
Paylaş:
Digər xəbərlər

Xəbərlər

23-04-2021, 01:20

DİQQƏT: Karantin rejimi ilə bağlı BƏD XƏBƏR

Səhiyyə

16-01-2021, 14:14

Azərbaycanlılar ən çox nədən ölür? - SƏBƏBLƏR

Səhiyyə

4-02-2020, 22:41

Azərbaycanda onkoloji xəstələrin sayı açıqlandı

Xəbərlər

2-07-2019, 11:42

Azərbaycanda 44 nəfəri ilan sancdı

Xəbərlər

8-05-2019, 09:34

Gündə 380, ildə 140 min insanı öldürürlər - Dünya üçün DƏHŞƏTLİ BƏLA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Orqanizmi toksinlərdən təmizləmək üçün ən effektli üsul
Əliyev-Paşinyan görüşündən sonra yeni mərhələ: region belə dəyişəcək
Ən təhlükəli qida allergenləri - SİYAHI
Süni intellektdən dünya maliyyəsinə böyük təhlükə: G20-yə XƏBƏRDARLIQ
Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
Qastrit və baş ağrısı arasında gözlənilməz əlaqə aşkarlandı
Son xəbərlər
  • Dünən, 21:06
    Orqanizmi toksinlərdən təmizləmək üçün ən effektli üsul
  • Dünən, 20:26
    Əliyev-Paşinyan görüşündən sonra yeni mərhələ: region belə dəyişəcək
  • Dünən, 18:31
    Ən təhlükəli qida allergenləri - SİYAHI
  • Dünən, 17:49
    Süni intellektdən dünya maliyyəsinə böyük təhlükə: G20-yə XƏBƏRDARLIQ
  • Dünən, 16:34
    Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
  • Dünən, 15:21
    Qastrit və baş ağrısı arasında gözlənilməz əlaqə aşkarlandı
  • Dünən, 14:05
    İsrail Türkiyə sərhədində “Axilles Qalxanı” qurur
  • Dünən, 13:44
    Sentyabrda hava necə olacaq? - Proqnoz
  • Dünən, 12:52
    Diş çürüməsindən qoruyan qida
  • Dünən, 11:38
    “Qərb şəbəkəsi”ni yeniləmək - ECPMF-nin qrant layihəsinin əsl hədəfi nədir?
  • Dünən, 10:25
    Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər
  • Dünən, 09:08
    Ürək və qan damarları üçün limondan hazırlanan - RESEPTLƏR
  • 30-08-2026, 21:48
    Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
  • 30-08-2026, 20:12
    Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
  • 30-08-2026, 18:13
    Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
  • 30-08-2026, 17:02
    Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
  • 30-08-2026, 16:00
    "Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
  • 30-08-2026, 15:10
    İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
  • 30-08-2026, 14:52
    Biz hazır olmalıyıq: Rusiya nə vaxt hücuma keçəcək?
  • 30-08-2026, 13:55
    Maaş və pensiyalar bu tarixdə artacaq - Rəqəm açıqlandı
  • 30-08-2026, 12:55
    Pomidordan insana keçir: Üzərində bu əlamətlər görünsə, qəti yeməyin
  • 30-08-2026, 11:48
    Putin Retklifflə görüşüb? – Kremldən açıqlama
  • 30-08-2026, 10:18
    Macarıstanda kişi təyyarə qaçıraraq “Paks” AES-ə doğru uçdu
  • 30-08-2026, 09:03
    Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
  • 29-08-2026, 21:29
    Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
  • 29-08-2026, 20:56
    Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
  • 29-08-2026, 19:15
    Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
  • 29-08-2026, 18:03
    Uzunömürlülük üçün yemək saatı
  • 29-08-2026, 17:48
    Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
  • 29-08-2026, 16:30
    Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə