• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Yaşlanmanı dayandırmağın və gənc qalmağın elmi yolları
Gec yatmaq infarkt riskini artırır
Ürəyi qoruyan 8 super qida: ən doğru zülal mənbələri açıqlandı
İsrail İrana hücum planını tamamladı
Müəllimini güllələyən şagirdi hansı cəza gözləyir?
Endokrinoloq arıqlamağın düzgün yollarını izah etdi
İranın uranı Türkiyəyə verilir və müharibə olmur: İddia
Qanun tanımayan məktəblilər - Qurbanların sayı artır
Tut doşabı nəyə faydalıdır? - Çəki artırırmı?
Vensin səfərinin əsas xətti: ABŞ-nin Qafqazda mövcudluğu mesajı veriləcək - MÜSAHİBƏ
Tramp bu obyektlərə adının verilməsini istədi: Rədd cavabı aldı, pulu kəsdi
Xərçəng müalicəsində yeni dövr: Kimyaterapiyasız tam sağalma
Epşteyn Bakıya səfər edib? - Sənədlərdə Azərbaycanla bağlı bütün detallar
Son yaxındır, siçovullar gəmini tərk edir - Bessent
Bədəni necə düzgün "təmizləmək" olar?
12 bürcdən yalnız 3-ü ideal həyat yoldaşı olur - Evlilikdə onlara etibar edə bilərsiniz
Hemoqlobini dərmansız artırmağın qeyri-adi yolu
Bakıda tramvay xətti çəkilir: nə dəyişəcək?
Azərbaycan, Türkiyə və Ermənistan "enerji adası”nda birləşir - DETALLAR
Boru hamiləliyi – vaxtında diaqnoz həyati əhəmiyyət daşıyır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Qədim türklərdə və digər mədəniyyətlərdə qurban mərasimi

Klinika

12-08-2019, 21:19

Qədim türklərdə və digər mədəniyyətlərdə qurban mərasimi

Karlık- Altay mifologiyasında Suylaya yardım edən ruhdur. Suyla- insanın qoruyucu ruhu, şamanı yuxarı və aşağı aləmlərə səyahət zaman onu müşayiətedən ruhdur.Suylanı at gözlü quş formasında təsvir ediblər. Qamlama zamanı şamanın önündə gedərmiş və hər şeyi ona deyərmiş, eyni zamanda qurban mərasimində də iştirak edərmiş. Duman onun simvoludur. Karluk isə duman, buğ, buxar tanrısıdır ki, Tanrı Ülgənə onun şərəfinə verilmiş qurbanların ruhlarını yetirir. Qurbanlıqdan çıxan buğ- buxar onun həmin əraziyə gəldiyini bildirir. Karluka xoş gəlsin deyə qədimdə yanan ocağa su səpib buxar çıxararlarmış. “Kar” sözü qədim türklərdə həm də “Görmək” mənasında işlədilib. Məsələn, hansısa izləmək istədiyin, hərəkətdə olan bir obyekti gördükdə, onu “qaraladım” da deyilir. Və ya göz yaxşı görməyəndə görməsini itirib demək əvəzinə “Qarov/Qaroy” olub da deyərdilər. Göktürkcə “KARAK” sözü:
1- Kara/Qara/Ak/Ağ
2- Gözbəbəyi
3- Baxış, nəzər, Karakçi sözü isə “Gözləmçi/baxıcı/bakıcı” deməkdir.
Kereh– Fərz deməkdir. Kergek/Here/Kereg/Gərəkdir.Dini bir vəzifədir. Yerinə yetirilməsi vacib olan dini missiyadır. İcra olunması şərt olan ibadətdir. Dinin gərəyi sayılır. Qurban ibadəti kimi başa düşülür, ilahi bir məqsədlə kəsilən və ya təbiətə buraxılan heyvan ya da, saçılan yemək, ərzaq, su, taxıllar deməktdr. Moğol inançlarına görə insanın sağlam bir məntiqlə daim doğru qərarlar verməsi çox önəmlidir, tam tərsinə əğər bir insan zehnini və yetənəyini çirkin məqsədlərlə istifadə edərsə, tarazlığı pozar, bu da onun düşüncə gücünü zəiflədər. Dolayısıyla “Kereh” yalnız konkret bir ibadəti deyil, eyni zamanda davranış biçimlərini və hətta düşüncəni də əhatə edir. Bu baxımdan əski Türk-Moğol inanc sistemi içərisində doğru davranışlar da bir vəzifə, missiya olaraq qəbul edilir. “Ker/Ger” Zərurət deməkdir. Həm də vacibdir. Moğol d. “Hereg/Kereg “sözü də lazımlılıq, vaciblik, fərz anlamı daşıyır. Tatarca “Kirek” kəlməsi “Gərək/ Gərəkli” mənasını verir. Ehtimal ki, Hor-Qor tanrısının adını da elə qədim Oğuzlar/Türklər verib. Bəlkə Kereh/Gerek,gərəkliolan ibadət də elə Hor/Qor tanrısı üçün edilib? Qurban mərasimi bütün sivilizasiyalarda olub və hər zaman tanrı xatirinə icra olunan ritualdır - Afrikada Daqomei və Aşanti xalqları çar dünyasını dəyişəndə yüzlərlə qulu ona qurban edirlərmiş. Qədim Misir dünya görüşünə görə qul öz hökmdarını həm o biri dünyaya getdikdə müşayiət etməli, həm də o biri dünyada hökmdara xidmət etmələri üçün qurban verilməli imiş. Semit xalqlarından olan Ammonit, Finikiya və Karfagenlilər körpələri yandıraraq Moloxa qurban edirlərmiş. Mayya və Asteklər minlərlə insanı Maisa bayramında piramida formalı xram kompleksində qurban kəsirlərmiş. İnk imperiyasında yeni çarlığa başlamış hökmdara da minlərlə insan qurban kəsilərmiş. Günəş kultuna etiqad edən xaqlardan bəziləri günəşin insan qanı ilə qidalandığına inanarlarmış. Buradan İbrahim peyğəmbərin nə üçün Allahın əmri ilə qoçu qurban kəsməsi məsələsi aydın olur. İbrahim peygəmbər; bu ritualla insan qurbanlarının qarşısını aldı və şüurlu insana deyildi ki, hətta kəsilən heyvanın nə qanı nə də əti Tanrıya, Allaha lazım deyil. Hər şey insan üçündür.
Amma Yunan mifolofiyasına görə insan qurbanı ritualını ilk dəfə keçi ilə əvəz edən tanrıça Afrodita olub. Belə ki, qızıl quzunu Afroditaya qurban gətirmədiyinə görə, Aqamemnona qəzəblənən Afrodita küləyin qarşısını alır və Aqamemnonun gəmisi hərəkət edə bilmir. Bu zaman hər şeyin bilicisi Kalxant məsləhət verir ki, vəziyyətdən çıxmaq üçün gərək Aqamemnon qızlarının ən gözəli olan İfigeniyanı Afroditaya qurban etsin. Menelayın təkidini, ordunun vəziyətini nəzərə alan Aqamemnon bu təkliflə razilaşır. Rituala olan hazırlıqlara baxmayaraq, qızına qurban ediləcəyini demir. Guya Axillə ərə veriləcək və hazırlıqlar da onun üçündür. Son anda Afrodita İfigeniyanı buludlara bükərək göylərə qaldırır və onun yerinə qurban üçün keçi göndərir. Qurbangahdakı altarın üstündə isə buzov qoyulur. Göylərə qaldırılmış İfigeniya Tavridada yerə endirilir. Tavrida bu günkü Krımın cənub hissəsidir və Krımın ən qədim adıdır. Hətta Hülakü xan 1265-ci ildə vəfat etmiş və dəfn zamanı insan qurban edilmişdir. Urmiya gölündə yerləşən Şahı adasında dəfn olunan Hülakü xan dəfn zamanı insan qurban edilən tək Elxani xanı olmuşdur.
Bu gün İslam aləmində də qurban kəsmək və Qurban bayramı keçirmək kimi mərasim var. Qurban məqasiminin bəzi şərtləri ilə tanış olaq:
Qurbanlıq heyvanın erkək olması vacib şərt deyil. Erkək olması barədə təsəvvürlər yəqin ki, ilk növbədə Həzrət İsmailin (ə) əvəzinə endirilmiş heyvanın erkək cinsindən (qoç) olması ilə bağlıdır.az.islam.az
Kəsiləcək qurbanlıq heyvan cins (növü), yaş, çəki (neçə adama çatması) baxımından müəyyən xüsusiyyətlərə malik olmalıdır.
“İslam alimləri, yalnız xırdabuynuzlu və iribaş heyvanların qurban kəsilməsinin səhih olması ilə bağlı həmfikirdirlər. Bu heyvanlara camış, dəvə, inək, öküz, keçi, qoyun, qoç və təkə daxildir. Bu heyvanların erkəyi ilə dişisi, axtası ilə qeyri-axtası arasında fərq yoxdur”. http://www.meneviyyat.az
Qurani Kərimdə buyurulur ki, kəsdiyiniz qurbanların nə əti, nə də qanı Allaha çatmaz, Allaha çatan yalnız sizin təqvanızdır. https://azadinform.az

Amma son dövrlərdə Azərbaycanda qurbanlıq erkəklərə və ya erkək qoyunlara bərli-bəzəkli, zərli-zibalı, allı-qırmızılı, fatalı-tüllü gəlinlik geyindirmək kimi xoşagəlməz bir hal yaranıb. Bu adət-ənənəni kim gətirdi respublikaya, nəyə görə din xadimləri bu cür bayağılığa heç bir söz demir, bu cür lazımsız, hətta təhqiredici hərəkətlər kimə lazımdır?

Həm də bəzəkli gəlinlərə bənzədilən qurbanlıq erkəklər əsasən də uşaq və yeniyetmələrin şüuraltında fərqli təəsüratlar, mərkəzlər yarada bilər...
Bəlkə də hardasa qadın zorakılığını təlqin edə bilər...
Əgər həmin qurbanlıqlar cigid paltarında və yanlarında da xəncəri olsaydı...və ya kostyumda və qalstukda olsaydı qurban kəsənlərdə və ətrafdan seyr edənlərdə necə təəsürat yaradardı?
Düşünün cənablar bu bayağılıqla biz hara gedirik?
Aşura günündə baş yaranlara, qan tökənlərə görə nəhayət qanvermə aksiyası kimi cəmiyyətə və xroniki qan xəstəlikləri olan pasiyentlərə xeyirli olan bir ənənə yaradıldı və bu gün demək olar ki, əksər insanlar həmin aksiyadan razıdır.
Bəlkə yeni bir aksiya ilə bəzəkli gəlinə bənzədilən qurbanlıq erkəkləri və milyonlarla günahsız quzuları da xilas etməyin vaxtı çatıb?
Xatırlatmaqda fayda var: Qurani Kərimdə buyurulur ki, kəsdiyiniz qurbanların nə əti, nə də qanı Allaha çatmaz, Allaha çatan yalnız sizin təqvanızdır.
Təqvalı olaq, bayağı deyil...
Yəqin müasir insan bir gün anlayacaq ki, min illərdir İbrahim Peyğəmbərin etdiyi inqilab; milyonlarla insanı ölümdən qurtarıb. Bir gün gələcək ki, biz də qurban mərasiminin və ya ritualının fəlsəfəsini anlayacağıq, körpə quzuları, digər heyvanları kütləvi ölümdən qurtararaq öz humanistliyimizi göstərəcəyik.
F. Rüstəmova araşdırmaçı, AJB-n üzvü

Oxunub: 1 546
Paylaş:
Digər xəbərlər

Manşet / Araşdırma

21-08-2018, 15:09

Qədim türklərdə və digər mədəniyyətlərdə qurban mərasimi

Manşet / Araşdırma

7-08-2018, 09:59

Dünya dağı - kainatın modeli

Manşet / Əfsanələr və miflər

1-07-2018, 09:45

Berkut

Manşet / Maraqlı

1-07-2018, 09:31

Karanço

Manşet / Əfsanələr və miflər

27-04-2018, 18:25

Karlık

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Yaşlanmanı dayandırmağın və gənc qalmağın elmi yolları
Gec yatmaq infarkt riskini artırır
Ürəyi qoruyan 8 super qida: ən doğru zülal mənbələri açıqlandı
İsrail İrana hücum planını tamamladı
Müəllimini güllələyən şagirdi hansı cəza gözləyir?
Endokrinoloq arıqlamağın düzgün yollarını izah etdi
Son xəbərlər
  • Bu gün, 09:03
    Yaşlanmanı dayandırmağın və gənc qalmağın elmi yolları
  • Dünən, 22:56
    Gec yatmaq infarkt riskini artırır
  • Dünən, 21:26
    Ürəyi qoruyan 8 super qida: ən doğru zülal mənbələri açıqlandı
  • Dünən, 20:30
    İsrail İrana hücum planını tamamladı
  • Dünən, 19:10
    Müəllimini güllələyən şagirdi hansı cəza gözləyir?
  • Dünən, 18:33
    Endokrinoloq arıqlamağın düzgün yollarını izah etdi
  • Dünən, 17:03
    İranın uranı Türkiyəyə verilir və müharibə olmur: İddia
  • Dünən, 16:46
    Qanun tanımayan məktəblilər - Qurbanların sayı artır
  • Dünən, 15:14
    Tut doşabı nəyə faydalıdır? - Çəki artırırmı?
  • Dünən, 14:37
    Vensin səfərinin əsas xətti: ABŞ-nin Qafqazda mövcudluğu mesajı veriləcək - MÜSAHİBƏ
  • Dünən, 13:21
    Tramp bu obyektlərə adının verilməsini istədi: Rədd cavabı aldı, pulu kəsdi
  • Dünən, 12:10
    Xərçəng müalicəsində yeni dövr: Kimyaterapiyasız tam sağalma
  • Dünən, 11:16
    Epşteyn Bakıya səfər edib? - Sənədlərdə Azərbaycanla bağlı bütün detallar
  • Dünən, 10:42
    Son yaxındır, siçovullar gəmini tərk edir - Bessent
  • Dünən, 09:09
    Bədəni necə düzgün "təmizləmək" olar?
  • 5-02-2026, 22:30
    12 bürcdən yalnız 3-ü ideal həyat yoldaşı olur - Evlilikdə onlara etibar edə bilərsiniz
  • 5-02-2026, 21:41
    Hemoqlobini dərmansız artırmağın qeyri-adi yolu
  • 5-02-2026, 20:43
    Bakıda tramvay xətti çəkilir: nə dəyişəcək?
  • 5-02-2026, 19:31
    Azərbaycan, Türkiyə və Ermənistan "enerji adası”nda birləşir - DETALLAR
  • 5-02-2026, 18:48
    Boru hamiləliyi – vaxtında diaqnoz həyati əhəmiyyət daşıyır
  • 5-02-2026, 16:24
    “Yeni superdövlət yaradılır: bu ölkələr də daxil ediləcək, lideri isə…” – Medvedevdən ŞOK
  • 5-02-2026, 15:39
    Qoz və fındığı unudun: Sağlamlıq üçün ən faydalı 3 çərəz
  • 5-02-2026, 14:12
    Cinayət cəzalandırılır: Azərbaycanın bərpa etdiyi ədalətin təntənəsi
  • 5-02-2026, 13:16
    Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı: saxlanılan var
  • 5-02-2026, 12:34
    Həkim tez-tez hıçqırıqların arxasındakı gizli səbəbləri açıqladı
  • 5-02-2026, 11:45
    Ərdoğanın son həmləsi İsraildə gündəm oldu: Yeni üçtərəfli ittifaq yaranır?
  • 5-02-2026, 10:25
    Kredit istəyənlərə ŞAD XƏBƏR - Faizlər aşağı düşəcək
  • 5-02-2026, 09:05
    15 dəqiqəyə qanda şəkəri salan – 2 manatlıq içki
  • 4-02-2026, 22:38
    Psixiatr sürətli video izləməyin təhlükələri barədə xəbərdarlıq etdi
  • 4-02-2026, 21:14
    Köp və qarın ağrısı nə vaxt təhlükəlidir? - AÇIQLAMA
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə